Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

İnformasiya sistemləri menecmenti
 
28 
1.
 
informasiya – kompleks kateqoriyadır, yəni informasiya – 
işgüzar münasibətlərin şərti və vasitəsidir; 

 
informasiya – təşkilat haqqında məlumatların cəmiyyətə 
çatdırılması vasitəsidir; 

 
informasiya – ətraf mühit haqqında məlumatların mən-
bəyidir; 

 
informasiya – əmtəədir. 
2.  informasiya sistemləri menecmenti konkret təşkilatın 
hüdudlarında həyata keçirilir; 
3.  informasiya idarəetmə qərarının qəbul edilməsi prosesinin 
əsasında olan istehsalın müstəqil amilidir; 
4.  informasiya sistemləri menecmenti adi informasiyaya yox
təşkilatın informasiya fəaliyyətinə aiddir. 
İnformasiya aşağıdakı keyfiyyətlərə malikdir: həqi-
qilik və tamamlıq; aktuallıq və qiymətli olması; aydınlıq və 
dəqiqlik.  İşin həqiqi vəziyyətini təhrif etməyən informasiya 
həqiqi hesab edilə bilər. Yanlış informasiya düzgün olmayan 
anlayışın yaranmasına və ya səhv qərarların qəbul edilməsinə 
gətirib çıxara bilər. 
Anlama və  qərarların qəbul edilməsi üçün kifayət olan 
informasiya – tamdır. Tam olmayan informasiya qərarların 
qəbul edilməsini gecikdirir və qüsurlara səbəb ola bilər. 
İnformasiyanın qiymətli olması onun köməyi ilə  həll 
olunan məsələlərdən asılıdır. Aktual informasiyanın mövcud-
luğu daim dəyişən şəraitdə iş zamanı vacibdir. Əgər qiymətli 
və aktual informasiya  aydın olmayan sözlərlə ifadə edilirsə, 
o, lazımsız sayılır. Alana başa düşülən dildə  təqdim edilmiş 
informasiya aydın və dürüst hesab edilir. 
Maddi dəyərlərin istehsalı, paylaşdırılması, mübadiləsi 
və istehlakı proseslərinə xidmət edən və xalq təsərrüfatının, 
onun sahələrinin təşkilati-iqtisadi idarəetməsi vəzifələrinin 
həllini təmin edən informasiya idarəetmə informasiyası 
adlandırılır.  


İnformasiya sistemləri menecmenti
 
29 
İnformasiya sistemləri menecmentinin sferası – həm 
bütün formaları  və  vəziyyətlərində informasiya ilə, həm də 
müəssisə ilə ümumilikdə bağlı olan hərəkətləri, əməliyyatları 
daxil edən və müəssisənin həyatı silsiləsinin bütün 
mərhələlərində idarəetmə üçün vacib olan bütün qərarların 
məcmusudur. Bununla yanaşı, hər bir menecerə ancaq 
relevant informasiyanın verilməsindən başqa, yalnız informa-
siyadan (məlumatlar və biliklərdən) yox, informasiya ilə bu və 
ya digər dərəcədə  əlaqədə olan müəssisənin digər (texnoloji, 
kadr, maliyyə  və s.) ehtiyatlarından istifadənin dəyərliliyi və 
səmərəliliyinin müəyyən edilməsi məsələləri həll olunmalıdır.  
İnformasiya sistemləri menecmentinin məqsədi – 
informasiya sistemləri (İS) və texnologiyalarından (İT) istifa-
də etməklə müəssisənin fəaliyyətinin səmərəliliyini yüksəlt-
məkdir.  
İnformasiya sistemləri menecmentinin predmetini 
müəssisənin informasiya  sistemlərinin yaradılması, istismarı 
və inkişaf etdirilməsi prosesi təşkil edir. 
İnformasiya sistemləri menecmentinin vəzifələri 
bunlardır: 

 
İnformasiya sisteminin texnoloji mühitinin forma-
laşması, 

 
İnformasiya sisteminin inkişafı və ona xidmətin təmin 
edilməsi, 

 
İnformasiya sisteminin mühitində planlaşdırma, 

 
İnformatizasiya sahəsində  təşkilati strukturun forma-
laşması, 

 
İnformasiya sisteminin istismarı və istifadəsi, 

 
İnnovasiya siyasətinin formalaşması  və innovasiya 
proqramlarının həyata keçirilməsi, 

 
İnformasiyalaşma sferasında heyətin idarə edilməsi, 

 
İnformasiyalaşdırma sferasında kapital qoyuluşunun 
idarə edilməsi, 


İnformasiya sistemləri menecmenti
 
30 

 
İnformasiya ehtiyatlarının kompleks mühafizəsinin 
təşkili və təmin edilməsi. 
Müəssisədə informasiya sistemləri menecmenti strateji
operativ və inzibati tapşırıqları yerinə yetirir. Strateji tapşı-
rıqlara müəssisənin informasiya infrastrukturunun yaradılması 
və informasiya texnologiyalarının idarəedilməsi aiddir. Ope-
rativ və inzibati tapşırıqlar daha məhdud və tabeçilik xarakteri 
daşıyır. İnformasiya sistemləri menecmentinin birinci vəzifəsi 
müəssisənin əsas fəaliyyətinin informasiya ilə təminatı hesab 
edilir. 
 
2.2. İnformasiya sistemləri menecmentinin baza 
anlayışları 
 
İnformasiya sistemləri menecmentinin əsas baza 
anlayışlarına aşağıdakılar daxildir: 
Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin 
fəaliyyətini bazarın tələb və  təklifləri istiqamətinə yönəldən, 
optimal nəticələrin  əldə edilməsi məqsədilə az xərclə 
istehsalın səmərəliliyini artırmağa çalışan idarəetmə metodları 
sistemidir. 
İnformasiya sistemləri menecmenti – menecmentin 
xüsusi sahəsi olaraq, informasiya resurslarının yaradılması və 
istifadəsi sahəsində bütün problemləri  əhatə edən elm 
sahəsidir. 
İnformasiya sistemi (İS) - müəyyən sahədə məsələlərin 
həllini təmin edən qərarların qəbul edilməsi üçün infor-
masiyanın toplanması, saxlanması, axtarışı, emalı  və istifa-
dəçilərə çatdırılmasını  təmin etmək məqsədilə texniki, proq-
ram, metodoloji və təşkilati vasitələrdən ibarət kompleksdir. 
İnformasiya - ətrafı  əhatə edən  obyektlər, hadisələr, 
proseslər və s. haqqında onlara aid olan qeyri-müəyyənlik, 
biliklərin tamamlanmaması  dərəcəsini azaldan və  əmələ 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə