Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   2   3   4   5   6   7   8   9   ...   22

 

16 


2)

 

Ödəmənin  məbləği  –  özündə  tikili  və  avadanlıqların  obyektinin 



dəyərini, kreditə görə faizləri, komission ödəmələrini daxil edir; 

3)

 



Korlanma və məhv olma ilə əlaqədar risk – icarədar özü götürür; 

4)

 



Mülkiyyət  -  tikili  və  avadanlıqların  obyekti  icarəyə  verənin 

mülkiyyəti  hesab  olunur,  icarənin  müddəti  qurtardıqdan  və  satın 

alındıqdan  sonra  (icarə  müqaviləsinə  müvafiq  olur)  icarədarın 

mükiyyəti olur. 

Nə qədər ki uzunmüddətli icarə icarədarın kreditləşmə formasını özündə əks 

etdirir,  onda  ödəmə  məbləği  özünə  tikili  və  avadanlıqların  obyektinin  dəyərinin 

ödənilməsi məbləğini və faizləri daxil edir.  

Uzunmüddətli  icarə  zamanı  torpaq,  tikili  və  avadanlıqlar  icarəyə,  icarəyə 

verən və icarədar tərəfindən razılaşdırılmış qiymətlə (alış qiyməti) verilir. 

carə  ödəməsi  icarə  edilən  əmlakın  dəyərinin  ödənilməsi  (amortizasiya 

ayırmaları)  və  icarə  əməliyyatları  üzrə  xidmətləri  və  mənfəəti  nəzərdə  tutur,  onu 

icarəyə  verənlər  obyektin  istismarında  ola  bilər,  lakin  kreditdən  istifadəyə  görə 

faizdən  çox  olmamışdır.  Hesablar  planına  aid  təlimatda  mənfəətin  ölçüsü  icarə 

faizi adlanır.  

Müxtəlif  mülkiyyət  obyekti  olan  və  təsərrüfatçılığın  müxtəlif  formalarına 

malik təsərrüfat qurumlarının fəalittət göstərməsi üçün vahid mühitin yaradılması 

bazar  iqtisadiyyatının  ən  mühüm  prinsiplərindən  biridir.  Bu  baxımdan  icarə 

münasibətlərinə  əsaslanaraq  təsərrüfatçılığın  iqtisadiyyatdakı  yeri  və  rolu  xüsusi 

qeyd olunmalıdır. 

Azərbaycan  Respublikasının  bazar  iqtisadiyyatına  keçdiyi  hazırki  şəraitdə 

həyata  keçirilməyə  başlanan  özəlləşdirmə  və  torpaq  islahatı  nəticəsində  xüsusi 

mülkiyyətin  yaranması  təcrübəvi  olaraq  şübhə  doğurmur.  Belə  olan  təqdirdə, 

fikrimizcə, icarə münasibətlərinin canlanmasını və geniş vüsət almasını gözləmək 

olar.  Odur  ki,  icarə  münasibətlərinin  iqtisadi  məzmunu,  formaları,  mühasibat 

uçotunun  təşkili  və  s.  ilə  əlaqədar  bəzi  məsələlərin  nəzərdən  keçirilməsini 

məqsədəuyğun saymaq olar.  




 

17 


carə  dedikdə  torpağa,  digər  təbii  ehtiyatlara,  müəssisələrə  və  ayrıca 

götürülmüş komplekslərə, habelə müstəqil təsərrüfat və digər fəaliyyət üçün lazım 

olan  əmlaka  müqavilə  əsasında,  əvəzi  ödənilməklə  müddətli  sahib  olmaq  və 

onlardan  istifadə  etmək  başa  düşülür.  carəyə  makroiqtisadiyyatın  bütün 

sahələrində  icazə  verilir  və  o,  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün 

ə

mlaklar üçün tətbiq oluna bilər.  



 

carə  münasibətləri  zamanı  tərəf  kimi  icarəyə  verənlər  və  icarəçilər 

9icarədarlar)  çıxış  edirlər.  Xüsusi  mülkiyyət  hüquqi  ilə  əmlaka  malik  olan  və  ya 

qanunvericiliklə  əmlakın  mülkiyyətçisi  kimi  çıxış  edən  hüquqi  və  fiziki  şəxslər 

icarəyə verən, hər hansı hüquqi və fiziki şəxs isə icarəçi ola bilər.  

carə hər iki tərəfin mənafeyinə xidmət etdikdə məqbul sayıla bilər.  carənin 

icarəyə  verən  üçün  iqtisadi  məqsədəuyğunluğu  ondan  ibarətdir  ki,  o,  digər  halda 

istifadəsiz  qalan,  saxlanmasına  xərc  tələb  olunan  və  ya  istismarı  iqtisadi 

baxımından  səmərəli  olmayan  əmlakdan  gəlir  əldə  etmək  imkanı  qazanır.  carəçi 

isə  böyük  məbləğdə  kapital  qoyuluşu  xərcləri  çəkməkdən  və  xeyli  vaxta  qənaət 

edərək icarə olunan obyektlərdən istifadə etmək və gəlir götürmək hüququna malik 

olur.  


Ayrıca  götürülmüş  əmlak  növünün  icarəyə  verilməsi  qəbul-təhvil  aktları 

vasitəsi ilə həyata keçirilir. 

Həyata  keçirilmə  müddətinə  görə  icarə  müxtəlif  cür  təsnifləşdirilir.  Bəzi 

iqtisadi  ədəbiyyatlarda  qısamüddətli  (5  ilədək)  və  uzunmüddətli  (5  ildən  yuxarı) 

icarə  qeyd  olunur.  Digərində  isə  müddətinə  görə  icarə  aşağıdakı  kimi 

təsnifləşdirilir. 

Uzunmüddətli icarə (lizinq)- 3 ildən çox müddətə; 

Ortamüddətli icarə (xayrinq) – 1 ildən 3 ilədək müddətdə; 

Qısamüddətli icarə (reytinq, çarter) – 1 ilədək müddətə. 

Fikrimcə,  hər  iki  təsnifat  şərti  xarakter  daşıyır.  carənin  müddəti  əmlakın 

xarakteri  və  icarənin  məqsədləri  nəzərə  alınmaqla  icarə  müqaviləsi  ilə  müəyyən 

edilir. Bundan başqa uzunmüddətli icarə və lizinq heç də eyni anlayışlar deyildir. 




 

18 


Lizinq  icarəsini  və  kredit  əməliyyatlarını  özündə  birləşdirən  bir  fəaliyyət  sferası 

kimi  qeyd  etmək  olar.  Bu  fəaliyyət  növü  inkişaf  etmiş  xarici  ölkələrdə  vüsət 

almışdır. Onlarda lizinqi özünə əsas fəaliyyət sahəsi etmiş iri şirkətlər mövcuddur. 

Lizinq şirkəti istehsalçı müəssisəsindən müəyyən miqdarda əmlak növü, məsələn, 

avadanlıq satın alır. Sonra bu avadanlıq onun əsas istehsalçısı və istismarçısı olan 

bir müəssisəyə müqavilə əsasında verilir. Müqavilə müddəti ərzində həmi müəssisə 

lizinq  şirkətinə  avadanlqıdan  istifadəyə  görə  müəyyən  haqq  ödəyir.  Müqavilə 

müddəti başa çatdıqda satın alına bilər. Çox vaxt lizinq şirkəti vadanlığı  istehsalçı 

müəssisəsinin  sifarişinə  əsasən  istehsalçı  müəssisədən  satın  alır.  Beynəlxalq 

təcrübədə  lizinq  əməliyyatları  ilə  bir  qayda  olaraq  sanballı  kredit  müəssisələri  və 

maliyyə qrupları məşğul olur.  

Həyata keçirilmə şərtlərindən asılı olaraq cari (sadə) və satın alınmaqla icarə  

(maliyyə  icarəsi)  mövcuddur.  Sadə  icarə  zamanı  icarəyə  verilən  əmlak    üzərində 

mülkiyyət  hüququ  icarəyə  verəndə  qalır.  Maliyyə  icarəsi  zamanı  isə  əmlak 

üzərində  mülkiyyət  hüququ  bu  obyektlərin  haqqının  tam  ödənilməsindən  sonra 

icarəçiyə (icarədara) keçir. 

carəyə  verənin  icarədarla  münasibətlərini  tənzimləyən  əsas  sənəd  icarə 

müqaviləsidir. Bu müqavilədə aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın 

tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən 

icarəyə  verilməsi  vasitəli  imkanlarına  münasibət.  carəyə  götürülmüş  əmlakı  tam 

bərpa  və  təmir  etmək  əmlakı  icarəçiyə  müqavilə  şərtlərinə  uyğun  vəziyyətdə 

vermək  vəzifəsi,  icarəçinin  əmlakdan  müqavilə  şərtlərinin  uyğun  surətdə  istifadə 

etmək,  icarə  haqqını  ödəmək  və  müqaviləyə  xitam  verildikdən  sonra  əmlakı 

müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi və s.  

carə  münasibətləri  subyektlərinin  və  obyektlərinin  xüsusiyyətləri,  icarənin 

formaları, növləri mühasibat uçotunun təşkilinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Nəzərə almaq lazımdır ki, icarə obyektlərinin uçotda əks etdirilməsi hər bir icarə 

subyektində (icarəyə verən və icarəçidə) müxtəlif qaydada həyata keçirilir.       

   

  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə