Microsoft Word National-doklad-azer doc



Yüklə 180,1 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix31.08.2018
ölçüsü180,1 Kb.
#65647
1   2   3   4   5   6

 

 Hamılıqla  qəbul  olunmuş  beynəlxalq  hüquq  prinsip  və  normaları,  Azərbaycan 



Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  hüquq  sisteminin  ayrılmaz 

tərkib hissəsidir. 

  

Konstitusiya  prinsiplərini  digər  hüquq  prinsiplərindən  fərqləndirən  əsas  cəhət  onların 



hüquq  sistemində xüsusi yerini müəyyənləşdirən dövlətin və cəmiyyətin əsas qanunu olaraq 

ali  hüquqi  qüvvəsidir.  Ona  görə  də,  konstitusiya  prinsipləri  ümumhüquqi  və  sahələrarası 

xarakter  daşıyır  və  Azərbaycan  Respublikasının  bütün  hüquq  sistemi  üçün  əhəmiyyət  kəsb 

edir,  pozitiv  hüquq  üzərində  üstünlük  təşkil  edərək  içtimai  münasibətlərin  tənzimlənməsinin, 

yaxud  müəyyən  hüquq  sahələrinin  və  qanunvericiliyin    əsasını  təşkil  edir.  Konstitusiya 

prinsipləri  dövlətin  və  cəmiyyətin  əsasını,  özülünü,  infrastrukturunu  təşkil  edən,  üzərində 

bütün  digər  sosial  əlaqələr  qurulan  və    onların  həyata  keçirilməsinin  müxtəlif  saysız 

formalarını  nəzərdə  tutan  içtimai  münasibətlər  kəsiyinin  geniş  hüquqi  ümumiləşdirməsi  kimi 

çıxış  edir, konkret  hüquq  normaları  isə  bu  prinsiplərin  tətbiqinin  yalnız  ayrı-  ayrı  halları  kimi 

çıxış edir. Onlar bütövlükdə  pozitiv hüququn yaxud onun bir neçə sahələrinin ideya əsasını 

təşkil edir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  beynəlxalq  müqavilələri  Azərbaycan 

Respublikasının  hüquq  sisteminə  daxil  edərək  milli  qanunvericiliyin  və  beynəlxalq 

müqavilələrin  nisbətini  müəyyənləşdirib.  Azərbaycan  Respublikası  Konstitusiyasının  148-ci 

maddəsinin  2-ci  bəndinə  əsasən”  Azərbaycan  Respublikası  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir”. 

Beynəlxalq  aktların  hüquqi  qüvvəsini  təsbit  edən  Azərbaycan  Respublikasının 

Konstitusiyasının  151-ci    maddəsinə  əsasən    Azərbaycan  Respublikasının  qanunvericilik  

sisteminə  daxil  olan  normativ  hüquqi  aktlar  ilə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

dövlətlərarası  müqavilələr  arasında  ziddiyət  yaranarsa,  beynəlxalq  müqavilələr  tətbiq  edilir. 

Azərbaycan Respublikasının Konstitusiyası və Referendumla qəbul edilən aktlar istisna təşkil 

edir. 


12-ci  maddənin  2-ci  hissəsinə  görə  “Konstitusiyada  sadalanan  insan  və  vətəndaş 

hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə 

uyğun tətbiq edilir”. Azərbaycan Respublikası Konstitusiyasının sadalanan müddəaları hüquq 

sisteminin uzlaşmasında Azərbaycan hüquq sisteminin əsasını təşkil edir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Avropa  İttifaqına    üzv  olmadığı  üçün,  Avropa 

İttifaqı hüququ və milli hüquq nisbətinə dair suallar yaranmır. 



2)  Konstitusiya prinsiplәri bir-biri ilә necә әlaqәlәnir? Bu prinsiplәr arasında 

müәyyәn 

ierarxiya 

mövcuddurmu? 

Konstitusiya 

daxilindә 

ierarxiyanın 

müәyyәnlәşmәsinә  Konstitusiya  Mәhkәmәsi  necә  yanaşır?  Konstitusiya

Mәhkәmәsinin  yurisdiksiyası  imkan  verirmi  ki,  Әsas  Qanunun  digәr  müddәaları 

ilә müqayisәdә konstitusiya prinsiplәri üstünlük tәşkil etsin? 

Ali hüquqi qüvvəyə malik olan Konstitusiya normaları hüquqi tənzimləmə sisteminin 

əsasını təşkil edir. 

Konstitusiya - hüquq normaları məzmununa, hüquqi qüvvəsinə və tələbin xüsusiyyətlərinə

görə təsnif olunur. Konstitusiya normalarının əsas xüsusiyyəti sistemlık və qarşılıqlı əlaqədir. 

Azərbaycan  Respublikasının  ərazisində  qüvvədə  olan  bütün  konstitusiya  hüquq

normaları  bir-biri  ilə  qarşılıqlı  əlaqəlidir.  Sistemlik  həm  də  konstitusiya  -  hüquqi  tənzimləməni 

kompleks  şəkildə,  konstitusiya-hüquq  institutları  vasitəsilə  həyata  keçirilməsini  nəzərdə  tutur. 

Konstitusiya-hüquq institutu eynicinsli içtimai münasibətlər qrupunu tənzimləyən qohum hüquqi 

müddəaları ehtiva edir. 




10 

 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  prinsiplər    iyerarxiyası  müəyyənləşdiril-



məyib.  Konstitusiya  prinsipləri  bir-birini  tamamlayaraq  müəyyən  sistem  vahid  yaradır.  Onların 

hər biri əhəmiyyətlidir və konkret  içtimai münasibətlərin xüsusiyyətindən asılı olaraq ön plana 

çıxa bilər. 

3) Sizin  yurisdiksiyanızda  Konstitusiyaya  dәyişikliklәr    necә  edilir?  Әsas 

Qanun,  Konstitusiyada    dәyişikliklәr    edilmәsinin    hansı    qaydasını    nәzәrdә

tutur?  İlkin  olaraq  Konstitusiya  necә  tәsis  edilib  vә    dәyişilmәz  (daimi) 

müddәaların  eksplisit  mövcudluğunu  nәzәrdә  tuturmu?  Konstitusiyanın  ilkin

qәbul  edilmәsi  vә    Әsas  Qanunda  dәyişikliklәr  edilmәsinin  mövcud  qaydası

arasında  fәrq  varmı?  Qanun  dәyişikliklәrin  Konstitusiyaya  uyğunluğunun

mәhkәmә araşdırmasının qaydasını nәzәrdә tuturmu?   

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  1-ci  maddəsinə  əsasən  Azərbaycan

Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. 

Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla

həll  edə  bilər  (Maddə 3).  Referendumla  həll  onunan  məsələlərdən,  Azərbaycan  Respublikası 

Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsini qeyd etmək zəruridir.

  

Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  Azərbaycan 



Respublikası Milli Məclisi və Prezidenti tərəfindən təklif oluna bilər. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  Azərbaycan 

Respublikası  Milli  Məclisi  və  Prezidenti  tərəfindən  təklif  olunduqda,  Azərbaycan  Respublikası 

Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  61.3-cü 

maddəsinə  əsasən,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  Azərbaycan  Respublikası 

Prezidentinin  təkliflərinə  mahiyyəti  üzrə  Konstitusiya  Məhkəməsinin  Plenumunda  baxılması

onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır. 

Həmin  Qanunun  61.4-cü  maddəsinə  əsasən,  Konstitusiya  Məhkəməsi  təklif  olunmuş 

dəyişikliklərin  Azərbaycan  Respublikası  Konstitusiyasının  155-ci  maddəsinin  tələblərinə

uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinə əsasən, Konstitusiyanın 1-

ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 

3-cü  fəslində  nəzərdə  tutulmuş  insan  və  vətəndaş  hüquqları  və  azadlıqlarının  ləğvi  və  ya 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan 

daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər Referenduma çıxarıla bilməz.

 

 

Konstitusiyanın mətninə dəyişikliklər edilməsi ilə bağlı Referendum keçirilərkən səsvermə



bülleteninə   Konstitusiya Məhkəməsinin rəyinin qısa  xülasəsi daxil edilir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  154-cü  maddəsinə  əsasən,  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  referendumla  qəbul  olunmuş  Azərbaycan 

Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. 

Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  138.1  və  138.4-cü  maddələrinə  əsasən, 

referendumun  rəsmi  nəticələrini  referendumdan  sonra  25  gündən  gec  olmayaraq  Mərkəzi 

Seçki Komissiyası elan edir. Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında

yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir. 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 140-cı maddəsinə əsasən referendum yolu 

ilə  qəbul  olunmuş  qərar  və  referendumun  yekunları  haqqında  rəsmi  elan  referendum  yolu  ilə

qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi 

Seçki Komissiyası tərəfindən dərc edilir. 

Referendum  yolu  ilə  qəbul  edilmiş  akt  dərc  edildiyi  gündən  qüvvəyə  minir.  Referendum 

yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi 

qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər (Azərbaycan 

Respublikası Seçki Məcəlləsinin 141 və 142-ci maddələri).  




Yüklə 180,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə