Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə8/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   4   5   6   7   8   9   10   11   ...   175

 

24

hissələrinin  ümumi  və  xüsusi  xassələrini,  ayrılmanı  tələb  edir. 



Tam  və  hissələr  hesab  edilən  komponentlər  arasında 

münasibətlərdə  və  qarşılıqlı  əlaqələrdə  xassələr  üzə  çıxır, 

mahiyyət aydınlaşdırılır, dərk edilir.  

Münasibətlərin  balanslaşdırılması  özündə  çoxlu  aspektləri 

birləşdirir.  Münasibətlərin  balanslaşdırılması  həm  daxili 

zərurətdən  irəli  gəlir,  həm  də  sistem  xaric  təsirlərdən 

formalaşır.  Element  hərəkətdə  olarkən  enerji  yaradır  və  xarici 

elementlərin  enerji  mübadiləsinə  cəlb  edilir.  Bu  təsir 

istiqamətləri  də  elementlərin  qarşılıqlı  fəaliyyət  mexanizm-

lərini müəyyən edir.  

Münasibətlərin  balanslaşdırılması  və  tərəflərin  maraqla-

rının  mütləq  və  nisbi  əsaslarla  müəyyən  ortalıq  məqamlarda, 

şərait  və  məkanlarda  təmin  edilməsi  cəmiyyətlərdə  və 

dövlətlərdə  sabitlik  üçün  şərait  yaradır,  inkişaf  və  sülh 

zərurətini  üzə  çıxarır.  Bu  baxımdan  hesab  etmək  olar  ki, 

münasibətlərin  balanslaşdırıması  sülhün,  sabitliyin  və  dinamik 

inkişafın  əsaslarını  müəyyən  edir.  Balanslaşdırma  bir  proses 

olaraq  bir-biri  ilə  əlaqədə  olan  sabitlik,  sülh  və  dinamik 



inkişaf  sistemlərini  və  vəziyyətlərini  formalaşdırır.  Hər  üç 

sistemin,  vəziyyətin  dövlətlər  daxilində  və  beynəlxalq  aləmdə 

vahidliyi isə bəşəriyyətin tərəqqisinə xidmət edir, ümumdünya 

(bəşəri)  sülhünün  yaranmasını  şərtləndirir.  Münasibətlərin 

balanslaşdırılması  prosesi  və  vəziyyəti  eyni  zamanda  bir 

tənzimləyici  funksiya  yerinə  yetirərək,  maraqlar  uğrunda 

mübarizənin  tempini  ehtiyaclara  müvafiq  olaraq  müəyyən-

ləşdirməkdə  vasitə  rolunu  oynayır.  Dövlətlərin  daxilində 

münasibətlərin  tarazlı  vəziyyəti  həmin  dövlətlərin  iqtisadi  və 

siyasi  inkişafına  səbəb  olur.  Münasibətlərin  balanslaşdırılması 

özündə  ədalət  prinsipini  əks  etdirir.  Ədalət  isə  həqiqətin  özü 

demək  olur.  Balanslaşdırma  prosesləri  zamanı  hər  kəsin 

məqsədi  yaxşı  şeylərin  əldə  olunmasına  birgə  nail  olmaqdan 

ibarət  olur.  Bu  baxımdan  tarazlı  vəziyyətlər  və  münasibətlər 

çoxlarının maraq və mənafelərinə uyğun gəlir.  



 

25

Münasibətlərin balanslaşdırılması və maraqların fərdi və ya 



kollektiv  olaraq  qarşılıqlı  ödənilməsi  fərdi  və  kollektiv 

refleksiyanın  tərzini  müəyyən  edir,  resurslardan  səmərəli 

istifadəni şərtləndirir və cəmiyyətin bütün təbəqlərinin səfərbər 

olunmasını  zəruriləşdirir.  Tarazlı  vəziyyət  cəmiyyətdə  geniş 

yayılan  dalğaların  əmələ  gəlməsini  şərtləndirir  və  bütün 

ünsürlərin (əqli və fiziki qabiliyyəti olan) ayrı-seçkilik olmadan 

iştirakını  təmin  edir.  Çoxtərkibli  iştirak  hər  bir  tərəfin 

maraqlarını ödəyə bilən mühit və şəraiti doğurur. Əqli və fiziki 

qabiliyyəti  olmayanlar  və  buna  görə  də  iştirak  etmək 

imkanlarındam xaric olanlar da müəyyən paylara malik olurlar. 

Tarazlı  münasibətlər  zamanı  strukturlar  arasında  yaylı 

vəziyyətlər yaranır, həmçinin dalğalı trayektoriyanı özündə əks 

etdirən  əlaqələr  zamanı  maddi  vasitələrə  təsirlərdə  yumşaqlıq 

meydana  gəlir.  Münasibətlərin  balanslaşdırılması  cəmiyyətin 

və  dövlətin  kompleks  şəkildə  inkişafını  zəruri  edir.  Dövlətin 

dinamik  inkişafı  məhz  münasibətlərin  tarazlı  xarakterindən 

formalaşır.  

Cəmiyyətin  inkişafında  maddi  amillər  rol  oynadığından 

(maddi  amillər  düzgün  və  məntiqi  idrak  əsasında  öz  istifadə 

mövcudluqlarını şərtləndirməlidir), bu amillərin mütləq və nisbi 

olaraq  (mütləq  və  nisbilik  də  məqamlara,  şəraitə  və  s.-ə 

bağlıdır),  bərabər  şəkildə  və  imkanlara  müvafiq  qaydada 

mövcudluğu 

və 


qarşılıqlı 

fəaliyyəti 

iqtisadi 

tarazlığın 

yaranmasını  zəruri  edir.  İqtisadi  tarazlıq  isə  münasibətlərin 

qarşılıqlı  olaraq  harmonik  inkişafını  ortaya  çıxarır.  Münasi-

bətlərin  balanslaşdırılması  cəmiyyətin  rəngarəng  inkişafını 

meydana gətirir və dövlətlər arasında uzun müddətli sülhün əldə 

olunmasını,  sülh  vəziyyətinin  davamlılığını  və  qorunmasını 

zəruri edir. 

Elmi  tədqiqat  nöqteyi-nəzərindən  yanaşdıqda,  qeyd  etmək 

olar  ki,  bir  mövzu  olaraq  münasibətlərin  tarazlaşdırılmasının 

özü geniş fəlsəfi-qnoseoloji (dərk etməyə əsaslanan) təhlil tələb 

edir.  Bu  baxımdan  analiz  zamanı  predmetin  əks  olunduğu 




 

26

obyektin 



xassələrini 

araşdırarkən 

deduksiya 

(düşünmə 

prosesində  ümumidən  xüsusiyə  getmə)  və  induksiya  (xüsusi 

mülahizələrdən  ümumi  nəticə  çıxarmaq  üsulu)  metodlarından 

geniş  istifadə  etmək  tələb  edilir.  İdrakda  konstruktivliyi 

(yaradıcılıq-tərkib  hissələrdən  vahidi  əmələ  gətirmək)  təmin 

etmək üçün strukturu yaratmaq və strukturun tərkib hissələrinin 

qarşılıqlı xüsusiyyətlərini şərh etmək zərurətə çevrilir.  

Münasibətlərin tarazlaşdırılmasının tədqiqatı, bu baxımdan 

onun  fəlsəfi  izahı  və  mahiyyəti  əsasən  fəlsəfi  kateqoriyalarla 

vəhdət, bütövlük təşkil edir. Bu baxımdan da hesab etmək olar 

ki,  münasibətlərin  balanslaşdırılmasını  tədqiq  edərkən  qanun, 



hərəkət,  sükunət,  sabitlik,  məkan  və  zaman,  tək,  xüsusi  və 

ümumi, bütöv və hissə, sistem, element, struktur, mahiyyət 

və  təzahür,  məzmun  və  forma,  səbəb  və  nəticə,  zərurət, 

təsadüf  və  qaçılmazlıq,  imkan  və  gerçəklik,  əlaqə  və 

münasibətlər,  keyfiyyət,  xassə,  kəmiyyət,  ölçü,  əkslik, 

ziddiyyət,  vəhdət,  harmoniya,  mübarizə,  eynilik,  fərq  kimi 

fəlsəfi  kateqoriyalardan  istifadə  ertməklə,  müəyyən  idraki 

yanaşmaların edilməsi əsas prinsip olaraq götürülür.  

Balanslı münasibətlər vəziyyətləri özündə vahid bir mahiyyət 

əks  etdirərək,  əslində  tərkib  elementlərdən  formalaşır.  Tərkib 

elementlərin  qarşılıqlı  mübarizələri  və  yaranan  ziddiyyətlər 

balanslı  vəziyyətlərin 

yaranmasını  zəruri  edir. 

Balanslı 

münasibətlər  həm  eyni  məzmunlu,  balanslı  mahiyyət  kəsb  edən 

elementlərdən,  həm də müxtəlif məzmunlu, disbalanslı mahiyyət 

kəsb edən elementlər birləşmələrindən meydana gəlir.  

Bir  də  onu  nəzərə  almaq  lazımdır  ki,  yaradıcılıq  hər  bir 

şəxsin  (tədqiqatçının)  xasiyyətlərinə,  həmçinin  mentalitetinə 

(burada  mental  sözü  ruh,  ağıl  mənasını  verir)  uyğun  gəlir  və 

xasiyyətlərinin formalaşmasını zəruri edir. Yaradıcılıqda maraq 

mahiyyəti  özünü  büruzə  verir  və  daxili  enerjinin  təzahürdə 

başqa bir təsir formasında üzə çıxması amilləri meydana gəlir. 

Münasibətlərin  balanslaşdırılması  mövzusu  bir  yaradıcılıq 

istiqaməti 

olaraq 

özündə 


sonsuz 

sayda 


uzunluqları 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə