Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

İnformasiya sistemləri menecmenti
 
18 
qabaqcadan görmək, təşkil etmək, sərəncam vermək, razılaş-
dırmaq və nəzarətdir”. 
Klassik idarəetmə  məktəbinin məqsədi universal idarə-
etmə prinsiplərinin yaradılması olmuşdur. Bu, məsələnin 
həllinin iki aspektini nəzərdə tuturdu: 

 
təşkilatın idarə edilməsinin rasional sisteminin 
yaradılması; 

 
işçi kollektivinin idarə edilməsi və təşkili formasının 
müəyyənləşdirilməsi. 
Qeyd etmək lazımdır ki, A.Fayol idarəetməni universal 
proses hesab edərək, ona firmanın ehtiyat və imkanlarından 
ortimal istifadə etməklə, sahibkarlıq fəaliyyətinin həyata 
keçirilməsinə yönəldilmiş prinsip, qayda və qanunların məc-
musu kimi baxırdı. 
A.Fayolun idarəetmə elminin inkişafında xidməti ondan 
ibarət olmuşdur ki, o, idarəetməyə universal proses kimi: 
planlaşdırma, təşkil, motivasiya və  nəzarət kimi qarşılıqlı 
əlaqədə olan funksiyaların kompleksi kimi baxmışdır. 
Ümumiyyətlə, idarəetmədə inzibati problemlər firmanın 
təşkili, idarə edənlər arasında axır nəticəyə görə məsuliyyətin 
və  qərar qəbul edilməsində hüquqların bölünməsi, görüləcək 
işlərin ardıcıllığı və həcminin müəyyənləşdirilməsi, idarəetmə 
funksiyaları arasında münasibətlərin optimallaşdırılması, 
məlumat və hesablama sistemlərindən ibarətdir. 
Psixologiya insanlar arasındakı münasibətlər və 
davranış haqqında elmi konsepsiyadır.  Bu konsepsiya 
1930-50-ci illərdə idarəetmədə  ən çox yayılmış konsepsiya 
olmuşdur. Bunun əsas məğzi ondan ibarətdir ki, şəxslər 
arasındakı münasibətlərin idarə olunması metodlarından 
istifadə etməklə, işçilərin öz əməklərinin nəticələrindən razı 
qalma səviyyələrinin yüksəldilməsi onların  əmək məhsuldar-
lığının artırılmasının  əsasını  təşkil edir. Bu konsepsiyanın 


İnformasiya sistemləri menecmenti
 
19 
baniləri M.Follett, E.Meyo, K.Ardjis, R.Laykert, F.Qertsberq, 
A.Maslou və başqalarıdır. 
M.Follettin bu konsepsiya çərçivəsində müəyyənləş-
dirdiyinə görə, menecment başqa şəxslərin köməkliyi ilə işin 
yerinə yetirilməsidir. E. Meyo öz müşahidə  və  tədqiqatları 
nəticəsində belə nəticəyə gəlmişdir ki, işin yerinə yetirilməsi 
üçün dəqiq hazırlanmış əməliyyat və yaxşı əmək haqqı heç də 
həmişə əmək məhsuldarlığının yüksəldilməsini təmin etmir. 
Psixoloq Abraxam Maslounun apardığı  tədqiqatlar 
göstərdi ki, elmi idarəetmə konsepsiyası tərəfdarlarının hesab 
etdikləri kimi, insanların  əməllərinin dəlilləri heç də  həmişə 
iqtisadi faktorlar deyil, onların pulla ödənə bilməyən müxtəlif 
tələbatlarıdır.  İşçilərin  əmək məhsuldarlığının yüksəldilməsi 
əmək haqqının artırılmasından о qədər asılı deyil, nə qədər ki
işçilərlə menecerlər arasındakı münasibətdən, işçilərin öz 
əməyinin nəticələrindən razı qalmaları  və kollektivdəki 
münasibətdən asılıdır. 
Bu məktəbin nümayəndələri belə hesab edirlər ki, 
müəssisədə yüksək məhsuldarlığa nail olmaq üçün aşağı 
səviyyədən ali səviyyəyədək tutduğu mövqedən asılı olma-
yaraq bütün işçilər arasında yaxşı insani münasibətlər 
yaradılmalı və hər bir işçiyə qayğı göstərilməlidir. 
Elmi idarəetmədə davranışın tədqiqi psixologiya və 
sosiologiyanın təkamülü ilə başlanmışdır. Bu məktəbin 
başlıca konsepsiyası ondan ibarətdir ki, işin təşkilinin 
səmərəliliyi insan ehtiyatlarından istifadənin  əlverişliliyi 
hesabına əldə edilməlidir. 
İdarəetməyə elmi və ya kəmiyyət yanaşması konsep-
siyası  1950-ci illərdən təkamül tapmağa başlamışdır. 
Riyaziyyat, statistika, kibernetika, mühəndislik elmləri və 
bunlarla qarşılıqlı əlaqədə olan digər elm sahələrinin inkişafı 
idarəetmə  nəzəriyyəsi və praktikasına çox mühüm təsir 
göstərmişdir. 


İnformasiya sistemləri menecmenti
 
20 
Problemin dərk edilib qoyuluşundan sonra əməliyyat-
ların tədqiqi üzrə mütəxəssislər situasiyanın modelini işləyib 
hazırlayır. Model bu və ya digər reallığın təqdim olunması 
formasıdır. Model reallığın mürəkkəbliyinin dərk edilməsini 
asanlaşdırır. Mütəxəssislər prosesin modelini müxtəlif tənlik 
və  işarələr vasitəsilə reallaşdırdıqdan sonra dəyişənlərə 
kəmiyyətcə müxtəlif qiymətlər verirlər. Bu qiymətlərin 
dəyişmə intervalından asılı olaraq, qoyulan məsələnin həllinin 
müxtəlif variantları meydana çıxır ki, bu da idarəetmə 
aparatına qərar qəbul edilməsində  hərəkət etmək sərbəstliyi 
verməklə, konkret şəraitdən asılı olaraq qoyulmuş  məqsəd 
kriteriyası  əsasında inkişafın optimal variantının seçilməsinə 
imkan verir. 
 
1.3. Menecer: mahiyyəti və vəzifələri 
 
Müasir mənada  menecer bazar şəraitində  fəaliyyət 
göstərən müəssisənin təsərrüfat fəaliyyətinin konkret növləri 
üzrə qərar qəbul edilməsində müəyyən hüquqlara malik olub, 
haqqı ödənilməklə daimi vəzifə tutan idarəedicidir. Menecer 
müəssisədə muzdlu işçi kimi işləyib müəssisənin səhmdarı 
olmaya və ya həm də  səhmdar olub menecer kimi də  işləyə 
bilər. Menecerin əməyi məhsuldar  əməkdir. Çünki onun 
əməyi, texnoloji prosesin, işçilərin yüksək səviyyədə ixtisas-
laşma səviyyəsi ilə kombinasiya olunduğu şəraitdə bütövlük-
də istehsal, iş  və xidmətlər prosesinin tamlığını  və ayrı-ayrı 
bölmələr arasında  əlaqəni təmin edir. Deməli, menecer 
bütövlükdə müəssisə və onun ayrı-ayrı bölmələri və müxtəlif 
ixtisasa malik mütəxəssislərini biri-biri ilə  zəncirvari  şəkildə 
birləşdirir. Bütövlükdə isə firmanın əldə edəcəyi son optimal 
nəticə bu birləşmənin (əlaqənin) səmərəliliyindən çox asılı 
olur. “Menecer” anlayışı hazırda çox geniş yayılmışdır və 
aşağıdakı hallarda işlənilir: 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə