Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   2   3   4   5   6   7   8   9   ...   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"

 



etibarlılığı və çox faydalı məlumat əldə etməyə 

imkan verdiyi təsdiq edilmişdir. 

ÜST-nin texniki işçi qrupu, həmçinin səhiyyə 

sistemi və ya fərdi tibbi müəssisəsi çərçivəsində 

tibbi xidmətlərin keyfiyyətini qiymətləndirməyə 

imkan verən göstəriciləri (indikatorları) də 

müəyyən etmişdir. Həmin göstəricilər 

(indikatorlar) müəssisənin daxili fəaliyyətini 

qiymətləndirməyə yardım edir. Onların köməyi 

ilə bütöv səhiyyə sisteminin qadınların müvafiq 

xidmətlərlə təmin edilməsi məqsədilə mövcud 

ləngimələri aradan qaldırmaq və ya digər tibb 

müəssisələrinə yönəltməklə bağlı fəaliyyətini 

dəyərləndirmək mümkündür. Ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmalarının 

tədqiqi ilə tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsinin hərtərəfli aparıldığına 

əmin olmaq üçün xüsusi proses indikatorları 

(prosesin aparıldığını müəyyən edən 

göstəricilər) da tərtib edilib. Həmin proses 

indikatorları klinik audit və ya xəstəlik 

tarixlərinin araşdırılması metodikasına 

əsaslanaraq təklif edilmişdir (9). Bu proses 

indikatorları hamiləlik və ya doğuşla bağlı baş 

verən ciddi ağırlaşmaların profilaktikası və 

müalicəsi prosesində yüksək effektivliyə malik 

müdaxilələrin cari və optimal istifadəsi 

arasındakı boşluqları qiymətləndirməyə imkan 

verir. 

1.1. Metodik təlimatın məqsədi və 

hədəf qrupu 

Bu metodik təlimat hamilə qadınların sağlamlığı 

və mamalıq xidmətlərinin keyfiyyətinə 

cavabdeh olan səhiyyə işçiləri, proqram 

rəhbərləri və səhiyyə siyasətinin 

formalaşdırılmasına məsuliyyət daşıyan 

mütəxəssislər üçün nəzərdə tutulub. Burada 

hamilə qadınların sağlamlığı, habelə mamalıqda 

istifadə edilən mühüm müdaxilələrin tətbiqinin 

monitorinqi və xidmətlərin keyfiyyətinin 

sistemli qiymətləndirilməsi təsvir olunur. 

Bütövlükdə bu təlimatda təqdim edilmiş 

metodlar və prosedurlar ÜST-nin “Ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmaları və 

mamalıq fəsadlarının tədqiqi metodikası”nı 

təşkil edir. Bu yanaşmanın milli səhiyyə 

sistemləri daxilində göstərilən tibbi xidmətlərin 

qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün 

istifadəsi tövsiyə edilir (8). Bu yanaşmanın 

səhiyyə xidmətləri səviyyəsində tətbiqi 

aşağıdakılara nail olmağa imkan verir: 

ağır mamalıq fəsadları, ölümlə



nəticələnməyən hamiləlik ağırlaşmaları və

ana ölümü hallarının rast gəlinmə tezliyini

müəyyənləşdirmək;

ağır mamalıq fəsadları ilə müşahidə olunan



halların azaldılmasında tibb müəssisələri və

ya bütövlükdə səhiyyə sisteminin

(yanaşmanın tətbiq edildiyi səviyyədən asılı

olaraq) fəaliyyətini qiymətləndirmək;

hamiləlik və doğuşla əlaqədar baş verən



ağır fəsadların qarşısının alınması və

müalicəsi məqsədi ilə əsas müdaxilələrin

tətbiqinin tezliyini müəyyənləşdirmək və

hamilələrin sağlamlığı və mamalıq



xidmətlərinin keyfiyyətinə dair geniş

maarifləndirmə aparmaq və onların

təkmilləşdirilməsinə təkan vermək.

1.2. Əsas mülahizələr və prinsiplər 

Bu metodik təlimat meyarlara əsaslanan klinik 

audit və ya xəstəlik tarixlərinin təhlili 

konsepsiyasına əsaslanır. Onun hazırlanmasında 

aşağıdakı prinsiplərə riayət olunub: istifadədə 

asan olması, tətbiqə yol açan nəticələr və 

maliyyə tutumluluğunun az olması. 

Metodikanın əsaslandığı mühüm fərziyə ondan 

ibarətdir ki, bütün ana ölümü halları həyat üçün 

təhlükə törədən ən azı bir pozuntu (orqanların 

çatışmazlığı) ilə müşayiət olunur. Həmçinin 

güman edilir ki, həyat üçün təhlükə törədən 

pozuntusu olan qadınların bir qismi hamiləliklə 

bağlı ciddi ağırlaşması olan (məs., ağır 

postpartum və ya zahılıq dövrünün qanaxması, 

ağır pre-eklampsiya, eklampsiya, sepsis və ya 




Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"

 



uşaqlığın cırılması) və ya intensiv terapiya və ya 

digər müdaxilələr almış (məs., qan 

transfuziyası, laparotomiya, intensiv terapiya 

şöbəsinə qəbul edilmə) qadınlardır.  

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” səhiyyə sistemi çərçivəsində 

hamilələrə göstərilən tibbi xidmətlərin 

keyfiyyətinin qiymətləndirilməsi üçün faydalı 

olsa da, onun məhz ayrı-ayrı tibb 

müəssisələrində tətbiqi daha məqsədəuyğundur.  

İdeal şəraitdə bu metodika səhiyyə sisteminin 

gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin 

monitorinqi, mühüm klinik müdaxilələrin tətbiq 

edilməsinin qiymətləndirilməsi və səhiyyə 

sisteminin bütün səviyyələrinin 

təkmilləşdirilməsi üçün istifadə edilir. 

Hamilə qadınlara göstərilən tibbi xidmətlərin, o 

cümlədən mamalıq xidmətlərinin keyfiyyətinin 

qiymətləndirilməsi üçün bu metodika yalnız ən 

əsas indikatorlar üzərində qurulub. ÜST-nin 

texniki işçi qrupunun fikrincə ənənəvi olaraq 

sosial, demoqrafik və epidemioloji 

qiymətləndirmələr üçün hamilə qadınlara dair 

toplanan məlumatlar (məs., ananın yaşı, 

doğuşların sayı) tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsi üçün heç də yararlı olmaya 

bilər. Həmçinin işçi qrupunun fikrincə tibbi 

xidmətlərin qiymətləndirilməsi üçün istifadə 

edilən göstəricilərin çox olması məlumatların 

toplanmasında çətinliklər yarada və 

məlumatların keyfiyyətinə təsir göstərə bilər. 

Lakin geniş və əhatəli qiymətləndirmə prosesi 

üçün istifadə edilən göstəricilər (indikatorlar) 

yerli ehtiyaclara və vəziyyətə uyğunlaşdırıla 

bilər. Qeyd olunduğu kimi bu metodika fərdi 

tibbi müəssisəsində tətbiq üçün nəzərdə tutulub. 

Buna baxmayaraq əgər doğuşların böyük bir 

hissəsi (>20%-dən çoxu) icmada, yəni tibb 

müəssisələrindən kənarda baş verirsə, bu zaman 

tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsi üçün məlumatlar həm fərdi 

tibbi müəssisələrindən, həm də bir başa yerli 

icma üzvlərindən toplanmalıdır.  

“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları 

və mamalıq fəsadlarının tədqiqi metodikası”nın 

əsas məqsədi qarşısı alına bilər hamiləlik 

ağırlaşmaları, mamalıqla bağlı ağır fəsadlar və 

ölüm hallarının profilaktikasına yönəlmiş sübuta 

əsaslanan klinik fəaliyyətin yaxşılaşdırılmasıdır. 

Buna görə də həmin metodika sübutlu təbabətə 

əsaslanan klinik tövsiyələr və təlimatlara (ÜST-

nin tövsiyələri) əsaslanmalıdır. 

2. ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və

mamalıq fəsadlarının tədqiqi metodikası”nın tətbiqi 

ÜST-nin ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının tədqiqi metodikası 3 mərhələ 

üzrə tətbiq olunur: (1) ilkin qiymətləndirmə (və 

ya təkrar qiymətləndirmə); (2) vəziyyətin təhlili 

və (3) səhiyyə xidmətlərinin təkmilləşdirməsi 

ilə əlaqədar tədbirlər. Burada 1-ci və 2-ci 

mərhələ təsvir edilsə də, 3-cü mərhələ Şəkil 1-

də metodikanın konseptual quruluşuna daxili 

edilib. Metodika ayrı-ayrı tibb müəssisələrində, 

şəhər/rayon səhiyyə xidmətləri səviyyəsində və 

ya ölkənin bütöv səhiyyə sistemini əhatə 

etməklə tətbiq oluna bilər. Aşağıda metodikanın 

ayrı-ayrı tibb müəssisələrində tətbiqi üçün 

müvafiq prosedurlar təsvir edilib. Bu kitabçanın 

4-cü bölməsində isə metodikanın şəhər və ya 

rayon səviyyəsində tətbiqinə dair əlavə məlumat 

verilib.  



2.1. Konkret tibb müəssisəsi 

səviyyəsində metodikanın tətbiqi 

2.1.1. ÜST-nin “Ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının 

tədqiqi metodikası”nda istifadə edilən terminlər 

Burada ölümlə nəticələnməyən 

hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi 

metodikasında geniş istifadə edilən terminlərin 




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə