Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   2   3   4   5   6   7   8   9   ...   20

 

22 


O əsla etməyib buna etiraz

Geyindi əyninə lalərəng libas. 

Oldu Məs'ud kimi bər-bəzəyi yar, 

Birlikdə məclisə qədəm basdılar. 

Gördü bir məçlisdir, cənnətə bənzər, 

Saqisi huridir, badəsi kövsər. 

Məs'ud qonağını keçirib başa, 

Oturtdu onu da özüylə qoşa. 

Hamının əlində qızılgül vardı, 

Hərənin paltarı gültək yanardı. 

Gözəl saqisini çağırdı Məs'ud, 

Dedi ki: «Mehmana gülkgn  qədəh tut.» 

Qədəhlər boşalıb-doldu peydərpey, 

Bütün qonaqlara əsər etdi mey. 

Böyük ad almışdı öz əsrində şah, 

Elmindən aləmi etmişdi agah. 

Görüncə məclisi bunca həvəsli, 

Bu işrət şövqündən ürəyi əsdi. 

Ayıqkən ezünü aparmasından 

Heç kəs tutmaz idi bir tükcə nöqsan. 

Şərabdan başına çıxıb hərarət, 

Ağlını, hissini eylədi qarət. 

Bir cənnət sanaraq məçlisi mehman, 

Gördü ətrafında çox huri, qılman. 

Səbri əldən gedib, qaldı qərarsız, 

Söhbətə başladı o ixtiyarsız. 

Könlünə güc edib bu mehribanlıq, 

Başladı söz ilə gövhərfişanlıq, 

O ki, dodağından kötürdü bəndi

Elə bil hər yana dürr səpələndi. 

Dedi: «Ey zati-pak, ey nadir vücud, 

 

23



Olmuş adın kimi bəxtin də məs'ud. 

Mən seyr etməmişəm tək hindistanı, 

Gəzib-dolaşmışam bütün dünyanı. 

Bu böyük büsatı, bu cah-cəlalı, 

Bu varı, dövləti, ağlı, kamalı 

Tanrı etmiş sənə binadan qismət, 

Yüz qat artıq olsun, bu var, bu dövlət! 

Heç kimdə görmədim yer üzündə mən, 

Qalmışam heyrətlər dənizində mən. 

Bu qədər sərvəti yığmısan hardan? 

Aç, söylə, qəlbimdə qalmasın güman.» 

Ev sahibi dedi: «Ey əziz qonaq, 

Verdiyin suala cavab budur, bax: 

Tanrı ətasıdır bu var, bu dövlət, 

Tanrıdan başqa da səbəb var əlbət. 

Tabedir adil bir şaha bu ölkə, 

Ellərin başına o salmış kölgə. 

Görüm ömrü uzun, günü ağ olsun! 

Məclisi hər zaman çilçıraq olsun! 

Hər vaxt ədalətlə hökm edən o şah 

Ədlindən aləmi eyləmiş agah. 

Zülmün köklərini elə üzüb ki

Ədalət dürrünü elə düzüb ki, 

Bunun səbəbinə gördüyün diyar 

Əmin-amanlıqla olmuş bəxtiyar. 

Arxayınlıq olan bir məmləkətdə 

Gün-gündən varlanar şəhər də, kənd də. 

Bir də hünər gərək, fərasət gərək, 

Elmə, maarifə məhəbbət gərək. 

Şahın dövlətindən, kəramətindən, 

Saydığım şeylərin sahibiyəm mən. 



 

24 


Odur ki, hamıdan mənəm bəxtiyar

Dünyada belə bir e'tiqadım var: 

Var-dövlət qazanıb kama yetməyin 

Səbəbi ikidir, bilirəm yəqin: 

Biri-şükr etməkdir qadir allaha, 

Biri-dua etmək rəhmdil şaha. 

Amma bundan hamı xəbərdar deyil, 

Onunçün mənimtək bəxtiyar deyil. 

Bu olmuş əzəldən mənə bir peşə, 

Odur ki, sərvətim artır həmişə. 

Bu sözlər Çevnəni eylədi çox şad, 

Az qaldı sevincdən qoparda fəryad. 

İstədi Məs'udu basa köksünə, 

Birtəhər özünü saxlayıb yenə, 

Başladı onunla şirin söhbətə, 

Bütün qonaqları saldı heyrətə, 

Məs'ud qonağını belə görəndə 

Bildi ki, tayı yox bilikdə, fənddə, 

«Belə bir mehmana can qurban!» deyə, 

Qiymətli töhfələr etdi hədiyyə. 

Getmişdi hər yana onun taçiri, 

Qayıdıb yenicə gəlmişdi biri. 

Tükənməz qazançla qayıtmışdı o, 

Məs'ud bu qazançı görüb şad oldu. 

Hesaba sığmazdı bu qazanç yəqin, 

Sanki verkisiydi bir məmləkətin. 

Məs'ud mayasını sayıb bir yana

Bütün qazançını verdi mehmana. 

Qonaq olduğunu o eyləyib yad, 

Özünü göstərdi bu töhfədən şad. 

Məs'ud əmr etdi ki: «Şənlik düzəlsin, 

 

25



Deyin, rəqqasələr məçlisə gəlsin! 

Çiçək otağının ağzı açılsın, 

Qonağın başına güllər saçılsın!» 

Payız olsa belə, əssə də yellər, 

Hər yana gül saçdı nazlı gözəllər. 

Ətirlər yayıldı o gül-çiçəkdən, 

Oldu məclis evi bir yeni gülşən. 

Gülkgn libas geymiş qızlar peydərpey 

Yaqut qədəhlərlə payladılar mey. 

Qızardı yenidən şahın sifəti, 

Yox oldu bir anda könül möhnəti. 

İşarə eylədi Məs'ud sağ yana, 

Gülyanaq bir gözəl çıxdı meydana. 

Əldə günəş kimi bir çamı vardı, 

Görsə Cəmşid ona heyran qalardı. 

Bu gözləri xumar, yanağı lalə 

Doldurub Çevnəyə verdi piyalə. 

Məs'ud piyaləni göstərib şaha 

Dedi: «Bir doldumu, boşalmaz daha, 

Onu sağ tərəfə gəzdirdikcə hey... 

İçdikcə, qonaqlar içmək dilər mey. 

Sol yana dövr etsə bu qədəh əgər, 

Nə qədər içsələr, «bəsdir» deməzlər. 

Xariqə yaradan neçə cadugər 

Bu zər piyaləni sehrləyiblər. 

Sınaqdan keçirdi onu qonaqlar, 

Gördülər ki, camda bu xasiyyət var. 

Etdi o cam şahı tamam meypərəst 

Bir kərə içməmiş göründü sərməst. 

Səxavət göstərdi Məs'ud o ki var, 

Şaha bu çamı da verdi yadikar. 



 

26 


həmin piyalədən badə edib nuş, 

Şah bu ziyafətdə olunca bihuş, 

Çəkdi karvanını meydana axşam, 

Gəldi şirin yuxu, söndürüldü şam... 

Günəş qalx deyinçə səhər rindinə

Rind sabah meyini nuş etdi yenə. 

Sübh meyi içməyə qalxdı qonaqlar, 

Hiss etdi özünü hamı bəxtiyar. 

Yenə bütün günü uzandı məclis, 

Heç kəsdə qalmadı nə ağıl, nə hiss. 

Yenə otaqdakı bir dəstə dilbər 

Gətirib məclisə çiçək səpdilər. 

Çox oldu cah-cəlal bu gün dünəndən, 

Gülkgn şərab tutdu yüz nazikbədən. 

Yenə ev sahibi işarə etdi, 

Bir kəniz yandakı otağa getdi, 

Çağırdı oradan işvəli, nazlı, 

Gözəl müğənnini, o xoş avazlı 

Əlində saz deyil, bəlkə çənk idi, 

Üzündə örtüyü lalərəng idi. 

Məs'ud əmr etdi ki, çənkini alsın, 

Açsın rübəndini, oxusun, çalsın, 

Açınca üzünü o şux nəğməkar, 

Az qaldı qəşş etsin bütün qonaqlar. 

Sazının telləri çəkəndə fəğan, 

Verdi qonaqlara sanki təzə can. 

Şah bu müğənninin oldu maili

Səsləndi saz kimi qəlbinin teli. 

Çəkib nəğməkarı şah hüzuruna, 

Məs'ud şirin sözlər bəxş etdi ona. 

Gələn tacirlərin qazancı o gün 

 

27



Verildi mehmana yenə büsbütün. 

Ötdü bu hal ilə bu gün də, artıq 

Qapadı gözləri çökən qaranlıq. 

Səhər təzələndi qonaqlıq yenə, 

Əvvəlki günləri ötdü təntənə. 

Yenə mey içildi, güllər saçıldı, 

Baxıb gül üzlərə, dillər açıldı. 

Məclis dünənkindən üstündü, üstün, 

Artırdı səfanı, zövqü həmin gün. 

Yenə əmr edinçə evin hakimi, 

Bir nəfər ortaya gəldi yel kimi. 

O bir at gətirdi qartal qanadlı, 

İldırım sür'ətli, fələk büsatlı. 

Qaçmaqda Şəbdizdən bu idi üstün, 

Rəngitək adı da qoyulmuş «Gülgün.» 

Pəri qamətliydi, həm div vücudlu, 

Sanki ikisindən törəmişdi bu. 

Bir yerdə dayanıb gətirmirdi tab

Yemi şəkər idi, suyu al şərab. 

On at addımıydı addımı düzdə, 

Yüz ağaç yol gedir geçə-gündüzdə. 

Görüncə şah onu ürəyi axdı, 

Elə bil div ilə pəriyə baxdı. 

Çəkdirib onu da Məs'ud meydana, 

Şəstlə peşkeş edib verdi mehmana. 

Əvvəlki töhfələr qalsın bir yana, 

Bugünkü dəyərdi bütün çahana. 

Məs'ud da qonaqdan olaraq xoşhal, 

Yenə Də bəxş etdi ona dövlət, mal. 

Yenə bütün günü olub meypərəst, 

Axşam düşən kimi hamı oldu məst. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə