Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   21

12 

 

 



 

genişmiqyaslı  əlaqələrin  qurulmasını  tələb  etməsinə  baxmayaraq    əhatə  dairəsi  və 

fəaliyyət  zonasına  görə  çox  geniş  ərazini  tutur.  Ənənəvi  iqtisadiyyatda  isə  indiki  

dövrdə  mövcud  olan  ən  əsas  problemlərə  bunlar  daxildir:  məhsulun  saxlanması, 

qablaşdırılması,  düzgün  marketinq,reklamın  təşkili,  sifarişçiyə  məhsulun  vaxtında 

çatdırılması  və  s.  Ənənəvi  iqtisadiyyatla  müqayisədə  rəqəmsal  iqtisadiyyatda  bu 

problemlərin  əksəriyyəti  çox  aşağı  səviyyədədir.  Beləliklə,rəqəmsal  iqtisadiyyatda 

inkişaf  prosesi,yeni  layihələrin  hazırlanması,  istehlakçı  ilə  birbaşa  əlaqələrin 

yaradılması, məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin  sifarişçinin istəklərinə 

uyğun olması  daha effektiv şəkildə  həyata keçirmək mümükündür. 

Bütün  bu  üstünlüklərə  baxmayaraq  rəqəmsal  iqtisadiyyat  dünya  səviyyəsində  

elə  də  geniş  yayılmamışdır.  Bunun  isə  başlıca  səbəbi  rəqəmsal  iqtisadiyyatın 

yaranmasında başlıca rol oynayan  KT-nin müxtəlif  ölkələrdəki  inkişaf səviyyəsində 

mövcud  olan  fərqlərləəlaqədardır.Digər  tərəfdən  rəqəmsal  iqtisadiyyatın  bir  sıra 

çatışmamazlıqları da onun dünya miqyasında geniş yayılmasına mane olur. 

Rəqəmsal  iqtisadiyyat  müxtəlif  iqtisadi  sahələrin  qarşılıqlı  əlaqəli  inkişafı 

ə

sasında  yaranmış  informasiya  iqtisadiyyatının  inkişafında  da  mühüm  rol  oynayır. 



Beləliklə  məhz  bu  cür  qarşılıqlı  inkişaf  müasir  informasiya  cəmiyyətinin 

formalaşmasının əsasını təşkil edir. 

Rəqəmsal  iqtisadiyyat  inkişaf  etmiş  dünya  ölkələrində  həmçinin  adi  məişət 

proseslərinin  və  müxtəlif  xidmətlərin  həyata  keçirilməsində  də  mühüm  rol  oynayır. 

Buraya  məhsulların  satışı  və  xidmətlərin  göstəriməsinin  pərakəndə  şəkildə  həyata 

keçirilməsini  və  s.  daxildir.Bundan  başqa  iri  market  və  ticarət  mərkəzlərindən 

malların  alınması,  onların  sifarişçiyə  çatdırılması,  ödənişlərin  həyata  keçirilməsi, 

müxtəlif  kommunal  xidmətlərin,  tibbi,  səhiyyə  xidmətlərinin  göstərilməsi,  təhsil  və 

tədrisdə,  iş  axtarışında,  müxtəlif    məlumatların  əldə  olunmasını  və  s.  qeyd  etmək 

olar.Rəqəmsal iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən cəhətlərdən  biri də 

istehsalda  proqnozların  verilməsi,  gələcək  planlaşdırma,  tələb  və  təklif  arasındakı 

asılılıq  və  münasibətlərin  araşdırılması  prosesində  təkcə  müəssisənin  özü  iştirak 




13 

 

 



 

etmir.Burada  müxtəlif şirkətlərin, institutların, fərdlərin birbaşa iştirakı mümkündür. 

Belə  ki,bütün  bunlar  bir  sıra  problemlərin  yaranmasına  əsas  verir.  Bu  problemlər 

məsələlərin həllinə aidiyyatı olmayanların yersiz müdaxiləsi, ümumi şəbəkədə əmələ 

gələn xaos və s. nəticəsində yaranır. 

Rəqəmsal  iqtisadiyyatın  malik  olduğu  bu  üstünlükləri  müasir  dövrdə  

idarəetmədə, biznesin təşkilində, baş müəssisə ilə onun tabeçiliyində olan müəssisələr 

arasındakı  münasibətlərin  qurulmasında,  yeni  istehsal  sahələrinin  açılmasında 

effektivliyi təmin edir. 

 Əgər  rəqəmsal  texnologiyaların  mövcud  olan  üstünlükləri  və  imkanları  

məqsədəuyğun,düzgün  şəkildə  istifadə  edilərsə,bu  cəmiyyətdə  hərtərəfli  tarazlığın 

yaranmasına  şərait  yaradar.  Rəqəmsal  iqtisadiyyatın  əhatə  dairəsinin  genişlənməsi, 

onun  daha  çox  dünya  ölkələrini  əhatə  etməsi  rəqəmsal  fəzanın  istifadəsi 

səviyyəsindən  asılıdır [18]. 

Rəqəmsal  imkanlar  müasir  dövrdəkino  sənayesində,  müxtəlif  festivalların 

,toplantıların  keçirilməsində,  böyük  idman  yarışlarının  təşkilində,  konfransların, 

beynəlxalq  görüşlərin  keçirilməsində,  dünyəvi  problemlərin  həllində,  ümümdünya 

məlumatlarının  çatdırılmasında  böyük  rola  malikdir.  Beləliklə    bu  texnologiyaların 

tətbiqi idman, incəsənət, turizm və s. sahələrdəyeni gəlir gətirən sahələrin açılmasına, 

böyük  həcmdə  investisiya  qoyuluşlarına,  dünya  miqyasında  reklamların  təşkilinə  o 

cümlədən,bu işdən külli miqdarda gəlir əldə olunmasına şərait yaratmaqdadır. 



14 

 

 



 

1.2.”Şəbəkə və ya internet iqtisadiyyatı” 

nsanlığın  gördüyü  ən  sürətli  dəyişmə  müddətlərindən  birinin  tam  ortasında 

yaşamaqdayıq.  Daha  bir  neçə  il  əvvəlinə  qədər  informasiya  texnologiyalarından 

xəbərdar  olmayan  insanlar  bu  gün  sərhədsiz  informasiyaın  istifadəçiləri  halına 

gəlmişlər. Bu dəyişikliyin təməlində duran  gerçək isə texnologiya ilə birlikdə özünü 

hiss etdirməyə başlayan informasiyadır. 

2000-ci  illərin  informasiya  çağı  olacağı  mövzusu  dünyada  artıq  müzakirəsiz 

qəbul  edilmiş  bir  gerçəkdir.  Ölkələr  arası  ictimai  və  ticari  əlaqələrin  inkişaf  edərək  

qloballaşma  ölçüsünə  çatdığı  bir  dövrdə  ünsiyyətdə  sürət  qaçınılmaz  bir  ehtiyac 

halını  almışdır.  nformasiya  texnologiyaları  və  elektron  sektorundakı  inkişaflar  bu 

ehtiyacı  qarşılayacaq  həllər  tapmışdır.  Beynəlxalq  informasiya  ünsiyyət  şəbəkəsi 

olaraq  təyin  oluna  bilən  internet  ilə  bu  gün  kompüteri  istifadə  edərək  ehtiyac  olan 

bütün  informasiyaya  çatmaq,xəbərləşmək,  bank  əməliyyatları  və  hətta  alver  etmək 

mümkün hala gəlmişdir. 

1999-ci ildə Microsoft və  ntelin  Dow Jones Sənaye indeksinə daxil edilmələri, 

informasiya  texnologiyalarının  Amerika  iqtisadiyyatındakı  ən  əhəmiyyətli 

sektorlardan  biri  tərəfindən  rəsmi  olaraq  tanınması  mənasında,  yeni  bir  dövrün 

başında  olduğumuzu  sübut  edirdi.  XXI  əsrə  gəlindiyində  online  sənaye  ayrı  bir 

ictimai  rütbə  olmanın  kənarında  öz  daxili  dinamiklərini  yaradan  qlobal  bir  anlayış 

olaraq adından söz etdirməyə başladı. 

Online  sənayenin  ən  əhəmiyyətli  aktyorlarından  biri  olan  internet, 

istifadəçilərinə  inkişaf  etmiş  ünsiyyət  kanalı  funksiyalarını  təqdim  edərək, 

kommunikasiya  texnologiyalarının  qarşılıqlı  təsiri  nəticəsində  ortaya  çıxmış  bir 

anlayışdır.  nternetin  çox  yönlü  və  interaktiv  olması  onu  digər  media  növlərindən 

ayırmaqdadır.  nternet  -  yazıları,  qrafik,  şəkillər,  səslər  və  görünüşləri  eyni  anda 

təqdim edə bilmə xüsusiyyəti sayəsində televiziya,radio, qəzet və jurnal kimi kütləvi 

medianın  digər  bütün  funksiyalarını  da  təmin  etmiş  olur.  Bundan  əlavə  interaktiv 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə