Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   2   3   4   5   6   7   8   9   ...   20

 

16 


«Dedin çox yerlərə etmisən səfər

Çox dünya əhlinə salmısan nəzər. 

Mən kimi rəhmdil bir insanı sən 

Görübsənsə əgər, de, çəkinmədən». 

Şanlı hökmdarın bu sualından 

Yaman əndişəyə düşdü o mehman. 

Desaydi «Görmüşəm», inçiyərdi şah, 

«Görməmişəm» desə, yalandı, eyvah! 

Yazığın qorxudan rəngi saraldı, 

Yalan söyləməyi qərara aldı. 

Dedi: «At sürmüşəm çox ölkələrdən, 

Sən kimi rəhmdil Görməmişəm mən.» 

Şah dedi: «Sözlərin düzdürsə, qonaq, 

Sehrli güzgüdə öz əksinə bax.» 

O durub güzgüyə salarkən nəzər, 

Gördü öz əksini zənçiyə bənzər. 

Qonaq dediyindən çəkdi xəçalət, 

Şah da öz işindən utandı xəlvət. 

Dedi: «Ey xoşqədəm, xoşdilli mehman, 

Bağışla, biz səni etdik peşiman, 

Güzkü göstərdi ki, sən yalan dedin, 

Lakin düzəlməyin deyildir çətin.» 

Düzəltdi səhvini təzədən qonaq, 

Göründü çöhrəsi güzgüdə dümağ. 

Şah dedi: «Gizlətmə, açıq söylə bir, 

Məndən səxavətli dünyada kimdir?» 

Qoiaq cavab verdi: «Ey şanlı sultan, 

Artıq gizlətməyə qalmamış imkan, 

Sinəmdə saxlanan bu sirri lakin 

Tək sizə açmağım deyilmi mümkün?» 

Saray adamları durub getdilər, 

 

17



Otaqda tək qaldı o iki nəfər, 

Dedi: «hindistanda belə şəhər var, 

Sarmış dörd yanını bəhrəli bağlar. 

Olmuşdur o sənin ölkənə daxil

Verir xəzinönə xeyli mədaxil. 

Tə'rifi ruh açan, adı Tərazdır, 

Hər zaman sinəsi ətirli yazdır. 

Yəqin o məkana sən də getmisən, 

Ya da tə'rifini çox eşitmisən.» 

Şah dedi: «Yox, ora getməmişəm mən, 

Lakin eşitmişəm gedib-gələn dən. 

Kəsmə söhbətini, sən davam eylə, 

Bütün gördüyünü səbr ilə söylə.» 

Dedi: «Söylədiyim o gözəl şəhər 

Sərvlər yetirən bir bağa bənzər.  

Yar tək alıb onu qoynuna dağlar, 

Dağların döşündən axır bulaqlar. 

Ruha qüvvət verir gözəl havası, 

Suyunda yüz dərdin vardır dəvası. 

Əhli bağbanlığı etmişdir peşə, 

Var şəhər yanında gözəl bir meşə. 

Salınmış hər evin yanında bostan, 

Bostanın yanları tamam gülüstan. 

Hər kəs özü üçün görür ehtiyat, 

Həm də zinət verir elə bağ-bağat. 

Artır ildən-ilə xalqın dövləti, 

Çünki əsirkəmir şah ədaləti. 

Abaddır küçələr orda behişttək

Hər ev bir saraydır, hər insan mələk. 

Malına yer tapmır heç kəs o yerdə, 

Tutmayır daş-qaşları xərabələr də. 



 

18 


Orda bir növçavan tanıyıram mən, 

Lakin  çox açizəm vəsf eyləməkdən. 

Gözəllikdə edir günlə rəqabət, 

Bulaqtək qaynayır onda səxavət. 

Yaşı az olsa da, kamalı çoxdur, 

Özündə, sözündə bir eybi yoxdur. 

Təmizdir vicdanı aynalar kimi, 

Çəməndə su kimi, dağda qar kimi. 

Cahanda hər nə var, əyandır ona, 

Vardır hər sözündə bir incə mə'na. 

Rəftarı gözəldir, təbi mülayim, 

Olur məclisində yüzlərcə alim. 

Yoxdur onun kimi bəxtiyar vücud, 

Taleyi uğurlu, adısa Məs'ud. 

Qismət etmiş ona bəxti, taleyi 

Əqli, var-dövləti:.. qərəz, hər şeyi. 

Bir güllü gülzarda o qəlbi sadə 

Hər zaman nuş edir gül rəngli badə. 

Məclislər düzəldib gül mövsümündə 

Yar olur bülbülə, sərvə çəməndə. 

Tamam qərq olaraq qızılgüllərə, 

Gülgün qədəhləri qoymayır yerə. 

Son verəndə yaza soyuq küləklər, 

O hazır etdirir gülrəng ipəklər. 

Tutdurub onları müşkə, ənbərə, 

Gül yarpağı kimi sərdirir yerə. 

Bütün qışı tutur evində qərar, 

Güllərdən seçilmir geydiyi paltar. 

Durur qulluğunda bir neçə dilbər, 

Asiman tağında günəşə bənzər. 

O Gül yanaqlılar, o ayqabaqlar 

 

19



Gülləri səpməkçün hazırça saxlar. 

Gülgün otağında Məs'ud hər zaman 

Bir şadlıq büsatı düzəldir, haman 

Şənlik başlanınca o nazəninlər 

Gələn  qonaqlar gülə qərq elər. 

Onun məclisini görərsə hər kəs

Cənnəti görməyə göstərməz həvəs. 

Onun çəlalından, təntənəsindən 

Heç yüzdə birini danışmadım mən. 

Onun səxavəti dillə deyilməz, 

Hatəm də onunla bəhs edə bilməz.» 

Qonaq öz sözünü bu yerdə kəsdi, 

Çevnə səbr etməyib yaman tələsdi. 

Qəlbindən keçdi ki ,dönə bir yelə, 

Məs'ud çəlalını görə gözüylə. 

Vəzirlərə dedi: «Düz bir həftə mən 

Ayrılan deyiləm həramxanədən. 

Bir həftə sizi də eylədim azad, 

Gedin, evinizdə keyf edin rahat.» 

Dağılıb gedinçə hər kəs evinə, 

Səfər tədarükü gördürdü Cevnə. 

Fikrini söyləyib yaxın dostuna, 

Sərvəti, hərəmi tapşırdı ona. 

Şahın yer titrədən bir atı vardı, 

Sür'əti şimşəyi heyran qoyardı. 

Adını qoymuşdu «Yelksdişli at», 

Ardınca quşlar da baxardı mat-mat. 

Onu minib sürən hər insan oğlu 

Bir günə haqlardı on günlük yolu. 

Başqa şəklə salıb özünü Cevnə, 

Yönəltdi atını Təraz səmtinə. 



 

20 


Gecəli-gündüzlü tutmayıb aram, 

Yüz ağaçlıq yolu eylədi tamam, 

Gördü bir şəhərdir-behiştə bənzər, 

Ətirli torpağı müşk ilə ənbər. 

hələ az deyibmiş vəsfini mehman, 

Bu şəhər yüz dəfə gözəlmiş ondan. 

Məs'udun evini sual etdi şah, 

Yanında qalmağı xəyal etdi şah. 

Sataşdı gözünə böyük bir saray, 

Uca günbəzini öpür günəş, ay. 

İçində qaynaşır bir yığın adam, 

Görür orda hamı hörmət, ehtiram. 

Gələn  qəribləri etməyə də'vət 

Dayanmış qapıda on əhli-xidmət. 

Görüncə Çevnəni etdilər sual

Qərib olduğunu bilinçə dərhal, 

Gəlib pişvazına etdilər hörmət, 

Qonaq otağına olundu dəvət, 

Atını tövləyə apardı mehtər, 

Özünə sarayda yer göstərdilər. 

Qonaq otağını seyr etdi Cevnz, 

Gördü ki, oxşayır bir şah evinə. 

O bu təntənəyə salarkən nəzər, 

Bəzədi süfrəni lətif xörəklər. 

Gəldi ev yiyəsi nahar bitəndə, 

Gözəldi qonaq da, qonaq edən də. 

Mshriban sifətli o cavan oğlan 

Qonaqçıllığını tez etdi əyan. 

Məs'udda gördüyü buosoş xasiyyət 

Oyatdı Çevnədə təəcçüb, heyrət. 

Elə ki, əl çəkdi qonaq yeməkdən, 

 

21



Məs'ud da əl çəkdi söz söyləməkdən. 

Ehtiramla sual etdi Çevnədən: 

«Bizlə beş-on qədəh mey içərmisən?» 

Qonaq: «İçək» dedi, Məs'ud oldu şad, 

Qurdurdu bir anda başqa bir büsat. 

Bir məclis qurdu ki, qoçaman fələk 

Mislini görməmiş bu zamanadək. 

Sarayın içində vardı bir hamam, 

hovuzu, divarı mərmərdi tamam. 

Şəffaf şüşələri gün kimi parlaq, 

hovuzda su deyil, gülabdı ançaq. 

Məs'ud ərz etdi ki: «Nahardan qabaq 

Yuyunsa dincələr mehriban qonaq. 

 Yorğunluq, arğınlıq canından gedər.» 

Şahın da, qəlbinə yatdı bu sözlər. 

Tez hamama sarı yollandı mehman, 

Onun zinətinə qaldı mat, heyran. 

Belə me'mar işi, belə imarət 

Bütün hindistanda yox idi əlbət. 

Taslar qızıldandı-günəş misalı, 

Gümüş qulplar isə onun hilalı. 

Fitələr ənbərlə müşk qarışıqlı, 

Baftalı ipləri yar-yaraşıqlı. 

Qulluq etmədəydi bir neçə dilbər, 

Onlar həm pəriyə, həm gülə bənzər. 

Şuxluq edirdilər bir-birləriylə, 

İncə zarafatlar sığmırdı dilə. 

Belə gözəl yerdə soyundu Çevnə, 

Böyük bir həvəslə yuyundu Cevnə. 

hamamdan çıxanda əziz qonağa 

Libas gətirdilər qiymətli, baha. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə