Microsoft Word National-doklad-azer doc



Yüklə 180,1 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix31.08.2018
ölçüsü180,1 Kb.
#65647
1   2   3   4   5   6

 

Müraciətə  baxan  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu,  30 



mart  2015-ci  il  tarixli  Qərarında  qeyd  etmişdir  ki,  qanunvericilik  normaları  birmənalı,  aydın, 

ardıcıl və başadüşülən olmalı, eyni hüquqazidd əmələ görə məsuliyyət nəzərdə tutan hüquq 

normalarının tərkibi qanunverici tərəfindən dəqiq və bir-birindən fərqli müəyyən olunmalıdır. 

Əks  hal  hər  kəsin  hüquq  və  azadlıqlarının  müdafiə  olunmasını,  hüquqtətbiq  edənin 

hərəkətlərinin  proqnozlaşdırıla  bilən  olmasını  çətinləşdirə  və  şəxsin  qabaqcadan  öz 

hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq 

cinayət  məsuliyyətinə  cəlb  edilməsinə  və  ya  əksinə  təqsirli  şəxsin  törətdiyi  əmələ  görə 

cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu şəxsin bir hüquqazidd əmələ görə 

iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər.   

Nəticədə  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  müəyyən  maddələrin 

Qərarda  formalaşmış  hüquqi  mövqeyə  uyğun  olaraq,  hüquqi  müəyyənlik  və  mütənasiblik 

prinsipləri  baxımından  təkmilləşdirilməsi  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  tövsiyə 

etmişdir. 

Eyni  zamanda  müvafiq  normaların  təkmilləşdirilməsi  həyata  keçirilənədək, 

hüquqtətbiqedici  orqanlar  meşə  fondu  torpaqlarına  qarşı  yönələn  hüquqazidd  əmələ  görə 

təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik 

dərəcəsini,  mülkiyyətçiyə,  ətraf  mühitə  və  s.  Vurulmuş  zərərin  ağırlıq  dərəcəsini  nəzərə 

almaqla,  onun  hərəkətlərini  müvafiq  olaraq,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 

188-ci  maddəsi  və  ya  Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin  70-ci  maddəsi 

ilə tövsif edilmişdir. 

 

6) Konstitusiya  Mәhkәmәsi    hansı  әsas  prinsiplәri  daha  çox  tәtbiq  edir? 

Zәhmәt olmasa, sizin yurisdiksiyanızda  konstitusiya nәzarәti qaydasında qәbul 

edilәn qәrar daha çox tәsir etdiyi bir vә ya bir neçә konstitusiya prinsipini tәsvir 

edin.  Bu  prinsiplәrin  formalaşmasına  vә  inkişafına  Konstitusiya  Mәhkәmәsi 

hansı  töhfәni  verib?  Zәhmәt  olmasa,  Konstitusiya  Mәhkәmәsi  icraatından 

misallar gәtirin. 

 

Konstitusiya  Məhkəməsinin  daha  çox  tətbiq  etdiyi  prinsip  -  hüquqi  müəyyənlik 

prinsipidir.  Bu  implisit  prinsipi  “Konstitusiya  Məhkəməsi  hamı  qanun  qarşısında  bərabərdir” 

prinsipindən  hasil  etmiş,  sonralar  öz  nəticəvi  aktlarında  daim  inkişaf  etdirib,  

genişləndirmişdir. 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  hüquqi  mövqeyinə 

əsasən,  Konstitusiya  hüququnun  doktrinası  hüquqi  müəyyənlik  prinsipini  Azərbaycan 

Respublikası  Konstitusiyasının  preambulasında  öz  əksini  tapan  qanunun  aliliyinin  əsas 

elementlərindən  biri  kimi  tanıyır. Hüquqi  müəyyənlik  prinsipi  isə  digər  tələblərlə  yanaşı  ən 

ümumi  mənasında  mövcud  hüquqi  vəziyyətə  aid  aydınlığı  və  müəyyənliyi  nəzərdə 

tutur. (“Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  228.5-ci  maddəsinin  şərh  edilməsinə 

dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarı). 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  06  iyun  2014-cü  il  tarixli 

Qərarında,  Məhkəmə  hüquqi  müəyyənlik  prinsipinin  digər  aspektinə  nəzər  yetirərək  qeyd 

edib  ki,  “qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarının  qanunvericilikdə  nəzərdə  tutulmuş 

müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının 

mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res 

judicata”  prinsipinin,  ədalət  mühakiməsinin  ağlabatan  müddətdə  həyata  keçirilməsi  tələbinin 

inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə 

qərarlarının  sabitliyinə,  davamlılığına  xələl  gətirir.  Digər  tərəfdən  prosesdə  iştirak  edən 

şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim 

mübahisələndirmək  təhlükəsini  yaradır.  Belə  hal  cəmiyyətin  ədalət  mühakiməsinə  olan 

inamını azaldır”. 

01  dekabr  2010-cu  il  tarixli  Qərarda,  Konstitusiya  Məhkəməsi  qeyd  edir  ki,  “Hüquqi 

dövlətin  təməl  prinsiplərindən  hesab  olunan  hüquq  bərabərliyi  prinsipi  Konstitusiyanın  25-ci 



 

maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər 



kəsin  hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verilməsini  nəzərdə  tutur.

 

  Pensiya 



təminatı  sahəsində  hüquq  və  azadlıqların  həyata  keçirilməsində  bütün  növ  ayrı-seçkiliyin 

aradan  qaldırılmasına  təminat  verən  hüquq  bərabərliyi prinsipi  eyni  kateqoriyaya  aid  olan 

şəxslərin  pensiya  hüququnun  fərqləndirilməməsinə  xidmət  edir.  Əks  halda  sosial  təminat 

sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan 

şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola 

bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı 

eyni  hüquqi  vəziyyətdə  olan  subyektlər  arasında  ayrı-seçkiliyə  yol  verilməsı  belə 

tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər”. 



 

II.  Konstitusiya  prinsiplәri  daha  ali  norma  kimi  Konstitusiya  daxilindә  ierarxiya 

müәyyәnlәşdirmәk  mümkündürmü?  Konstitusiyanın  dәyişilmәz    müddәaları  vә 

mәhkәmә nәzarәti? 

 

1) Әsas  Qanunun  digәr  müddәalarına  nisbәtәn  Konstitusiya  prinsiplәri 

müәyyәn  üstünlüyә  malikdirmi?    Beynәlxalq  hüquq  yaxud  Avropa  İttifaqı 

hüququ  ilә  Konstitusiya  prinsiplәri  vә  digәr  Konstitusiya  müddәaları  hansı 

nisbәtdәdir?  Beynәlxalq  hüquq  yaxud  Avropa  İttifaqı  hüququnda    milli 

Konstitusiya  prinsiplәrindәn  daha  ali  qüvvәyә  malik  olan  müddәalaı 

mövcuddurmu?  Әgәr  varsa,  onda  bu  cür  daha  ali  beynәlxalq  müddәalar  milli 

Konstitusiya prinsiplәrinә nisbәtdә necә tәtbiq olunur? 

 

Azərbaycan Respublikasının Konstitusiyası  ali və birbaşa hüquqi qüvvəyə malikdir və 

Respublikanın bütün ərazisində tətbiq edilir. Azərbaycan Respublikasında qəbul edilən qanun 

və  digər  hüquqi  aktlar  Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olmamalıdır. 

Konstitusiya normalarının ali qüvvəsi adi qanun normaları ilə Konstitusiya normaları arasında 

ziddiyət  olduqda,  Konstitusiya  normalarının  tətbiq  edilməsini  nəzərdə  tutur.  Hüquqi  qüvvə 

baxımından Konstitusiya normaları həmcins deyil və fərqləndirilərək qruplara bölünə bilər:  

Azərbaycan  Respublikasının  Konstitusiya  quruluşunun  əsaslarını  təşkil  edən  normalar 

(Konst.II  fəsli)  ali  sosial-siyasi  və  cəmiyyətin  hüquqi  dəyərlərini  təsbit  edir  və  Konstitusi-ya 

çərçivəsində  daha  ali  hüquqi  qüvvəyə  malikdirlər.  Onlar  Konstitusiyanın  digər  normaları  ilə 

müqayisədə  xüsusi  qaydada  dəyişdirilə  bilər.  Konstitusiyanın  başqa  heç  bir  müddəaları 

Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd ola bilməz. 

İnsan  hüquq  və  azadlıqlarına  dair  Konstitusiya  normaları  (konst.III  fəsli).  Onların 

xüsusiyyəti insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya məhdudlaşdırılmasına dair 

qanunların  qəbul  edilməsinin  birbaşa  qadağan  etməsidir.  Ümumbəşəri  dəyərləri  təsbit  edib, 

Azərbaycan Respublikasının Konstitusiyası aşağıdakı prinsipləri müəyyən edir: 

 

 İnsan, onun hüquq və  azadlıqları ali dəyərdir. 



 Azərbaycan xalqı suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyidir. 

 Sosial  siyasət  insanın  layiqli  həyat  səviyyəsi  və  azad  inkişafını  təmin  etmək 

üçün şərait yaradılmasına istiqamətlənib. 

 Mülkiyyətin dövlət, xüsusi və bələdiyyə növləri eyni dərəcədə tanınır və qorunur. 

Dövlət  hakimiyyəti  hakimiyyətin    qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətlərinə  

bölünməsi prinsipi əsasında təşkil edilir. 

 Hüquqi  demokratik  dövlətin  əsas  elementlərindən  olan  yerli  özünüidarətmə 

tanınır və təminat verilir. 

 İdeoloji və siyasi plüryalizm, çoxpartiyalılıq tanınır. 

 Heç bir ideologiya dövlət və ya məcburi xarakterdə ola bilməz. 




Yüklə 180,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə