Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   2   3   4   5   6   7   8   9   ...   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

izahı verilib. Əlavə 1-də verilmiş izahlı lüğətdə 



klinik halların ölümlə nəticələnməyən 

hamiləlik/mamalıq ağırlaşmalarına aid 

edilməsinin meyarları təqdim edilib. 

Hamiləliklə bağlı ciddi ağırlaşmalar “həyat 

üçün potensial təhlükə yaradan hallar” kimi 

müəyyən edilir. “Həyat üçün potensial təhlükə 

yaradan” klinik hallarda çox geniş bir 

kateqoriyadır və qadının həyatına hamiləlikdə, 

doğuş zamanı və hamiləliyin bitməsindən sonra 

təhlükə yaradan bir çox xəstəlikləri özündə 

ehtiva edir. ÜST-nin Ana Ölümləri və 

Xəstəliklərinin Təsnifatı üzrə İşçi Qrupu həyat 

üçün potensial təhlükə törədən halların 

siyahısını tərtib etmişdir (7). Bu kitabçada həyat 

üçün potensial təhlükə yaradan beş klinik hal 

daxil edilib:  

ağır postpartum (doğuşdan sonra) qanaxma,



ağır preeklampsiya,

eklampsiya,



sepsis/ağır sistem infeksiyası və

uşaqlığın cırılması.



Hamilə qadınların sağlamlığına əlavə təsir edən, 

lakin hamiləliklə bağlı ağırlaşmaların və ya 

mamalıq fəsadlarının baş verməsinə səbəb 

olmayan xəstəliklər və ya hallar yanaşı 

xəstəliklər kimi qeyd edilir (11) (ətraflı məlumat 

üçün Bölmə 2.1.4-ə baxın).  

Əsas müdaxilələr həyat üçün təhlükə yaradan və 

həyat üçün potensial təhlükə hesab olunan 

halların müalicəsində istifadə edilən 

tədbirlərdir. Bu kitabçada qan preparatlarının 

transfuziyası, intervensional radiologiya və 

laparotomiya (qeysəriyyə kəsiyi əməliyyatı 

istisna olmaqla, histerektomiya və qarın 

boşluğunda aparılan digər təcili cərrahi 

müdaxilələr) məhz əsas müdaxilələr 

kateqoriyasına daxil edilib.  

İntensiv terapiya şöbəsinə köçürülmə xəstənin 

24 saat ərzində tibbi nəzarət, mexaniki 

ventilyasiya və vazoaktiv preparatların 

yeridilməsini təmin edə bilən şöbəyə qəbuludur.  

Ana ölümü hamiləlik zamanı və ya hamiləliyin 

bitməsindən sonra 42 gün ərzində hamiləliyin 

müddətindən və lokalizasiyasından asılı 

olmayaraq, təsadüfi səbəblər istisna olmaqla

hamiləliklə əlaqədar və ya hamiləlik fonunda 

ağırlaşmalar səbəbindən (12) baş verən qadın 

ölümüdür.  

Ölümlə nəticələnməmiş hamiləlik və mamalıq 

ağırlaşması halı dedikdə hamiləlik, doğuş və ya 

hamiləliyin bitməsindən sonra 42 gün ərzində 

yaranmış ağırlaşmalar nəticəsində ölümə yaxın 

olan, lakin sağ qalan qadının klinik halı nəzərdə 

tutulur (7,11). Praktik baxımdan isə həyat üçün 

təhlükə yaradan vəziyyətdən sağ çıxmış (məs., 

orqan çatışmazlığı, postpartum qanaxma) 

qadınlar ölümlə nəticələnməyən hamiləlik və ya 

mamalıq ağırlaşması keçirmiş qadınlar 

adlanırlar. 

Ağır hamiləlik fəsadları isə özündə həm ana 

ölümü hallarını, həm də ölümlə nəticələnməyən 

hamiləlik və ya mamalıq ağırlaşmaları ilə 

müşayiət olunan halları cəmləşdirir.  

Proses göstəriciləri isə səhiyyə sistemində tətbiq 

olunan prosedurların qiymətləndirilməsi üçün 

istifadə olunur. Burada proses göstəriciləri ağır 

fəsadların profilaktikası və müalicəsi məqsədilə 

istifadə edilən əsas müdaxilələrin 

qiymətləndirilməsi üçün nəzərdə tutulub. Əsas 

müdaxilələrin istifadəsi barədə toplanan 

məlumat sübuta əsaslanan tövsiyələrin reallıqda 

tətbiqi vəziyyətini dəyərləndirməyə imkan verir. 

Mama-ginekoloji şöbələr dedikdə, burada 

hamiləlik, doğuş və zahılıq dövründə ciddi 

ağırlaşmaları olan (məs., intensiv terapiya və ya 

reanimasiya şöbələri, cərrahi bərpa şöbələri

təcili tibbi yardım şöbələri, qan bankı, abort 

otaqları və s.) qadınlara tibbi xidmət göstərən 

şöbələr nəzərdə tutulur.  




Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 



Diaqram 1. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının 



tədqiqi ilə bağlı yanaşmanın konseptual alqoritmi 


Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 



2.1.2. Uyğunluq meyarları 

Ölümlə nəticələnməyən hamiləlik və mamalıq 

ağırlaşmalarının tədqiqi metodologiyasının 

tətbiqi üçün ilk addım ağır fəsadları olan 

qadınları müəyyənləşdirməkdir. Məlumatların 

toplanılmasını və istifadəsini asanlaşdırmaq 

məqsədi ilə və faydalı nəticələr əldə etmək üçün 

hamiləliklə əlaqədar ağır fəsadları olan 

qadınlardan ancaq zəruri məlumatları toplamaq 

lazımdır.  

Cədvəl 1-də ilkin qiymətləndirmənin giriş 

meyarları sadalanıb. Bunlar hamiləlik və doğuş 

zamanı, doğuşdan və ya abortdan sonra 42 gün 

ərzində siyahıda sadalanan hər hansı vəziyyətlə 

əlaqədar tibbi müəssisəyə qəbul olunan və ya 

tibbi müəssisələrdə qaldığı zaman sadalanan 

vəziyyətlərlə rastlaşan qadınlara aiddir. Bu 

pozuntular hamiləliklə əlaqədar deyilsə (yəni 

hamiləlik zamanı, ya da hamiləlikdən sonrakı 

42 gün ərzində baş verməyib), qadın bu qrupa 

daxil deyil. Tibbi müəssisəyə ölü vəziyyətdə 

qəbul olunan və ya qəbul zamanı ölən qadınlara 

da aiddir, çünki belə hallar çox güman ki, tibbi 

yardımın ləngiməsi ilə əlaqədardır. Uyğun olub-

olmaması fəsadların baş verdiyi gestasion yaşla 

məhdudlaşdırılmır (yəni abortdan və ya ektopik 

hamiləlikdən sonra hər hansı giriş meyara 

uyğun qadınlara da aiddir). 

Cədvəl 1. Tibbi yardımın keyfiyyətinin ilkin qiymətləndirilməsinin giriş meyarları 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları 

və mamalıq fəsadlarının tədqiqi aşağıdakı 

hallarda aparılmalıdır: 



Ağır dərəcəli mamalıq fəsadları 

• Zahılıq dövrünün ağır qanaxmaları

• Ağır preeklampsiya

• Eklampsiya

• Sepsis və ya ağır dərəcəli sistem infeksiyası

• Uşaqlığın cırılması

• Abortdan sonrakı ciddi ağırlaşmalar;

Əsas müdaxilələr və ya intensiv terapiya 

şöbəsinə yerləşdirilmə 

• İntensiv terapiya və ya reanimasiya şöbəsinə

qəbul 

• İnvaziv radiologiya



• Laparotomiya (histerekomiya daxildir,

qeysəriyyə kəsiyi əməliyyatı istisnadır)

• Qan preparatlarının transfuziyası;

Həyat üçün təhlükəli hallar 

• Ürək-damar çatışmazlığı

– Şok, ürək dayanması (nəbzin/ürək

döyüntülərinin olmaması və huşun

itirilməsi), vazoaktiv dərmanların

fasiləsiz infuziyası/inyeksiyası, ürək-

ağciyər reanimasiyasının aparılması, ağır

dərəcəli hipoperfuziya (qanda laktatın

səviyyəsi >5 mmol/l və ya >45 mg/dl),

ağır dərəcəli asidoz (pH <7.1);

• Tənəffüs çatışmazlığı

– Kəskin sianoz, çətinləşmiş tənəffüs, ağır

dərəcəli taxipnoye (tənəffüs sayı

dəqiqədə 40-dan çox), ağır dərəcəli

bradipnoye (tənəffüs sayı dəqiqədə 6-

dan az), anesteziya ilə bağlı olmayan

səbəblərə görə aparılmış intubasiya

və ağciyərlərin mexaniki ventilyasiyası, ağır dərəcəli 

hipoksemiya (60 dəqiqədən çox müddət ərzində qanda 

oksigenin (O2) saturasiyasının 90%-dən aşağı olması və 

ya PAO2/FiO2 nisbətinin 200-dən aşağı olması) 

• Böyrək çatışmazlığı

– maye infuziyası və ya diuretiklərə baxmayaraq

davam edən oliquriya, kəskin böyrək çatışmazlığı

səbəbindən aparılan dializ, ağır dərəcəli kəskin

azotemiya (qanda kreatininin səviyyəsi ≥300

μmol/ml və ya ≥3.5 mq/dL-dən yüksək olması)

• Koaqulopatiya/hematoloji pozuntular

– Laxtalanmanın pozulması, qan preparatlarının

massiv transfuziyası (≥5 vahiddən çox sayda qan

preparatlarının transfuziyası), kəskin ağır dərəcəli

trombositopeniya (qanda trombositlərin sayı 1 ml-

də <50 000-dən az olması).

• Qaraciyər çatışmazlığı

– Preeklampsiya ilə yanaşı müşahidə edilən sarılıq,

kəskin ağır dərəcəli hiperbilirubinemiya (qanda

bilirubinin səviyyəsi >100 μmol/l və ya >6.0

mq/dL-dən yüksək olması)

• Nevroloji pozuntular

– Huşun uzun müddətə itirilməsi (12 saatdan çox

davam etməsi) və ya koma (o cümlədən metabolik

koma), insult, kontrol olunmayan qıcolmalar və ya

epileptik status (lat. status epilepticus), tam iflic

(tetraplegiya).

• Uşaqlığın atoniyası

– Histerektomiya ilə nəticələnən uşaqlıq qanaxması

və ya infeksiyası

• Ana ölümü




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə