Microsoft Word natavan mikayilova



Yüklə 109,11 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü109,11 Kb.
#1682


                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



NATƏVAN   MİKAYILOVA 

 

İNAM 

 

 



 

 

İştrak edirlər: 



Şahnaz (45 yaşında müəllimə) 

Gülnar(Şahnazın qızı) 

Nərgiz(Şahnazın bacısı) 

Fərid(Nərgizin oğlu) 

Aygün qonşu 

Zöhrə( Gülnarın müəlliməsi) 

İranda yaşayan Cənubi Azərbaycan ailəsi: 

Alişan(65 yaşlarında, evin agsaqqali) 

Fərəh (Alişanın həyat yoldaşı) 

 

 



BİRİNCİ HİSSƏ 

 

Güclü külək əsir. Uğultu səsi ürpərdici əks – sədayla ətrafa  dağılır. Otaqda 



küncdə yellənən oturacaq, bir tərəfdə üçgöz şüşəli servant və divan. Şahnaz 

divanda oturub, baxışlarını üzü pəncərəyə  tərəf zilləyib, yorğun – yorğun 

uzaqlara dalıb. Hərdən dərindən ah çəkərək başını yırğalayır. Nərgiz əlində 

sini içəri daxil olur. 

 

Nərgiz: Qalx, bir şey ye. Güc sənə düşür e... , biz kənardan baxanıq. (sanki 



tələsdirir) 

 

Şahnaz yuxudan ayılırmıs kimi başını bulayıb  



 

- Gətir, düzdür, yeməliyəm və çox güclü olmaliyam. Boğazımdan isti 

qurğuşun kimi keçir yediklərim.  

 

Sinini Nərgizdən alıb dizinin üstünə qoyur, yeməyə başlayır, loxmaları 



boğazına tıxana – tıxana udur. 


                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



 

 

Şahnaz: - Tam yuxuya getdi? 



Nərgiz: - Hə 

Sahnaz: (yenə  dərindən ah cəkir) – Elə bil yuxudayam, 

gerçəkliyinə inansam dəli olacam. 

Nərgiz: - Səbr edək, və Allaha dua edərək sığınaq. Çare ondadır. Özümüzü 

dağa-daşa vursaqda O, istəməzsə şəfa yolun tapmarıq. 

Şahnaz: Doğrudur. 

Nərgiz: - Tibb Univeristetinin yanından keçirsən, binanın ezemeti göz 

qaraldır. Amma ne fayda, icindən çıxan həkim üz qarasıdır. Hələ, indi de 

yeni bir bina tikiblər. Tələbənin qanın sorullar oraya qəbul etmək üçün. Heç 

bir ölkədə qebula bu qeder ağır suallar salınmır. Sonrası ise “bazara” çevrilir, 

oxuyanın  da nəzəriyyə ilə beynin yükləyirlər. Keçən dəfə Səbişi gözünə görə 

İstanbula apardığımda, növbə gözləyən bir qadın ləhçəmdən “azerisen” 

soruşdu.  - Hə. dedim. – Ta oralardan buraya doktoramı gəldiniz? Sualına lap 

xecalet çəkdim. Nə cavab verəsən. 

(Şahnaz cavab vermədən loxmalarını  sanki hec çeynəmirmiş  kimi    diri-diri 

udur və ağzını silərək yenə dərindən ah cəkir) 

 

Şahnaz: Nələr düşünürdüm. Deməkki gələcək haqqında  əminliklə 



danışmamalıyıq. Yaş irəlilədikcə daha emin olursan. Özünə güvənib bir-iki 

uğurunla həyata meydan oxuduğunu sanırsan. Və bacarığın təslim olmasa 

belə  bədənin təslim olur. Amma mənim buna haqqım yoxdur, təslim 

olmayacam. Yeri gəlsə dunyanı kiçildib ovcumun icinə  sığdıracam.  Əlimdə 

çalxalayacam, və çarə tapılacaq. Buna inanıram. 

Nərgiz: Təsəlli yaxşı şeydir. Amma sənin təsəlliyə ehtiyacın yoxdurki. Allah 

hər insana çəkə biləcəyi qədər yük verir. Səni güclü yaradıb. Yadındadır, 

uşağikən mən səndən böyük olsam da həmişə  sən bizi gəzdirirdin. Atamın 

səsini eşidən kimi bağçadan evə qaçardiq. Elə  uşaqlığdan diribaşidin. 

Nənəmi həkimə aparmağın yadındadı? Ziyad dayının maşınında birdə 

gördük öndə oturmusan. Həyətə gəldiniz. 

( Hər ikisi gülümsəyir) 

Şahnaz: Hə yadımdadır. Nə  yaxşı ki onu etmişəm.Mən böyüyəndə  nənəm 

artık yox idi. Heç olmasa bir dəfə ona faydam toxunub. Onun sevgisi, 

nəvazişi ücün çox darıxıram. 

Bilirsən, xəstəxanada ağır keçirtdiyim gün sonu beş 

dəqiqəlik 

mürgüləmişdim.Yanımda idi, başımı sığallayırdı. Gözümü açdığımda özümü 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



dünyanın altını üstünə çevirəcək qədər güclü hiss ettim. Hələ də 

onun üçün darıxıram. 

 

Telefon zəng çalır. 



 

Nərgiz: Alo, sənsən Fərid? Necə olacaq, dəyişiklik yoxdur. Xalanda oturub. 

Sizdə nə xəbər, tapa bildiniz o həkimin telefonunu? Nə yaxşı. 

(Şahnaza tərəf çönür) Fəriddir. Deyir nömrəni tapdıq. Tanışda tapıb orada. 

Şahnaz: De ki, sabah erkəndən gəlsin. 

Nərgiz: Xalan deyir sabah erkəndən gəlsin. Mama qurban bacın yatdı? Atan 

neyləyir? Hə, yaxsi, hələlik. Gecən xeyrə qalsın. 

( Nərgiz dəstəyi servantın açıq gözünə qoyub Şahnaza tərəf gəlir )  

Nərgiz: Növbə ilə oturaq. İndi sən get yat bir az. Məndə gedim yanında 

oturum. Oyansa ya da yuxum gəlsə səni oyadaram. 

Şahnaz: Yaxşı ( hər ikisi səhnədən gedir. Nərgiz gedərkən sinini də elinə alır ) 

 

Qarşı-qarşıya qoyulmus iki çarpayılı qaranlıq   otaq, çarpayının birində 



Gülnar uzanıb, yuxudadır. Amma inilti səsləri eşidilir. Baş ucunda zəif yanan 

lampa. Nərgiz isə o, hər inlədiyində  əlindəki dəsmalla onun alnını sinəsini 

silir. 

 

Nərgiz: Xala qurban, buradayam. Nə isə istəyirsən?  



 

 

(qız gözünü açır) 



Gülnar:  Yox, ( gözünü ətrafa gəzdirir ) Anam haradadır? 

Nərgiz: Bir az dinlənsin, yatmağa yolladım. 

Gülnar: Hə, yatsın. (əlini xalasına uzadır) gör qızdırmam yoxdur ki? İcim 

yanır. 


(Nərgiz yatağın baş  tərəfində qoyulmuş kiçik şkafın üstündən hərarətölçəni 

götürüb Gülnarın qoltuğaltına qoyur) 

  

 

 



Qız arabir öksürür. Nəfəsini çətinliklə alır. 

 

 



Gülnar: Xala mən niyə belə oldum? Anamın halını gördükcə  əzab çəkirəm. 

Həmişə deyirdi ki, - sən körpə olanda ağır xəstəidin, çox eziyyət çəkdim, 

şükür ki, tam sağaldın. 

Daha yazıq bilmirdi ki, qarşıda betəri var. Kaş o zaman öləydim. Bu zilləti 

indi ona çəktirməzdim. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



 

Qızın  


çarəsiz, hüzünlü və solmuş çöhrəsi qəhərdən 

parlayan gözlərindən axan yaşla islanır. Göz yaşları yan terəfə 

axaraq dağınıq saçlarının arasında yox olur. Çəlimsiz bədəni 

yatağın icində itib-batır. Bir qolunu  

çarpayıdan aşağı sallayır. 

 

Gülnar:  Xala, qolumu sıx.Var gücünlə. Hər tərəfim sızıldayır. Ayağlarımın 



üstündə otur.  

 

Nərgiz hərarətölçəni qızın qoltuğundan  götürüb baxır, və bas tərəfdəki 



şkafdan bir tablet dərmanı yanındakı su stəkanı ilə birlikdə  qıza verib, əlini 

qızın boynunun altına salıb az qaldırır. Qız dərmanı  çətinliklə udur və 

xalasının qolundan buraxılıb başını yastğa söykəyir. Dərindən nəfəs alır.  

 

Nərgiz: Calış yatmasan da gözlərini yumasan. Bir də anana yazığın gəlirsə 



pis düşünmə. Beynindən at ümidsizliyi. Allah kərimdir. Hər qaranlıq gecənin 

bir işıqlı sabahı var. Savadlı  qızsan. Gələcəyin həkimi olacaqsan. İndidən 

xəstəliklə mübarizəni öyrənməlisən. 

 

Qız cavab vermədən baxışlarını tavana zilləyir. Nərgiz isə dayanmadan gah 



qızın qolunu, gah da ayağını oxalayır. Gülnar yuxuya gedir. Nərgiz 

pəncərəyə yaxınlaşır. Səhərə az qalıb. Pərdəni aralayıb  fikirli baxışlarla 

küçənin səssizliyinə tamaşa edir. İçəri otaqdan Şahnaz saçlarını əliylə toplaya 

– toplaya gəlir.  

(pıçıltı ilə) 

Şahnaz: Necədir, hələ oyanmayıbki? 

Nərgiz:  İndi yuxuya getdi. Az qızdırması var idi, derman verdim, yuxladı. 

Sən niyə tez oyandın? Demədimmi narahatçılıq olsa oyadacam? 

 

 

 



 

Hər ikisi  ehtiyatlı addımlarla digər çarpayıya tərəf gəlib otururlar. 

 

Şahnaz: Get indi de sən uzan, səhərə az qaldı. 



Nərgiz: Eh, yuxum yoxdur. 

Şahnaz: Söz eşit, onsuzda tek dayağım sənsən.  

Nərgiz: Yaxşı, gedirəm (deyib otaqdan çıxır) 

 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Şahnaz fikirli baxışlarla əlini qoynuna qoyub otaqda gəzişir. Qız 

inilti ilə oyana, buyana aşır. Anası  əlini qızının alnına qoyur. – 

Anan ölsün, yanırsan. 

 

Gülnar gözünü açıb anasına baxır. 



 

Gülnar: Yatmadın, niyə tez oyandın? Axı  səni belıə gördükcə  əzab çəkirəm. 

Onsuzda atamdan sonra evin yükünü tək çəkdin. Məni tək böyütdün. Bütün 

yorğunluğunu unutduracağımı düşünürdüm. Yenə zillət verdim. Faydam 

olmadı. Sən ən yaxşı anasan. Əlindən gələni etdin. Olmadı.  Özünüdə yorma 

mənidə. Haqqını halal et. Hərkəs uzun yaşaya bilməzki. Nə  qədər pul 

xərclədin, borca düşdün. Mən də bezdim. Xəstəxana gəzməkdən, dərman 

icməkdən, səni çarəsizlik icində  çırpınan görməkdən bezdim. Mən təslim 

oldum. Səndə mücadiləni burax. 

 

(Qızın danışarkən gözündən axan yaşlar yastiğa süzülür. Şahnaz qızının əlini 



iki ovcu icinə alır və yuxulu, yorğun baxışları onun  gözlərinə  dəqiqələrcə 

baxir.) 


 

Şahnaz: Nə boş-boş danışırsan. Sən heç mənim gözlərimdə çarəsizlik, təslim 

olmaq görürsən? Mənə  tək köməyin gözlərimə baxmağin olsun. Çətinlik 

insan üçündür. Az qaldı. Bitəcək. Mənə inan. 

 

(  Şahnaz dizləri üstünə çöküb, çarpayının kənarından başını  qızının yanan 



alnına dayayır) 

 

Səhər acilir. Pəncərədən otağa günəş  şüaları yayılır. Nərgiz səndəlləyə-



səndəlləyə yatdığı otaqdan çıxır.  Əsnəyərək  əlini ağzına aparıb  ətrafa baxır. 

Onu qapının zil səsi diksindirir. İti addımlarla qapıya tərəf gedir. Gələn oğlu 

Fəriddir.  

 

Nərgiz: Sənə  neçə dəfə demişik  gələndə zilə basma, ehmal takkildat.  



Fərid: Eh, nə bilim ee.. unutdum.  Yaddaş qalıbki. Xalam haradadır, hələ 

yatıb? 


 

Nərgiz: Nə yatması, yazıq xalan bexteverdi, yatacaq ( kinayəylə) 

Fərid: Gecə necə keçdi, yata bildi? 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Nərgiz: Qızdırması  var idi. Dərman verdim, sayaqlaya – 

sayaqlaya yuxulayıb ayılırdı.  Mən çay dəmləyim ( deyib 

otaqdan çıxır.) 

  

Fərid divanda oturub əlindəki açarları frladaraq dodaqlarını 



çeynəyir. Nərgiz isə səhər yeməyini daşıyıb süfrəyə yığır.  

Nərgız: Bacın  dərsə getdi? 

Fərid: Hə, çıxarkən mən buraxdım. Mama indi nədir fikriniz? Necə edəcəyik? 

Nərgiz: Xalan gəlsin o desin. Mənim qərarım deyilki? 

(Şahnaz qızının yatdığı otaqdan çıxır) 

Şahnaz: Sabahın xeyir (Fəridə tərəf baxaraq) 

Fərid: Sabahın xeyir xala.  

Şahnaz: Ayaqlarım  çömə oturmaqdan şişib, duşa girim gəlirəm.(deyir və 

otaqdan çıxır) 

 

 



Nərgiz çayları süzür. Fərid yerindən qalxıb masaya yaxınlaşıb, oturur. 

 

Fərid: İştaham yoxdur, çay içəcəm. 



Nərgiz: Yenə əlimi çəkən kimi başladın? Əməlli – başlı bir şey ye.  

Fərid: (gülümsəyir) Deyəsən məni danlamaq üçün darıxmısan. 

  

Şahnaz gəlib  oturur. 



Şahnaz: Hə danış indi. Nələr öyrəndin? 

Fərid: Dostumun əmisi oğlu  Qum şəhərində  tələbədir . Dünən onunla 

danışdım. Dedi bütün  cavabları ona yollayım, həkimlə gedib özü danışacaq. 

Nəticəni bizə deyəcək. Tehranda yaşayan qohumları da var. Getməli olsaq 

hər tərəfli kömək edəcəklər. Xala, bu vəziyyətdə ora apara biləcəyik? Çox 

çətin olacaq. 

Şahnaz: O mənlikdir,  bu durumda mənim üçün çətin heç nə yoxdur. Təki 

çarə olsun. Sən bütün nəticələri yolla. Qovluqda hazır qoymuşam. (Nərgizə 

əli ilə servantın sürməsini göstərir) o sürməni çək, oradadır, gətir. 

Nərgiz yerindən qalxıb sürmədən qovluğu alıb , bacısına verir. 

Şahnaz: Bax, hamısı burdadır. Vaxt itirmə, yolla. Mən bununla yetinmirəm, 

yenə araşdracam. Amma o həkimin də fikri önəmlidir. Burada xəstəxanalar 

gəzməkdən yoruldum. Nəticəsiz neçə müalicə kursu aldıq, ortalıqda bir şey 

yoxdur. Xəstəlik daha da irəlilədi. Burada oturduğum hər saniyə  əlehimə 

işləyir. Tezliklə ölkədən çıxartmalıyam. Amma hara? Daha yenə səhv etmək 

istəmirəm. Tam əmin olmalıyam.  Əlimə  dəqiq diaqnoz verən yoxdurki 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



konkret müalicəsini araşdırım. Hələ  də bilmirəm problem 

bronxdadır yoxsa ağ ciyərdə. Elə bil bütün yollarım tərsə 

yönəlir. Lap başımı itirmişəm. Vərəm deyil bu dəqiqdir. Bəs 

ağızdan qan niyə gəlir?  Bu suala bir həkim dolğun cavab verə 

bilmir. Hərəsi ağzında söz gəvələyir. Uşağın gündən – günə 

imumteti geriləyir.(əlini alnına qoyur və dalır) 

Fərid çay stkanını əlindən yerə qoyub, qovluğu götürüb ayağa qalxır.  

Fərid: Xala pul işi nə olsun. Əldə hazır tutmalıyıq.  

Şahnaz:  Tanıdığın  bir dəllala bağ evi üçün aldığımız  torpağı  dəyər-

dəyməzə sat. Mən də bir çox təşkilatlara  kömək üçün müraciət hazırlayacam. 

Şəhid haqqını ödəsinlər. Atası yazığ son evdən çıxdığında Gülnar beş 

yaşındaydı. O vətən üçün şəhid oldu. Amma bu gün vətənin adını bele 

yazmağı bacarmayanlar güzəran sürür. Balalarına cah- cəlal qurur. Hələ 

ermənidən gəlin gətirənləri də var.(bir az susur,sonra) 

 Bunlardan başqa güman yerim yoxdur. Son variant da bu evdir. Vəssalam.  

Nərgiz səsini çıxartmadan sakit-sakit onları izləyir. Fərid “yaxşı  çıxdım” 

deyib qovluğu da götürüb evdən çıxır. Şahnaz bir parça çörəklə, bir qurtum 

çay içib ayağa qalxır. Nərgiz isə bir kəlmə  də danışmır.  Şahnaz divanın 

qarşısında qoyulmuş kiçik masadan noutbuku əlinə alib, divana yaslanıb, 

açır.  


Şahnaz: Arzu  Almanyadan cavab yazıb. Vaxt itirməyib, tezliklə ölkə xaricinə 

çıxartmamı istəyir. Deyir bu sahədə Almanya da yaxşıdır. Amma xərci 

çoxdur. Təxminən 25 min avro. Təkcə gediş və müayinə. ( öz-özünə deyinir ) 

İndi gəl hərəkət et görüm necə edirsən. 

Nərgiz: Bacı, qurbanın olum, çox ürəyinə salma. Allah kərimdir. Hər  şey 

yaxşı olacaq, bu qədər üzülmə.  

Şahnaz: Torpaq da satılsın  20 min manata. Bəs geri qalanını haradan tapım 

mən yazıq.(Nərgizi eşitmirmiş kimi dilinin altında mızıldanır) bu gün yardım 

üçün  müraciət məktubları  yazmalıyam.(deyib noutbuku masaya qoyub qızı 

yatan otağa tərəf gedir.) Qoy bir baxım oyanıb ya yox. 

Qapının zəngi yenə çalınır. Nərgiz yüyürərək gedib açır.(gedərkən deyinir 

kimdir ee səhərin gözü acılmamış) Gələn qonşu Aygündür. 

Aygün: Sabahın xeyir.  

Nərgiz: Sabahın xeyir. 

Aygün: Necəsiz? Qızın vəziyyəti indi necədir? 

Nərgiz: Ay sağolmuş aylardı  sürünürük, bir gecəyə nə dəyişəcəkki. 

Aygün: Dünən binanın həyətində  Şahnazla rastlaşdım. Dedi ki, bəlkə  İrana 

apardım. Axı son zamanlar mən  İrana müalicəyə çox getmişəm. Elə bir 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



ayağım ordadır. Düşündüm gedəcəksə yolun – yolağasın 

deyım. Mən də ilk getdiyimdə sorub- soruşdurdum.  

(hər ikisi söhbətləşərək gəlib divanda otururlar. Şahnaz qızının 

otağından çıxıb, Nərgizə - oyandı, çayını apar deyir və Aygünə 

tərəf yaxınlaşır. 

Şahnaz: Xoş gəlmisən. 

Aygün: Sağ ol, dedim bir baş  çəkim, sonra iş-güc çox olur, unuduram. İndi 

necədir? 

Şahnaz: Bildiyin kimi. Dəyişiklik yoxdur.(deyir və  gəlib onun yanında 

oturur) 


Aygün:  İrana getsən bir az ehtiyatlı olmalısan.  Əsas da taksiyə oturanda. 

Gərək dövlət taksisi ola, yoxsa səni soyarlar. Tanıdığın yoxdursa biz evinə 

getdiyimiz ailənin ünvanın verim, telefonlada xəbər verərik, qarşılayarlar 

sizi. 


Şahnaz: Bunu danışarıq, getməyimiz hələ dəqiq deyil. 

Aygün: Hə, dünən getmək istədiyini dedin. Seher açılan kimi gelib danışmaq 

istedim. 

Şahnaz: Düzdür dedim. Amma hələ götür-qoy edirəm. Görüm nə  qərara 

gələcəm. 

Aygun: Bax da. Qərar sənindir. Amma burada çox zaman itirdin. Gərək 

vaxtında ora aparaydın. Bir də onu deyim( qaş-gözünü oynadaraq) oranin 

qadınlarıda özünə görə deyil aa. Oteldə bir de gördün siğə edib girdilər 

kişinin yatağına. Baxma çadraylıa dolaşmaqlarına. 

 

Şahnazın üz-gözündən qadından bezginlik yağır, o isə bunu dərk etmir bele. 



 

Şahnaz: Bu gün qerar verəcəm, İrana aparıram  ya yox. 

Aygün: Həkim falan tapmısınız, getsəniz harada qalacaqsınız? 

Şahnaz: Bu işlərlə Fərid məşquldur. 

 

Nəhayət ki qadın zamansız gəldiyinin ve qarşısındaki insanin onun qeder 



dinc və qayğısız olmadığının fərqinə varır. Qalxır getmək istəyir. 

Aygün: Yaxşı gedim, səhər-səhər siz də özünüzə gəlin. Yuxuluya oxşayırsan. 

Şahnaz gülümsəyir “oxşayırsanda sözdür” 

Aygün narazı baxışlarla sağollaşıb qapıdan çıxır. Nərgiz Gülnarın otağından 

gəlir. 

 

Nərgiz: Az-maz yedi. Dərmanını da verdım. Bu qonşun da bir aləmdir. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Şahnaz: He, daha demə. Namaz qılır. Amma hər kəsin dalınca 

da danışmağından qalmır. Ona görə  ətrafında hamı cadu ilə 

məşquldur. Biri ilə sözü çəp düşsün həmin dəqiqə o insanı 

cadugar elan edir. Utanmadan. Bilməm qurd yağıimiş, bilməm 

nə imiş, gətirib evinə yaxıbmış. Off ... belə xasiyəti zəhlə 

tökəndir. Anlamaq çətindir bu insanın əqidəsini. 

Nərgiz: Belələridir də dinin adını  ləkələyir.  İnsanlar belə birini görüncə 

islamdan uzaqlaşır. 

Şahnaz yenə noutbukunu  dizlərinin üstünə alıb divanda oturur. Nərgiz isə 

süfrəni toplayır. 

 

Şahnaz: Nərgiz, sən də mənim ucbatımdan evinə gedə bilmirsən. Bizə baxma 



sən. Eməlli-başlı yemək hazırla. Onsuzda axşam hər kəs bura gələcək. Bir sey 

yesinlər. 

Nərgiz: Hə, hazırlayacam. Gülnar üçün də ayrıca bişirəcəm. 

Şahnaz: Bu gün Gülnarın ibtidai sinif müəlliməsi gələcək, dünəndən telefonla 

xəbər edib. En az mənim qədər o da  Gülnar üçün əndişəlidir. Çox xeyirxah, 

imanlı qadındır. Övladı olmadı, ailəsi dağıldı. Həyat yoldaşı evi də  əlindən 

aldı. Hələ  də  həyata qarşı başı dik durur. Gülnarı da hədsiz cox sevir, öz 

balası kimi.  Hələ mənəvi qızlığa da götürüb. 

Nərgiz: Nə vaxt gələcək? 

Şahnaz: Saat 3 üçün gələcək. 

Nərgiz: Hə, bir də dünəndən yenə Gülnarın əl telefonu susmaq bilmir. Səsini 

də azaltmişam. Sənin qorxundan aça da bilmirəm. Orxandır. 

Şahnaz: Eh, indi diqqetimi ona ayıra bilmərəm. Gülnara da deib ürəyin üzmə. 

Bir də  zəng etsə de ki, yaxşılaşır, tam sağalıb ayağa qalxdığında özü zəng 

edər sənə. Vəssalam, artık heç nə. 

Nərgiz:( Ağzını büzərək) yaxşı. 

Bir neçə saat keçir. Yenə  qapının zil səsi eşidilir. Nərgiz qapını açır, gələn 

Gülnarın müəlliməsidir. 

Nərgiz: Xoş gəlmisiniz. Mən Gülnarın xalasıyam, keçın içəri. 

Zöhrə müəllimə: Lap yaxşı, şad oldum. Necəsiniz? 

Nərgiz: Vallah necəliyimi unutmuşam. 

Zöhrə müəllimə:  İnşallah sıxıntımız tezliklə keçəcək.  Şahnaz xanım evdə 

yoxdur? 

 Nərgiz: Evdədir, Gülnarın otağında, gəlin ora keçək (deyərək əli ilə Gülnarın 

otağını göstərir və o otağa gedirlər) 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

10 


 

Gülnar  müəlliməsini görüncə  qəhərlənir.  Əlini çarpayıya  

söykəyib yataqdan qalxmaq istəsə də taqeti çatmır. 

Zöhrə müəllimə: Qalxma, qalxma mənim ədəbli qızım (deyir və 

əyilib Gülnarın alnından öpür.) 

Şahnaz: Xoş  gəlmisiniz. Buyurun oturun (kənarda qoyulmuş 

stulu götürüb Gülnarın çarpayısına yaxın qoyur.) Necəsiniz, işləriniz 

necədir? 

Zöhrə müəllimə: Şükür, hər şey yolundadır. Siz necəsiniz? 

Şahnaz: Yaxı olmaq üçün xəstəliklə vuruşuram. (Gülümsəyir) Gülnarı  İrana 

aparmaq istəyirəm. Tehranda bir həkim ünvanı tapmışıq.  

Zöhrə müəllimə: Nə zaman getməyi düşünürsünüz? 

Şahnaz: Ən yaxın günə bilet aldıracam. Vaxt itirmək istəmirəm.  

Zöhrə müəllimə:  Gedin, yolunuz uğurlu olsun. Mən tezliklə Gülnarın 

sağalacağına inanıram. Bu da bir imtahandır. Həyat enişli, yoxuşludur.  Şad 

günə sevindiyin kimi gərək çətin günə də tab gətirməyi bacarasan.  

Şahnaz:  Elə  mən də  bunu deyirəm. Ümidsiz olma.  

Zöhrə müəllimə: ( üzünü Gülnara tutaraq) Qızım, hər şey yaxşı olacaq. Buna 

inan. İçindəki Allah sevgisinə sarıl. (deyib sonra çantasından bir kitab çıxarıb 

Şahnaza verir.) Şahnaz xanım, bu kitabı sizə  gətirmişəm. Analıq 

məsuliyyətini gözəl ifadə edən kitabdır. Çox istəyirəm bu durumda 

sıxıldığınızda bu kitabı oxuyasınız.  

 

Şahnaz kitabı alıb təşəkkür edir. Nərgiz otağa gələrək Şahnaza “ Fərid gəldi, 



səninlə danışmaq istəyir” deyir. Şahnaz  otaqdan çıxır. 

Fərid ortalıqda gəzişir. Şahnaz gələrək “ hə Fərid nə xəbər?” 

 

Fərid: Xala torpaq işi həll oldu. On doqquz min manat. Al. ( pulu xalasına 



uzadır) 

Şahnaz: Bu puldan götür, en yaxın zamana bilet işini də həll et. Yubanmanın 

anlamı yoxdur. Hekime buradakı  nəticələri yollamaqdansa canlı özünü 

aparaq. (sonra Nərgizə  səslənərək yanına çağırır, evin ehtiyat açarları ilə 

sənədlərini servantın sürməsindən götürüb ona verir) 

Bunları götür. İnşallah ehtiyac olmayacaq. Amma lazım olarsa xəbər edəcəm, 

satıb yollayarsan. 

Orada da çarə  olmasa  bura  qayıtmayacam. Almanyaya aparacam. ( Hər 

ikisinin gözləri dolur) 

Nərgiz bir söz demədən otaqdan çıxır.  

 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

11 


 

 

 



 

 

 



 

İKİNCİ HİSSƏ 

Tehran 

 

Təyyarədən enib, ağir addımlarla  Şahnaz və  Fərid Gülnarın qollarından 



yapışıb aramla gətirirlər. 

Şahnaz: Bəs onları necə tanıyacağıq? 

Fərid: Tanyarıq, olmaz telefonları var zeng edərəm. (Gülnara  “yoruldunsa 

bu oturacaqda bir az oturaq”) 

Gülnar: (Taqətsiz səslə)Yox, gedək. 

 

Birlikdə endikləri sərnişinlər bir-bir hava limanını tərk edir. Aram addımlarla 



çıxışa vardıqlarında tək-tük insan qalmışdı. Pilləkənlərin yanında az beli 

bükuk, kəndçi geyimində, 65 yaslarinda bır kişi onlara tərəf yaxınlaşır. 

Kişinin qırış-qırış üzundə gözləri illərdi görmədiyi  əzizlərini görmüş kimi 

sevinclə parıldayır. Fərid Gülnarın qolunu xalasına uzadıb bir neçə addım 

önə keçərək kişiyə tərəf  yaxınlaşır. 

 

Fərid: Alişan dayı sizsiniz? (kişi həm təbəssüm həm də  qəhərlənərək “hə” 



deyib əlini ona uzadıb qucaqlayır) 

Alişan: (Üzünü Şahnazla Gülnara çevirib) Xoş  gəlmisiniz. (Bir az kənarda 

dayanan oğluna) 

A gədə iti ol, qardaşının yükün al əlindən. 

 

Fərid yaşlarında olan bu oğlan cəld Fəridə yaxınlaşır, salamlaşıb çantasını 



əlindən alır. Şahnaza tərəf çevrilib başilə səs çıxarmadan salamlaşır. 

 

Alişan: Di tez olun, qızım yorğundur gedək.  



 

Birlikdə maşına  əyləşirlər. Yol boyu kişi sanki onları illərdir tanıyırmış  və 

görmürmüş kimi hər kəsi xəbər alır, sevincindən gözləri gülür. Bır yandan da 

Gülnara baxıb arada köks ötürür. Gülnar isə yorğunluqdan və taqetsizlikdən 

başını anasının çiyninə söykəyib gözləri yumulu danışıqları dinləyir. 

 

Alişan: Əqil arayıb deyəndən evdə bayram elədik. Bütün uşaqlarım bizdədir. 



Sizi gözləyirlər. 


                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

12 


 

Şahnaz: Bağışlayın, sizə də zəhmət verdik bu gece vaxtı.( sonra 

Fəridin qulağına  pıçıldayır, “Əqil kimdir, “ Fərid “ Aqil 

dostumun dayısıdır. “ 

Alişan: Bay, Bay o nə sözdür, famıllərimiz gəlir, heç zəhmət 

olarmı. Yazıq nənəm sizləri deyə- deyə öldü. Əqili sağ olsun 

gəldi bizi tapdı. Çox həsrət çəkirdik. Səhər qızımızı  ən yaxşı doxturarımıza 

apararıq. Bızım doxtorlar yaxşı bilir. Əqil də  gəldi, qaraciyəri azarramışdı. 

Getdık, turp kimi oldu, maşallah. Bayaq telefon eledi, dedim elə  səndə  gəl. 

Yaxında yenə gəlməlidi. 

 

Maşın ensiz küçədən keçərək bir mərtəbəli yarımçıq tikilmiş evlərin arası ilə 



irəliləyib  suvağsız, kərpic hörgülü evin qarşısında dayandı. 

 

Alişan: Hə vardux. A gədə, iti ol, düş köməy elə.  



 

Kiçik dəmir qapını aralayıb içəri girdilər. Gecə saat 4 olardı. Yarı təmirli - yarı 

təmirsiz dar həyətdən  evə keçdilər. Həqiqətən də ev oğul - qizla dolu idi. 

Alişan kişinin  dörd qızı, üç oğlu varidi,  ailələri ilə toplanıb onları 

gözləyirdilər. Qapının kəndarında da Alişanın həyat yoldaşı. Hər biri onlarla 

elə görüşürdü, sanki illərdir onları tanıyırlarmış. Bir genış otaqlı, kiçik 

mətbəxli ev idi. Ev bomboş görünürdü. Xalı-xalça ilə döşənmişdi. Divarlara 

söykənmiş kürəkliklər otağın dörd tərəfinə düzülmüşdü. Bir tərəfdə isə divan 

varidi. Kişi divanı göstərib dedi.” Bax bunu sizin üçün indi bir oğlumun 

evindən gətirtdim. Bilirəm siz yerdə oturmağı sevmirsiz.” Kişilər bir tərəfdən 

qadınlar isə bir tərəfdən sıra ilə xalçanın üzərində bardaş qurub oturub, 

onlara baxırdılar. Kişik gəlin çay süzüb hər kəsin önunə birini qoydu. Baş 

tərəfdə bir də televizor var idi. “Sizə görə  uşaqlar anten bağladı. Sizin 

kanalları da göstərəcək. Darıxmayasınız deyə.”  Əllərindən gələni edirdilər, 

təki onları  məmnun etsinlər. Hər kəs  bayram əhval-ruhiyyəsində başlarına 

toplanmişdı. Qızın xəstə olduğunu sevincdən görmürdülər sanki. Xoş-beşdən 

sonra Gülnarın sabah hansı xestəxanaya gedəcəyini soruşdular. Xəstəxana 

ünvanını, həkimin ad soyadını aldılar və öz aralarında sabah edecəkləri 

hərəkəti planlaşdırdılar. Kimisi fars dilində hansısa xəstəxana, kimisi isə 

ünvanı dəqiqləsdirmək üçün dost- tanış aradı. Fərid çox desə də” sabah bizi 

həmin xəstəxanaya bir də o xəstəxanaya  ən yaxin otele aparın gerisi 

bizlikdir” olmadı. Sonra hər kəs dağıldı evinə, bir tək evin qadını Fərəh qaldı. 

Bir otaqlı evdə dörd döşək gətirib yan yana saldı. İki – üç saat yatmışdılar ki, 

qapının bərk takkıltısına oyandılar. Qapıda  Alişan kişi var idi. Gecə yatarkən 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

13 


 

Fərəh  ərinin və  oğullarının usta olaraq ev təmir etdiklərindən 

danışmışidi. Kişi maşından enıb Fəridi Yanına çağırdı. 

 

Alişan: Bala bu pulu al, yenə tapıb gətirəcəm. (qanı qara şəkildə 



) gecə uşaqlar öyrəndi. Siz gedəcəyiniz xəstəxana çox bahadı.  

Fərid:  İki  əlilə kişinin ovcunu bağlayıb, sağ ol dayı, üstümüzdə pul var, 

olmasa alardm, minnətdaram. 

Alişan: Yaxşı eləmədin.( başını bulayır) O zaman men işə gedirəm.  İndi 

Böyük qızım gəlir. Oğlumla onlar sizi götürəcək. Telefonlada danışacam.Xub. 

(deyib gedir. Bu “xub” kəlməsinin səslənişində sualda var idi, təsdiqdə) 

  

Az sonra orta boylu, dolu, 40 yaşlarında çadraya bürünmüş bir qadın gəldi. 



Şahnazı qucaqlayıb görüşdü. Bu Alışan kişinin qızı Fatma idi. 

 

Fatma: Gecə  dədəm deyəndə  gələ bilmədim. Oğlum xestəydı, Üzürlü sayın. 



Dedim dədəm inciyəcək. Səhərdən durub qaçdım. (Gülümsəyir) 

Fərəh: Bu nədir tələm- tələsik, keçin içəri səhər yeməyi yeyib sonra getsinlər. 

 Şahnaz: Gülnar ac getməlidir. Həkim belə deyib. Biz də orada bir sey 

yeyərik. Yubanmayaq.  

(deyib bu canfəşanlıqların qarşısında mahcub qalmışdı.. Durmadan 

minnətdarlığını bildirirdi. Gülnarı maşına oturdub yola düşdülər. Fərəhdə  

“xeyır xəbərlə gəlin “deyib əlindəki bir cam suyu dallarıyca tökdü. Sonra eve 

kecdi.) 


Fərəh evdə ortalığı toplayaraq öz- ozünə deyınır. 

 

Fərəh: Bu gəlinə  mərfət öyrədə bilmədim də. Zalımın qızının elə bil canına 



isti keçmir. Günorta oldu hələdə  gəlib çıxmadı. Abırsız. Gecədə kişinin 

dediyin eşitmədi, qanmaz. 

 

Ele bu vaxt həyət qapısı aralandı. Başı yaylıqlı, 25 yaşlarında, arıq, uzun bir 



gəlin əlindən tuttuğu 5 yaşlı oğluyla içəri girdi.  

Gəlin: Səhərin aydın.  

Fərəh:  (ağzını yana tutaraq, qaş-qabaqlı)Aydinliğa çıxasan.  

Gəlin: Qonaqların hanı? 

Fərəh: Getdilər doxtora. Qızı  bərk xəstədir. Səndə heç qanacağ qalmayıb. 

Gecə Alişanı saymadın. Hamınız toplaşın dedi. Nə  ərin nə  sən gəlmədiniz. 

Oğlumu da özünə bənzətdin. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

14 


 

Gəlin: Hə  gəlmədik. Senin oğulların bura toplaşdı. Birinə deyə 

bilməzdin get Rzanin kekin kes, sonra gəl. Rzanın qulağı 

qapıdaydı. 

Fərəh: ( yumşalmış halda) Sən də qurtdusan ee. ( gülümsəyir) 

Famillərin gəldiyin eşidib hərə bir iş gördü. Yoxsa Rza 

yadımızdan çıxar heç. (Arvad uşağı qucaqlayıb öpür. Nənən kekinə qurban. 

Neçə yaşın oldu?) 

 Gəlin evin işinə kömək etməyə başlayır.  

Gəlin: Qızın azarı nəyiymiş?  

Fərəh: Yazıq  əriyib, anasıda ondan betər.  İndi getsinlər görək doxtor nə 

deyəcək. 

Gəlin: Nə bişirək? 

Fərəh: Zirincli aş. Çox eləyin. Axşama  familləri görməyə eşidən gələcək. 

 

Axşam yaxınlaşır. Yaxın evlərdə oturan bütün turk ailələr, qadınlar  bu evə 



toplaşır. Xalçanın üzərində  sıra ilə oturub söhbətləşirlər. Biri “Famillər nə 

vaxt geləcək” soruşur. 

Fərəh: Alişan indi qıznan danışdı. Deyir “dədə  gəlirik, yoldayiğ.” Qızı 

xəstəxanaya yatiriblar. Doxdorda deyib sağalandı.  

 

Maşın səsi eşidilir. Həyət qapısından  Şahnaz, Fərid bir də Alişanın oğlu ilə 



qızı gəlirlər. Hər kəslə görüşüb otururlar.  

Alişan:  Şükür Allaha, doxtor yaxşı deyib. İnşallah buradan gülə-gülə 

qayıdarsınız. 

 

Şahnazın üzü, gözü sevinclə, təbəssümlə parıldayır.  



Şahnaz:  İnşallah, dayı inşallah. Heç inana bilmirəm. Bu qədər  əzab çəkdim. 

Sən demə ciddi bir şey deyilmış. Amma düzgün mualicə olmadıqca ağırlaşıb.  

Fərəh: Nəyiymiş dərdi? 

Şahnaz: Uşağikən qanına mikrob düşmüşdü. Uzun illər müalicə etdirdik. 

Tam sağaldı. Sən demə müəyyən yaşda yenidən baş qaldıra bilirmiş. Bu dəfə 

boğaz yoluna ilişib, zəhrimar. 

Böyüyüb. Bizdə ayırd edə bilmədilər. Vaxt uzandıqca uşağın gücü tükənirdi.  

Fəridin telefonu durmadan zəng calır. O da hər zəng edənə  şad xəbəri 

sevinclə deyir. 

Şahnaz: Hamımız bir ilə yaxındır pərişan olduq. Bütün ailəmiz.( Fəridi 

göstərir) Bacımın oğludur. Anası yazığ aylardır ev-eşiyini atıb bizimlə qalırdı. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

15 


 

Nəyisə ki, kabusumuz bitir. İnanırdım, həm də çox inanırdım. 

Ən ağır durumunda həkimlər susduğunda da inamım itmədi. 

Alişan: Qızım, gözün aydın.  İnşallah tamam sağalacaq. Ana –

bala Allah sızı ayırmasın. 

Fərəh: Bütün gün ac-susuz qalmısınız. Di durun yeməyə. 

 

Gəlinlər xalçanın üstündə süfrə saldı, hər kəs  ətrafında oturdu. Yemək 



bitdikdən sonra gəlinlər hərənin qarşısına bir boşqab bir də  bıçaq qoydular. 

Bir gəlin isə  əlində bir sini meyvə  gətirib hərənin qabağına bir neçəsini 

qoydu. Bu ortam çox huzur vericiydi. Durumlarından o qədər məmnun 

görünürdülərki. Beş yaşlı evin kiçik nəvəsi isə ortalığı danışıqları ilə 

şənləndirirdi. Uşaq gəlib Şahnazın yanında oturdu. Əli ilə Şahnazı sığalladı. 

Şahnaz uşağı qucağına alıb üzündən öpdü. Nənəsi “ Rza, bir şeir de eşidək, 

nənə qurban”  Uşaq Azərbaycan dilində bir şeir dedi.  

Fərəh: Xalası,  Rza məsçiddə dərsə gedir.  

 

 Şahnaz uşağın gözlərinin görmədiyini davranışlarından anladı. Qucaqlayıb 



bir daha öpdü. Alişan “ Rza sən kimsən?” soruşur, Rza “ Mən azeri deyiləm, 

mən farsi deyiləm, mən türkəm” uşağın bu sözlərinə  hər kəs gülüşdü. 

Şahnazla  Fərid  “bir şey anlamadıq” deyən baxışlarla  Alişana tərəf cavab 

gözləyən sual dolu baxışlarını dikdilər. 

 

Alişan: Burada bir tayfa var, fars köklü. Adına “azerilər” deyilir. Burdakılar 



yeritmək istəyir ki, güya biz o tayfadan dönməyik. Biz isə körpələrimizə  bu 

yaşdan kim olduqların qandırırıq.  Amma  sizi    bu  tora  salıblar. Hər kəs bir 

azeri deyib düşür dalına. Balam sən hara, azeri hara.  Sən türk millətisən. 

 

Şahnazla Fərid ilk duyduqları bu fikirlərin qarşısında çaş-baş qalırlar.  



 

Alişan: Biz heç bir deyerlərimizi itirmirik. Dinlədiyimiz musiqidən tutmuş 

bişirdiyimiz yeməyədək özümüzük. Əqilin nənəsi mənim xalam idi. Yazıq 

anam bacı deyə-deyə öldü. Bəzən görürdüm ki evdə oturub bir küncdə 

ağlayır, bağrım dağlanırdı. əlimə alırdım orağı güya ot biçirəm. Gedirdim lap 

serhəddə. Gözləyirdim, bir qaraltı görən kimi xəbər alırdım. Xalamın 

yaşadığı kəndi, xalamın adın soraxlayırdım. Bir dəfə əsgər yuxarıdan əlində 

avtomat dedi” dayı, çəkil kənara, sevin ki mən gördüm, saldat  görərsə 

vuracaq.” Kor, peşiman dönürdüm. Sağ olsun Əqili gəlib bizi tapdı.  İndi, 

bala, siz mənim xalam qədər dəyərlisiniz mənim üçün, ailəm üçün. Biz də 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

16 


 

kənddə dolana bilmirdik. Bir neçə il olar ki Tehrana gəlmişik. 

Bir təhər dolanırıq. Burda da bir birimizi itirib axtarırıq. Hər 

sevincli, kədərli günlərimizdə bax belə  (əlilə  gələn insanları 

göstərib) toplaşırıq, bir oluruq. Kəndimizə tez-tez gedirik. Ev-

eşiyimiz orada durur. Bizim kənd Arazın lap qrağındadır.  

  

Şahnazla Fərid maraqla Alişani dinləyirlər. Gələn tanışlar isə yavaş – yavaş 



ayağa qalxıb, sağollaşıb dağılışırlar. 

 

Bir həftə ötür. Gülnar xəstəxanadan evə buraxılıb.  Şahnazgil artıq Bakıya 



dönür. Yenə Alişanın bir otaqlı evi oğul uşaqla doludur.  

 

Şahnaz: Hər  şey üçün sizə sonsuz minnətdarıq.  İnşallah bir gün hər birinizi 



Bakıya gözləyirik. Gəlsəniz çox sevinəcəyik.  

Fərəh: Yazığ xalam oğlu  elə hey deyir, bir gəlin. Yaxında gələcəyik. 

Alişan: Hə, hə  gələcəyik. Qoy bir uşaqlar evi currasın, bitirsin mütləq 

gələcəyik. 

 

Fərəh elindəki bir bağlamanı  Şahnaza verir və deyir ” Bu da məni payım.” 



Şahnaz  dönə- dönə minnətdarlığını bildirərək sağollaşıb, sevinclə  qızının 

qolundan yapışır və qapıdan çıxırlar. Fərid öndə gedərək çantanı maşına 

qoyur. Şahnaz qızının qulağına pıçıltı ilə “ xəstəlik bizdən qorxdu. Ana- bala 

bir olub qovduq onu”  deyərkən Gülnarın solğun çöhrəsində bir ildir 

görmədiyi gülüşü görür. Arxada isə onlara əl sallayan bir dəstə doğma insan 

buraxaraq geri dönürlər. 



 

Yüklə 109,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə