Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

43 

 

 



 

2.2.Elektron hökümət  anlayışı,qurulması və  tətbiqi 

Ölkəmizdə yeni bir anlayış olan e-hökümət, məhsuldarlığı artırmaq məqsədiylə 

və  müasir  cəmiyyət  olmanın  bir  gərəyi  olaraq  ortaya  çıxmışdır.  Bu  mənada  idarə 

edənlərlə  idarə  olunanların  arasındakı  hər  cür  tapşırıq,ehtiyac    və  öhdəliklərin 

qarşılıqlı  olaraq  “rəqəmsal  cəmiyyətdə”  etibarlı  və  davamlı  bir  şəkildə 

reallaşdırılması mənasını verməkdədir. 

Ümumi  olaraq  şərhə çalışdığımız  E-Hökümət  anlayışının  müxtəlif  əsərlərdə də 

fərqli ünsürləri ön plana çıxarılaraq təyin edilir. Bu çərçivədə qəbul edilən bir tərifə 

görə  e-  hökümət  müasir  cəmiyyətlərdə  hökümət  və  fərd  əlaqələrində,  hökümətin 

vətəndaşa qarşı yerinə yetirməyə borclu olduğu vəzifə və xidmətlərlə, vətəndaşların 

hökümətə qarşı olan vəzifə və xidmətlərinin qarşılıqlı vəziyyətdə elektron ünsiyyət və 

ə

məliyyat proseslərindəetibarlı və kəsilməz olaraq aparılması deməkdir. 



Bənzər bir yanaşma "e-Hökümət" anlayışı, ənənəvi hökümət modelinə görə daha 

irəli,  təməldə  güclü  bir  T  infrastrukturuna  və  tətbiqlərinə  dayanan  "daha  yaxşı  bir 

hökümət quruluşunu" ifadə etməkdədir. 

 

Klassik hökümə



Elektron hökümə

Passiv vətəndaş 

Aktiv müştəri və vətəndaş 

Kağız vasitəsilə xəbərləşmə 

Elektronik xəbərləşmə 

yeraxik struktur 

Üfüqi və kordinasiyalı şəbəkə 

Müəssisənin 

informasiya 

yüklənməsi 

Vətəndaşın informasiya yükləməsi 



44 

 

 



 

Məmurun cavablaması  

Avtomatik elektron məktub, onlay xətt 

Məmurun köməyi 

Onlayn müştəri xidmətləri, təlimatlar 

Məmur nəzarəti ilə yoxlanış 

Avtomatik yoxlama mexanizması 

Nəğd pul köçürmələri 

Elektronik pul transferi 

Monotip xidmət 

Fərdiləşmiş xidmət 

Yüksək maliyyə xərcləri 

Az maliyyə xərcləri 

Tək istiqamətli xəbərləşmə 

Şə

bəkə xəbərləşməsi 



Qapalı hökümət 

Leğitim hökümət 

 

Cədvəl 1.Klassik hökümət və elektron hökümətin fərqi 

Bir  başqa  tərifdə  isə  e-hökümət-  ictimai  təşkilatları,  vətəndaşlar  və  ticari 

təşkilatlar  arasındakı  məlumat,  xidmət  və  mal  alverlərində  informasiya 

texnologiyalarını  istifadə  etməklə  performans  və  məhsuldarlıq  artımını  hədəfləyən 

hökümət  modeli  olaraq  təyin  olunmaqdadır.  Hökümətin  məlumat  texnologiyalarını 

sıx  olaraq  istifadə  etməklə  hökümətin  quruluşuna  olan  təsirlərinə  vurğu  edən 

Fountain isə bu rəhbərlik modelini məlumatın və ünsiyyətin rəqəmsallaşdırılması ilə 

şə

rik  bu  modeli  tətbiq  edən    hökümətləri  "virtual  hökümət"  lər  olaraq  təyin 



etməkdədir. 

E-Hökümət  layihəsi,  ən  geniş  mənasıyla  daha  yaxşı  bir  hökümət  quruluşunun 

yaradılması  məqsədini  daşıyır,yəni  e-Hökümət,  "e"  dən  çox,  "hökümət"  ə  diqqət 

yetirir.  E-Höküməti  meydana  gətirən  təməl  ünsürlər,  e-Şirkət,  e-təşkilatd  və  e-

vətəndaş  hesab  olunur.  Onların  hər  biri  öz  içlərində    “  e  ”  faktını  reallaşdırmaqla  



45 

 

 



 

məşğul  olacaq  və  bir-birinə  təsir  etməklə  güclənərək  inkişaf  edəcək  və  zamanla  e-

hökümət meydana gələcək. E-hökümətin təqdim edəcəyi təməl xidmətlərin istiqaməti 

dörd qrupda toplanır. Bu qruplar aşağıdakı kimidir: 

•  Hökümətdən hökümətə (G2G government to governments) 

•  Hökümətdən vətəndaşa (G2C government to citizens) 

•  Hökümətdən işçilərə (G2E government to employees) 

•  Hökümətdən biznesə (G2B government to businesses) 

Nə üçün e-Hökümət? 

Qloballaşmanın  sürətlə  inkişaf  etdiyi  və  iqtisadi  mənada  sərhədlərin  ortadan 

qalxdığı bir dünyada,  KT-dəki sürətli irəliləyiş Azərbaycan dövlətiylə digər inkişaf 

edən ölkələr arasındakı fərqi artırmaqda idi. Azərbaycanın  bu fərqi aradan qaldırması  

və informasiya cəmiyyətinə çata bilməsi üçün hökümətin, inkişaf etmiş texnologiyanı 

istifadə  etməsi  və  yeni  bir  modelə  keçməsi  lazımdır.  Bu  model,  e-Hökümət  olaraq 

ifadə  edilməkdədir.  Fountainin  də  ifadə  etdiyi  kimi  internet  texnologiyasının 

rəhbərlik  üzərində  təsirlərinin  əhəmiyyəti  və  həcmi  sadəcə  təmin  etdiyi  sürətdən 

deyil,eyni  zamanda  koordinasiyanın,  ünsiyyətin  və  nəzarət  mexanizmlərinin  təsir 

potensialından  da  qaynaqlanır  ki,    bunlar  da  təşkilatların  təbiətinin  köklü  şəkildə 

dəyişməsi  mənasını  verməkdədir.  Bu  məzmunda,  e-Hökümətın  məqsədləri 

aşağıdakılardır: 

•  Hökümətin şəffaflaşması, 

•  Hökümətin sürətli və təsirli bir şəkildə işləyişinin təmin edilməsi, 

•   Hər səviyyədə vətəndaşın rəhbərlikdə iştirakının təmin edilməsi, 

•  Təşkilatlar  arası  məlumat  mübadiləsinin  təmin  edilərək  iş  və 

məlumatların bərpasının qarşısının alınması, 

•  Cəmiyyətin xidmət verdiyi vətəndaşların həyatlarının asanlaşdırılması, 

•  Qərar  verənlərin  məlumata  söykənən  qərar  vermə  proseslərinin 

sürətləndirilməsi və həmçinininkişaf etdirilməsi olaraq yekunlaşdırılır. 

Bunların reallaşması vəziyyətində təmin ediləcək faydalar bunlardır: 



46 

 

 



 

•  Zamandan qazanc təmin ediləcək, 

•  Xərclər enəcək,məhsuldarlıq isə artacaq, 

•  Fərdi iştirak artacaq, 

•    qtisadi inkişaf dəstəklənəcəkdir, 

•  Həyat keyfiyyəti artacaq, 

•  Məmnuniyyət artacaq, 

•  Kağız asılılığı, istifadəsi azalacaq,  

•  Cəmiyyət  ilə  olan  əməliyyatlar  üçün  vətəndaşın  tələb  etdiyi  məlumatlar 

bir  nöqtədən  və  doğru  şəkildə  əldə  olunacaqdır.  Beləcə  insan  səhvləri 

minimuma enəcəkdir. 

•  nformasiya  və  kommunikasiya  texnologiyaları  ilk  qurma  xərci  yüksək 

olmasına qarşı zaman ölçüsündəki ümumi sahib olma xərcinin düşməsi, 

veriləcək  olan  xidmətin  daha  sürətli  təqdim  edilməsi,  müəssisə 

xərclərinin  azalması,  doğru  məlumatı  əldə  etmək  və  s.  üstünlüklər 

xidmətin elektron qaydada təqdim edilməsi üçün bir səbəb olacaq. 

•  Həm  ictimai,  həm  də  vətəndaş  üçün  qərar  alma  prosesindəsadəlik  və 

sürət təmin ediləcək. 

•  Vətəndaşın tələbi ön plana çıxacaq. 

•  Vətəndaş  ilə  hökümət  arasındakı  əlaqə  inkişaf  edəcək,  inam    mühiti 

meydana gələrək qüvvətlənəcəkdir. 

•  Vətəndaşın  cəmiyyət  ilə  işlərində  qısa  müddətdə  doğru  məlumatı  əldə 

etməsi nəticəsində cəmiyyətə etibarı artacaq. 

E-hökümətə keçərkən atılması lazım olan əsas addımlar isə bu şəkildə sıralana 

bilər: 

 Hüquqi  nfrastruktur: Lazımlı hüquqi qaydaların yerinə yetirilməsi şərti. 



Texnoloji  nfrastruktur: Texnoloji infrastruktur dizaynları yaradılmalı və sürətli 

bir şəkildə tətbiqinə keçilməlidir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə