Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

İnformasiya sistemləri menecmenti
 
174 
verilənlər arasında məntiqi uyğunsuzluq aşkar edilir ki, bu 
vəziyyətlərə də hazır olmaq lazımdır. 
Təxminən XX əsrin 80-ci illərində yuxarıda sadalanmış 
bütün fikirlər növbəti təhlil üçün zəruri olan verilənlərin 
mərkəzləşdirilmiş halda saxlanılması ideyasına gətirdi. Bütün 
“informasiya xammalı” sadə və aydın başa düşülən strukturda 
bir yerdə saxlanmalıdır. 
O vaxtdan keçən dövr ərzində verilənlərin mərkəzləş-
dirilmiş halda saxlanması ideyası  əhəmiyyətli dərəcədə 
inkişaf etmişdir. Buna hesablama güclərinin artımı, yeni 
şəbəkə arxitekturası və internet texnologiyaları xeyli dərəcədə 
kömək edir. Hazırda vasitələrin bütöv kompleksi (dəsti) 
haqqında danışılır ki, onlara bir yerdə biznes intellektinin (Bİ) 
sistemləri deyilir. Yuxarıda baxılmış analitik piramidaya 
uyğun olaraq Bİ platformasının  əsas elementləri verilənlərin 
saxlanılması  və OLAP sistemləridir. Məhz bu obyektlər, 
adətən, tətbiqi BPM qərarları üçün platforma rolunu oynayır 
və ayrıca baxılması nəzərdə tutulur.  
OLAP sistemlər  1970-ci ildə ilk dəfə verilənlərin 
çoxölçülü təhlili üçün tətbiqi proqram məhsulu olaraq 
meydana çıxdı. Həmin məhsulun müəyyən modifikasiyası 
müasir OLAP proqramlarında geniş istifadə olunur. 
1992-ci ildən bu gunə kimi öncül mövqeyi əlində 
saxlayan və bazarın böyük payını ələ keçirmiş  birinci OLAP 
məhsul Essbase buraxılmışdır. 
Dörd qrupda birləşdirilmiş xarakteristikaların müəyyən 
dəstinə malik olan OLAP sistemlər tərəfindən informasiya 
sistemləri tanınmışdır: 
-
 
əsas xarakteristikalar: 
1)
 
verilənlərin çoxölçülü modeli; 
2)
 
verilənlərin manipulyasiyasının intuitiv mexanizmləri
3)
 
verilənlərin asanlığı; 
4)
 
verilənlərin paket halında çıxarılması; 


İnformasiya sistemləri menecmenti
 
175 
5)
 
“müştəri server” arxitekturası; 
6)
 
şəffaflıq; 
7)
 
çoxistifadəli iş. 
-
 
xüsusi xarakteristikalar: 
1)
 
qeyri-normallaşdırılmış verilənlərin emalı; 
2)
 
giriş verilənlərdən nəticələrin ayrı saxlanılması; 
3)
 
olmayan verilənlərin ayrılması; 
4)
 
olmayan mənaların emalı. 
-
 
hesabatların qurulmasının xarakteristikaları: 
1)
 
hesabatların çevik qurulması; 
2)
 
hesabatların qurulmasında sabit məhsuldarlıq; 
3)
 
fiziki səviyyənin avtomatik tənzimlənməsi. 
-
 
ölçünün idarə edilməsi: 
1)
 
ümumi funksionallıq; 
2)
 
aqreqatlaşdırmanın ölçülərinin və səviyyələrinin qeyri-
məhdud sayı. 
OLAP: FASMİ testi. Alət kimi OLAP tərifinin 
universal meyarı FASMİ testidir (Fast Analysis of Shared 
Multidimensional  İnformation – bölüşdürülən çoxölçülü 
informasiyanın tez təhlili). Bu abbreviaturanı - təşkil edən hər 
bir detala ətraflı baxaq.
 
Fast (tez). Bu xassə bildirir ki, sistem orta hesabla beş 
saniyəyə istifadəçinin sorğusuna cavabı  təmin etməlidir. Bu 
zaman sorğuların  əksəriyyəti bir saniyə  ərzində emal edilir. 
Onlardan  ən mürəkkəbi isə iyirmi saniyə hüdudunda emal 
edilməlidir. 
Analysis (təhlil). Sistem biznes proqramlar üçün səciy-
yəvi olan istənilən məntiqi və statistik təhlilin öhdəsindən 
gəlməlidir. Və son istifadəçi üçün əlverişli olan şəkildə nəticə-
lərin saxlanmasını təmin etməlidir. Təhlilin vasitələri təşkilat 
strukturunun dəyişmələrinin modelləşdirilməsini, əskinasların 
konvertasiyasını, xərclərin bölüşdürülməsini, müvəqqəti sıra-
ların təhlilinin prosedurunu daxil edə bilər. 


İnformasiya sistemləri menecmenti
 
176 
Shared (bölüşdürülən). Sistem bir çox istifadəçinin 
eyni vaxtda işləməsinə  və verilənlərə girişin məhdudlaşdırıl-
mamasına geniş imkanlar verməlidir. 
Multidimensional (çoxölçülü). Sistem çoxlu iyerarxi-
yaların tam saxlanmasını daxil edərək, verilənlərin konseptual 
çoxölçülü təsəvvürünü təmin etməlidir.  
İnformation (informasiya). Müxtəlif proqram məhsul-
larının gücü daxil olan verilənlərin emal olunma miqdarı ilə 
xarakterizə edilir. Müxtəlif OLAP sistemlər müxtəlif gücə 
malikdirlər. OLAP alətinin seçilməsində informasiya saxlanan 
yerlərlə inteqrasiyanı, istismar göstəricilərini, disk məkanının 
istifadəsini, operativ hafizəni tələb edən verilənlərin əvəzlən-
məsini, bir sıra amilləri nəzərə almaq lazımdır.  
OLAP mövzusunu müzakirə edərkən verilənlərin 
çoxölçülü saxlanmasının növlərinə də baxmaq lazımdır. Belə 
ki, informasiya massivləri analitik istiqamətlərə görə məntiqi 
ardıcıllıqla nizama salınır və son istifadəçilərin nöqteyi-
nəzərindən çoxölçülü olan, texnoloji reallaşdırma nöqteyi-
nəzərindən heç də tamamilə çoxölçülü olmur. Adətən, 
verilənlərin saxlanmasının üç növünü göstərirlər: 
-
 
çoxölçülü OLAP (multidimensional OLAP, MOLAP) 
özü ilə  təmiz  şəkildə OLAP-ı, yəni, çoxölçülü verilənlər 
bazasının ixtisaslaşdırılmış idarəsinin altında verilənlərin 
saxlanılmasına əsaslanmış texnologiyanı təqdim edir;  
-
 
nisbi OLAP ( relational OLAP, ROLAP ) “ulduz” və 
ya “qar dənəciyi” tipinin bir və ya bir neçə sxemlərinin 
əsasında verilənlərin nisbi bazalarında çoxölçülü informasi-
yanın saxlanmasına əsaslanan texnologiyadır; 
-
 
hibrid (calaq) OLAP (hybrid OLAP, HOLAP) – 
verilənlərin bir hissəsini çoxölçülü bazada, başqa hissəsini isə 
nisbidə saxlayan texnologiyadır. Bu texnologiyanı saxlayan 
aparat vasitələr istifadəçi üçün verilənlərin  şəffaflığını  təmin 


İnformasiya sistemləri menecmenti
 
177 
edirlər, çünki istifadəçi məntiq səviyyəsində çoxölçülü 
verilənlərlə həmişə işləyir.  
OLAP sistemlərin üstünlükləri.
 
İstifadəçinin nöqteyi-
nəzərindən OLAP-ın verilənlərin saxlanmasından başlıca fərqi 
onun predmet mahiyyəti ilə uyğunluqda informasiyanın 
strukturlaşdırılmasından ibarətdir (məhz predmet, ancaq 
texniki yox). OLAP proqramlarında maliyyə-iqtisadi kateqo-
riyaları  və göstəricilərindən (materialların və hazır məhsulun 
növləri, satış regionları, satışın həcmi, maya dəyəri, mənfəət 
və s.) istifadə edilir. Bu zaman sorğuya cavab bir neçə 
saniyənin  ərzində alınır. Eyni zamanda, OLAP sistemi ilə 
işləyən iqtisadçı elektron cədvəllər və yaxud hesabatların 
qurulmasının xüsusi vasitələri kimi adət etdiyi alətlərdən 
istifadə edə bilər. 
 
OLAP-universal alətdir. Lakin, məhz universallığı 
təşkilat prinsiplərinin və xüsusi üsulların tətbiqini tələb edən 
spesifik maliyyə-iqtisadi tapşırıqlar üçün onu tamamilə 
uyğungələn etmir. Ona görə  də OLAP proqramlar ixtisas-
laşdırılmış analitik proqramlara  alternativ kimi xidmət edə 
bilməz.  
OLAP vasitələr verilənlərin çoxölçülü saxlanması üçün 
müştəri analitik proqramları kimi tez-tez istifadə olunur. 
Burada istifadəçi müəyyən idarə metodikalarının realizəsi 
üçün onun adət etdiyi alətləri tətbiq edir, lakin burada emal və 
təhlil üçün verilənlər OLAP serverdə saxlanılır. 
 
11.5. BPM sistemlər  
 
(Biznesin səmərəli idarə edilməsi-BSİ) 
BPM- Business Performance Management. 
 
Biznesin səmərəli idarə edilməsi - bu, idarənin həm 
təhlilin inteqrasiya edilmiş dövri proseslərin, həm də təşkilatın 


İnformasiya sistemləri menecmenti
 
178 
maliyyə, eyni zamanda, əməliyyat fəaliyyətinə münasibəti 
olan müvafiq texnologiyaların cəmidir. 
BSİ müəssisələrə strateji hədəfləri müəyyən etmək, 
sonra isə bu hədəflərə münasibətdə öz fəaliyyətinin effektiv-
liyini qiymətləndirmək və onlara nailolma prosesini idarə 
etmək imkanı verir. 
Bu zaman əsas BSİ proseslər təşkilatın strategiyasının 
həyata keçirilməsi ilə bağlıdır və maliyyə  əməliyyat planlaş-
dırılmasını, birləşməni və hesabatları, modelləşdirməni, effek-
tivliyin  əsas göstəricilərinin təhlilini və monitorinqini daxil 
edir.  
Qeyd edək ki, BSİ sistemi anlayışı iki mənada istifadə 
edilə bilər: idarəetmə konsepsiyası (idarəetmə  qərarlarının 
qəbuluna müəyyən yanaşma) və informasiya sistemi (BSİ-nin 
ideologiyasını  dəstəkləyən və onun praktiki realizəsini təmin 
edən proqram vasitələri kompleksi ) kimi. 
Hyperion korporasiyasının apardığı  tədqiqatlar göstərir 
ki, BSİ  tətbiq olunmaqla idarəetmənin yeddi problemli 
sahəsini göstərmək olar:  
1)
 
strategiyanın və cari fəaliyyətin uzlaşdırılması; 
2)
 
optimallaşmanın lokal xarakteri; 
3)
 
reaksiya verməyin aşağı səviyyəli operativliyi; 
4)
 
etibarsız informasiyaya əsaslanmış idarəetmə  qərarları; 
5)
 
yaxşılaşmaların yavaş templəri; 
6)
 
gizli biliklər
7)
 
qoyulmuş hədəflərə çatmamaq. 
İdarəetmə sisteminin elementləri.
 
BSİ idarə sistemi 
kimi özü ilə dörd əsas elementlərin kombinasiyasını  təqdim 
edir:
 

 
idarəetmə prosesinin iştirakçıları; 

 
idarəetmənin interaktiv biznes prosesləri;  

 
idarəetmənin metodları; 

 
informasiya sistemləri və texnologiyaları.  


İnformasiya sistemləri menecmenti
 
179 
İdarəetmənin sistemi - bu, uyğun gələn informasiya 
sistemlərinin dəstəklənməsində, müəyyən qaydalara uyğun 
olaraq (ümumi xarakterli konsepsiyalara əsaslanmış meto-
dikalar ilə), idarəetmənin (yaxud bu proseslərə  təsir edən) 
müəyyən funksiyalarını (biznes prosesləri) realizə edən mene-
cerlərdir.  
İdarəetmənin metodları. Ümumiyyətlə, idarəetmənin 
istənilən metodologiyası iki səviyyəni saxlayır: konseptual 
əsası  və konkret praktiki metodikaları. Onlardan birincisi 
şəraitlərdən asılı olmayan daha ümumi metodları  və 
yanaşmaları daxil edir, yəni belə şəraitlərdə konkret müəssisə 
işləyir. Buraya idarəetmə uçotunun müxtəlif metodları, 
maliyyə  və istehsal planlaşdırması, həm də maliyyə 
hesabatının verilməsinə tələblər aiddir. İkincisi ümumi nəzəri 
prinsiplərin üzərində idarəetmənin konkret metodikaları 
qurulur. Onlar bu və ya digər müəssisənin xüsusiyyətlərini 
nəzərə almaqla işlənir, hazırlanır və adətən, müvafiq korpo-
rativ standartlarda möhkəmlənir. Belə metodikaları  hərdən 
idarəetmə praktikaları adlandırırlar (management practices). 
Metodikalara aiddir: 
 

 
hədəflərin müəyyən edilməsinin prinsipləri və onların 
uzlaşdırılmasının reqlamenti; 

 
biznes vahidləri modellərinin dəstəklənməsi və onlara 
təsir edən amillərin müəyyən edilməsi; 

 
planların işlənib hazırlanması  və uzlaşdırılmasının 
prinsipləri; 

 
nail olunmuş  və proqnozlaşdırılan nəticələrin moni-
torinqi; 

 
hədəflərdən proqnoz göstəricilərinin yayınmalarının 
qiymətləndirilməsi və idarəetmənin səmərəliliyinin yüksəldil-
məsi üçün informasiyanın tətbiqi; 

 
maraqlı tərəflərin qarşılıqlı fəaliyyətinin reqlamenti. 


İnformasiya sistemləri menecmenti
 
180 
İstənilən halda, BSİ konsepsiyası informasiya axınlarını, 
iştirakçıların rolunu, biznes qaydalarını, göstəriciləri, müvafiq 
idarəetmə metodikalarını strukturlaşdırmaq, lazım olanda isə 
biznesin dəyişən  şəraitləri və  şirkətin maraqları ilə uyğun 
olaraq onlara yenidən baxmaq imkanı verir. 
BPM (BSİ) sistemində idarəetmə dövrü. BSİ 
konsepsiyasının  əsasında idarəetmənin fasiləsiz dövrülüyü 
ideyası durur və aşağıdakıları özündə birləşdirir: 

 
inkişaf hədəflərinin müəyyən edilməsi; 

 
hədəflərə nailolmanı müəyyən edən amillərin model-
ləşdirilməsi; 

 
qarşıya qoyulmuş hədəflərə nailolmağa aparan hərə-
kətlərin planlaşdırılması; 

 
səmərəliliyin əsas göstəricilərinin və plandan onların 
kənarlaşmasının vəziyyətini izləmək imkanı verən mütəmadi 
monitorinq; 

 
“səmərəliliyin daşıyıcılarının” təbiətini daha yaxşı 
dərk etmək imkanı verən  nəticələrin təhlili; 

 
rəhbərlərə iqtisadi əsaslandırılmış  qərarları  qəbul 
etmək imkanı verən maliyyə  və idarəetmə  hesabatlarının 
tərtib edilməsi. 
Beləliklə, idarəetmə sistemi kimi BSİ-nin mahiyyəti 
ondan ibarətdir ki, o, mürəkkəb təşkilatın idarəedilməsi 
vəzifələrinə kompleks halda və daha sistemli  yanaşmaq 
imkanı verir. BSİ çərçivəsində strateji və taktiki səviyyələrin 
vəzifələri vahid kompleksə  məntiqi və texnoloji cəhətdən 
uzlaşdırılmış şəkildə təsir göstərirlər.  
BSİ sinfinin informasiya sisteminin funksionallığı: 
Məqsədli idarəetmə.  İnformasiya sistemləri inkişafın 
(həm maliyyə, həm də qeyri-maliyyə göstəricilərin hesaba 
alınması ilə) məqsədi strukturlaşdırmaq, aşağı  həlqələrədək 
məqsədli göstəriciləri çatdırmaq, vahid məcraya çoxsaylı 
bölmələrin səylərinə istiqamət verən və bu məqsədə çatmanı 


İnformasiya sistemləri menecmenti
 
181 
stimullaşdıran motivasiyanın ümumi korporativ sistemini 
formalaşdırmaq imkanı verir. İndikatorların məcmusu 
rəhbərlərə qiymətləndirmək imkanı verir ki, şirkət verilmiş 
istiqamətdə  nə  qədər uğurla irəliləyir və onun cari fəaliyyəti 
təsdiq edilmiş strategiyaya nə qədər uyğun gəlir? 
 
Biznesin modelləşdirilməsi. BSİ sistemi fəaliyyətin 
çoxvariantlı ssenarilərini formalaşdırmaq, funksional dəyər 
təhlilinin metodlarını  tətbiq etməklə maya dəyərini hesabla-
maq, resurslardan istifadə edilməsini hesaba almaq və  zəif 
yerləri aşkar etmək imkanı verir. Bütün bunlar rəhbərə 
şirkətdə baş verən hadisə  və prosesləri daha yaxşı başa 
düşmək və bunun əsasında qiymətləndirmək imkanı verir ki, 
bu və ya digər amillər qarşıya qoyulmuş  məqsədlərə çatmaq 
üçün nə qədər kömək (və ya mane ) olur.  
Planlaşdırma, büdcələşdirmə  və proqnozlaşdırma. 
Bu kateqoriyanın ixtisaslaşdırılmış sistemləri yayınmaların 
təhlili, trendlərin uçotu, qarşılıqlı  təsirin prinsiplərinin, 
maliyyə strukturunun təsvirin, təsnifatçıların və analitik 
istiqamətlərin tətbiqini daxil edərək büdcələşdirmə  və 
planlaşdırma üçün zəruri olan bütün baza funksionallığını 
saxlayır. Büdcələşdirmə sistemi hər biri və struktur bölmələr 
üçün və  hər bir biznes vahid üçün büdcəni tutmaq imkanı 
verərək, iri təşkilatların tələbatlarını hesaba alır. Bu zaman 
birləşmə (konsolidasiya) təşkilati strukturun istənilən 
səviyyələrdən həyata keçirilə bilər. Nəhayət, büdcələşdir-
mənin müasir sistemləri büdcə prosesinə onlarla və  hətta 
yüzlərlə mütəxəsisləri cəlb etmək imkanı verən inkişaf etmiş 
təşkilati funksiyalarını özündə əks etdirir.  
Monitorinq. Monitorinq altında  şirkətin vəziyyətinin 
müntəzəm izlənməsi, yayınmaların qeydə alınması və onların 
səbəblərinin aşkar edilməsi başa düşülür. BSİ kompleksinin 
tərkibində universal analitik qərar elementi var. Söhbət biznes 
intellektin modulu haqqında gedir. Onun əsas təyinatı 


İnformasiya sistemləri menecmenti
 
182 
müxtəlif və  hər  şeydən  əvvəl, ayrı-ayrı  mənbələrdən (ERP, 
CDR, SCM və s.) zəruri informasiyanı toplamaq, iqtisadi 
kateqoriyalara uyğun olaraq onu strukturlaşdırmaq və 
beləliklə idarəetmə informasiyasına (“həqiqətin yeganə 
versiyası” – single version of truth), rəhbərə o qədər lazım 
olan yeganə baxışı təmin etməkdən ibarətdir.  
Hesabat. Hesabatın formalaşdırılmasının funksiyaları 
BSİ sisteminin artıq qeyd edilən, fəaliyyət göstərən 
proqramların istəniləni də kifayət qədər inkişaf etməlidir. 


İnformasiya sistemləri menecmenti
 
183 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səmərəlilik göstəricilərinin tarazlaşdırılmış sistemi 
Modelləş-
dirmə 
 
Planlaşdırma 
Büdcələşdir-
mə 
Maliyyə 
birləşməsi 
və hesabat 
Analitik 
vəzifələr 
Göstərici
-lərin 
hesabatı 
Sorğular 
və 
hesabat 
Analitik 
Hazırlayanın 
instrumentləri 
Təşkilat 
Maliyyələr 
Məhsullar 
Müştərilər 
İnteqrasiya platforması və verilənlərin çoxölçülü 
bazaları 
ERP-
sistemlər 
CRM-
sistemlər 
Verilənlərin 
saxlanıldığı 
yer 
Başqaları  


İnformasiya sistemləri menecmenti
 
184 
İstifadə olunan ədəbiyyat: 
 
Azərbaycan dilində 
 
1.
 
Ə.M.Abbasov, V.Ə.Qasımov, R.H.Quliyev “İntellektual 
informasiya sistemlərində  qərar qəbuletmə üsulları”. Bakı, 
2003, 254 s. 
2.
 
Ə.  Ələkbərov, M. Vəliyev, S. Pürhani “Menecment”. Bakı, 
2013, 600 s. 
3.
 
T.Q. Əliyev “İnformasiyanın iqtisadiyyatı”. Bakı, 2008, 220 s. 
4.
 
S.Q. Kərimov “İdarəetmənin informasiya texnologiyaları  və 
korporativ informasiya sistemləri”. Bakı, 2010, 426 s. 
5.
 
S.Q. Kərimov “İnformasiya sistemləri”. Bakı,  2008, 676 s. 
6.
 
S.Q. Kərimov, Y.B. Sərdarov “Kompüter elminin nəzəri 
əsasları” Bakı, 2009, 290s. 
7.
 
V.Ə. Qasımov “Elm və  təhsilin informasiya təminatı 
sistemləri”. Bakı 2005, 113 s. 
8.
 
V.Ə. Qasımov “İnformasiya təhlükəsizliyinin  əsasları”. Bakı 
2009, 339 s. 
9.
 
V.Ə. Qasımov “İnformasiyanın qorunmasının müasir 
texnologiyaları”. Bakı, 2011, 110 s. 
10.
 
A.P. Orucəliyev “İnformasiya sistemlərinin riyazi elementləri”. 
Bakı, 2015, 328 s.  
11.
 
S.H. Rizayeva, M.K.Ramazanov “İqtisadiyyat”. Bakı, 2013, 
344 s. 
 
Rus dilində 
 
1.  Т.Н. Aнанъева  “Информационный  менеджмент  в  системе 
социологического знания”. М., 2002 
2.  В.А.  Грабауров  “Информационные  технологии  для 
менеджеров.” М. Финансы и статистика, 2002.  
3.  А.С.Гринберг,  Н.Н.Горбачев,  А.С.Бондаренко  “Информа- 
ционные тенологии управления.” М. Юнити, 2005.  


İnformasiya sistemləri menecmenti
 
185 
4.  А.С. 
Гринберг, 
И.А. 
Король 
“Информационный 
менеджмент.”  М. Юнити-Дана, 2003.  
5.  В.Н. 
Кузнецов, 
И.Н. 
Громова 
“Информационный 
менеджмент:  учебное пособие.” – Тверь: ТГТУ, 2004. 
6.  Е.Б. Малофейчик “Информационный менеджмент.” – Киев, 
2003.  
7.  И.Б. Гурков “Стратегический менеджмент организации.” М. 
2004 


İnformasiya sistemləri menecmenti
 
186 
MÜŞFİQ  RAMAZANOV 
 
 
 
 
 
 
İnformasiya sistemləri menecmenti 
(Dərslik)
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor:   
Fuad Salayev  
Texniki redaktor: 
Vəfa Camalova 
 
Texniklər:  
Aruz 
Məmmədli 
  
Sevinc 
Məcidova 
 
 
Format 60x84/16, şərti çap vərəqi 11,5 
Sifariş № 187, tiraj 100, səhifələrin sayı 186 
 
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin  
Heydər Əliyev adına Akademiyasının I fakültəsinin 
 “İctimai-siyasi fənlər” kafedrasının  
kompüterində yığılmış və Nəşriyyat-poliqrafiya  
mərkəzində nəşr edilmişdir. 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə