Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   2   3   4   5   6   7   8   9   ...   22

 

13 


carəyə  təhvil  verilmiş    torpaq,  tikili  və  avadanlıqların  kapital  qoyuluşları 

(əlavə tikinti, rekonstruksiya, modernləşmə), əgər icarə müqaviləsində həmin  işlər 

nəzərdə tutulubsa  o halda həyata keçirilə  bilər.  Əgər qanunvericiliklə və  ya  icarə 

müqaviləsi ilə başqası nəzərdə tutulmayıbsa adətən icarə verənin vəsaitləri istifadə 

olunurlar.  

Ə

dər  icarə  müqaviləsi  ilə  başqası  nəzərdə  tutulmayıbsa,  onda  icarədarın 



hesabına icarə edilmiş əmlakın yaxşılaşdırılması həyata keçirilsə onun mülkiyyəti 

hesab  olunur.  şlər  başa  çatdıqdan  sonra  icarədar  aparılmış  kapital  qoyuluşlarını 

icarəyə verənə verə bilər (onun razılığı olan zaman balansa qəbul edilə bilər) və ya  

torpaq,  tikili və  avadanlıqların  yeni  obyektini  yarada bilər.  Aparılmış  məsrəflərin 

məbləğinə icarədar tərəfindən ayrıca inventar kartoçkası açılır.  carədar tərəfindən 

başa  çatmış  kapital  qoyuluşlarını  xüsusi  torpaq,  tikili  və  avadanlıqların  tərkibinə 

daxil  edilməsi  amortizasiya  hesablanması  vasitəsi  ilə  ona  çəkilmiş  məsrəfləri 

ödəməyə imkan verir.  

carə  edilmiş  əmlakın  icarəyə  verənin  razılığı  olmadan  icarədar  tərəfindən 

həyata  keçirilən  ayrılması  mümkün  olmayan  yaxşılaşdırılmanın  dəyəri,  icarəyə 

verən  tərəfindən  icarədara  ödənilməsi  həyata  keçirilmir.  carənin  müddəti  başa 

çatdıqda icarə edilmiş əmlaka kapital qoyuluşları icarəyə verənə əvəzsiz qaydada 

verilirlər  və  onlar  tərəfindən  obyektlərin  balans  dəyərinin  artırılması  qaydasında 

torpaq, tikili və avadanlıqlara daxil edilirlər.  

Ə

gər  icarədar  öz  vəsaitləri  hesabına  və  icarəyə  verənin  razılığı  ilə  ayrılması 



mümkün  olmayan  yaxşılaşdırma  həyata  keçirməyibsə,  əgər  icarə  müqaviləsi  ilə 

başqası 


nəzərdə 

tutulmayıbsa, 

müqavilə 

başa 


çatdıqdan 

sonra 


bu 

yaxşılaşdırılmanın dəyərinin ödənilməsini icarədarın tələb etmək hüququ vardır. 

carəyə  təhvil  verilmiş  torpaq,  tikili  və  avadanlıq  obyektləri  üzrə 

amortizasiyanın  hesablanması  icarəyə  verən  tərəfindən  həyata  keçirilir, 

müəssisənin icarə müqaviləsi üzrə alınmış əmlaka görə icarədar tərəfindən həyata 

keçirilən  amortizasiyaayırmaları,  habelə  maliyyə  icarəsi  (lizinq)  müqaviləsində 

nəzərdə tutulan hallarda icarəyə verən tərəfindən həyata keçirilmir.     



 

14 


Müəssisənin  icarə  müqaviləsi  il  əldə  edilmiş  əmlaka  görə  amortizasiyanın 

hesablanması,  mülkiyyət  hüququ  ilə  təşkilatda  olan  torpaq,  tikili  və  avadanlıqlar 

üçün  qoyulmuş  qaydada  icarədar  tərəfindən  həyata  keçirilir.  Lizinq  əmlakına 

amortizasiyanın  hesablanması,  lizinq  müqaviləsinin  (maliyyə  icarəsinin) 

şə

rtlərindən  asılı  olaraq  lizinq  verənlər  tərəfindən  və  ya  lizinq  alanlar  tərəfindən 



həyata keçirilir.  

carə  müqaviləsi  başa  çatdıqdan  sonra  icarəyə  verənə  verilməli  olan  icarə 

edilmiş  torpaq,  tikili  və  avadanlıqlara  icarədarın  kapital  qoyuluşları,  əsaslı 

məsrəflər həyata keçirilən obyektlər üzrə icarəyə verən tərəfindən müəyyən edilmiş 

amortizasiya  ayırmalarının  hesablanması  üsulundan  asılı  olaraq  icarə  müddəti 

ə

rzində icarədar tərəfindən hər ay amortizasiya hesablanır.  



 

1.2. carə olunmuş əmlak haqqında anlayış və icarənin mahiyyəti 

 

Bazar  münasibətlərinin  inkişafı  və  dərinləşməsi  ilə  əlaqədar  olaraq, 



müəssisələr  istehsal  bazarlarının  möhkəmləndirilməsi,  fəaliyyətin  yeni 

istiqamətlərinin  mənimsənilməsi  və  b.  məqsədlər  üçün    torpaq,  tikili  və 

avadanlıqları  geniş  istifadə  edə  bilərlər.  Müəssisələr  arasında  icarə  münasibətləri 

hazırki  vaxtda  onların  təsərrüfat  fəaliyyətində  olduqca  nəzərə  çarpacaq  dərəcədə 

yer tutur.  

Bazar  iqtisadiyaytına  keçid  şəraitində  və  onun  inkişafı  ilə  əlaqədar  olaraq  , 

bəzən  müəssisələrə  lazım  olan  torpaq,  tikili  və  avadanlıqların  obyektlərini 

müvəqqəti  istifadə  etmək  üçün,  özünün  mülkiyyətinə  əldə  etməkdənsə,  başqa 

subyektlərdən  icarə  etmək  sərfəlidir.  Hər  nəyi  isə  icarəyə  götürmüş  müəssisə 

icarədar  hesab  olunur,  təhvil  verənlər  isə  -  icarəyə  verən  adlanır.  carəyə  almaq-

vermək  və  icarəyə  verənlə  icarədar  arasında  qarşılıqlı  münasibətlər  icarə 

müqaviləsi  ilə  nizama  salınır.  Onda  icarəyə  verilmiş  torpaq,  tikili  və  avadanlıq 

obyektlərinin  tərkibi  və  dəyəri,  icarə  ödəməsinin  qədəri,  icarənin  davamiyyəti, 

icarə şərtlərinin yerinə yetirilməsi üzrə tərəflərin öhdəçilikləri əks olunur. 




 

15 


cra 

ə

məliyyatlarının 



uçotda 

ə

ks 



etdirilməsi 

qaydaları 

icarə 

müünasibətlərindən  asılıdır,  onlar  da  öz  növbəsində  icarənin  müddətlərindən  və 



onun verildiyi şərtlərdən asılı olaraq müxtəlif formalarda ola bilər.  

Müddətindən asılı olaraq əmlakın icarəsi aşağıdakı kimi bir-birindən ayrılır: 

1)

  Uzunmüddətli icarə (lizinq) – üç ildən çox müddətə; 



2)

  Orta müddətli icarə (xayrinq) – bir ildən üç ilə qədər müddətə; 

3)

  Qısa müddətli icarə (reytinq, çerter) – bir ilə qədər müddətə. 



Verilmə  şərtlərindən  asılı  olaraq  cari  və  uzunmüddətli  (maliyyə)  icarəni 

fərqləndirirlər. 

Cari icarə əmlakın aşağıdakı şərtlərlə icarəsini özündə əks etdirir:  

a)

 



icarənin  müddəti  –  müqavilə  ilə  müəyyən  edilir;  icarənin  müddəti 

qurtarandan  sonra  torpaq,  tikili  və  avadanlıqların  obyekti  icarəyə 

verənə qaytarılır; 

b)

 



icarənin məqsədi – icarəsinin müvəqqəti tələbatının təmin edilməsi; 

c)

 



ödəmənin məbləği – icarə ödəməsinin məbləği özünə torpaq, tikili və 

avadanlıq obyektinin amortizasiyasını və mənfəətdən olan faizi daxil 

edir; 

d)

 



mülkiyyət  -  torpaq,  tikili  və  avadanlıqların  obyekti  icarəyə  verənin 

mülkiyyəti hesab olunur; 

e)

 

torpaq,  tikili  və  avadanlıqların  itkisi  və  korlanması  riski  (cürət) 



müqavilə ilə müəyyən edilir. 

Uzunmüddətli  icarə  edilmiş  torpaq,  tikili  və  avadanlıqlara  icarə  müddəti 

qurtardıqdan  sonra  icarəyə  götürənin  mülkiyyətinə  onların  keçməsi  icarə 

müqaviləsində nəzərdə tutulan (və ya icarəyə verənlə icarəyə götürən əlavə olaraq 

razılığa  gələrlərsə)  və  ya  onun  vaxtı  çatana  qədər  icarəyə  götürən  tərəfindən 

müqavilə  ilə  şərtləndirilmiş  satınalma  qiymətləri  ödənilən  obyektlər  aiddir. 

Sonradan satınalma hüququ ilə torpaq, tikili və avadanlıqların icarəsini, həmçinin 

maliyyə icarəsi də adlandırırlar. Uzunmüddətli icarənin şərtləri aşağıdakı kimidir: 

1)

 

carənin  müddəti  -  tikili  və  avadanlıqların  obyektinin  xidmət 



müddətinə bərabərdir; 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə