Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   12   13   14   15   16   17   18   19   20

 

118 


E'tiraf eləsəm olan günahı, 

Gümanam budur ki, o şahlar şahı 

Suçlu kənizini əfv edəsidir

Qəlbinin kinini ləğv edəsidir.» 

Deyib sözlərimi mən bitirinçə 

Fəryad qopararaq söylədi xacə: 

Dedi: «Bu nə sözdür, danışdın, aman! 

Bəlkə də çıxıbdır ağlın başından! 

Nədir bu düşüncə, nədir bu kəlam, 

Yoxsa həyatından doyubsan tamam? 

Şah ki, bir söz üçün axıdır al qan, 

Yenəmi olasan sən ona qurban? 

Şah ki var, şö'lədir, od parçasıdır, 

Kim yaxın gedərsə, yandırasıdır. 

Şah ilə yaxınlıq əbəsdir, əbəs, 

Geç-tez öləsidir yaxın gedən kəs. 

Şah ki qəzəbləndi ,uzaq ol, uzaq, 

Bil ki, şah qəzəbi ocaqdır, ocaq! 

Məsləhət budur ki, ondan uzaq dur, 

Şahdan uzaq olan dərddən uzaqdır. 

Əgər padhaşın soyusa hirsi, 

İnan ki, sorağı tutaçaq ərzi, 

Bizə də çatacaq onun sorağı 

Ki, nahaq incidib sən gülyanağı... 

Hamı biləcək ki, adil hökmran 

Olubdur verdiyi o hökmə peşman. 

Gəlib çatsa bizə belə bir soraq, 

Sənə çətin olmaz qəsrə qayıtmaq. 

Hələ tərsliyində edirsə israr, 

Məsləhət budur: qaç, canını qurtar.» 

Xacə sözlərini qurtardı haman, 

 

119



Yaxşı məsləhətdi, deyildi yaman, 

Xacənin qərarı qəbul edildi, 

Hamı köç etməyi məsləhət bildi. 

Madam çox uzaqdır bu yerə Xarəzm, 

Dedik qafiləmiz ora etsin əzm. 

Şahdan ayrı düşdüm bu minvalla mən, 

Hicranı məsləhət bildim ölümdən. 

Təsəlli verməyin deyildir yeri, 

Hicran da ölümdür-deyiləm diri. 

Fərqim yoxdu mənim bu cənazədən, 

Odur ki, layiqdir geydiyim kəfən. 

Madam ki, həsrətəm yarın vəslinə, 

Geydiyim bu kəfən yaraşır mənə. 

Cismim pozulmasın deyə, bir qədər 

Dostlar kəfənimə kafur səpiblər. 

Üstümə o qədər kafur tögülmüş 

Kəfənim elə bil olubdur gümüş. 

Axır ki, Xarəzmə çatdı dəstəmiz, 

Yurd salası olduq bu şəhərdə biz. 

Sən mənə yaxın da, uzaq da olsan, 

Yaxşı xəbərdarsan indi halımdan. 

Yerli şah hüsnümün oldu vurğunu

Mən yalan danışıb, rədd etdim onu. 

Elə zənn etmə ki, şıltaqlığımdan 

Mən onu rədd edib, söylədim yalan. 

Bu rədd cavabının səbəbi birdir- 

O da Sevgilimə sədaqətimdir.» 

Bu qəmli dastanı eşidərək mən, 

Əbədi ayrıldım o gülüzlüdən. 

O vaxtdan bir yerdə tutmayıb qərar, 

Gəzib dolanıram diyarbədiyar. 



 

120 


Oldum müsafiri mən neçə qəsrin, 

Heç kəsə açmadım bu sirri lakin. 

Sən mənə göstərib ehtiram, hörmət, 

Buyurdun ki: «Danış xoş bir hekayət!» 

Düşündüm: yeridir bu hadisənin, 

Həm də kafuridir sarayın sənin. 

Bu rəng o dilbəri saldı tez yada, 

Kafuri geyimi xoşlayır o da. 

Kafuri larçadan kəfən geyir o, 

Kəfəni kafurla ətirləyir o. 

Kafuri kəfəndə məhv olur o ay, 

Halbuki layiqdir ona bu saray!» 

Səyyah danışdıqça hekayətini, 

Şah dərhal tanıdı öz afətini. 

Huşu dönə-dönə getdi və gəldi, 

Yüz dəfə səssizcə öldü-dirildi. 

Gah nurlandı gözü, gah da qaraldı, 

Bu söhbətlər onu min hala saldı. 

Özünü saxlayıb bağırmadı şah, 

Qorxdu əhvalatı anlaya səyyah, 

Qorxdu söhbətini yarımçıq kəsə, 

Girə aralığa başqa hadisə. 

Səyyah qurtarınca hekayəsini, 

Şah göyə qaldırdı öz naləsini. 

Töküb göz yaşını, səyyahı qucdu, 

Ruhunun bülbülü bir anda uçdu. 

Şad olub səyyahın bu xoş sözündən, 

Sevinib hökmdar getdi özündən. 

 

 

DİLARAMIN BƏHRAM SARAYINA QAYITMASI 



 

121


 

Elə ki, o geçə Bəhram nagahan 

Yarın xəbər tutdu sağ qalmağından, 

Boğazına bıçaq çəkilən ovtək 

Özünə gəlmədi gecə sübhədək. 

Yandı eşq oduna quru ot kimi, 

Səbirsizlik oldu yaxın həmdəmi. 

İztirab içində ah-ialə qıldı, 

Gah qopdu yerindən, gah da yıxıldı. 

Qərar tapsa idi, deyərdi: «Mehman, 

Bir də təkrar elə söhbəti başdan!» 

İşi-əhvalatı tez bilmək oldu, 

Gah ölmək, gah da ki, dirilmək oldu. 

Gah onu canından edirdi hiçran, 

Gah vüsal ümidi bəxş edirdi can. 

Bir sözlə, o axşam sabaha qədər 

Bəhram nələr çəkdi hicrandan, nələr!. 

Bəhram şah o qədər dirildi-öldü 

Ki, səhər axırda üzünə güldü. 

Sübhün gəlini ki, erkən oyandı, 

Günəş nəfəsindən od alıb yandı. 

Şah bir an tapmadı yerində aram, 

Düşdü ürəyinə vəsli-Dilaram. 

İstədi o yana eyləsin səfər, 

Xarəzm diyarına eyləsin səfər. 

Dövlət adamları mane oldular, 

Dedilər: «Bir qədər səbr et, hökmdar! 

Səfər sənin üçün çətindir, çətin, 

Hiçrandan pozulub çünki səhhətin. 

Düzdür, canüzəndir ayrılıq-fəraq, 

Amma çox uzaqdır bu yol, çox uzaq. 



 

122 


Bu yolda azalmaz, artar möhnətin, 

Daha ağır hala düşər səhhətin.» 

Elə ki, xəbəri aldı həkimlər, 

Yer öpüb səcdələr qıldı həkimlər. 

Dedilər: «Şahımız, budur məsləhət, 

Görürük güclüdür səndə məhəbbət. 

Ancaq yadına sal bir an dağları, 

Sarsılan deyildir dağın vüqarı. 

Tərpənən deyildir dağlar yerindən, 

Dağlar məhşər günü qopar yerindən. 

Neçə gün səbrini ələ al, ey şah, 

Dağ təmkinli olub burda qal, ey şah!» 

Onların sözünü Bəhram eşitdi, 

Getməyə elçilər müəyyən etdi. 

Hər biri sür'ətdə fələkdən iti, 

Mələkdi hər kəsin amma xisləti. 

İki məktub verdi şah bir elçiyə: 

Biri Dilarama, bir Xacəyə. 

Xacəyə-dil-ağız, hörmət məktubu, 

Dilarama-sevgi, minnət məktubu. 

Xacəyə yazdı ki: «Eşitmişik biz, 

Xarəzm ölkəsidir indi yeriniz. 

Xeyli fərəhləndik biz bu xəbərdən, 

Çözüldü bəndimiz azı yüz yerdən. 

Yazdığım bu məktub sənə çatınca, 

Bura gəlmənizi edirəm rica. 

Yuxuya bizimtək qataraq haram

Gəlin, gecə-gündüz tapmadan aram!» 

Ürəkdən sevdiyi nazənin gülə 

Qanlı göz yaşıyla yazdı şah belə: 

«Sənsiz könlüm mənim qan ağlayır, qan! 

 

123



Olur qanlı yaşım gözümdən rəvan. 

Gəl, gəl! Qurban olsun sənə bu canım! 

Gəlməsən boynunda qalacaq qanım. 

Hicran kədərilə alma canımı, 

Firqət xəncərilə tökmə qanımı. 

Hiçran qılınçını qəlbimə vurma, 

Məndən uzaq durub, uzaq oturma. 

Gəl, ya günəş kimi, ya qəmər kimi, 

Bəmbəyaz libaslı pərilər kimi. 

Olsam da yanında əliqanlı mən, 

Ayrılıq oxunu gəl çək sinəmdən. 

Bir bax, kəfənimi geydim əynimə, 

Məğlub qılıncımı saldım çiynimə. 

Özüm gəlməsəm də hüzuruna mən, 

İşıqlanmasa da gözüm üzündən, 

Elə zənn etmə ki, kamiranam mən, 

Yox, zəif düşmüşəm, natəvanam mən. 

Ayrılığın məni zəif salıbdır, 

Məndə can qalmayıb, cəsəd qalıbdır. 

Ötmür boğazımdan bircə udum su, 

Sanıram su deyil, öz qanımdı bu. 

Səndən ayrılanı tavansızam, gəl, 

Səbrsiz-qərarsız və cansızam, gəl! 

Ölmüşəm-çismimdə həyatım ol sən, 

Düşmüşəm-qolum ol, qanadım ol sən! 

Gəl, bir az yubansan, bir az geciksən, 

Bil ki, həsrətinlə məhv olaram mən!» 

Xarəzm şahına əmr etdi ki: «Sən 

Xalqdan topladığın bol verkilərdən 

Xacəyə yol xərci verib, sal yola, 

Söylə, yubanmadan qayıtsın dala!» 



 

124 


Məktubları alıb qasidlər o an 

Yel kimi Xarəzmə oldular rəvan. 

Xacənin bağına tərəf getdilər, 

Şahın məktubunu təqdim etdilər. 

Xacə alıb onu tez səcdə qıldı, 

Ay da şah yazdığı məktubu aldı. 

Şah xətti gözünə sataşan zaman 

Xacənin sevinci aşdı başından. 

Dilaram alınça şah naməsini, 

Günəş özü öpdü onun üzünü. 

Xarəzm şahı ki, naməni gördü

Xacəni çağırıb əmri yetirdi. 

Sonra xəzinədar gəldi yanına, 

Yola pul verməyi buyurdu ona. 

Səfər tədarükü qurtaran zaman, 

Yola deyə-gülə yollandı karvan. 

Geçəli-gündüzlü yol getdi oilar, 

Dedilər: «Gözləyir bizi hökmdar.» 

Karvan bir mənzillik yerə yetişdi, 

Şah hiylə işlətmək fikrinə düşdü 

Elə ki, axşamdan keçdi bir qədər, 

Yuxuya qərq oldu qəsrdəkilər. 

Minib köhlən atı yel kimi getdi, 

Canan çadırına sübh erkən yetdi. 

Yolçular çəkmişdi yolda əziyyət, 

Burda dinçəlməyi etmişdilər qət. 

Alaqaranlıqdı hələ, doğrusu, 

Örtmüşdü gözləri sübhün yuxusu. 

Hələ çadırlarda şamlar yanırdı, 

Nərgizin gözləri xumarlanırdı. 

Bir çinar bitmişdi çeşmə başında, 

 

125



Adam yerləşərdi gen koğuşunda. 

İldırım düşərək həmin çinara 

Açmışdı köksündə belə bir yara. 

Atını bağlayıb şah möhkəm daşa, 

Özü də sığındı həmin koğuşa. 

Koğuşdan çadıra baxıb hökmdar, 

Gördü ki, ordadır o gözəl nigar. 

Coşdu fərəh hissi o şəhriyarda, 

Bəxtindən yuxudan oyandı yar da. 

Yataqdan sıçrayıb qalxdı o afət, 

Əvvəlcə allaha etdi ibadət. 

Təşəkkür eləyib pərvərdigara, 

Çənkini kötürüb köklədi sonra. 

Söykənib çinara o gözəl pəri 

Oxudu məhəbbət təranələri. 

Hiçran naləsiydi bu təranələr, 

Üsyan naləsiydi bu təranələr. 

Çinardan ayrılıb sonra o dildar, 

Çeşmə kənarında oldu bərqərar. 

Şah yazan naməni zümzümə etdi, 

Ondan təzə-təzə nəğmə düzəltdi. 

Oxuyub hər sözü nalə çəkirdi, 

Gözündən yaş tökmür, al qan tökürdü, 

Şahın da qanlı yaş axdı gözündən, 

Davam gətirməyib getdi özündən. 

Qatıb göz yaşını qüssəyə, dərdə, 

O belə deyirdi bu nəğmələrdə: 

«Ah, bu yol nə çətin, nə uzaq oldu, 

Həsrətim sinəmdə yanar dağ oldu! 

Bəsdir, boğazıma yığılıb canım, 

Daha dərd çəkməyə yoxdur imkanım. 



 

126 


Ömürdən əlimi üzmüşəm tamam, 

Möhnət dənizində tutmuşam aram. 

Söylə, ey rəhmsiz, divanə fələk, 

Mənə qismətdirmn o şahı görmək? 

Nə olar, sozümu çatdır sən ona, 

Sürtüm üz-gözümü ayaqlarına! 

Vəslini istərəm-odur dərmanım, 

Vəslindən başqa şey istəmir canım!» 

Bu qəm nəğməsini şah ki, eşitdi, 

Cırıb yaxasını, yüz para etdi. 

Nəfəsindən qopan ah alovları 

Yandırdı çinarı, yaxdı çinarı. 

Oda səçdə edən atəşpərəsttək 

Döşəndi torpağa huşu gedərək. 

Yaman dərdə saldı pərini bu hal, 

Heyrətlər içində o da qaldı lal. 

İnci danələri səpdi gözündən, 

Ayağından öpüb, getdi özündən. 

Yerə üzüqoylu düşdü asiman, 

Günəş öpdü onun ayaqlarından. 

Qara torpaq üstə düşdü yaradan, 

Günəş də onunla endi səmadan. 

Allahın kölgəsi düzə yayıldı, 

Müqəddəs kölgəyə gün səcdə qıldı. 

Nə ondan səs çıxır, nə bundan səda, 

O da xəbərsizdi özündən, bu da. 

Axır hiçran bitib, yetişdi vüsal, 

Allah, Allah! Görün nə haldır bu hal! 

Onlar bihal idi hicran axşamı, 

Vüsal səhərində tapdılar kamı. 

Ağ paltarlı səhər çəkəndə nəfəs, 

 

127



Özündə deyildi onlardan heç kəs. 

Elə ki, artırdı səhər kafuru, 

Bürüdü aləmi günəşin nuru. 

Yuxudan oyandı bütün yolçular, 

Bihuşlar başına tez cəm oldular. 

Xacə görən kimi iki bihuşu, 

Bildi ki, onların dönüb bəxt quşu. 

Əmr etdi: «Tez burda kərdək düzəldin, 

Sonra da onları tək qoyub, gedin!» 

Kafuri rəngdəydi kərdək də hətta, 

Girdi ayla günəş ağ bulud altda. 

Ayılınca pəri, bir də hökmdar, 

Bilmədim nə deyib, nə danışdılar. 

Nəinki bir adam, hətta külək də, 

Nəfəs çəkəmmədi o ağ gərdəkdə. 

Bəhram vəslə çatıb kamın alınca, 

Vəziri, vəkili gəldi dalınca. 

Fərəhi, nəş'əsi artdı get-gedə, 

Sevindi bu hala saray əhli də. 

Xacəni özünün etdi vəziri, 

O gündən tərk etdi xacə əlveri. 

Sonra hamılıqla oynaya-gülə 

Şəhərə yollandı bütün qafilə. 



 

128 


BƏHRAMIN ÖLÜMÜ 

 

Bəhram ki, qayıdıb gəldi qəsrinə, 

Çənkə qulaq verib, cam aldı yenə. 

Zəiflik büsbütün çıxdı canından, 

Gülgün şərab içdi-ətri güləfşan. 

Həftə yeddi gündü, qəsri də yeddi, 

Həftənin hər günü bir qəsrə getdi. 

Hansı rəikdə qəsrə gedirdi Bəhram, 

Alırdı əlinə o rəngdə bir cam. 

Hər gün bir gözəllə mey etsə də nuş, 

Olurdu sevdiyi yarla həmağuş. 

Onun çox olsa da məhbubələri, 

Onunçün əzizdi ancaq bir pəri. 

Qəsrlər dəyişdi, rənglər dəyişdi, 

Böyləcə ömrünün illəri keçdi. 

Neçə il ömürdən-gündən kam aldı, 

Sağlıq sədaları ərşə uçaldı. 

Çatdı o saat ki, çərxi-kəcrəftar 

Dedi: «Buyur, bu sən, bu-soyuq məzar!» 

«Heyif Bəhram!» deyə gəl etmə heyrət, 

Demə: «Fələk ona az verdi fürsət!» 

Biri yüz qərinə olsa hökmdar, 

Tutsa yüz qərinə taxtında qərar, 

Qəsri olsa göyün yeddi günbəzi, 

Çəksə keşiyini Bəhramın

*

 özü, 



Əvvəl-axır gərək əlvida etsin, 

Tərk edib hər şeyi,-hər kəsi-getsin, 

Gözündə qalmadı Bəhramın kamı, 

                                                      

*

 Бящрам-Марс    планетинин   фарсъа   ады.   Гядим вя Орта ясрлярдя 



мцщарибя щамиси кими тясяввцр олунурду. 

 

129



Əlindən düşmədi gülkgn mey çamı. 

Hər günü bir rəngdə qəsrdə keçdi, 

Hər gün bir qəsrdə gülkgn mey içdi. 

Hansı bir saraya düşdü güzarı, 

Dilaram oldu ən yaxın dildarı. 

Vəcdə gəldi onun xoş avazından, 

Qəzəllər oxuyub çənk çalmasından. 

Darıxanda qəsrin otaqlarıida, 

Dağıtdı qəmini gur şikarında. 

Şikar zamanı da o pəriçöhrə 

Oxudu şah üçün at sürə-sürə. 

O idi şah üçün əziz, mehriban, 

Onunçün mey süzüb, əldə cam tutan. 

Məclisə yaraşıq onun üzüydü, 

Ürəyə təsəlli onun özüydü. 

Onsuz yoxdu şahın istirahəti, 

Onunla keçirdi həm ibadəti. 

Bir gün şah başladı yenə şikarı, 

Dövrəyə alındı ov heyvanları. 

Ulduzdan çox idi şikar heyvanı, 

Yoxdu heç birinin qaçmaq imkanı. 

Sayı bilinmirdi nə atlıların, 

Nə atlı toruna düşmüş şikarın. 

Əvvəl çərkə ilə gedən atlılar 

Sonra dairəvi xətt yaratdılar. 

Saysaydın kiçilən dairələri, 

Səflərin on beşdi, bil ki, qədəri. 

Səflər yaxınlaşdı bu heyvanlara. 

Üç ağaclıq bir yer qaldı onlara. 

Yaralı gurlarla ov itlərinin 

Səsindən batmışdı qulağı yerin. 



 

130 


Vurulan gurların axan al qanı 

Laləzar etmişdi bu düz-dünyanı. 

Sel kimi axdıqca qanı gurların, 

Çıxırdı ağzından canı gurların. 

Dilini çıxarıb qaçan o gurlar 

Qatillər əlində qalıblar naçar. 

Oxlar, elə bil ki, doludur, dolu, 

Gurların hər yandan kəsilib yolu. 

Ovçular səf çəkib durub yan-yana, 

Hər ovçu yüz guru bələyir qana. 

Qana həris imiş orda hər nəfər, 

Odur ki, qan rəngli paltar geyiblər. 

O yerin qan olub daşı-torpağı, 

Qanlını axırda qan tutur axı. 

Bəhram ki, o yerdə məşğuldu ovla, 

Axırdı ov qanı şırımla-novla, 

Sən demə, qan kölü olan bu ovlaq 

Altdan lehmə imiş, üstdənsə torpaq. 

Sən demə bataqlıq olan bu yeri 

Örtübmüş toz-torpaq təbəqələri. 

Günəşlə, yağışla bu toz qatları 

Bitirib üstündə yaşıl otları. 

Toz qatı altdakı gizli bataqlıq 

Həmin yaşıllığa vermişdi sıxlıq. 

Orda hər çiçəyin, hər otun zoğu 

Ağac gövdəsindən yoğundu, yoğun. 

Bir şey ki, kökündən ala qüvvəti

Sağlam və düz olur onun qaməti. 

Vurulan ovların axan qanları 

Axır dörd tərəfdən mərkəzə sarı. 

Qarışıb palçıqla qan bir-birinə, 

 

131



Çıxdı ovçuların kəmər yerinə. 

Yel yerişli atlar batası oldu, 

Palçıq yatağında yatası oldu. 

Günəş həmin yerə yaydı çən-duman, 

Girdi buludlara utandığından. 

Yağış sel-su olub basdı hər yanı, 

Yenidən başladı Nuhun tufanı. 

Gördülər, bir niçat yeri qalmamış. 

Yer sudur, göydən də tökülür yağış. 

Daşdan, kərpicdən də olsaydı torpaq, 

Madam ki, üstündə düz yüz min qoçaq 

At çapır, ayağı altda onların 

Olardı kərpiçlə daş narın-narın. 

Axan qan qarışıb o toz-torpağa, 

Döndərərdi onu dərin batdağa. 

Yağış elə yağdı-yapış, çıx göyə, 

Döndərdi palçığı lığa, lehməyə. 

Ovçular boş yerə bağırışdılar, 

Ora yüyürdülər, bura qaçdılar, 

Heç kəsə bir nicat yetmədi bundan, 

Batıb həlak oldu düz yüz min insan. 

Dilsiz heyvanları qırıb-çatanlar 

Özləri qırğına oldu kiriftar. 

Bəhram ki, səflərdən düzdü dairə, 

Bu səflər ağırlıq etdilər yerə. 

Torpaq tab etmədi, bir anda çökdü, 

Yüz min atlını da qoynuna çəkdi. 

Batıb həlak oldu o qanlı suda, 

Qanına qərq olan ov da, ovçu da. 

Onlar ki, bu yerə etdilər güzar, 

Oldu onlar üçün şikargah-məzar. 



 

132 


Tələyə bir düşdü şir ilə ceyran, 

İkisi bir yerdə köçdü dünyadan. 

Bir yerdə oldular bataqlığa qərq, 

Qalxdı ortalıqdan aradakı fərq. 

Birisi aşkarda, birisi pünhan, 

Bildi qurtuluşa qalmayıb imkan. 

Əl-ələ, tən-tənə tutuşdu onlar, 

Nicat ümidilə qucuşdu onlar. 

Lakin sarılınça biri-birinə, 

Bataqlıq onları çəkdi dərinə. 

Şah gördü qərq oldu şikar ordusu, 

Onların nə izi qaldı, nə tozu, 

Ovçular qərq olan yarğanda birdən 

Bəhram da qərq olub itdi nəzərdən. 

Həzrət Süleymana qalmayan o taxt; 

Qala bilərdimi Bəhrama? heç vaxt! 

O tapdı özünə bataqlıqda gor, 

Əbəs deyilməyib ona Bəhram gur!

*

 

Dünya əjdahadır-acgöz əjdaha, 



Həzm etdikcə bizi, gəlir iştaha, 

Gözü doyan deyil beş-on nəfərlə

Udur insanları o, nəsillərlə. 

Çoxuna işgənçə verdi o, amma 

Başqa divan tutdu şanlı Bəhrama. 

Dünyaya sığmırdı onun ləşkəri, 

Məğlub eləyirdi hey düşmənləri. 

Meydan oxusa da sultana, şaha, 

Onu da kamına çəkdi əjdaha. 

Heç kəsin olmadı ondan xəbəri, 

                                                      

*

 



Кур-Фарсларда «эур» щям гября, щям дя ъейран няслиндян олан бир 

щейвана дейилир.

 

 

133



Dünyada qalmadı heç bir əsəri. 

Dünya əjdahadır, dedim, ajdaha, 

Əjdaha deyildir-bəladır, bəla.  

İnsan əjdahadan çəksə də zərər, 

O yatdığı yerdə var xəzinələr. 

Dünyadan bir çöp də aparmır insan, 

Bir nəfər qurtarmır canını ondan. 

 

İnsan bu dünyaya gəldiyi andan 



Dünya aman vermir insana, aman! 

Canını almaqla qəlbi soyumaz, 

Məzara salmaqla qəlbi soyumaz. 

Cismini torpağa çevirər onun, 

Tozunu göylərə sovurar onun, 

İnsanın kamınça olsa da həyat, 

Ölum də gözləyir hər gün, hər saat. 

Həyatdan köçünü çəkəndə insan, 

Çox yox, kifayətdir cəmi birçə an... 

Nəvai, dünyaya yoxdur e'tibar, 



Var olmaq eşqindən kənar ol, kənar! 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə