Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

İnformasiya sistemləri menecmenti
 
12 
Beləliklə, menecment sistemi yalnız  о kateqoriya 
müəssisələrə  şamil edilir ki, onlar öz fəaliyyətlərini mən-
fəət əldə etməyə yönəldirlər. 
Digər  əsas cəhət ondan ibarətdir ki, menecment yalnız 
sənaye təyinatlı müəssisələrə deyil, bazar ºəraitində müstəqil 
təsərrüfat subyekti kimi fəaliyyət göstərən digər: qiymətli 
kağızlar bazarı, informasiya kommunikasiya texnologiyaları, 
bank, sığorta, turizm, mehmanxana, restoran, logistika, səhiy-
yə və s. sahələrə şamil edilir. 
Müəssisənin təsərrüfat fəaliyyətinin mənası ondan iba-
rətdir ki, istehsal prosesi bütövlükdə zəruri material, maliyyə 
və  əmək ehtiyatları ilə  təmin olunsun və istehsalın vahid 
texnoloji prosesi təşkil edilsin; elmi-texniki tərəqqinin və 
fırmanın özünün elmi-texniki və təcrübi konstruktor işlərinin 
nəticələri ardıcıl olaraq yeni və modernləşdirilmiş  əmtəə 
istehsalı  və xidmət göstərilməsi üçün istehsalatda tətbiq 
olunsun; yeni, daha mükəmməl texnika işlənib hazırlansın və 
mövcud texnologiya təkmilləşdirilsin; tələbkar istehlakçıların 
yüksələn tələblərinə cavab verəcək yüksək keyfiyyətli məhsul 
istehsal olunsun; kommersiya əməliyyatları həyata keçirilsin
məhsula texniki xidmət təmin olunsun; istehsal prosesinin 
maddi-texniki təchizatı ödənilsin; müəssisə maliyyə vəsaiti və 
bütün səviyyələrdə əmək ehtiyatları ilə təmin olunsun. 
Menecment öz fəaliyyət dairəsinə daxil olan funksi-
yaları  həyata keçirmək üçün təsərrüfat fəaliyyəti prosesində 
meydana çıxıb qarşılıqlı  şəkildə  fəaliyyət göstərən sosial-
iqtisadi, texnoloji, texniki, sosial-psixoloji, sosial-etik prob-
lemləri həll etmək üçün özünün iqtisadi mexanizminə 
malikdir. Menecmentin iqtisadi mexanizminin mövcudluğu  
obyektiv olaraq onunla əlaqədardır ki, bazar iqtisadiyyatı 
şəraitində müəssisənin təsərrüfat və idarəetmə sahələrindəki 
fəaliyyətləri öz əsl qiymətini bazarda müxtəlif formada həyata 
keçirilən mübadilə prosesi zamanı alır. Menecment firmanın 


İnformasiya sistemləri menecmenti
 
13 
uğurlu fəaliyyəti üçün elə  şərait yaratmalıdır ki, mənfəət 
firmanın fəaliyyət göstərməsinin səbəbi yox, onun səmərəli 
fəaliyyətinin nəticəsi olsun. Bunu isə istehsal olunan əmtəə və 
göstərilən xidmətin istehlakçıların tələb və  tələbatlarını  nə 
dərəcədə ödəməsindən asılı olaraq bazar müəyyənləşdirir. 
Deməli, menecment fəaliyyətinin səmərəli olub-olmamasını 
son nəticədə bazar müəyyənləşdirir. Mənfəət firmanın gələcək 
fəaliyyətinin, onun genişlənməsinin, inkişafının yeganə  tə-
minatçısıdır. Belə ki, bazar şəraitində əmtəələrin satılması ilə 
əlaqədar olaraq tez-tez meydana çıxan gözlənilən və gözlənil-
məyən təhlükələri mənfəətdən ayırmalar hesabına yaradılmış 
müxtəlif fondlar hesabına aradan qaldırmaq mümkündür.  
Məlumdur ki, rəqiblərin vəziyyətindən, istehlakçıların 
tələbatından, maliyyə vəziyyətindən, bütövlükdə ölkədə  olan 
rəqabətin səviyyəsindən, beynəlxalq  əmtəə bazarında ticarət 
şəraitindən, ictimai-siyasi və iqtisadi amillərdən, ölkə daxilin-
dəki siyasi mühitdən asılı olaraq bazarda situasiya daim 
dəyişikliyə məruz qalır. Bunların nəticəsində daimi olaraq hər 
bir müəssisə üçün təhlükələr meydana çıxır. Bununla əlaqədar 
bu  şəraitdə menecmentin məqsədi nəinki indiki, hətta 
gələcəkdə  də baş verə biləcək təhlükələri aradan qaldırmaq-
dan ibarətdir. Bunun da öhdəsindən gəlmək üçün ehtiyat 
maliyyə  vəsaitlərinin olması  və  dəyişən  şəraitə daha tez 
uyğunlaşıb, çevik tədbirlər görmək üçün menecerlərə  təsər-
rüfat fəaliyyətinin idarə olunmasında müəyyən sərbəstlik və 
hüquqlar verilməsi zəruridir. 
Menecmentin iqtisadi mexanizmi dörd blokdan iba-
rətdir: müəssisədaxili idarəetmə; istehsalın idarə olunması; 
işçi heyətinin idarə olunması; müəssisə ilə qarşılıqlı  əlaqədə 
olub, müəssisədən kənarda fəaliyyət göstərmək kimi amillər. 
 


İnformasiya sistemləri menecmenti
 
14 
1.2. Menecmentin elmi əsasları 
 
Menecmentin məzmununa idarəetmənin elmi və prak-
tikası, müəssisənin təşkilinin idarə edilməsi və idarəetmə 
qərarlarının qəbulu prosesi kimi baxmaq olar. 
İdarəetmənin elmi əsasları deyəndə, idarəetmə prak-
tikası bazasının nəzəri  əsasları, yəni menecment prak-
tikasını elmi təkliflərlə  təmin edən elmi biliklər sistemi 
nəzərdə tutulur.  
Elmi idarəetmə metodologiyasının birinci mərhələsini 
qarşıya qoyulan məqsədə nail olmaq üçün görüləcək işlərin 
məzmununun və onun əsas elementlərinin təhlili təşkil edir. 
İkinci mərhələdə istehsal həcminin artırılması  və  əmək 
məhsuldarlığının yüksəldilməsinə nail olmaq məqsədilə 
həvəsləndirmənin müxtəlif formalarından sistematik olaraq 
istifadə etməyin zəruriliyi əsaslandırılır. 
Elmi idarəetmənin  əsasları ilə  məşğul olan alimlər 
aşağıdakı elmi məsələləri irəli sürüb əsaslandırmışlar: 
-
 
konkret məsələlərin həlli və qarşıya qoyulmuş  məq-
sədə çatmağın ən əlverişli yollarını müəyyən etmək üçün elmi 
təhlil metodundan istifadə etmək; 
-
 
konkret məsələləri həll edə biləcək yüksək ixtisaslı 
kadrların seçilməsinin vacibliyi və onların öyrədilməsi; 
-
 
qarşıya qoyulan məsələlərin səmərəli  şəkildə yerinə 
yetirilməsi məqsədi ilə  işçilərin zəruri ehtiyatlarla təmin 
olunmasının vacibliyi
- qarşıya qoyulan məqsədə nail olmaq üçün istehsal, 
texnoloji və satış proseslərinin bütün mərhələlərində  nəzarət 
mexanizminin mümkün imkanlarından istifadə olunmasının 
zəruriliyi. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə