Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   2   3   4   5   6   7   8   9   ...   22

 

10 


digər tərəfi bir ay əvvəl xəbərdar edərək, daşınmaz əmlakın icarəsi zamanı isə - üş 

ay əvvəl xəbərdarlıq edərək müqaviləyə etiraz edə bilər. 

 

carədar icarəyə verənin razılığı ilə icarə edilmiş əmlakı vasitəli icarəyə (əsas 



icarəçidən icarə götürmək) verməkj ixtiyarı və icarə müqaviləsi üzrə öz hüquq və 

vəzifələrini  başqa  şəxsə  (ikinci  əldən  kirayə)  verə  bilər.  carədarın  icarə  edilmiş 

ə

mlakını əvəzsiz istifadəyə vermək hüququ vardır, həmçinin icarə hüququnu girov 



verə  bilər  və  əgər  hüquqi  sənədlərdə  başqa  hallar  müəyyən  edilməyibsə  onları 

yoldaşlıq  təsərrüfatlarının  və  cəmiyyətlərinin  nizamnamə  kapitalına  əmanət  kimi 

və ya istehsalat kooperativinə pay haqqı kimi keçirə bilər.   

carə  müqaviləsi  bağlanması  geniş  yayılmış  əmlakın  ayrı-ayrı  növlərini 

görtərmək olar: nəqliyyat vasitəsi, bina və qurğular, bütövlükdə müəssisə.  

Ekipajla birlikdə nəqliyyat  vasitəsinin icarə  müqaviləsi üzrə  (müvəqqəti  kirə 

etmə) icarəyə verən icarədara nəqliyyat vasitəsini ödəmə hesabına müvəqqəti sahib 

olmağa  və  istifadə  etməyə  verir  və  onların  idarəedilməsi  üzrə  və  onun  texniki 

istismarı üzrə öz gücü ilə xidmətlər göstərir. 

Ekipajsız  nəqliyyat  vasitəsinin  icarə  müqaviləsi  üzrə  icarəyə  verən  icarədara 

nəqlkiyyat vasitəsini ödəmə hesabına müvəqqəti sahib olmağa və istifadə etməyə 

verir  və  onlaırn  idarə  edilməsi  üzrə  və  onun  texniki  istismarı  üzrə  xidmətlər 

göstərmir. 

Bina  və  ya  qurğuların  icarə  müqaviləsi  üzrə  icarəyə  verən  bina  və  ya 

qurğulara  icarədara  müvəqqəti  sahib  olmağı  və  istifadə  etməyi  və  ya  müvəqqəti 

istifadə  etməyi  öhdəsinə  götürür.  Bina  və  ya  qurğuları  icarəyə  verən  tərəfindən 

verilməsi və icarədar tərəfindən onun qəbul edilməsi təhvil verilmə aktı ilə və ya 

verilmə  haqqında  digər  sənəd  əsasında  tərəflər  tərəfindən  imzalanmaqla  həyata 

keçirilir.  

Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əmlak komöleksi kimi istifadə 

edilən  bütövlükdə  müəssisənin  icarə  müqaviləsi  üzrə  icarəyə  verən  icarədar 

qarşısında ödəmə hesabına torpaq sahələrinə, binalara, qurğulara , avadanlıqlara və 

müəssisənin  tərkibinə  daxil  olan  digər  torpaq  tikili  və  avadanlıqlara  müvəqqəti 

sahib  olmaq  və  istifadə  etmək  öhdəliyini  götürür,  müqavilə  ilə  müəyyən  edilən 




 

11 


qaydada, şərtlərlə və hüdudunda xammal, yanacaq, materiaaların və digər dövriyyə 

vasitələrinin  ehtiyatlarının  verilməsini,  torpaq,  su  və  digər  təbii  ehtiyatların, 

binaların,  qurğuların  və  avadanlıqların  istifadə  etmək  hüququ,  müəssisə  ilə 

ə

laqədar  olan  icarəyəverənin  digər  əmlak  hüququ,  müəssisənin  fəaliyyətinin 



fərdiləşməsini  təyin  edən  hüquqi  və  digər  mühüm  hüquqları,  habelə  tələb  etmək 

hüququnu və müəssisəyə aid olan borcları onun köçürməsi hüququnu verir.  

Ə

mlak icarəyə onun bütün ləvazimatları ilə və ona aid olan sənədlərlə (texniki 



pasport,  keyfiyyət  sertifikatı  və  i.a.)  birlikdə  verilir.  Əmlak  kompleksi  kimi 

bütövlükdə  müəssisənin  icarə  müqaviləsi  üzrə  əmlak  icarədar  tərəfindən  təhvil 

verilmə  aktı  və  müəssisənin  icarə  müqaviləsinə  müvafiq  olaraq  müəyyən  edilən 

qiymətlə  uçota alınır.  

carə  müqaviləsinin  ayrı-ayrı  növlərinə  kirə  və  maliyyə  icarələri  (lizinq) 

aiddirlər. 

Kirə  müqaviləsi  üzrə  daimi  sahibkarlıq  fəaliyyəti  kimi  əmlakın  icarəyə 

verilməsini  həyata  keçirən  icarəyə  verən,  daşınan  əmlakın  ödəmə  hesabına 

müvəqqəti  sahib  olmaq  və  istifadə  etmək  üçün  icarədara  çatdırılmasını  öhdəsinə 

götürür. Kirə müqaviləsi bir ilə qədər müddətə bağlanır. 

Maliyyə icarəsinin (lizinq) müqaviləsi üzrə icarəyə verən icarədar tərəfindən 

göstərilən  əmlakı  onlar  tərəfindən  müəyyən  edilmiş  satıcıdan  mülkiyyətinə  əldə 

etməyi  və  icarədara  həmin  əmlakı  sahibkarlıq  məqsədləri  üçün  ödəmə  hesabına 

müvəqqəti  sahib  olmaq  və  istifadə  etmək  üçün  çatdırmağı  öhdəsinə  götürür. 

carəyə verən bu halda icarə predmetinin və satıcının seçilməsinə görə məsuliyyət 

daşımır. Maliyyə icarəsinin müqaviləsində satıcının və əldə edilən əmlakın icarəyə 

verən tərəfindən həyata keçirilməsi nəzərdə tutula bilər.  

   carədar  əmlakın  istifadə  edilməsinə  görə  ödəməni  (icarə  ödəməsini)  öz 

vaxtında köçürməyə borcludur.  carə ödəməsinin qaydası, şərtləri və müddəti icarə 

müqaviləsi  ilə  müəyyən  edilir.  carə  ödəməsi  bütövlükdə  bütün  icarə  edilmiş 

ə

mlaka və ya ayrıca onun hər bir növünün tərkib hissələrinə görə müəyyən edilir: 



1)

 

dövrü  olaraq  və  ya  bir  vaxtda  keçirilən,  müəyyən  edilmiş  möhkəm 



ödəmə məbləğində; 


 

12 


2)

 

carə  edilmiş  əmlakın  istifadə  edilməsi  nəticəsində  əldə  edilən 



məhsulların, səmərənin və ya gəlirlərin müəyyən edilmiş payı; 

3)

 



carədar tərəfindən müəyyən xidmətlərin göstərilməsi; 

4)

 



carədar tərəfindən icarəyə verənə müqavilə ilə şərtləşdirilmiş şeylərin 

mülkiyyətə və ya icarəyə verilməsi; 

5)

 

Müqaviləyə  şərtləşdirilmiş  icarə  edilmiş  əmlakın  yaxşılaşdırılmasına 



xərclərin icarədara həvalə edilməsi. 

Bütün  hallarda  icarə  ödəməsi  tərəflərin  razılığı  ilə  pulla  ödənilmədiyi  halda, 

icarə  ödəməsi  uçot  və  vergiyə  cəlb  olunma  məqsədləri  üçün  pul  ifadəsində 

qiymətləndirilməlidir.  carə  ödəməsi  üzrə  xərclərin  qiymətləndirilməsi  verilən 

ə

mlakın  (yerinə  yetirilən  işlərin,  göstərilən  xidmətlərin)  maya  dəyərindən  (əldə 



edilməsinin faktiki məsrəflərindən) asılı olaraq həyata keçirilir.  

carədar istənilən formada ödənilən icarə ödəməsi üzrə xərcləri istehsal olunan 

məhsulların  (yerinə  yetirilən  işlərin,  göstərilən  xidmətlərin)  maya  dəyərinə  daxil 

edilir.  carəyə verən icarə ödəməsi kimi daxil olan gəlirlkərin maliyyə nəticələrinə 

satışdan kənar gəlirlərin tərkibinə aid edilir. 

carədar əmlakı yararlı vəziyyətdə saxlamağa, cari təmir etməyə və əgər icarə 

müqaviləsi  ilə  və  ya  qanunla  başqa  bir  şey  müəyyən  edilməyibsə  əmlakın 

saxlanması  üzrə  xərcləri  həyata  keçirməyə  borcludur.  Bu  xərclər  icarədar 

tərəfindən istehsal məsrəflərinin (tədavül xərclərinin) tərkibinə daxil edirlər.  

carəyə verən icarəyə verilmiş əmlakı  müqavilə ilə müəyyən edilmiş vaxtda, 

ə

gər  o  müqavilə  ilə  müəyyən  edilməyibsə  və  ya  mütləq  vacibliyi  lazım  deyilsə, 



lazım  olan  vaxt  öz  hesabına  əsaslı  təmiri  həyata  keçirməlidir.  Əsaslı  təmirin 

aparılması üzrə icarəyə verən tərəfindən öhdəliyin pozulması icarədara öz seçiminə 

görə  hüquq  verir:  müqavilə  ilə  nəzərdə  tutulan  və  ya  mütləq  vacibliyi  ilə  ortaya 

çıxan əsaslə təmiri həyata keçirmək; təmirin dəyərini icarəyə verəndən tutmaq və 

ya  onu  icarə  ödəməsinin  hesabına  hesablamaq,  icarə  ödəməsinin  müvafiq 

ödəməsinin  azaldırmasını  tələb  etmək,  müqavilənin  ləğv  edilməsini  və  zərərin 

ödənilməsini tələb etmək. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə