Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 



QISA İCMAL 

Hamiləlik dövründə ciddi kəskin ağırlaşmaları 

olan qadınlarda oxşar patoloji və gözlənilməyən 

təsadüfi faktorlar qeydə alınır. Bu qadınların 

bəziləri arasında ölüm halları baş versə də, 

həmin qadınların bir qismi ölümdən qurtulmuş 

olur. Baş verən ağır mamalıq fəsadlarının 

(hamiləliyin ölümlə nəticələnməyən ciddi 

ağırlaşmaları və ana ölümü) tədqiqi vasitəsi ilə 

hamilə qadınlara göstərilən qayğı (və ya onun 

çatışmazlığı) barəsində müvafiq məlumatlar 

əldə etmək mümkündür. Bu məlumat kitabçası 

səhiyyə işçiləri, proqram menecerləri və tibb 

müəssisələrində və ya səhiyyə sistemi 

çərçivəsində hamilələrə göstərilən tibbi 

xidmətin keyfiyyətinin təmin edilməsi sahəsində 

qərar qəbul edən şəxslər üçün nəzərdə 

tutulubdur. Burada hamilələrə göstərilən tibbi 

xidmət zamanı əsas müdaxilələrin həyata 

keçirilməsinə nəzarətin təşkilini özündə ehtiva 

edən ÜST-nin “Ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının 

tədqiqi metodikası” təsvir olunur və tibbi 

xidmətin keyfiyyətinin sistemli 

qiymətləndirilməsi üzrə müvafiq təkliflər 

verilir.  

ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” 3 standart mərhələ üzrə həyata 

keçirilir: (1) ilkin qiymətləndirmə (ya təkrar 

qiymətləndirmə); (2) vəziyyətin təhlili və (3) 

səhiyyənin təkmilləşdirilməsi ilə əlaqədar 

tədbirlər. İlkin qiymətləndirmə səhiyyə 

müəssisələrində və ya hər hansı şəhər və ya 

rayonun səhiyyə qurumu çərçivəsində və 

həmçinin ölkənin bütöv səhiyyə sistemində 

tətbiq oluna bilər. 

Bu yanaşmanın uğurlu tətbiqi tədqiqatın 

aparılması üçün hamiləliyin ölümlə 

nəticələnməyən ciddi ağırlaşmalarına daxil 

edilən halların müəyyənləşdirməsidir. Bütün 

müvafiq qadınların tədqiqatdan kənarda 

qalmaması üçün hamiləliyin ölümlə 

nəticələnməyən ciddi ağırlaşmalarının tədqiqi 

metodikasını tətbiq edən komanda tərəfindən 

bütün iştirak edən tibb müəssisələrinin növləri 

və xüsusiyyətlərini əks etdirən plan 

hazırlanmalıdır. Tədqiqat üçün lazım olan bütün 

məlumatlar seçilmiş xəstələrin xəstəlik 

tarixlərindən və ambulator kartlardan əldə edilir. 

Hər qadınla bağlı aşağıdakı məlumatlar toplanır; 

hamiləliklə bağlı ciddi ağırlaşmalar və baş 

vermiş ağır mamalıq fəsadları, müxtəlif klinik 

müdaxilələrin (invaziv və qeyri-invaziv, habelə 

farmakoloji) aparılması və intensiv terapiya və 

ya reanimasiya şöbəsinə qəbul edilmə.  

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının 

tədqiqi”nə dair yanaşmanın praktikada 

tətbiqinin nəticələri tibb müəssisəsində mamalıq 

xidmətlərinin keyfiyyətini müəyyən etməyə 

imkan verir. Yanaşmanın tətbiqi ilə aşağıdakı 

nəticələr əldə edilir: ana ölümü, hamiləlik və 

doğuşdan sonrakı 42 gün ərzində qadınlar 

arasında xəstələnmə halları və onların 

xüsusiyyətləri, xəstələrin yönəldilməsi (qadın 

məsləhətxanaları, təcili tibbi yardım 

müəssisələri, poliklinikalar və s.) sisteminin 

fəaliyyətində güclü və zəif tərəflər, klinik və ya 

digər müdaxilələrin aparılması. 

Şəhər və ya rayon səviyyəsində mamalıq 

xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi 

üçün doğuş keçirən və ya hamiləliklə bağlı 

ağırlaşmaların müalicəsini həyata keçirən bütün 

müəssisələr qiymətləndirilməyə daxil olmalıdır. 

İkinci və üçüncü səviyyəli səhiyyə xidmətləri 

göstərən tibb müəssisələri qiymətləndirmə 

prosesinə daxil edildikdə, onların 

qiymətləndirilməsi ilkin səhiyyə xidməti 

göstərən tibb müəssisələrində olduğu kimi 

aparılır. 

Mamalıq xidmətlərinin davamlı 

təkmilləşdirilməsi məqsədi ilə məsləhət görülür 

ki, ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının tədqiqi ilə bağlı metodika 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

yuxarıda təsvir olunmuş üç mərhələ üzrə yerinə 



yetirilsin. Tibbi xidmətin keyfiyyətinin 

qiymətləndirilməsində bu cür standartlaşdırılmış 

yanaşmanın tətbiqi müxtəlif müəssisələrdən 

toplanan məlumatların gələcəkdə müqayisəli 

təhlilinə imkan verir. Həmçinin həmin 

məlumatların ölkələr arasında müqayisəli 

təhlillərinin aparılması üçün istifadəsi də 

mümkündür. 

ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” əsasında aparılmış təhlillərin 

ümumiləşdirilmiş nəticələri geniş ictimaiyyət 

üçün açıq olmalıdır. Bu cür məlumatlar hamilə 

qadınlara göstərilən tibbi qayğının 

yaxşılaşdırılması məqsədilə geniş ictimai 

vəkillik fəaliyyətinin aparılmasında vətəndaş 

cəmiyyəti və peşəkar cəmiyyətlərin səfərbər 

olunması üçün xüsusilə faydalıdır. Həmçinin 

keyfiyyətli məlumatların paylaşılması mamalıq 

və perinatal xidmətlərin yaxşılaşdırılması üçün 

xarici donorların cəlb edilməsində yardım edə 

bilər. Bundan əlavə ÜST və digər təşkilatlar 

həmin məlumatları sistemli təhlillərdə istifadə 

edərək dünyada mamalıq xidmətlərinə olan 

ehtiyacları daha düzgün qiymətləndirə bilər.  

1. GİRİŞ

Minilliyin İnkişaf Məqsədlərindən biri olan ana 

ölümünün azaldılması prosesi əzəldən ana 

ölümü yüksək olan əksər ölkələrdə çox ləng 

gedir və bu qlobal problemin təcili şəkildə 

həllinə ehtiyac vardır (1). Bu səbəbdən ÜST və 

digər təşkilatlar doğuş zamanı yaranan 

ağırlaşmaların effektiv müayinə və müalicəsi 

məqsədilə bütün doğuşların təcrübəli tibb 

mütəxəssisi tərəfindən aparılmasını tövsiyə edib 

(2). Bunun nəticəsində daha çox ölkə doğuşun 

tibbi müəssisələrində keçirilməsini təşviq edən 

milli siyasətlərini formalaşdırmışdır. Lakin 

aşağı və orta gəlirli ölkələrdə maliyyə 

resurslarının azlığı və peşəkar tibbi 

mütəxəssislərin çatışmazlığı səbəbindən bu cür 

siyasətlərin tətbiqi tibb müəssisələrinin həddən 

artıq yüklənməsinə gətirib çıxara bilər və 

göstərilən xidmətlərin keyfiyyətinə ciddi təsir 

edə bilər. Həmçinin bir çox aşağı və orta gəlirli 

ölkələrin bütün doğuşların tibb müəssisələrində 

aparılmasına qısa və orta müddət ərzində nail 

ola biləcəyi real görünmür və maliyyə resursları 

baxımından əlçatmazdır. Daha səmərəli və 

maliyyə tutumu daha az olan yanaşmalardan biri 

hamilə qadınlara göstərilməsi tələb olunan tibbi 

xidmətin gecikdirilməməsi ilə bağlı tədbirlərin 

görülməsi ola bilər (3). 

Hamiləlik zamanı ciddi ağırlaşmalarla 

qarşılaşmış qadınlar arasında oxşar patoloji və 

subyektiv faktorlar mövcuddur. Bu halların bir 

qismi hamilə qadınların ölümü ilə nəticələnsə 

də, digər bir qismi ölümdən qurtulmuş olur. 

Ağır mamalıq fəsadları ilə nəticələnmiş klinik 

halların, o cümlədən ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və ana ölümlərinin 

tədqiqi hamilə qadınlara göstərilən tibbi 

xidmətin mövcud durumunu və ya 

çatışmazlıqlarını qiymətləndirməyə imkan verir 

(4-6). Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının standart tərifinin və diaqnostik 

meyarlarının müəyyən edilməsi məqsədi ilə 

2007-ci ildə ÜST tərəfindən ginekoloqlar, 

mamalar, epidemioloqlar və ictimai səhiyyə 

mütəxəssislərindən ibarət texniki işçi qrupu 

yaradılmışdır. Məlumatların toplanılmasında 

potensial çətinlikləri və toplanmış məlumatla 

onun keyfiyyəti arasında balansın təmin 

olunmasını nəzərə alaraq, həmin işçi qrup yalnız 

ən ağır mamalıq hallarını, əsasən də orqanların 

çatışmazlığı ilə müşahidə olunan halları 

nəzərdən keçirmişdir. İşçi qrup tərəfindən 

ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının tərifi və diaqnostik meyarları 

sonradan müxtəlif səviyyələrdə sınaqdan 

keçirilmişdir. Həmin sınaqlarda bu meyarların 




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə