Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   53

İnformasiya sistemləri menecmenti
 
21 

 
ayrı-ayrı bölmələr və ya məqsədli proqram qrupları 
çərçivəsində konkret fəaliyyət növlərinin təşkilatçısı; 

 
bütövlükdə müəssisənin və onun ayrı-ayrı bölmələri-
nin rəhbəri; 

 
tabeçilikdə olanların rəhbəri; 

 
müasir metodlarla iş  təşkil edən, idarəetmənin 
istənilən səviyyəsində rəhbər; 

 
müəssisə (təşkilat) adından çıxış edib, onu başqa 
təşkilatlarda təmsil edən. 
Bazar  şəraitinə xas olan təhlükələr və qeyri-müəyyən 
situasiyalar  şəraitində  qərar qəbul edilməsi prosesində  
menecer fəaliyyəti müstəqillik və  məsuliyyət tələb edir. 
Bunlar da onu yeniliklər nəzərə alınmaqla optimal təşkilati və 
elmi-texniki qərarların qəbul edilməsi yollarının axtarıb 
tapılmasına təhrik edir. 
İstənilən səviyyədə olan menecerə  aşağıdakı  yüksək 
tələblər (vəzifələr) qoyulur: 

 
müəssisənin idarəedilməsi sahəsində ümumi bilik və 
bacarığa malik olmaq; 

 
müəssisənin təsərrüfat fəaliyyətinin növü və xarak-
terindən asılı olaraq aid olduğu sahədə qabaqcıl texnoloji 
proseslər sahəsində səriştəlilik; 

 
inzibatçılıqla yanaşı, həm də sahibkarlıq vərdişlərinə 
malik olmaq, bazarda situasiyanı  ələ almağı bacarmaq və 
təşəbbüskar olmaq; 

 
yaranmış təhlükələri dərk edib onun aradan qaldırıl-
ması yollarını tapmaq və yeni meydana çıxmış imkanlardan 
istifadə etmək məqsədilə, firmanın ehtiyatlarını yenidən 
bölməklə onları daha sərfəli sahələrə yönəltməyi bacarmaq; 

 
özündən aşağı rəhbərlər və işçilərlə razılaşma əsasın-
da  əsaslandırılmış düzgün qərar qəbul etmək və onun yerinə 
yetirilməsi üçün hər bir işçinin iştirak dərəcəsini müəyyənləş-
dirib onlar arasında bölüşdürmək qabiliyyəti


İnformasiya sistemləri menecmenti
 
22 

 
artıq fəaliyyət göstərdiyi və ya göstərmək istədiyi 
bazarlarda, yaxud onların seqmentlərində olan iqtisadi situa-
siyanın təhlili sahəsində bilik və praktiki təcrübəyə malik 
olmaq; 

 
rəqib firmaların fəaliyyət sahələrini bilmək, onların 
fəaliyyət istiqamətlərini təhlil edib düzgün qərar qəbul etmək 
bacarığı; 

 
firmanın öz mövqeyini saxlamaq və möhkəmlən-
dirmək istədiyi bazarlarda mövcud və potensial vəziyyəti, öz 
ölkəsində  və maraqlı olduğu digər ölkələrdə iqtisadiyyatın 
dövlət tənzimlənməsi tədbirlərini, bazar konyukturası  və 
tələbin xüsusiyyətlərinin dəyişmə istiqamətlərini görməyi 
bacarmaq qabiliyyəti; 

 
özünün birbaşa tabeliyində olan işçiləri tanımalı, 
onların hər birinin adını bilməli, hər birinə formalaşmış 
şəxsiyyəti, mədəni səviyyəsi və tutduğu mövqedən asılı olaraq 
fərdi yanaşmağı bacarmalıdır; 

 
firmanın və işçilərin maraqlarını ədalətli şəkildə mü-
dafiə etməli və birinin digərinə olan münasibətini aydınlaş-
dırarkən haqsızlığa yol verməməlidir; 

 
firmanın düzgün fəaliyyət göstərməsi və kollektivin 
birliyini təmin etmək məqsədilə bacarıqsız işçilərdən xilas 
olmağı bacarmalıdır; 

 
öz davranışı və hərəkətləri ilə kollektivə sağlam yol-
daşlıq və qarşılıqlı əməkdaşlıq mühiti yaratmağı bacarmalıdır. 
Qeyd etmək lazımdır ki, hər bir müəssisənin uğurunun 
əsasında öz işçilərinin  əməyi durur. Ona görə  də müəssisə 
mənfəət götürmək məqsədilə özünün müştərilərinin – isteh-
lakçılarının tələbatlarına cavab verən  əmtəə  və ya xidmət 
istehsal etmək qayğısına qaldığı kimi, daimi olaraq özünün 
işçilərinin də qayğısına qalmalı, onların sosial-iqtisadi prob-
lemlərinin həllini yüksək səviyyədə  təmin etməlidir. Mene-
cerin yuxarıda göstərilən məqsəd və vəzifələrinin öhdəsindən 


İnformasiya sistemləri menecmenti
 
23 
necə gəlməsi, öz zəruri funksiyalarını necə yerinə yetirməsi öz 
qiymətini axır nəticədə firmanın istehsal etdiyi əmtəə  və 
xidmətlərinə olan tələbatdan asılı olaraq bazarda alır. Müasir 
qloballaşma dövründə menecerin vəzifəsi istehsal miqyasının 
genişlənməsi və bununla əlaqədar olaraq material, maliyyə, 
əmək və digər ehtiyatlara olan tələbatın artması ilə  əlaqədar 
olaraq daha da mürəkkəbləşir. 


İnformasiya sistemləri menecmenti
 
24 
FƏSİL 2 
 
İnformasiya sistemləri menecmenti elminin  
formalaşması və inkişafı 
 
2.1. İnformasiya sistemləri menecmenti fənninin predmeti 
 
Bu gün dünya  yalnız yeni əmək alətlərinin yaradılması, 
istehsal proseslərində buxar və ya elektrik enerjisinin istifa-
dəsi kimi hadisələrlə müqayisə edilə biləcək  əsl informasiya 
inqilabını yaşayır.  İnformasiya, proqram-texniki vasitələrin 
köməyi ilə onun əvvəl görünməyən həcmlərdə yaradılması və 
tətbiqi real dünyanın oxşarı kimi və hazırda insanların 
həyatında nəticələri çətinliklə qiymətləndirilə biləcək yeni 
“virtual” məkanın yaradılması  və modelləşdirilməsinə imkan 
verib.  İstehlakçıya informasiyanın təqdim edilməsini təmin 
edən informasiyalaşmanın müasir prosesləri cəmiyyətin 
həyatında mühüm amilə  və ictimai fəaliyyətin bütün sahə-
lərinin idarə edilməsinin səmərəliliyinin artırılması vasitəsinə 
çevrilmişdir. Aktual informasiya ehtiyatları  və düzgün 
layihələşdirilmiş avtomatlaşdırılmış informasiya sistemləri bu 
gün bütün predmet sahələrində  hər bir səviyyənin meneceri  
üçün dəyərli fəaliyyətin bazasıdır. 
Dünyada sosial-iqtisadi inkişafın müasir şəraitində əsas 
idarəetmə  qərarlarının qəbul edilməsi üçün zəruri olan 
informasiyanın toplanmasından və emalından ibarət olan 
idarəetmə prosesinin informasiya təminatının rolu artmışdır. 
Rəhbərlər tərəfindən menecmentin problemlərinə maraq daim 
böyüyür.  İdarəetmənin effektiv metodları  təşkilatın rəqabət 
qabiliyyətinin artması amili, biznesin səmərəli aparılmasının 
zəruri aləti kimi daha çox dərk edilir. Müasir şəraitlərdə 
effektiv idarəetmə özü ilə təşkilatın qiymətli resursunu verir. 
Buraya maliyyə, material, insan və başqa resurslar aiddir. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə