Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   2   3   4   5   6   7   8   9   ...   22

 

praktiki əhəmiyyətini təşkil edir. Onlar nəinki Bakı Şampan Şərabları zavodunda, 



eləcə də digər müəssisə və firmalarda istifadə edilə bilər.  

ş

in quruluşu və həcmi. Dissertasiya işi giriş, üş fəsil, nəticə və təkliflərdən 

ibarət olmaqla yanaşı, işin axırında istifadə edilmiş ədəbiyyatların siyahısı ilə başa 

çatır.  


Dissertasiya  işinin  girişində  mövzunun  aktuallığı  əsaslandırılır,  öyrənilmə 

vəziyyəti  təhlil  edilir,  məqsəd  və  vəzifələr  göstərilməklə  tədqiqatın  obyekti, 

metodu,  elmi  yeniliyi  və  praktiki  əhəmiyyəti  qeyd  edilir,  həmçinin  tədqiqatın 

nəticəsinin sınaqdan keçirilməsi və istifadə edilməsinin qısa şərhi verilir. 

ş

in  birinci  fəslində  icarə  olunmuş  əmlakın  müəssisənin  iqtisadiyyatının 



inkişafında  rolu  və  cari  icarəyə  verilmiş  torpaq,  tikili  və  avadanlıqların  uçotu  öz 

ə

ksini tapır. 



Dissertasiya işinin ikinci fəslində uzunmüddətli icarəyə verilmiş torpaq, tikili 

və  avadanlıq  obyektlərinin  uçotunun  aparılması  qaydası  və  təkmilləşdirilməsi 

məsələləri ayrı-ayrılıqda şərh olunmuşdur.  

Üçüncü fəslində müəssisədə icarə edilmiş əmlakın səmərəliliyinin təhlili geniş 

ə

hatə  olunmuşdur.  şin  axırında  işdən  çıxan  nəticələr  və  əməli  təkliflər  verilir, 



istifadə olunmuş ədəbiyatların siyahısı öz əksini tapır. 

ş

 iki intervalda kompyuter yazısı ilə  73  səhifədən ibarətdir.  stifadə edilmiş 



ə

dəbiyyat sıyahısında  20 adda mənbə göstərilir.  

 

 

 



 

 

 



 

 

       



 


 



   I Fəsil.    Milli Mühasibat Uçotu Standartlarının tətbiqi şəraitində icarə  



                        olunmuş əmlakın müəssisənin iqtisadiyyatının inkişafında rolu  

                        və  cari icarəyə  verilmiş torpaq, tikili və avadanlıqların uçotu. 

 

 



1.1.

  Müəssisələrdə icarə əməliyyatları və icarə öhdəliklərinin təşkili məsələləri 

 

 



carə  (əmlak  icarəsi)  –  təsərrüfat  sövdələşməsinin  ən  geniş  yayılmış 

növlərindən biridir.  carə müqaviləsinin bağlanması icarəçi – təşkilatın məsrəflərini 

azaldır,  belə  ki,  böyük  investisiyasız  istehsalat  binalarına,  avadanlıqlarına, 

nəqliyyat vasitələrinə müvəqqəti sahib olmaq və istifadə etməyə nail olmağa imkan 

verir.  carə edilmiş əmlakın istifadə edilməsi zamanı əldə edilən gəlirin bir hissəsi, 

icarə haqqının ödənilməsinə yönəldilir.   

carə  müqaviləsinin  bağlanması  icarəçinin  maliyyə  riskini  azaldır.  Əgər 

təşkilat,  qısa  müddətli  icarəyə  bir  neçə  obyekt  götürübsə,  icarə  müddəti  ərzində 

nəzərdə  tutulan  maliyyə  nəticələri  əldə  etmirsə,  onda  müqavilə  müddəti  başa 

çatdıqda  obyektin  sonrakı  istifadəsini  dayandırmaq  və  cür  əmlakın  əldə 

edilməsindən etiraz etmək haqqında qərar qəbul edə bilər, icarə münasibəti icarəyə 

verən  təşkilat  üçündə  sərfəlidir.  carəyə  verən  hazırki  vaxtda  istifadə  edilməyən 

ə

mlakı  icarəyə  verərək,  onun  saxlanılmasına  məsrəfləri  azaldır  və  əlavə  mənfəət 



ə

ldə edir.  



 

carə  -  saziş  (müqavilə)  deməkdir,  onun  vasitəsi  ilə  əmlakın  sahibi  (icarəyə 

verən) kirayə götürənə (icarəyə götürənə) danışılmış müddət müddət ərzində sahib 

olmaq  və  istifadə  etmək  və  ya  müvəqqəti  istifadə  etmək  və  tərəflər  arasındakı 

razılaşdırılmış  icarə  ödəməsi  ilə  əmlak  verir.  carəyə  verənlər  həmçinin 

qanunvericiliklə  müvəkkil  edilmiş  şəxslər  və  ya  sahibkarlar  əmlakı  icarəyə  verə 

bilər.  

carəyə torpaq sahələri və digər xüsusi təbiət obyektləri, müəssisələr və digər 

ə

mlak  kompleksləri,  binalar,  qurğular,  avadanlıqlar,  nəqliyyat  vasitələri  və  onun 




 

istifadə  edilməsi  zamanı  (istehlak  olunmayan  əşyalar)  özlərinin  natural  formasını 



itirməyən digər əmlaklar verilə bilərlər.  

carəyə  təhvil  verilmiş  əmlakın  mülkiyyət  hüququ  icarəyə  verəndə  qalır. 

Müqaviləyə  müvafiq  olaraq  icarə  edilmiş  əmlakın  istifadə  edilməsi  nəticəsində 

ə

ldə edilmiş məhsullar və gəlirlər icarədarın mülkiyyəti hesab olunurlar.  



carəyə  verən  icarədara  əmlakı  icarə  müqaviləsinin  şərtlərinə  və  əmlakın 

təyinatına  müvafiq  olan  vəziyyətdə  verməlidir.  Müqavilə  müddəti  qurtardıqda 

icarədar  onu  icarəyə  verənə  normal  köhnəlməni  nəzərə  almaqla,  onu  qaldığı 

vəziyyətdə, ya da müqavilədə şərtləşdirilmiş vəziyyətdə geri qaytarmalıdır.  

carə  müqaviləsində  nəzərə  alına  bilər  ki,  icarə  müqaviləsi  başa  çatdıqdan 

sonra və ya icarədar tərəfindən müqavilə ilə şərtləşdirilmiş satın alınma qiymətinin 

hamısı  icarədar  ərəfindən  ödənilən  zaman  icarə  müddəti  başa  çatmamış  icarə 

edilmiş  əmlakın  icarədarın  mülkiyyətinə  keçir.  Belə  halda  icarə  müqaviləsi  belə 

ə

mlakın alqı-satqı müqaviləsi üçün nəzərdə tutulan formada bağlanır.  



Ə

gər icarə  edilmiş  əmlakın satın alınması  haqqında şərt  müqavilədə nəzərdə 

tutulmayıbsa, o tərəflərin əlavə razılaşması yolu ilə müəyyən edilə bilər, onlar bu 

zaman əvvəl ödənilmiş icarə ödəməsini alış qiymətində hesaba alınması haqqında 

razılığa gələ bilərlər. Qanunla icarə edilmiş əmlakın satın alınması halları qadağan 

oluna bilər. 



 

carəyə  verənlə  icarədar  arasındakı  münasibəti  icarə  müqaviləsi  müəyyən 

edir.  Onda  icarədara  verilməli  olan  əmlakı  müəyyən  etməyə  imkan  verən 

məlumatlar,  verilən  əmlakın  dəyəri,  icarə  müddəti,  icarə  ödəməsinin  qədəri  və 

ödənməsi qaydası mütləq göstərilməlidir,  müqavilənin şərtləri ilə verilən əmlakın 

itkisi  və  xarab  olması  riski  müəyyən  edilir,  həmçinin  müqavilənin  şərtlərinə  və 

ə

mlakın  təyinatına  müvafiq  olaraq,  onun  cari  və  əsaslı  təmir  üzrə,  icarə  edilmiş 



ə

mlakın yaxşı vəziyyətdə saxlanması üzrə xərclərin hansı tərfin çəkmisi müəyyən 

edilir. 

Adətən icarədar əmlakın saxlanması üzrə xərcləri həyata keçirir və cari təmir 

aparır, icarəyə verən əmlakın əsaslı təmirini həyata keçirir. Əgər icarə müqaviləsi 

müəyyən  edilməmiş  müddətdə  bağlanıbsa,  hər  bir  tərəf  istənilən  vaxt  bu  haqda 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə