Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 



ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

10 


2.1.3. Tədqiqat üçün meyarlara uyğun 

gələn bütün qadınların müəyyənləşdirilməsi 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları 

və mamalıq fəsadlarının tədqiqi üçün bütün 

uyğun gələn klinik halların müəyyənləşdirilməsi 

çox əhəmiyyətlidir. Bütün münasib klinik 

halların tədqiqata cəlb edilməsinə əmin olmaq 

üçün təsvir edilən yanaşma əsasında tədqiqat 

aparan qrup tibb müəssisəsinin fərdi 

xüsusiyyətləri və növünə uyğun olaraq 

əvvəlcədən müvafiq tədqiqat planı tərtib 

etməlidir. Belə ki, tədqiqat kiçik tibb 

müəssisələrində və ya ilkin səhiyyə xidməti 

göstərən müəssisələrdə aparıldıqda, həmin 

müəssisələrin əməkdaşları meyarlara uyğun 

gələn klinik hal baş verdikdə, bu haqda tədqiqat 

qrupuna xəbər verir. Bütün hallarda tibb 

müəssisəsinin əməkdaşları tədqiqata daxil 

edilmənin meyarları barədə detallı məlumat 

almalı və bütün uyğun gələn halların 

müəyyənləşdirilməsinin vacib olduğunu 

anlamalıdırlar. Bu məqsədlə, məsələn, xəstəlik 

və ya ambulator kartlarda müvafiq yaddaş 

qeydlərinin qoyulması və ya şöbələrdə tədqiqata 

dair (habelə tədqiqata daxil edilmənin meyarları 

barədə) plakatların asılması faydalı ola bilər. 

İkinci və üçüncü səviyyəli tibb müəssisələrində 

tədqiqatın meyarlarının uyğun olan klinik 

hallarının müəyyən edilməsi məqsədilə tədqiqat 

qrupunun nümayəndələri və ya həmin 

müəssisədə tədqiqata məsul olan şəxs hamilə 

qadınlara xidmət göstərən müvafiq şöbələrə 

(mama-ginekoloji şöbələr, təcili tibbi yardım 

şöbəsi, doğum şöbəsi, reanimasiya şöbəsi və s.) 

mütəmadi olaraq (ideal variantda hər gün) səfər 

etməlidir.  

Mama-ginekoloji şöbələrdə çalışan tibbi heyətlə 

tədqiqatın məqsəd və vəzifələri barədə, habelə 

tədqiqata daxil edilən klinik hallar barədə fərdi 

və qrup müzakirələri aparılmalı, şöbələrin 

divarlarında meyarları əks etdirən diaqramlar və 

ya digər plakatlar asılmalıdır. Böyük çoxprofilli 

xəstəxanalarda doğum və ginekologiya 

şöbələrindən başqa digər şöbələrdə baş vermiş 

reproduktiv yaşlı qadın ölümlərinin aşkar 

edilməsi üçün müntəzəm olaraq meyitxanaya 

qəbul edilmiş xəstələrin skrininqi tövsiyə edilir. 



2.1.4. Məlumatların toplanması və 

istifadəsi 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları 

və mamalıq fəsadlarının tədqiqi üçün 

məlumatlar xəstənin ambulator kartı və ya 

xəstəlik tarixindən əldə olunur. Adətən hər 

müəssisədə bu cür məlumatlar arxivdə və ya 

poliklinika şöbəsində saxlanılır. Əgər hər hansı 

məlumatın dolğunluğu barədə suallar olarsa, 

tədqiqatçılar müvafiq şöbələrin əməkdaşları ilə 

əlaqə saxlamalıdırlar.  

Hamiləlik və ya mamalıq ağırlaşması, həyat 

üçün vacib əsas müdaxilələrin tətbiqi, intensiv 

terapiya şöbəsinə yerləşdirilmə barədə qeydə 

alınmış bütün klinik hallar müəyyən edilməli və 

müvafiq məlumatlar toplanmalıdır. Həmçinin 

hər bir klinik halla bağlı aşağıdakı mühüm 

məlumatlar əldə edilməlidir:  

xəstə ilə ilk kontaktın tarixi,



xəstənin hər hansı tibb müəssisəsinə

yönəldilməsi və onun tarixi,

tibb müəssisəsinə qəbul olunarkən xəstənin



klinik vəziyyəti,

hamiləlik, doğuş və ya doğuşdan sonra hər



hansı ağırlaşmaların olub-olmaması,

doğuşun növü (təbii, qeysəriyyə kəsiyi),



hamiləliyin nəticəsi (sağlam körpənin

doğulması, vaxtından əvvəl doğuş və s.),

ağır mamalıq fəsadlarının baş verməsinə



təsir edən digər faktorlar və ya yanaşı

xəstəliklər.

Əlavə 2-də minimum indikatorlar üzrə 

məlumatların toplanması üçün nümunəvi sorğu 

vərəqi təqdim edilib. Bu sorğu vərəqində son 

bölmədə “Yanaşı/əlaqəli hallar” başlığı altında 

müvafiq göstəricilər yer alıb. Onlardan dördü 

(anemiya, İİV infeksiyası, əvvəllər aparılmış 

qeysəriyyə kəsiyi, uzanmış və dayanmış doğuş) 



 

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 



ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

11 


həmin bölmədə sadalanmışdır. Bununla yanaşı 

yerli şəraitdən asılı olaraq əlavə göstəricilərin 

bu bölmədə qeyd edilməsi mümkündür. 

Məsələn, qripə bənzər xəstəlik, malyariya, 

neonatal ölüm və s. göstəricilər də istifadə edilə 

bilər.  


Hər bir tibb müəssisəsindən toplanan 

məlumatlara həmin müəssisədə aparılan 

doğuşların ümumi sayı və sağ körpə ilə 

nəticələnmiş doğuşların ümumi sayı da əldə 

edilməlidir. Hər bir tibb müəssisəsi barədə 

detallı məlumat da təqdim edilməlidir, o 

cümlədən müəssisənin göstərdiyi xidmətlərin 

səviyyəsi (ilkin, ikinci və ya üçüncü səviyyəli), 

resursların mövcudluğu, əhatə etdiyi əhali və ya 

coğrafi ərazi barədə məlumat da daxil 

edilməlidir.  

Toplanan məlumatlar xüsusi məlumat bazasında 

əks edilməlidir. Məlumatların saxlanması və 

təhlilinə imkan verən müvafiq kompüter 

proqramları və ya cədvəllər istifadə edilə bilər 

(19, 20). 

Məlumatların keyfiyyətliliyini təmin etmək 

üçün aşağıdakı prosedurlar tətbiq edilə bilər:  

1. “Ölümlə nəticələnməyən hamiləlik

ağırlaşmaları və mamalıq fəsadlarının

tədqiqi metodikası”nın yerli ehtiyaclara

adaptasiyası əsasında tədqiqat protokolunun

tərtib edilməsi. Bunu etdikdə aşağıdakı

mühüm məqamlar daim diqqətdə

saxlanmalıdır:

a) Yeni indikatorların əlavə edilməsindən

çəkinmək tövsiyə olunur. Əlavə

edilmiş yeni indikatorların ciddi təhlili

və araşdırılması tələb olunur. Belə ki,

indikatorların çoxluğu həm

məlumatların toplanması prosesini

çətinləşdirə, həm də məlumatların

etibarlığına təsir göstərə bilər.

b) Ən ağır mamalıq fəsadları və ya ciddi

hamiləlik ağırlaşmalarının əsas seçim

meyarı kimi istifadəsi tövsiyə edilir.

Əlavə meyarların tətbiqindən çəkinmək 

tövsiyə olunur. 

2. Müəssisədə tətbiqi planlaşdırılan tədqiqat

protokolunun bütün addımlarını təsvir edən

təlimat hazırlanmalıdır.

3. Tədqiqatda iştirak edəcək tibbi və qeyri-

tibbi həyət üçün təlimlər təşkil edilməlidir.

Bu təlimlər vasitəsilə həm tədqiqat

protokolunun istifadəsi, tədbirlərin

aparılmasına dair təlimat və tədqiqatda

istifadə edilən terminlərin izahlı lüğəti, həm

də meyarlara uyğun olan klinik halların

aşkar edilməsi və seçimi, tələb olunan

məlumatların əldə edilməsi qaydaları və ya

prosedurları təlim iştirakçılarının diqqətinə

çatdırılmalıdır.

a) Həyat üçün təhlükə yaradan hallara və

ana ölümü ilə nəticələnən hallara xüsusi

diqqət yetirilməlidir. Nəzərə almaq

lazımdır ki, bir qadında həyat üçün

təhlükə yaradan birdən çox hallar

müşahidə edilə bilər. Ana ölümü isə,

adətən həyat üçün təhlükə yaradan bir və

ya daha çox halların baş verməsindən

sonra qeydə alınır. Ana ölümü və ölümlə

nəticələnməyən hamiləlik ağırlaşmaları

və mamalıq fəsadları hallarında həyat

üçün təhlükə yaradan bütün halların

nəzərə alınması ciddi ağırlaşmalarla tibb

müəssisəsinə qəbul edilən qadınların

intensiv terapiyaya ehtiyaclarını

müəyyən etməyə imkan verir.

4. Məlumatların toplanması prosesi başa

çatdıqdan sonra onların təhlili tövsiyə

edilir. Bu təhlili sayəsində məlumatlarda

çatışmazlıqları və ya uyğunsuzluqları aşkar

etmək mümkündür.

5. Məlumatların iki məlumat bazasına daxil

edilməsi mexaniki səhvlərin azaldılmasına

yardım edə bilər.

6. Tədqiqatda iştirak edən qadınlara dair

məlumatların konfidensiallığını qorumaq




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə