Microsoft Word National-doklad-azer doc



Yüklə 180,1 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix31.08.2018
ölçüsü180,1 Kb.
#65647
1   2   3   4   5   6

 

Hüquq  və  azadlıqların  qorunmasına  aid  olan  Qərarlarında,  Konstitusiya  Məhkəməsi 



ümumhüquq  konstitusiya  prinsiplərinə,  Respublikanının  beynəlxalq  öhdəliklərinə  və  insan 

hüquqları üzrə beynəlxalq standatrlarına əsaslanır. 

Bu  hal  Məhkəməyə  öz  mülahizələrini  formal  əsaslandırmaqdan  başqa,  konstitusiya 

prinsiplərinin  məzmununu  genişləndirmək,  konkret  normalar  üzrə  onları  təfsir  etməklə 

hüquqtətbiqetmənin nüməsini yaratmağa imkan yaradır. 

Konstitusiya  Məhkəməsi  Qərarlarının  hüquqi  qüvvəsininin  bünövrəsi  olan  ümumi 

prinsiplər, Konstitusiya qanunçuluğunun təminatında vacib yer tutur.  

Bir  sıra  Qərarlarında  Konstitusiya  Məhkəməsi  ədalətlilik,  bərəbərlik,  hüquq  və 

azadlıqların  ictimai  maraqlara  aid  mütanasiblik  prinsiplərininə  riayət  edilməsinin  zəruriliyini 

qeyd edib. Həmçinin, Qanunların qəbul edilməsi zamanı. 

Konstitusiya  prinsiplərinin  tətbiq  edilməsində  Konstitusiya  nəzarəti  üsullarından  biri 

normaların şərh edilməsidir.  

Konstitusiya Məhkəməsi tərəfindən normaların şərhində ardıcıllıq prinsipi nəzərə alınır. 

Eyni zamanda Konstitusiya onun normalarının şərh edilməsi zamanı müəyyən tələbləri qeyd 

edir.  Azərbaycan  Pespublikası  Konstitusiyasının  71-ci  maddəsinin  V  bəndinin  tələbi  ondan 

ibarətdir  ki,  Konstitusiyanın  heç  bir  müddəası  insan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. 

Beləliklə,  Konstitusiya  Məhkəməsi  tərəfindən  Konstitusiyanın  müddəalarının  şərhini 

həmin normaların düzgün anlayışının verilməsi və tətbiq etməsi üzrə xüsusi hüquqi fəaliyyəti 

kimi müəyyən etmək olar. Bu fəaliyyət təkcə qanunyaradıcılıq üçün deyil, hər növ istiqamətli 

hüququn həyata keçirilməsi üzrə əhəmiyyət kəsb edir.  

Məsələn,“Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin

 

144-cü  maddəsinin  ikinci 



hissəsinin  şərh  edilməsinə  dair”  29  noyabr  2002-ci  il  tarixli  Qərarında,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  etmişdir  ki,  “sosial  dövlətin  prinsipi 

ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip 

ədalətli,  iqtisadi  və  sosial  qaydalara  uyğun  olaraq  hamının  layiqli  həyat  səviyyəsinin  təmin 

edilməsini  bəyan  edən  Azərbaycan  Respublikası  Konstitusiyasının  preambulasından  irəli 

gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar 

edilməsini  təmin  edir.   Azərbaycan  Respublikasının  Konstitusiyası  sosial  dövlətin  təsvirini 

verməsə  də,  dövlətin  məqsədi  kimi  iqtisadiyyatın  inkişafının  müxtəlif  mülkiyyət  növlərinə 

əsaslanaraq  xalqın  rifahının  yüksəldilməsinə  xidmət  etməsini  nəzərdə  tutur

Dövlətin  sosial 



dövlət  kimi  tanınması  üçün  Konstitusiya  dövlətin  diqqət  sahəsində  olan  sosial  siyasətinin 

konturlarını  və  vəzifələrini  özündə  əks  etdirir.  Beləliklə,  Konstitusiyanın  müddəalarına  görə 

dövlət  sosial-iqtisadi  hüquqlar  sahəsində  həyata  keçirilən  siyasətlə  vətəndaş  cəmiyyətinin 

yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və 

sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür”. 

Eyni zamanda, konstitusiya prinsipləri fərdi şikayətlərə baxılarkən də tətbiq edilir. Belə 

ki,  “M.Məmmədovun  şikayəti  üzrə”  24  iyun  2016-cı  il  tarixli  Qərarında,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  etmişdir  ki,  Konstitusiyanın  127-ci 

maddəsinin  II,  IV  və  VII  hissələrində  ədalət  mühakiməsinin  həyata  keçirilməsinin  əsas 

prinsipləri  kimi  işlərə  qərəzsiz,  ədalətlə,  tərəflərin  hüquq  bərabərliyinə,  faktlara  əsasən  və 

qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi 

təsbit  olunmuşdur.  Həmçinin,  Məhkəmə  qeyd  edib  ki,  bu  konstitusiya  prinsipləri  öz  əksini 

daha geniş şəkildə mülki və mülki prosessual qanunvericilikdə tapmışdır. 

 

5) Konstitusiya  prinsiplәrinin  hüquqi  mәzmunu/tәbiәti  nәdәn  ibarәtdir? 

Hәmin  prinsiplәr  Konstitusiya  quruluşunun  ilkin  әsası  kimi  qәbul  edilirmi?  

Konstitusiya Mәhkәmәsi xüsusi konstitusiya hüququ ilә bağlı әsas/fundomental 

prinsiplәri  hansı  dәrәcәdә  әhәmiyyәtlәndirir?  Konstitusiya  Mәhkәmәsi  әsas 

prinsiplәri  Konstitusiyada  sadalanmış  hüquqlardan  ayrı  vә  ya  әlavә  vasitә 

olaraq  sonuncularnan  birlikdә    tәfsir  edir?  Sizin  qanunvericilikdә 

Konstitusiyanın  әsas  prinsiplәri,  konkret  konstitusiya  norması  ilә  bağlılığı 



 

olmadan  hәr  hansı  normanın  qeyrikonstitusional  tanınması  üçün  әsası  kimi 



qәbul oluna bilәrmi? Mәhkәmә aktlarında konstitusiya prinsiplәrinin tәminatının 

tәşkil edilmәsi barәdә qanunvericilikdә hәr hansı hüquqi tәlәb mövcuddur?  

 

Bildiyimiz kimi, eyni zamanda Konstitusiyanın əsas prinsipləri hüquqi dövlətin qarşısına 

qoyulan tələblər kimi ifadə olunur. 

Həmin tələblərə aşağıdakılar aid edilməlidir: 

Hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi 



Hüququn aliliyi, yəni qanunların Konstitusiyaya uyğunluğu 

Konstitusiyanın qanunvericilik sitemində aliliyi və həmin sistemə təsiri 



Dövlətin və şəxsiyyətin ikitərəfli məsuliyyəti; hüquq və azadlıqlara hörmət 

edilməsi; məhkəmə müdafiəsi təminatı 

Daxili  qanunvericiliyin  beynəlxalq  normalara  və  ümumi  qəbul  edilmiş 



prinsiplərə uyğunluğu 

 

Azərbaycan  Republikasının  Konstitusiya  quruluşunun  əsasında  və  hüquqi  dövlətin 



fəaliyyətində  insan  hüquq  və  azadlıqları  haqqında  normalar  əsas  dəyər  kimi  üstünlük  təşkil 

edir. 


İnsanın,  onun  hüquq  və  azadlıqlarının  qorunması  Azərbaycan  Respublikası 

Konstitusiyasının demək olar ki bütün mətnində öz əksini tapmışdır (maddə 12, 24, 26, 71). 

Bu  qanunyaradıcılığının  təcrübəsini  müəyyənləşdirən  və  qanunvericiliyin  tətbiqetməsi  üçün 

konstitusion  reallıqdır.  Bütün  digər  konstitusiya  prinsipləri-hüquq  bərabərliyi  və  xalqın  öz 

müqəddaratını  həll  etmək,  dövlət  müstəqilliyi  və  təhlükəsizliyi,  dövlətin  ərazi  bütövlüyü  və 

başqaları-bir  ardıcıllıq  kimi  hesab  edilə  bilər,  lakin  hər  biri  dövlətin  ali  məqsədinə,  insan 

hüquq və azadlıqların müdafiəsinə həsr olunmuş kimi qəbul edilməlidir. 

İnsanın ali dəyər kimi qəbul edilməsi konstitusiya prinsipindən dövlətin bir sıra vəzifələri 

irəli gəlir: insan və vətəndaşın hüquq və azadlıqların tanınması, qorunması və müdafiəsi. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  maddəsində  qeyd  edilir  ki,  insan  və 

vətəndaş  hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan  Respublikasının  vətəndaşlarına  layiqli 

həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.  Konstitusiyada sadalanan insan və 

vətəndaş  hüquqları  və  azadlıqları  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə uyğun tətbiq edilir. 

Bu o deməkdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının tanınması, təmin edilməsi 

və  müdafiəsi  Konstitusiya  ilə  nəzərdə  tutlub  və  ali  hüquqi  qüvvəyə  malik  olmaqla,  heç  bir 

normativ aktlarla məhdudlaşdırıla bilməz. Buna görədə, bütün Konstitusiya ilə təmin edilmiş 

hüquq və azadlıqlar məhkəmə müdafiəsi ilə təmin edilir. Dəfələrlə Azərbaycan Respublikası 

Konstitusiya  Məhkəməsi,  “məhkəməyə  müraciət  etmək  hüququnun”  məhdudlaşdırılmasını 

aradan götürməklə bu prinsipi təstiqləyib.  

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində qeyd edilib ki, hər kəsin 

doğulduğu  andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Bu isə 

həmin qeyd olunan prinsipin fundomental və təkzibedilməz tanınması deməkdir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  Konstitusiya  Məhkəməsi  öz  qərarlarını  əsaslandırmaq 

üçün  həmişə    hüquq  prinsiplərinə  istinad  edir.  Normanın  qeyri-konstitusion  hesab  edil-məsi 

üçün  konstitusiya  prinsipi  ayrıca  əsas  da  ola  bilər.  Bununla  yanaşı,  Konstitusiya 

Məhkəməsinin  təcrübəsində nəticəvi hissədə hüquq prinsiplərinə istinad olunan qərarlar da 

mövcuddur.  

Astara  rayon  Məhkəməsi,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinə 

müraciət  edərək  hesab  etmişdir  ki,  qanunvericilikdə  eyni  əmələ  görə  iki  növ  məsuliyyət 

nəzərdə  tutulduğundan,  meşə  fonduna  aid  torpağın  zəbt  edilməsində   təqsirli  olan  şəxsin 

cinayət  və  ya  inzibati  məsuliyyətə  cəlb  edilməsi  məsələsində  məhkəmə  təcrübəsində  qeyri-

müəyyənliyin aradan qaldırılması məqsədi ilə Cinayət Məcəlləsinin 188-ci maddəsinin İnzibati 

Xətalar Məcəlləsinin 70-ci maddəsi baxımından şərh edilməsinə ehtiyac vardır. 




Yüklə 180,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə