Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 



ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

12 


üçün qadınların kimliyini müəyyən etməyə 

imkan verən məlumatlar (məs., qadının 

fərdi indentifikasiya nömrəsi, xəstəlik 

tarixinin nömrəsi, ambulator kartın 

nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi, adı 

və s.) xüsusi jurnalda saxlanmalıdır. Həmin 

jurnal təhlükəsiz yerdə saxlanmalı və yalnız 

məlumatların dürüstlüyünü yoxlamaq üçün 

və ya mübahisəli məsələlər ortaya çıxdıqda 

istifadə olunmalıdır. 

7. Məlumatlarda uyğunsuzluqlar müəyyən

edilən kimi aradan qaldırılmalıdır.

8. Məlumat bazasına daxil edilmiş

məlumatların 5%-nin təsadüfi seçim

əsasında müntəzəm olaraq yoxlanması

tövsiyə edilir.

9. Məlumatların məhz xəstəlik tarixləri,

ambulator kartlar və digər xəstəxana

sənədlərindən götürüldüyünü nəzərə alaraq,

həmin sənədlərin dürüstlüyü və tamlığı,

habelə orada qeyd edilən məlumatların

keyfiyyəti maksimal dərəcədə təmin

edilməlidir.

2.1.5. Seçim və müddətlər 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları 

və mamalıq fəsadlarının keyfiyyətli tədqiqi 

üçün tələb olunan minimum xəstə sayı (və ya 

klinik halların sayı) və bu məqsədlə istifadə 

edilən proses göstəricilərinin minimum sayı 

müəyyən edilməyib. Lakin mühüm nəticələr 

əldə etmək üçün aşağıdakı formuladan istifadə 

edərək tədqiq üçün tövsiyə olunan seçim sayını 

müəyyən etmək olar.  

Formula:  

Ciddi hamiləlik ağırlaşmaları və ağır mamalıq 

fəsadları olan klinik halların sayı təxminən hər 

1.000 doğuşa 7.5-dir.  

Cədvəl 2-də doğuşların ümumi sayından asılı 

olaraq ciddi hamiləlik və mamalıq 

ağırlaşmalarının gözlənilən sayı qeyd edilib. 

ÜST-nin mütəxəssisləri tədqiqat üçün ciddi 

hamiləlik və mamalıq ağırlaşmaları ilə müşayiət 

olunmuş ən azı 20 klinik halın seçilməsini 

tövsiyə edir. Daha kiçik seçim sayı keyfiyyətli  

nəticələrin əldə edilməsi və dəqiq təhlilin 

aparılmasına maneə ola bilər. Ginekoloji yardım 

alan qadınların fərdi xüsusiyyətlərindən asılı 

olaraq, maraq doğuran klinik hallar barədə 

məlumatın toplanması müddəti müxtəlif ola 

bilər. Məlumatın toplanması müddətinə, 

həmçinin maliyyə resursları və digər 

çətinliklər/məhdudiyyətlər təsir edə bilər. 

(

ana ölümü halları) + (ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarıilə müşayiət olunan 

halların sayı) 

həmin müddət ərzində doğuş keçirən qadınların ümumi sayı 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

13 


Cədvəl 2. Araşdırılan doğuşların ümumi sayına nisbətdə yuxarıda verilmiş meyarlara uyğun gələn 

qadınların sayı və ağır hamiləlik/mamalıq ağırlaşmalarının olduğu gözlənilən qadınların sayı

a

 

Doğuşların sayı 

1000 


2000 

4000 


10000 

Meyarlara uyğun gələcəyi gözlənilən qadınların gözlənilən 

sayı 

37 (15–75) 75 (37–300) 150 (75–300) 375 (187–750)



Ağır hamiləlik/mamalıq fəsadlarının olması gözlənilən 

qadınların sayı 

7 (3–15) 

15 (7-30) 

30 (15–60)  75 (37–150) 

a. Uyğunluq meyarları Cədvəl 1-də verilib.



Cədvəl 3. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının indikatorları 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarıı dedikdə hamiləlik, doğuş və ya 

hamiləliyin bitməsindən sonra 42 gün ərzində yaranmış ağırlaşmalar nəticəsində ölümə yaxın olan, lakin sağ 

qalmış qadınların klinik hallar nəzərdə tutulur. 

Ana ölümü təsadüfi və yanaşı səbəblər istisna olmaqla, hamiləlik zamanı və ya doğuşdan sonra 42 gün 

ərzində hamiləliklə əlaqədar istənilən səbəbdən baş verən qadın ölümüdür.  



Diri doğuş – nəfəs alan və ya həyat əlamətləri ilə uşağın doğulması ilə nəticələnən doğuşdur. 

Ağır mamalıq fəsadlarına hamiləlik, doğuş və zahılıq dövründə həyat üçün təhlükə yaradan hallar (məs., 

orqan çatışmazlığı), o cümlədən ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadları və ana 

ölümü daxildir. 

Həyat üçün təhlükə yaradan halları olan qadınlar - ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və ya 

mamalıq fəsadları olan və ya ölümü baş vermiş qadınlardır (məs., ağır mamalıq fəsadları olan qadınlar). Bura 

ölümlə nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmaları ilə müşayiət olunan hallar və ana ölümü halları 

daxildir. 



Ağır mamalıq fəsadlarının nisbəti - hər 1000 diri doğuşa düşən həyat üçün təhlükə yaradan halları olan 

qadınların sayıdır. Bu göstərici müəyyən ərazidə  

tələb olunan tibbi xidmət və ehtiyac duyulan resurslar barədə məlumat verir. 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının nisbəti - hər 1000 diri doğuşa 

düşən ölümlə nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmalarının sayıdır. Yuxarıdakı göstərici ilə yanaşı bu 

göstərici də müəyyən ərazidə ehtiyac duyulan tibbi xidmət və resursların həcmi barədə məlumat verir 

Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının ölüm hallarına olan nisbəti

Nisbətin yüksək olması tibbi xidmətin yüksək səviyyədə olduğundan xəbər verir. 



Ölüm indeksi (Mortality İndex) - həyat üçün təhlükə yaradan halları olan xəstələr arasında ana ölümü 

hallarını ifadə edir və faizlə göstərilir. İndeks artdıqca həyat üçün təhlükə yaradan hallardan ölən qadınların 

ölüm hallarının artmasını göstərir (tibbi xidmətin keyfiyyətinin aşağı olmasına dəlalət edir). Əksinə, indeksin 

aşağı olması o deməkdir ki, həyat üçün təhlükə yaradan halları olan qadınlar arasında ölüm halları daha azdır 

və bu tibbi xidmətin keyfiyyətli olmasından xəbər verir.  

Perinatal nəticələrin indikatorları (məs., perinatal ölüm, neonatal ölümün və ya ölü doğuşların faizi) ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadları ilə yanaşı tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsinə yardımçı ola bilər 




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə