Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə9/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   5   6   7   8   9   10   11   12   ...   175

 

27

(trayektoriyaları)  əks  etdirən  sistemlərdən  ibarətdir.  Müvafiq 



istiqamətdə  yaradıcılıq  mərkəzi  və  ondan  çıxan  sonsuz  sayda 

şaxələnmiş  istiqamətləri  əks  etdirir.  Bu  baxımdan  da  hesab 

etmək  olar  ki,  münasibətlərin  balanslaşdırılması  mövzusunda 

tədqiqat  həyata  keçirmək  uzun  bir  prosesdir.  Əsası  isə  onun 

mahiyyətini  dərk  etməkdən  ibarətdir.  Sülh, dinamik inkişaf və 

sabitlik balanslaşdırma vəziyyətinin ortaya çıxarıdığı mahiyyət 

və zərurətdir.  

Münasibətlərin  balanslaşdırılması  istiqamətində  həyata 

keçirilən  bu  tədqiqat  mövzusu  əsasən  elmi  (sistemləşdirmə  və 

ümumiləşdirmə  aparmaq,  baza  prinsiplərə  söykənmək,  sitatlar 

gətirmək  və  s.)  prinsiplərə  söykənir.  Bununla  yanaşı,  qeyd 

etmək  olar  ki,  sözügedən  tədqiqat  əsərini  həm  də  geniş 

sərbəstlik  mahiyyətinə  görə  siyasi  mövzu  üzrə  “esse”yə 

bənzətmək  olar.

1

 Sərbəst  yaradıcılıq,  əqli  nəticələrə  gəlmək, 



fikirləri  sərbəst  şəkildə  izah  etmək  isə  yaradıcılıq  üçün  vacib 

hesab  edilən  şərtlərdən  olmalıdır.  Bu  baxımdan  hesab  etmək 

olar  ki,  bu  tədqiqatda  həm  sistemləşmə  mövcuddur 

(müşahidələr  əsasında  nəticələr çıxarmaqla qənaətlərə  gəlmək, 

nəzəriyyələrə  istinad  etmək),  həm  də  sərbəst  fikirlər  geniş  yer 

alıbdır. 

Tədqiqat 

fəlsəfi 


kateqoriyalara 

uyğun 


olaraq 

mühakimələr  yürütmək,  düzgün  və  real  məntiqi  nəticələr 

çıxarmağı  tələb  etdiyindən,  obyekt  (mövzu,  predmet)  üzrə 

müstəqil  düşüncəni,  yaradıcılığı  zəruri  edir.  Təbii  ki,  hər  bir 

mühakimə,  nəticələr  çıxarmaq  əsaslara  söykənməlidir.  Əsaslar 

başlanğıcda,  gedişatda  və  nəticələrdə  öz  əksini  tapa  bilir  və 

insanların hissiyyat (duyğu) orqanlarının topladığı və ötürdüyü 

məlumatlar  əsasında  təfəkkür  vasitəsilə  qavranılır.  Ən  əsası 

ondan  ibarətdir  ki,  idrakda  məntiqi  nəticələrə  gəlməkdə, 

mühakimələr  yürütməkdə  paralogizmə  (paralogizm-məntiqi 

səhvlərdən  doğan  səhv  nəticə,  səhv  fikir  mənasını  bildirir)  və 

                                                 



1

 Qeyd: “esse” dedikdə, elmi izahlarda ədəbi, fəlsəfi, ictimai problemləri sistematik 

elmi  şəkildə  deyil,  sərbəst  şəkildə  şərh  edən  oçerk  başa  düşülür.  Burada  oçerk 

hekayə şəklində yazılmış qısa bədii əsər, həm də xülasə kimi başa düşülür.  


 

28

paradokslara  (paradoks-hamı  tərəfindən  qəbul  edilmiş  doğru 

fikirlərlə,  elmi  müddəalarla  düz  gəlməyən  yaxud  (bəzən  ilk 

baxışda) sağlam mühakiməyə zidd olan qəribə fikir; inanılmaz 

şey  mənasını  verir)  yol  verilməsin  və  düzgün  istiqamətlər  və 

obyektiv, real və inandırıcı fikri nəticələr əldə edilsin. Düzgün 

nəzəriyyələr  yaransın  və  nəzəriyyələr  istinadlar  üçün  mühüm 

əhəmiyyət  kəsb  etsin.  Dərin  və  geniş  izahlı  məntiqi  nəticələr 

çıxarmaq əsaslardan (müəyyən zaman və məkanda, səbəbiyyət 

və  nəticə  kateqoriyaları  ilə  dərk  edilən,  mahiyyət,  forma  və 

məzmunca  dəyişən),  faktlardan  asılıdır.  Əsaslar  çıxarmaq, 

nəticələrə  gəlmək,  əqli  mühakimələr  yürütmək  daha  çox 

intuisiyaya,  duyğulara  söykənməlidir.  Belə  ki,  hələ  qədim 

yunan  alimi  Aristotel  də  əsaslar  haqqında  qeyd  edərək 

göstərirdi  ki,  əsaslardan  bəziləri  məlumat  toplama,  digərləri 

duyğu,  üçüncüləri  öyrənmə  (ethismoi)  yolu  ilə,  digərləri  isə 

başqa vasitələrlə dərk edilir.

1

  



Balanslaşdırma  vəziyyəti  və  vəziyyətin  tərkibini  təşkil 

edən  proseslər  şəxslərin  toplaşdığı  və  maraq  göstərdiyi  bütün 

sahələrdə  mövcud  olur.  Bu  baxımdan  da  dövlətlər  daxilində 

(cəmiyyətlərdə)  olan  balanslı  münasibətlərlə  yanaşı,  dövlətlər 

arasında,  xalqlar  arasında  ikitərəfli  və  ya  çoxtərəfli 

münasibətlərdə  də  (maraqlara,  hərəkətlərə,  hərəkətlərin  zaman 

və  şəraitinə  uyğun  olaraq)  balanslı  və  disbalanslı  proseslər 

yaşanır. O da məlumdur ki, xalqlar arasında müasir sülhün əldə 

edilməsi  heç  də  tarix  üçün  asan  və  qısa  müddətə  əldə  olunan 

nailiyyət olmayıb. Tarixin gedişatında ayrı-ayrı məkanlarda və 

zaman  ardıcıllığında  və  zamanın  məkan  üzrə  paralelliyində 

olduqca  çoxluq  təşkil  edən  disbalanslı  proseslər  və  balanslı 

proseslər  birliyi  və  əvəzləmələri  mövcud  zamanın  nisbi 

balanslı  vəziyyətini  formalaşdırmışdır.  Uzun  və  qısamüddətli 

müharibələr,  maraqlar  uğrunda  çarpışmalar,  qarşıdurmalar, 

                                                 



1

 Aristotel.  “Nikomax  etikası”  (Tərcümə  edəni  F.  Təbibi),  Bakı,  Qanun,  2007,  340 

səh., s. 26. 

 


 

29

ziddiyyətlər,  böyük  itkilər  və  belə  vəziyyətlərin  bezdirici 



xüsusiyyətləri,  məhvedici  nəticələrinin  dərk  edilməsi  müasir 

sülhün  əldə  olunmasını  zəruri  edibdir  və  regional  və  qlobal 

məkanlar üzərində sülh sistemlərinin, sülh mexanizmlərinin və 

proseslərinin  yaranmasını  şərtləndiribdir.  Sülh,  sabitlik  və 

inkişaf istiqamətində nəzəri mülahizələr və onların cəmiyyətlər 

tərəfindən  dərk  etdirilməsi  sülh  ideyalarının  əhatəli  şəkildə 

inkişaf  etməsini  zəruri  edibdir.  Dinclik  şəraitində  yanaşı 

yaşamaq,  mübarizə  imkanlarını  birləşdirmək,  dinc  yollarla 

maraqları 

paylaşmaq, 

əldə 

edilən 


vasitələrdən 

birgə 


yararlanmaq  mövcud  həyatın  başlıca  tələbinə  çevrilibdir.  Bu 

baxımdan belə bir fikir bildirmək olar ki, müasir sülh prosesləri 

məhz 

tərəflərin 



maraqlarının 

qarşılıqlı 

şəkildə 

təmin 


edilməsindən əsaslı şəkildə asılıdır. Eləcə də hər bir dövlətin öz 

gücünə,  imkanlarına  görə  maraqları  (zaman  və  şəraitdən  asılı 

olaraq mütləq və nisbi) təmin edilməlidir. 

Dövlətlərin  daxilində  cəmiyyətin  ünsürləri  arasında 

yaranan 

balanslı 

münasibətlər 

öz-özlüyündə 

müəyyən 

qaydaları  əks  etdirən  sistem  təşkil  etməklə,  həm  də  dövlətlər 

aralarında  tarazlı  münasibətlər  sisteminin  formalaşmasını 

zəruri  edir.  Hər  iki  ayrı-ayrı  sistem  (dövlətdaxili  və 

dövlətlərarası)  arasında  elementlərin  qarşılıqlı  keçid  prosesləri 

baş  verir,  elementlər  sabitlik,  inkişaf  və  sülh  üçün  tərkib 

xassələrin  daşıyıcıları  rolunda  çıxış  edir.  Qarşılıqlı  keçid 

prosesləri  isə  sistemlər  aralarında  qarşılıqlı  tarazlığın 

yaranmasını  şərtləndirir.  Qarşılıqlı  tarazlıqlar  sistemi  də  öz 

növbəsində  qarşılqılı  inkişafı  zəruri  edir.  Dövlətin  daxili  və 

xarici  siyasəti  arasında  uzlaşmalar  yaranır  və  uzlaşma 

prosesləri  davamlı  olaraq  həyata  keçirilir.  Münasibətlərin 

balanslı  vəziyyəti  əsasən  dövlətlər  arasında  qlobal  sülhün 

saxlanmasını şərtləndirir. Bir çox dövlətdə mövcud olan daxili 

sabitlik  və  beynəlxalq  aləmdə  hökm  sürən  qlobal  sabitlik 

ümumdünya sülhünün qorunub saxlanmasını təmin edir. Lakin 

bu  istiqamətdə  çoxlu  sayda  qlobal  problemlər  mövcuddur  ki, 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə