Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



 

Nəzəri  və  təcrübi  əhəmiyyəti:aparılan  tədqiqatın  əsasını  nəticə  və 

elmimüddəalar,təklif və tövsiyyələr, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, KT-

nin tətbiqinin perspektivləri təşkil edir. 

nformasiya  mənbəyi:internet  resurslarının,  elektron  kitabxanaların,  Azərbaycan 

Respublikasının  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin,  Elektron  hökümət 

portalının,  müxtəlif  beynəlxalq  təşkilatların  dövri  nəşrlərinin,məqalələrinin 

məlumatlarından təşkil olunmuşdur. 

ş

in  həcmi  və  strukturu:Verilmış  dissertasiya    işi girişdən, üç  fəsil, nəticə  və 

təkliflər və ədəbiyyatsiyahısından təşkil olunmuşdur .  

Magistr  dissertasiya  işinin  giriş  hissəsində  mövzunun  aktuallığından  və  tədqiq 

ediləcək problemlərdən bəhs olunur. 

Magistr  dissertasiya  işinin  birinci  fəslində  rəqəmsal  iqtisadiyyata  keçid,onun 

ə

nənəvi  iqtisadiyyatdan  fərqi,internet  iqtisadiyyatı  və  qlobal  informasiya  uçurumu 



anlayışları təhlil olunur. 

Dissertasiya  işinin  ikinci  fəslində  rəqəmsal  iqtisadiyyatda  biznes,dövlət  və  yerli 

özünüidarəetmə formalarının sistemli təhlili aparılmışdır. 

ş

in üçüncü fəslində rəqəmsal iqtisadiyyatın tətbiqi proqramlarının iş prinsipləri 



öyrənilmişdir. 

Dissertasiya işinin sonunda nəticə vətəkliflər ,ədəbiyyat siyahısı qeyd edilmişdir. 

       Dissertasiyanın tərkibində həmçinin 4 Şəkil və  1 Cədvəl vardır.  

 



 

 



 

G R Ş 

nformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə 

verilənlərin  emalının  üsul  və  vasitələri  haqqında  olan  texniki  bir  fənndən,  nəinki 

texniki  sistemlərdə,  həmçinin  təbiətdə  və  cəmiyyətdə  informasiya  və  informasiya 

prosesləri  haqqında  olan  fundamental  elmə  çevirdi.  nformatika  həmçinin  elmlər 

sistemində  birləşdirici  funksiyasını  yerinə  yetirərək  bir  sıra  yeni  elmi  istiqamətlərin 

yaranmasına  və  inkişafına  səbəb  olmuşdur.  nformatikanın  çox  tətbiq  olunan 

sahələrindən  biri  iqtisadiyyat  olduğundan  və  iqtisadi  sahələrə  aid  daha  çox 

informasiyaların  emalına  xüsusi  ehtiyac  yarandığından  informatika  ilə  iqtisadiyatın 

çox  cəhətli  qarşılıqlı  əlaqələrinin  öyrənilməsi  digərlərinə  nisbətən  daha  vacib  hesab 

olunur.  Belə  ki,burada  iqtisadiyyat  elminin  nümunəsində  nformatikanın  tətbiqi 

məsələlərinin təhlili nəzərdən keçrilir.  

nformatika  və  iqtisadiyyat  arasında  sintez  prosesləri  daha  mürəkkəb  xarakterə 

malikdir.  Əvvəla  informatika  iqtisadiyyatda  tətbiq  olunaraq,  onun  inkişafına  təkan 

verir  və  iqtisadi  informatika  yaranır.Bundan  başqa,  informatika  elmi  və  müasir 

informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat 

özü  də  bir  elm  olaraq  dəyişmiş  və  yeni  anlayışlar  meydana  gətirmişdir.  Belə  ki, 

informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni 

iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni 

forma  və  məzmun  kəsb  etmişdir.  Bu  sahə  artıq  bazar  iqtisadiyyatı  anlayışlarına 

müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Yeni 

iqtisadiyyatın  mərhələsi  olan  rəqəmsal  iqtisadiyyat  yeni  iqtisadiyyat  və  onun 

sərhədləri  kimi  özünün  müxtəlif  inkişaf  mərhələlərini  keçir.  Texnoloji  inqilab 

nəticəsində  dünyada  rəqəmsal  keçid  mərkəzlərinin,  rəqəmsal  robotların, 

layihələndirmə  üçün  virtual  mühitin,  sürətli  prototip  sistemlərinin  yaradılması  baş 

verdi.  Texnoloji  inqilabın  özü  dördüncü  sənaye  inqilabı  kimi  qəbul  edilir  hansıki 

üçüncüdən yaranıb və  “rəqəmsal  “ adlandırılır.2016-ci il Davos formunda professor 

Ş

vab  4-cü  sənaye  inqilabının  seçilməsinin    əsas  səbəblərini  göstərmişdir.Birinci  bu 




 

 



 

inkişaf sosial iqtisadi sferada baş vermiş dəyişiliklər,ikincisi onun həcmi,üçüncüsü isə 

nəticələrin  sistem  xüsusiyyətləri  kimi  başa  düşülür.Texnoloji  inqilab  rəqəmsal 

iqtisadiyyatın əhatə dairəsini genişləndirdi.”Rəqəmsal iqtisadiyyat” termini (müəllifi 

Nikolas Neqroponte) 1995-ci ildə meydana gəlmişdir.  

Son  dövrlərdə  Azərbaycanda  aparılan  uğurlu  islahatlar,  yenidənqurma  işləri, 

iqtisadiyyatda  əldə  edilən  uğurlar,  qeyri-neft  sektorunun  inkişafı  və  s.  işlər  müsbət 

nəticələrə  gətirib  çıxarmış  və  regionların  sosial-iqtisadi  inkişafı,  vətəndaşın    sosial 

vəziyyətinin 

yaxşılaşdırılması 

istiqamətində 

lazımi 


tədbirlər 

həyata 


keçirilməkdədir.Dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biri  də  elm,  təhsil  və 

mədəniyyət  sferasına  göstərilən  qayğının  ardıcıl  formada  davam  etdirilməsi  hesab 

olunur.Bura  eyni  zamanda    elmi-texniki  potensialın  qorunması,  elm  və  təhsil 

istiqamətində  yüksəkixtisaslı  kadrların  hazırlanması  və  onlara  qayğı  göstərilməsi, 

ölkədə  elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların 

qəbul  edilməsi  daxildir[32].Bütün  bunlar  hazırda  dünya  iqtisadiyyatında  baş  verən 

yeniliklər,yeni informasiya  cəmiyyətinin təşəkkülü və  inkişafı  ilə  əlaqədar  rəqəmsal 

iqtisadiyyatın yaranması və bu iqtisadiyyatın xarakterik cəhətlərinin dünya əhalisinin 

inkişafına olan özəl təsiri ilə bağlıdır. 

Rəqəmsal  mühitin yaradılmasının  əsasını  dövlət  orqanları,  vətəndaşlar,  o 

cümlədən  biznes  qurumları  arasında  səmərəli   münasibətlərin  formalaşdırılması  

təşkil  edir.Belə  ki,  əsas  xidmətlərin,  yəni,    şəxsi  sənədlərin,  sertifikatların,  gəlir 

vergisi və əməklə bağlı olan xidmətlərin vətəndaşlara online formada təqdim edilməsi 

dövlət  orqanlarına  vətəndaşlaraxidmət  göstərilməsində  kömək  edir.  Bundan  başqa 

ş

irkətlərin  qeydiyyatdan  keçirilməsinin,  sosial  təminatın,  korporativ  verginin 



həmçinin  ədv-lə  əlaqədar  olan  xidmətlərin  də  biznes  qurumlara online  formada 

təqdim  edilməsi  dövlət  orqanlarına  vətəndaşlaraxidmət  göstərilməsində  kömək 

edir.Böhran  vaxtlarında  isə  hökümət    orqanları  daha  səmərəli    formada  fəaliyyət 

göstərməli    və  vətəndaşlar  ilə  həmçinin  biznes  qurumlar  ilə  sabit  əlaqələri  təmin 

etməyi bacarmalıdır. Bir qayda olaraq online xidmətlər istiqamətində innovasiyalara 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə