72
5. Ölkədə bazar münasibətlərinə keçidlə əlaqədar olaraq aparılan islahatlar
nəticəsində (mülkiyyətin özəlləşdirilməsi, qiymətin sərbəstləşdirilməsi, bazar
infrastrukturunun yaradılması və s.) beynəlxalq biznesin tələblərinə cavab verən
təsərrüfatçılıq mühitinin yaradılması istiqamətində real işlər görülür.
6. Ölkədə xarici investisiyaların cəlb olunması və onun mühafizəsi haqqında,
xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında və s. bu kimi digər
hüquqi-normativ aktların qəbul olunması və onların həyata keçirilməsi üçün təşkilati
idarəetmə işləri görülüb.
7. Ölkədə artıq xarici işgüzar dairələrlə birgə təsərrüfatçılıq fəaliyyəti ilə
məşğul olmaq və digər əməkdaşlıq etmək təcrübəsi mövcuddur.
Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda azad iqtisadi zonaların və bu
zonaların xüsusi növü olan ofşor zonaların yaradılması xarici işgüzar dairələrlə birgə
təsərrüfatçılıq fəaliyyətinin gücləndirilməsi, ölkə iqtisadiyyatına müasir texnika və
texnologiyanın cəlb olunması və mütərəqqi idarəedicilik təcrübəsinin gətirilməsi
məqsədi güdməli və onların fəaliyyəti ölkə və ölkədaxili bölgələr qarşısında duran
aşağıdakı sosial-iqtisadi problemlərin həllinə yönəldilməlidir:
- məhsuldar qüvvələrin inkişaf etdirilməsi, istehsalın düzgün ixtisaslaşdırılması və
mütərəqqi təsərrüfatçılıq formalarının tətbiqi hesabına yerli ehtiyatlardan və
potensial imkanlardan mümkün qədər tam və səmərəli istifadə olunması və bu
ə
sasda zona yaradılan bölgələrin kompleks inkişafının təmin olunması sosial-
iqtisadi vəziyyətin artımının təmin olunması, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi və s.
- ixrac potensialının inkişaf etdirilməsi və valyuta gəlirləri;
-daxili bazarın rəqabətqabiliyyətli mal və xidmətlərlə təminatının
yaxşılaşdırılması;
- ETT-nin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsi və sonradan
onun nəticələrinin istifadə olunmaq üçün ölkənin digər bölgələrinə və xaricə
ötürülməsi;
- azad iqtisadi zonaların milli iqtisadiyyatla dünya təsərrüfat sistemi arasında
“birbaşa əlaqə” yaratmaq imkanından istifadə etməklə ölkə iqtisadiyyatının dünya
73
təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya olunmasının sürətləndirilməsi və
bu əsasla onun BƏƏ-də malik olduğu üstünlüklərdən daha səmərəli istifadə
olunması üçün şəraitin yaradılması.
- müasir dövrün tələblərinə cavab verən infrastrukturun (istehsal və sosial)
yaradılması;
- lokal səviyyədə yeni təsərrüfatçılıq formalarının müxtəlif variantlarının
sınaqdan keçirilməsi və əldə olunmuş müsbət nəticələrdən ölkənin digər
bölgələrində də istifadə edilməsi;
- yerli kadrların (fəhlə və mütəxəssislərin) sərbəst iqtisadi zonalarda xaricilərlə
birgə fəaliyyəti onların beynəlxalq biznesin təşkilinin müasir üsulları və qaydaları
ilə birbaşa tanış olmalarına, bunları mənimsəmələrinə şərait yaradır ki, bu da
qazanılmış təcrübənin ölkənin zonadan kənar ərazisində də istifadə olunmasına
imkan verir;
- zona yaradılan bölgədə və eləcə də onun hüdudlarından kənarda ölkə əhalisinin
məşğulluq səviyyəsinin yüksəldilməsi və s.
Tədqiqatlar göstərir ki, bu imkanların gerçəkləşməsi bir sıra zəruri tədbirlərin
həyata keçirilməsini tələb edir:
- ilk növbədə azad iqtisadi zonaların yaradılması və fəaliyyəti üçün zəruri olan
hüquqi normativ aktlar hazırlanıb qəbul olunmalı və bununla əlaqədar mövcud olan
digər hüquqi-normativ aktlarda müvafiq dəyişikliklər aparılmalıdır;
- lazımi təşkilati-idarəetmə məsələləri həll olunmalıdır;
- yaradılacaq zonaların sosial-iqtisadi və texniki-iqtisadi əsaslandırılması
aparılmalıdır;
- azad iqtisadi zona yaradılması nəzərdə tutulan bölgələrdə və bütövlükdə ilkin
hazırlıq işləri görülməlidir (istehsal və sosil infrastruktur inkişaf etdirilməli, müasir
idarəetmə təcrübəsi toplanmalı, xarici kapitalın cəlb olunmasını sürətləndirmək üçün
müvafiq tədbirlər görülməli və s.).
Bununla belə qeyd olunmalıdır ki, Azərbaycanda azad iqtisadi zonaların
yaradılması perspektivində inteqrasiyanın, xarici iqtisadi əlaqələrin dərinləşməsi
sürətəndirilməli, qtisadi Əməkdaşlıq və nkişaf Təşkilatı, Ümumdünya Ticarət
74
Təşkilatı, digər bu kimi beynəlxalq strukturlara və son hədəf olaraq Avropa ttifaqına
inteqrasiya reallığa çevrilməlidir.
Azərbaycanda azad ticarət zonalarının yaradılmasının əsas istiqamətlərindən biri
belə zonaların Dağıstan Respublikası RF sərhəddində formalaşdırılması və inkişafı
hesab edilir. Artıq bunun üçün müəyyən zəminlər də vardır. Belə ki, 2001-ci ildən
etibarən Dağıstanda “Dağıstan” azad iqtisadi zonası, həmçinin Rusiyanın cənub
bölgələrində “Şimali Qafqaz” assosiasiyası fəaliyyət göstərir. Bu ərazidə azad ticarət
zonasının yaradılması sərhədyanı ticarətin artmasına, hər iki ölkənin daxili
rayonlarının iqtisadiyyatının canlandırılması və inkişafına yardım edə bilər. Yeni
müəssisələrin tikintisi, yeni texnologiyanın və istehsal üsulunun tətbiqi,
infrastrukturun yaradılması və möhkəmləndirilməsi, təhsilin səviyyəsinin, əhalinin
məşğulluğunun və ixtisasının artırılması yerli əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə və regionda sabitliyin yaranmasına gətirib çıxaracaqdır. Azərbaycan
hər zaman Rusiya Federasiyası ilə qarşılıqlı fayda əsasında hərtərəfli hərtərəfli
ə
laqələrin inkişaf etdirilməsinə böyük önəm vermişdir. Tarixi sərhədlərə malik olan 2
ölkə arasında iqtisadi, elmi-texniki və mədəni potensialın reallaşdırılması əsas
məqsədlərdən hesab edilir. Son zamanlar Azərbaycan və Rusiya arasında iqtisadi və
siyasi əlaqələrin genişləndirilməsi buna sübut ola bilər. Yaxın qonşumuz olan Rusiya
nəhəng daxili bazara malik bir ölkədir. Məhz buna görə ikitərəfli əlaqələrin
dərinləşdirilməsi labüddür ki, bu da sonda ticarət-iqtisadi
ə
laqələrin inkişafında özünü büruzə verəcəkdir. Azərbaycan və Dağıstan arasında
ticari-iqtisadi münasibətlər regional əməkdaşlıqda xüsusi yer tutmalıdır.
ki qonşu ölkə sərhəddində azad ticarət zonasının yaradılmasının faydalılığı
kimi sərhədyanı rayonlarda və ölkəmizin bəzi şəhərlərində Dağıstan xalqının əsas
millətlərindən olan çoxlu sayda ləzgilərin yaşaması faktıdır. Bu cür vəziyyətə Quba,
Xaçmaz, Dəvəçi, Nabran, Xudat və s. ərazilərdə rast gəlmək olar. Bunun qarşılığında
da Dağıstan tərəfdə azərbaycanlılar yaşamaqdadırlar. Çin kimi ölkənin təcrübəsi
göstərir ki, orada azad iqtisadi zonaların inkişafında başlıca rolu çin milliyətinə
mənsub investorlar və onların kapitalı oynamışdır. Digər tərəfdən isə yaddan
çıxarmaq olmaz ki, həm Dağıstanda, həm də bizim respublikada əhalinin çoxu islam
Dostları ilə paylaş: |