Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə7/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   2   3   4   5   6   7   8   9   10   ...   175

 

21

meydana gətirir. Zaman axarı, trayektoriyası ölçülərlə müəyyən 



olunur və bərabər  əsaslarla ədədi saylara (saniyə, dəqiqə, saat, 

gün,  sutka,  ay,  rüblüklər,  illər,  əsrlər,  minlilliklər  və  s.)  və 

kəmiyyətlərə  (3  saat,  4  il,  2  əsr  və  s.)  bölünür.  Təfəkkürdə 

zamanın  ölçülməsində  mövcud  olan  saat  prinsipi  axarın 

bərabər  bölünməsini  zəruri  edir.  Saatın  mövcudluğu  isə  təbiət 

hadisələrinin  (gündüz  və  gecənin  yaranması)  mövcudluğuna 

uyğunlaşmanı  və  həyatı  fəaliyyətin  bu  təbiət  hadisələrinə 

müvafiq  şəkildə  bölgülər  üzrə  uyğunlaşdırılması  prinsipini 

zəruri  edir.  Zaman  axarında,  trayektoriyasında  meydana  gələn 

bütün  fərqli  şərait  və  şərtlər,  təzahürdə  mövcud  olan  hallar 

zamanın  bərabər  bölgüsünə  uyğunlaşdırılır.  Zaman  bərabərliyi 

həm  də  keçmişlə  indiki  və  gələcək  vəziyyətlər  arasında 

uyğunluq,  tarazlıq  prinsipinə  müvafiq  qaydada  əlaqələrin, 

vahidliyin  olmasını  üzə  çıxarır.  Hər  bir  zaman  anı  digər  anla 

uyğunluq  təşkil  edir.  Zamanın  trayektoriyasında  tarazlıq 

meydana  gəlir.  Keçmiş  zaman  indiki  və  gələcəklə  tarazlı 

trayektorik  bağlılıq  yaradır.  Zaman  axarında  uyğun  şərtlər, 

uyğun məqamlar yaranır və bu da gündəlik vərdişləri meydana 

gətirir.  Zaman  axarı  özü  anlar  cəmindən  yaranan  bərabər 

bölgülü trayektorik koordinatlardan ibarətdir. Bərabər bölgünü 

isə  ali  şüur  varlıqları  olan  insanlar  özlərinin  təbiətlə 

əlaqələrində,  bu  baxımdan  əşyalara,  vasitələrə  təsirlərində, 

eləcə  də  mənəvi  aləmdə  iştiraklarında  mövcudluqla  əlaqələn-

dirilən və mövcudluğa xidmət etmədə tarazlı, uyğun, harmonik 

vəziyyətləri  yaratmaq  üçün  tətbiq  edirlər.  Zaman  təfəkkürdə 

bölünür, fəaliyyət isə zaman kəsiyində, bərabər bölgülü zaman 

trayektoriyasında  fərqli  və  oxşar  vəziyyətlər  alır,  əldə  edilən 

vasitələr də oxşar, eyni və ya da fərqli tərkibə malik olur və bu 

baxımdan  da  müvafiq  forma  və  məzmunu  özündə  əks  etdirir. 

Zaman  axarı  bərabər  bölgülü  olsa  da,  trayektoriyada  bölgüləri 

əks  etdirən  koordinatlar  arasında  görülən  işlər  həm  oxşar, 

uyğun,  eyni,  həm  də  fərqli  xüsusiyyətlərə  malik  olur.  Fərqli 

xüsusiyyətlərdən,  eynilik  və  oxşarlıq,  uyğunluq  anlarının 



 

22

vəhdətindən,  birləşməsindən  tarazlı  vəziyyətlər,  eləcə  də 



müvafiq anlarda qeyri-tarazlı vəziyyətlər meydana gəlir.  

Balanslaşdırılma  proses  olaraq  öz  tərkibi  baxımından 

analoqluq  (bənzərlik,  oxşarlıq),  harmoniyalıq  (ahənglik), 

uyğunluq  vəziyyətləri  cəmindən  ibarətdir  və  məzmunda  bu 

kimi  hallarla  yanaşı,  disharmoniya,  analoqun  olmaması 

vəziyyətləri  də  mövcud  olur.  Bu  baxımdan  balanslı 

vəziyyətlərə  alınan  nəticə  forması  nöqteyi-nəzərdən  yanaşmaq 

lazımdır,  tərkib  isə  çoxlu  sayda  eyniyyət  və  müxtəliflik 

cəmindən təşkil edilir. 

Cəmiyyət  özü  alt  (baza,  təməl)  və  üst  qatlardan  ibarət 

olduğundan  fundamental  balanslaşdırmanı  baza  qatların 

formalaşmasında  və  bunun  üst  qatlarda  (xidmət  sahələrinin 

təbəqələrində)  balanslaşdırmanı  yaratmasında  axtarmaq  daha 

məqsədəuyğun olar. Münasibətlər sahəsində balanslaşdırmanın 

mahiyyətini  formalaşdıran  elementlər  daha  çox  baza  qatlarda 

formalaşır.  Məsələn,  iqtisadiyyat  sahələrinin  balanslaş-

dırılması,  regionların,  dünya  ölkələrinin  tarazlı  iqtisadiyyatı 

onlar  arasında  ümumi  tarazlı  münasibətlərin  yaranması  üçün 

əlverişli  vəziyyətləri  üzə  çıxarır.  Eləcə  də  cəmiyyətin  üst 

sahələri  arasında  mütləq  və  nisbi  bərabərliyin  təmin  edilməsi 

iqtisadi  strukturlarda  balanslı  hərəkətlərdən  və  vasitələrin 

balanslı  dövriyyəsindən  asılı  olur.  Balanslı  dövriyyə  üst  qatda 

mövcud  olan  vasitələrin  fundamental  şəkildə  balanslı 

hərəkətlərinin yaranmasını şərtləndirir. Bu baxımdan mahiyyəti 

kökün,  təməlin  özündəki  balans  vəziyyətində  axtarmaq  daha 

məqsədəuyğun hesab edilməlidir. Cəmiyyətlərdə hər bir təbəqə 

istiqamətini  özündə  əks  etdirən  balans  vəziyyətləri  trayekto-

riyaları mövcuddur. Bu balans vəziyyətləri trayektoriyaları bir-

birinə  əsaslı  surətdə  təkan  verməklə,  hərəkətverici  qüvvələrə 

çevrilir.  

Hörmətli  oxucular,  sizlərə  təqdim  olunan  bu  mövzuda 

cəmiyyətin  müxtəlif  təbəqələrini,  birliklərini  formalaşdıran 

insanlar  arasında,  sosial  və  siyasi  mənada  şəxslər  arasında 



 

23

(dövlət  daxilində  ictimai  və  siyasi  münasibətlər),  eləcə  də 



dövlətlər  arasında  (beynəlxalq  arenada)  münasibətlərin 

balanslaşdırılmasının (tarazlaşdırılmasının) elmi-nəzəri əsasları 

məntiqi  dərrakə  ilə  izah  edilməyə  çalışılır.  Balanslaşdırma 

sözünün  (anlayışının)  mahiyyətini  dərk  etmək  üçün  müxtəlif 

elmi  yanaşmalardan  istifadə  edilir.  Xüsusilə  obyektə  bir 

struktur  nöqteyi-nəzərdən  yanaşılır.  Təfəkkürdə  bütövün  tam 

və tərkib hissələr baxımından dərk edilməsinə üstünlük verilir. 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hər  bir  tədqiqat  mövzusu 

müəyyən  edilib  mövzu  istiqamətində  araşdırmalar  həyata 

keçirilərkən,  müəyyən  mexanizmləri  özündə  əks  etdirən 

strukturlaşdırma, sistemləşdirmə, ümumiləşdirmə və xüsusiləş-

dirmə  (aydınlaşdırma,  elementlərin  xüsusiyyətlərini  aşkar 

etmə,  onların  zaman,  məkan  və  şəraitə  uyğun  olaraq  tək, 

ümumi  və  xüsusi  halda  fəaliyyət  xüsusiyyətlərini  müəyyən 

etmək, qarşılıqlı əlaqələrdə çevrilmələri və bu baxımdan forma 

və  məzmun  dəyişikliklərinə  məruz  qalmaları,  səbəb  və 

nəticələrə çevrilmələri xüsusiyyətlərini kompleks şəkildə təhlil 

etmə  və  s.)  metodlarından  istifadə  edilməlidir.  Məlumdur  ki, 

hər  bir  elmin  obyekti  və  predmeti  mövcud  olur  ki,  bunlar  da 

elmin (mövzunun) müəyyən xətlər üzrə tədqiqatını zəruri edir. 

Elmi  araşdırma  zamanı  obyektə  daha  çox  struktur  (sistem) 

yaratmaq  və  yaxud  da  strukturu  (burada  ümumini,  vahidi) 

tərkib  hissələrə  ayırmaq  nöqteyi-nəzərindən  yanaşılır.  Hər  bir 

elementin  təkdə  və  cəmdəki  xassələrini  araşdırmağa  çalışılır. 

Struktur 

yaradılarkən 

strukturun 

tərkibinə 

aid 


edilən 

elementlərin  ayrı-ayrı  xassələri  və  ümumilikdə  kompleks 

şəkildə  mövcudluq  və  fəaliyyət  xassələri  müəyyən  edilir. 

Elementin  tək  fəaliyyəti-xüsusilik,  elementin  qarşılıqlı  şəkildə 

fəaliyyəti-universallıq  və  vəhdət  şəklində  xüsusilik  halı 

müəyyən  edilir.  Hər  bir  elm  predmetinə,  eləcə  də  obyektinə 

münasibətdə  strukturtlaşmanı  tələb  edir  ki,  bu  da  kompleks 

tədqiqatı  üzə  çıxarır.  Elm  təfəkkürün  təhlilə  cəlb  olunması 

anında vahidliyi, bütövlüyü, birləşməni, eləcə də vahidin tərkib 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə