Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

İnformasiya sistemləri menecmenti
 
15 
Xarici idarəetmə elmində idarəetmənin müasir elm 
və praktikasına  əsaslı töhfə vermiş  aşağıdakı  əsas kon-
sepsiyalar mövcuddur: 
-
 
elmi idarəetmə; 
-
 
inzibati idarəetmə; 
-
 
 psixologiya,  insanlar  arasındakı münasibətlər, davra-
nış haqqında elmi konsepsiya. 
Bunlardan  əlavə, idarəetmə prosesinə müasir 
şəraitdə geniş inkişaf etmiş üç elmi yanaşma mövcuddur: 

 
idarəetməyə proses kimi yanaşma; 

 
sistem kimi yanaşma; 

 
situasiya kimi yanaşma. 
Amerika mahiyyət etibarilə müasir idarəetmə elminin 
vətəni hesab olunur. Hələ XIX əsrin əvvəllərində Robert Ouen 
fəhlələrin abad mənzillərlə  təmin olunması, onların iş 
şəraitinin yaxşılaşdırılması, əmək prosesi nəticəsində işçilərin 
əməyinin açıq və  ədalətli qiymətləndirilməsi, yaxşı  işə görə 
maddi həvəsləndirmə nəticəsində əlavə haqq ödənilməsi yolu 
ilə  əmək məhsuldarlığının yüksəldilməsi və idarəetmənin 
yaxşılaşdırılmasına nail olmuşdur. 
Elmi idarəetmənin rüşeymlərinin  həmin dövrdən 
qoyulmasına baxmayaraq, elmi idarəetmə konsepsiyası ABŞ-
da öz inkişafına Fredirik Teylorun 1911-ci ildə çap etdirdiyi 
“Elmi idarəetmənin  əsasları” kitabı ilə başladı  və bu, 
idarəetmənin elm kimi qəbul edilməsi və müstəqil tədqiqat 
obyekti olmasının əsasını qoydu. 
İdarəetmə elminin ABŞ-da meydana gəlib inkişaf et-
məsi onunla əlaqədar olmuşdur ki, ABŞ XIX əsrin sonunda ən 
nəhəng vahid bazara çevrilmişdi və bu da intellektin, biznesin 
və idarəetmə elminin inkişafına şərait yaratmışdı. ABŞ-da iri 
sahələrin, böyük miqyaslı müəssisə  və  şirkətlərin meydana 
gəlməsi idarəetmənin xüsusi formalaşdırılmış üsullarının 


İnformasiya sistemləri menecmenti
 
16 
yaradılmasını  tələb edirdi və bunların müstəqil nəticəsi 
idarəetmənin elm kimi meydana çıxıb formalaşması oldu. 
F.Teylor öz kitabında menecmenti dəqiq qanun və 
qaydaların təməli üzərində yaranmış elm hesab edərək bunu 
elmi  şəkildə  əsaslandırdı. Burada ilk dəfə olaraq planlaşdır-
manın işin faktiki olaraq yerinə yetirilməsindən ayrılması 
prinsipləri şərh olunmuşdur. F.Teylor ilk dəfə olaraq belə bir 
vacib istiqaməti  əsaslandırdı ki, idarəetmə sahəsində görülən 
iş müəyyən bir sərbəst ixtisasdır və  təşkilat müəyyən qrup 
adamların müvəffəqiyyətlə yerinə yetirə biləcəkləri iş 
sahəsində cəmləşməsindən uğur əldə edir. 
Elmi idarəetmə konsepsiyasının meydana gəlməsinin 
nəticəsi olaraq menecmentin elmi tədqiqatların sərbəst sahəsi 
olması etiraf olundu və sübut olundu ki, elm və texnikada 
istifadə olunan üsullar qarşıya qoyulmuş  məqsədlərə nail 
olmaq üçün təşkilatın praktik fəaliyyətində də uğurla istifadə 
oluna bilər. 
Elmi idarəetmə konsepsiyasının yaranıb inkişaf etməsi 
1895-1920-ci illəri  əhatə edir. Konsepsiyanın yaradılmasının 
başlıca nümayəndələri F.Teylor, F.Hilbert, L.Hilbert, H.Hantt, 
H. Ford, A.Fayol və başqalarıdır. 
Elmi idarəetmənin metodologiyasının birinci mərhələ-
sini görüləcək işlərin təhlili və onların əsas hissələrinin müəy-
yənləşdirilməsi təşkil edir. Başlıca amil kimi insan götürülür. 
Elmi idarəetmə əsaslandırır ki, idarəetmənin yaxşılaşdırılması 
nəticəsində qoyulan məqsədə nail olmaq üçün işləyən insanlar 
maddi maraq prinsipləri, mükafatlandırma, iş arası fasilə 
verilməsi, istehsal normasının müəyyənləşdirilməsi, işçilərin 
ixtisaslarını artırmaqla öyrədilmələri vacib şərtlərdir. 
F.Teylor planlaşdırmanın işin yerinə yetirilməsindən 
ayrılması prinsiplərini  əsaslandırarkən çox düzgün olaraq 
idarəetmənin qərar qəbul edilməsi funksiyasını  işin faktiki 
yerinə yetirilməsi funksiyasından fərqləndirirdi. 


İnformasiya sistemləri menecmenti
 
17 
Elmi idarəetmə konsepsiyası idarəetməni müəyyən 
ixtisas kimi etiraf etməklə yanaşı, həm də hesab edirdi ki, 
idarəetməyə  sərf olunan əmək məhsuldar  əməkdir. Elmi 
idarəetmə konsepsiyasının müəllifləri öz tədqiqatlarını əsasən 
istehsalın idarəedilməsi, onun səmərəliliyinin yüksəldilməsi 
problemlərinə həsr etmişlər. 
İstehsalın idarəedilməsi  - qarşıya qoyulan məqsədə 
nail olmaq üçün, təşkilatın sərəncamında olan material, əmək 
və  maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə 
əməyin təşkilinin təmin olunmasına zəruri müdaxilənin 
obyektiv sistemidir. 
Hal-hazırda elmi-texniki tərəqqinin nailiyyətlərinin daha 
tez mənimsənilməsinin zəruri olduğu, böyük kompaniyalarda 
sahədaxili və sahələrarası əlaqələrin mürəkkəbləşdiyi, istehsal 
sahələrinin bir-biri ilə qarşılıqlı  əlaqəsinin gücləndiyi bir 
şəraitdə istehsalın səmərəliliyinin yüksəldilməsi üçün idarə-
etməyə elmi yanaşma xüsusi əhəmiyyət kəsb edir. Bunun 
geniş  tətbiqi planlaşdırma və uzunmüddətli proqnozlaş-
dırmanın elmi səviyyəsinin yüksəlməsinə  və beləliklə  də, 
firmanın qarşısına qoyduğu məqsədə nail olmasının daha 
əlverişli yollarının axtarılıb tapılmasına imkan yaradır. 
İnzibati idarəetmə konsepsiyasının məqsədi təşkila-
tın bütövlükdə idarə edilməsinin ümumi prinsip və 
problemlərinin işlənib hazırlanmasıdır. 
İnzibati (klassik) idarəetmə  məktəbinin təşəkkül tapıb 
inkişaf etməsi 1920-1950-ci illəri  əhatə edir. Bu idarəetmə 
məktəbinin baniləri elmi ədəbiyyatlarda menecmentin atası 
adlandırılan fransız A.Fayol, ingilis L.Urvik və amerikalı 
D.Muni hesab olunur. 
İnzibati (klassik) idarəetmə  məktəbinin banisi A.Fayol 
Fransada kömür çıxaran kompaniyanın sahibi və  rəhbəri 
olmuşdur. A.Fayolun klassik konsepsiyasına görə “idarəetmə-


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə