Microsoft Word National-doklad-azer doc



Yüklə 180,1 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix31.08.2018
ölçüsü180,1 Kb.
#65647
  1   2   3   4   5   6


 

Avropa Konstitusiya Mәhkәmәlәri Konfransının XVII Kongresi 



Hüquqların müdafiәsindә vә konstitusiya prinsiplәrinin tәtbiq edilmәsindә 

Konstitusiya Mәhkәmәlәrinin yeri  

 

 

I.  Eksplisid  vә  impsilid  konstitusiya  prinsiplәrinin  tәdbiqinin  müәyyәn  edilmәsindә 

Konstitusiya Mәhkәmәsinin әhәmiyyәti. 

 

1) 

Konstitusiya  Mәhkәmәsi  vә  ya  konstitusiya  nәzarәti  sәlahiyyәtlәrinә  malik 

olan  müvafiq  orqan  tәrәfindәn,  konstitusiya  nәzarәti  qaydasında  işә  baxarkәn, 

müvafiq  konstitusiya  prinsiplәrini  (mәs.  hakimiyyәtin  bölgüsü  prinsipi, 

bәrabәrlik prinsipi vә ayrı-seçkiliyin qarşısının alınması, mütәnasiblik prinsipi vә 

s.)  tәtbiq  edilirmi?  Konstitusiya  vә  ya  digәr  hüquqi-normativ  akt  konstitusiya 

hüququ üzrә qәbul edilmiş qәrarların mәnasını vә mәzmununu tәnzimlәyirmi? 

 

Konstitusiya  Məhkəməsi  –  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  onun 

səlahiyyətlərinə  aid  edilmiş  məsələlərə  dair  ali  konstitusiya  ədalət  mühakiməsi  orqanıdır. 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  2-ci  maddəsinə 

əsasən,  Konstitusiya  Məhkəməsinin  fəaliyyətinin  hüquqi  əsaslarını  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələr,  bu  Qanun,  adı  Azərbaycan  Respublikasının  digər  qanunları  və  Konstitusiya 

Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir. 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  4-cü 

maddəsinə  əsasən

 

Konstitusiya  Məhkəməsinin  fəaliyyəti  Azərbaycan  Respublikası 



Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  öz  səlahiyyətləri  çərçivəsində 

Konstitusiyanı,  o  cümlədən  konstitusiya  quruluşunun  əsaslarından  biri  olan  hakimiyyətlərin 

bölünməsi  prinsipini  qoruyur.  Məhkəmə  konstitusiya  mübahisələrinə  baxır,  müvafiq  hüquqi 

mövqelər  formalaşdırır  (o  cümlədən  hakimiyyətlərin  bölünməsi  prinsipinin  həyata 

keçirilməsinə  dair),  bu  prinsipə  şərh  və  təfsir  verir,  və  bununla  da  onun  həqiqi  mənasını 

müəyyən edir. 

Konstitusiya  Məhkəməsinin  2  mart  2000-ci  il  tarixli  Qərarında,  Konstitusiya 

Məhkəməsinin  Plenumu  qeyd  etmişdir  ki,  “Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci 

maddəsinin III hissəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin 

bölünməsi  prinsipi  əsasında  təşkil  edilir.  Hakimiyyətlərin  bölünməsi  prinsipi  azad,  müstəqil, 

hakimiyyət qollarının mahiyyətcə fərqli hakimiyyət funksiyalarının yerinə yetirilməsini nəzərdə 

tutur.  Azadlıq  təminatlarının  qorunması  və  bununla  da  demokratiyanın  özbaşınalıgla  əvəz 

olunmasının  yolverilməzliyi  belə  bölgünün  mahiyyətini  təşkil  edir.  Hakimiyyətlərin  bölünməsi 

prinsipinin  məqsədi  hakimiyyətin  bir  qolu  tərəfindən  digərinin  səlahiyyətlərinin 

mənimsənilməsinə yol verməməkdən ibarətdir. 

Qanunun aliliyi prinsipi Konstitusiya Məhkəməsinin fəaliyyətinin ümumi prinsipi olmaqla 

yanaşı eyni zamanda, konstitusiya icraatının prinsipini təşkil edir. Onun mənası konstitusiya 

icraatının  hüquqa  tabeliyindən,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  və 

konstitusiya  icraatının  iştirakçıları  tərəfindən  qanunun  prioritetinin  tanınmasından  ibarətdir. 

Qanunun  aliliyi  prinsipi  konstitusiya  prosesi  çərçivəsində  dövlətin  Əsas  Qanunu  olan 

Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin, yüksək hüquqi qüvvəsinin tanınması və 

təmin edilməsi vasitəsi ilə həyata keçirilir. 

“Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  221.3-cü  maddəsinin şərh  edilməsinə 

dair”  20  may  2011-ci  il  tarixli  Qərarında,  Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  etməyi 

zəruri  hesab  edilmişdir  ki,  qanunverici  orqan  tərəfindən  azadlıq  hüququnun 

məhdudlaşdırılmasını  nəzərdə  tutan  normativ  hüquqi  aktlar  qəbul  edilərkən  hüquqi  dövlətin 

ali  prinsiplərindən  olan  bərabərlik,  mütənasiblik,  hüquqi  müəyyənlik,  tarazlıq  prinsiplərinə 

riayət  olunmasına  xüsusi  diqqət  yetirilməlidir.  Sadalanan  prinsiplərə  əməl  olunması 



 

beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normalarından,  habelə  “Normativ 



hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya 

Qanunundan irəli gəlir. 

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi öz Qərarlarında  beynəlxalq hüququn 

mənbələrindən irəli gələn əsaslara daimi istinad edir. 

Konstitusiya  Məhkəməsinin  Qərarlarının  təhlili  onu  göstərir  ki,  öz  hüquqi  mövqelərinin 

əsaslandırılması  üçün  Məhkəmə  tərəfindən  20-dən  artıq  beynəlxalq  hüquq  aktlarından 

istifadə olunub. 

Onların  arasında:  10  dekabr  1948-ci  il  tarixli  “Ümümdünya  insan  hüquqları 

Bəyannaməsi”;  16  dekabr  1966-cı  il  tarixli  “İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında 

Beynəlxalq Pakt”; 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq 

Pakt;  20  noyabr  1989-cu  il  tarixli  “Uşaq  hüquqları”  Konvensiyası;  4  noyabr  1950-ci  il  tarixli 

“İnsan  Hüquqlarının  və  Əsas  Azadlıqların  Müdafiəsi  Haqqında”  Avropa  Konvensiyası;    14 

iyun  1992-ci  il  tarixli  Ətraf  Mühit vә  İnkişaf  haqqında”  Bəyannaməsi  və  digər  beynəlxalq 

aktlar. 


Beynəlxalq  hüquq  normalarının  Konstitusiya  Məhkəməsi  tərəfindən  təcrübədə  tətbiq 

edilməsinin hüquqi əsasları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 

148-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələr  Azərbaycan  Respublikasının  hüquq  sisteminin  ayrılmaz  tərkib  hissəsidir. 

Konstitusiyanın  151-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  qanunvericilik 

sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və 

referendumla  qəbul  edilən  aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq 

edilir.

 

 

Konstitusiyada  sadalanan  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları  Azərbaycan 



Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  tətbiq  edilir.  Konstitusiyada 

təsbit  edilmiş  insan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını  gözləmək  və  qorumaq 

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan Respublikası 

Konstitusiyasının 12 və 71-ci maddələri). 

Beləliklə, konstitusiya məhkəmə icraatının təcrübəsində beynəlxalq hüquq prinsiplərinin 

tətbiq  edilməsi  konstitusiya  səviyyəsində  beynəlxalq  müqavilənin  ölkənin  hüquq  sisteminin 

ayrılmaz tərkib hissəsi kimi tanınması ilə bağlıdır. 

Eyni zamanda, öz qərarlarını əsaslandırarkən, Konstitusiya Məhkəməsi İnsan Hüquqları 

üzrə Avropa Məhkəməsinin təcrübəsinə də müraciət edir.  

Məsələn,  29  mart  2016-cı  il  tarixli  Qərarda,  Konstitusiya  Məhkəməsi  qeyd  etmişdir  ki, 

İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsinin  presedent  hüququna  əsasən,  qanunilik  prinsipi 

onu  da  nəzərdə  tutur  ki,  daxili  qanunvericiliyin  tətbiq  edilə  bilən  normaları  kifayət  qədər 

əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun, 

Konvensiya  tərəfindən  tanınan  hüququn  və  ya  azadlığın  həyata  keçirilməsinə  hər  hansı 

müdaxilə legitim məqsəd daşımalıdır. 

 

2) Sizin  yurisdiksiya  çәrşivәsindә  olan,  konstitusiya  prinsiplәrindәn  hansı 



orqanik  (әsas)  hesab  olunur?  Әsas  prinsiplәri  tәnzimlәyәn  eksplisid  normalar 

Sizin  Konstitusiyada  mövcuddur?  Әsas  prinsiplәrin  tәtbiqi  tәcrübәsi 

müvcuddurmu?  Qeyd  olunan  prinsiplәrә  Konstitusiya  Mәhkәmәsi  istinad 

edirmi? 

 

Konstitusiya  prinsipləri  dedikdə,  Azərbaycan  Respublikasının  Konstitusiyasında  əks 

olunan  və  ya  onun  müddəalarından  irəli  gələn,  dövlət  fəaliyyətinin  bu  və  ya  digər  növünün 

əsas  mahiyyətini  müəyyən  edən  ümumi  rəhbər  və  yekun  müddəalar  başa  düşülməlidir.  Bu 

müddəalar qanunvericiliyin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edirlər. 

Məhkəmə  hakimiyyətinin  konstitusiya  prinsiplərini  Azərbaycan  Respublikasının 

Konstitusiyasında  təsbit  edilmiş  normativ  ümumiləşdirmənin  yüksək  dərəcəsinə  malik  olan 



Yüklə 180,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə