Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   2   3   4   5   6   7   8   9   ...   20

 

Nə Hindistan görüb, nə də qədim Çin. 



O, həvəslə qatıb müşk-ənbəri 

Mürəkkəb rənginə saldı şəkəri. 

Onun mürəkkəbi müşk ilə hisdi, 

Yazısı müşkdən, güldən 

Könül telləritək zərif 

Açardı qəlbdəki Gizli məramı. 

Ruhun pərdəsiydi hər səhifəsi, 

Mürəkkəbi isə-həyat töhfəsi. 

Elə ki, qələmi ələ alırdı, 

 Aləm qüdrətinə heyran qalırdı. 

Həyat çeşməsiydi mürəkkəb, 

Xızr ondan almışdı həyat Gülabı. 

Şairlərin ən xoş kəlamıdır o, 

«Xəmsə»ni yaradan Nizamidir o. 

«Xəmsə» demək azdır adına onun, 

Düz beş xəzinədir, sahibi Qarun. 

Keçirsə «Xəmsə»ni hər kəs nəzərdən, 

Min xəzinə tapar hər bir əsərdən. 

Hər bahalı dürrü-bir məmləkətin 

Bütün xərclərini ödəyər yəqin. 

Belə dürr yaradan böyük sənətkar 

Tacidar olmağa ixtiyarı var. 

Çox rəvan işlərdi onun qələmi, 

Dürr ipək üstündə sürüşən kimi... 

Xosrov Dəhləvidən başqa heç bir kəs 

Nizami ardınça yol gedə bilməz. 

Əmir Xosrov adı dillərdə gəzir, 

Bütün Hindistanı etmişdi əsir. 

Şairlərçün o bir bəladı, bəla, 

Bəla yaratmışdı allahtaala. 

 

9

Alanda əlinə lələk qələmi, 



Yaxıb-yandırırdı bütün aləmi. 

Qəlbinin sönməyən alovu-odu 

Bütün ürəklərə qortək dolurdu. 

Sevgi atəşgahı içində Xosrov 

Sanki səməndərdi, sanki od-alov. 

Mən onun nəzminə səma deyirəm, 

Ulduzdur hər incə məna deyirəm. 

Ürəyə hər varaq şeri qanaddır, 

Mənalarda dolu bir kainatdvr. 

Mənası eşq olub orda cahanın, 

Bəşər həyatının, cism ilə canın. 

Şerinin binası-fələk binası, 

Cahan yazısıdır yazdığı yazı. 

Vüsal gecəsinin nurudur sözü, 

Ya canan zülfünün torudur sözü. 

Sən bu yazıları oxu mükəmməl, 

Məna quşlarını ovlamağa gəl. 

Bir bina ucaldıb əvvəlki memar, 

Ona zinət verib, bax, bu sənətkar. 

O, gül-çiçək əkib neçə yüz cürə, 

Bu şeh çiləyibdir həmin güllərə. 

Nizami yaradıb təzə bir mələk, 

Bu ona vəsməylə verib bər-bəzək. 

Nazlı bir sərv əkib Nizami önçə, 

Xosrov da gedibdir onun izincə. 

O bir gülüzlüyə verib sözlə can, 

Bu da qalmayıbdır öz ustadından. 

Bu ona oxşayır, o buna, şəksiz, 

Əkiz doğulublar, elə bil, əkiz. 

Düzü, Əşrəf adlı biri də vardı, 




 

10 


Dastan yaratmağa çox canatardı. 

Yaxşı olmasa da  yazdığı şer, 

Yaman deməyə də dilim gəlməyir. 

Çox yazıb-yaratdı Əşrəf boş yerə, 

Çatmadı əvvəlki iki şairə. 

Mən də haldan düşüb, tamam üzüldüm

Özüm öz canıma yağı kəsildim. 

Bir qətrə içməyə açiz ikən mən, 

Bir dərya nuş etmək keçir qəlbimdən. 

Tədarük etmədən bir ovuc torpaq, 

İstədim uça bir saray uçaltmaq. 

Qamışdan zəifkən, bir xəzinəyə 

Baş qoymaq istədim, şahmaram deyə. 

O iki şairlə yanaşı durmaq 

İstəyim olmuşdur mənim də hər vaxt. 

İstərəm onları mən də izləyim, 

Onların sözünə bənzər söz deyim. 

İstərəm göstərib öz hünərimi, 

Xorasandan çəkib söz ləşgərimi. 

Ölkələr fəth edib o ləşgərimlə, 

Ruma, Hindistana salam vəlvələ. 

İstərəm, bilsinlər-çox güclüyəm mən 

Rumun qeysərindən, Hind raçəsindən. 

Yox, yox, boş-boşuna öyünməkdi bu

Cəfəng danışmaqdır, sözün doğrusu. 

Şahmat taxtasında çəkərək qatar, 

Dayanıb üz-üzə qaralar, ağlar. 

De, neyləyə bilər adi piyada 

Cəng meydanı olan həmin taxtada? 

Nə qədər cəhd edib vuruşsa hətta, 

Qalar fillə atın ayağı altda. 

Rumilərin atı zorlu-qüvvəli, 

Qara hindlilərin qorxuncdur fili. 

Piyada onların önündə, şəksiz, 

 

11

Bir qarışqa kimi qalar köməksiz. 



Açiz olduğunu eləyinçə dərk, 

Torpaqdan cüç alıb boy atsın gərək, 

Nəhənglər önündə əl çəksə lafdan. 

Ucalıq tapar o bu e'tirafdan. 

Sonra güclü şirə meydan oxuyar, 

Özünü yeni bir Süleyman sayar. 

Bəlkə də Nəvai bu minval ilə, 

Qəlbindən geçəni gətirdi ələ. 




 

12 


ÇƏRŞƏNBƏ AXŞAMI 

BƏHRAM ŞAH QIRMIZI SARAYDA 

 

Çərşənbə axşamı nurlu asiman 

Gül səpdi ulduzlar qığılcımından. 

Yaqut şəfəqlərdən xına sürtərək 

Boyadı saçını qarımış fələk. 

Gülgün libas geydi Bəhram şah o gün, 

Gülkgn taxt düzəldi gülgün qəsr üçün. 

Bu şənlik, bu büsat başa yetincə, 

Gülgün sarayına yollandı tezcə. 

Çıxdı qabağına gül bənizli yar, 

Gül kimi al idi geydiyi paltar. 

Əyləşdi taxtında o qızla Bəhram, 

Əldə gülgün şərab, yaqut rəngli cam. 

Onlar nuş edincə beş-on piyalə, 

Sanki üzlərində açıldı lalə. 

Qədəhlər o qədər dolub-boşaldı, 

Qaranlıq günəşi qoynuna aldı. 

Qızarmışdı şahın gözləri meydən. 

Bu gün də məçlisi keçsin deyə şən, 

Çağırıb əmr etdi nökərlərinə 

Ki: «Məclis söhbətlə canlansın yenə!» 

Onlar atlanaraq gəzib hər yanı, 

Tapdılar bir şirin sözlü insanı. 

Onu tez götürüb qəsrə getdilər, 

Şahın fərmanından hali etdilər. 

Pərdənin dalında yer verib rahat

Dedilər söyləsin xoş bir əhvalat. 

Gəzdiyi dağlardan, düzlərdən desin, 

Eşidib-bildiyi sözlərdən desin. 

 

13



Anlayıb fərmanı o söz ustadı, 

Xeyir-dua edib sözə başladı. 




 

14 


DÖRDÜNCÜ SƏYYAHIN HEKAYƏTİ 

 

«Şahımız hər zaman xoşiqbal olsun! 

Üzü bəxti kimi güldən al olsun! 

Mey olsun itinə düşmənin qanı, 

Kef-damaq içində keçsin dövranı!» 

Bitirib duanı o inçi sözlü, 

Bu şirin söhbəti dastana düzdü: 

«Bir padŞah var idi Dehlidə, şanlı, 

Şahlar arasında çox adlı-sanlı. 

Dolu xəzinəsi, hədsiz sərvəti, 

Başından aşırdı varı, dövləti. 

Uca sarayları qatar-qatardı, 

İlxıyla atları, filləri vardı. 

Dünya heyran idi ədalətinə, 

Çağrılırdı adı cəlallı Cevnə. 

Onun səxavəti məşhurdu eldə, 

Söylənirdi adı ağızda-dildə. 

Bir bəhanə tapıb hökümdar hərdən 

Hədiyyə paylardı xəzinələrdən. 

Kim desəydi ona bir qəlbaçan söz, 

Daş-qaşlı bəxşişlər verərdi yüz-yüz. 

Belə deyirlər ki, yoxsul bir nəfər, 

Fələyin hökmüylə düşüb dərbədər, 

Dağları, daşları çox eyləyib yurd, 

Kətirdi Cevnəyə bir səbət armud. 

Lakin gözlədi muzd üçün hər an 

Yaman darıxırdı o acgöz insan. 

Bir gün şah söylədi: «Tez tapın onu, 

Soruşun qəlbindən geçən arzunu!» 

Tapıb soruşdular. O dedi aşkar: 

 

15

«Arzum bir tişədir, bir də ki mişar!» 



Şah ondan soruşdu mətlzbi, sirri, 

O, cavab verdi ki: «gəzib hər yeri, 

Hansı bağda tapsam həmin meyvədən, 

Kəsib yox eləmək istəyirəm mən». 

Şah xəbərdar olub onun halından, 

Ən'am vermək üçün yazdırdı fərman. 

On dinar etməzdi verdiyi sovqat

Şah onun payını artırdı min qat. 

Vəzirlər e'tiraz edib Cevnəyə, 

Apardılar rnu düz xəzinəyə 

Ki, anlasın çoxdur verdiyi xəl'ət, 

Çoxdur bir nəfərə bir belə dövlət. 

Cevnə nəzər salıb bu hədiyyəyə, 

İkiqat artırdı,-bu azdır,-deyə. 

Cevnə sarayında belə əhvalat 

Təkrar olunurdu hər gün, hər saat. 

Bir gün öz taxtında oturmuşdu şah, 

Damağı çağ idi, canı da gümrah. 

Ehsan buludları dürr yağdırırdı, 

Yanında bir nəfər qonağı vardı. 

Güzkü gətirmişdi şaha o mehman, 

Onu kim üzünə tutsaydı bir an 

Doğru sözlü isə görünərdi ağ

Qara görünərdi yalançı ançaq. 

Çox adam sınaqdan keçirib onu, 

Bildi bu hikmətin düz olduğunu. 

Şah ona o qədər verdi dövlət, mal, 

O, yüzdən birini etməzdi xəyal. 

Təşəkkur dürrünü səpəndə mehman, 

Şah imtahan üçün soruşdu ondan: 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə