Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   2   3   4   5   6   7   8   9   ...   20

 

28 


Ta ki, göydə günəş gözünü açdı, 

Geçənin qaranlıq ordusu qaçdı. 

Yuxudan ayıldı yenə hökmdar, 

Oyandı Məs'ud da xeyli bəxtiyar. 

Başladı qonaqlar şirin söhbətə, 

Qızlar qarışdırdı gülü şərbətə. 

Şah dedi: «Ey üzü mübarək həmdəm

Eşqin könlümüzdə kök saldı möhkəm. 

Eu hörmət ölüncə, bil, uuudulmaz, 

Bunça uzun çəkən qonaqlıq olmaz. 

Dözülməz olsa da sənin hicranın, 

Getmək istəyirik, nədir fərmanın? 

Kəlmək istək ilə mümkünsə bizə, 

Gedəndə gərəkdir alaq icazə.» 

Düşüncə ortaya ayrılıq sözü, 

Qaraldı Məs'udun günü-gündüzü. 

Dedi: «Ey yaxın dost, hörmətli səyyah, 

Bu neçə fikirdi oyandı nagah? 

Sənin söhbətinlə xoşhal idik biz

Getsən hicranına dözməz qəlbimiz! 

Xidmətimdə əgər oldusa nöqsan, 

Mərhəmət göstərib, inçimə bundan. 

Ayrıla bilmərik günəş üzündən, 

hələ doymamışıq şirin sözündən. 

Bir neçə gün də qal, sevnndir bizi, 

Nədirsə, bağışla təqsirimizi.» 

Şah üzr istəyib, təşəkkür etdi, 

Gəldiyi yol ilə qayıtdı, getdi. 

Kişnəyən «gülkgn»ün qalxdı belinə, 

Döndü quş qanadlı səhər yelinə. 

Nələr vermişdisə Məs'ud mehmana, 

 

29



Ayırdı onları tezçə bir yana. 

E'tibar etdiyi sadiq qullarla 

Şahın arxasınça düzəldi yola. 

Baxaraq yollara tənha dayandı, 

Ayrılıq oduna alışdı, yandı... 

Dağları, daşları teylədi «gülgün», 

Yetirdi Dehliyə şahı həmin gün. 

Aradan neçə gün sovuşdu keçdi, 

Tehfə karvanı da gəldi, yetişdi. 

Məs'udun işinə şah heyran oldu, 

Xəyalı sarsılıb pərişan oldu. 

Onu yad etdikcə tutmurdu aram, 

Dalbadal dolurdu, boşalırdı çam. 

Bir alçaq, vicdansız, mənsəbi ali 

Təraz diyarına olmuşdu vali. 

Adəti zülm etmək, adı da Ceysur, 

Hindistan elində məşhurdu, məşhur. 

Çoxdu şikayətə gələn lər ondan, 

Yüz günah çıxırdı əlindən hər an. 

Verdi fərmanını adil hökmdar: 

«Ceysur edilməli Tərazdan kənar. 

Qovulsun vilayət təxti-taçından, 

Məs'ud özü olsun bura hökmüran.» 

Bu xəbər Ceysura çatdı haman dəm, 

Məktub yolda ikən çəkdi yaman qəm. 

Bildi ki, xanlığı çıxır əlindən, 

Çünki şah halidir bəd əməlindən. 

Bütün xəyanəti olmuşdur aşkar, 

Gözləyir yolunu ağır çəzalar. 

Onun Məllöv adlı vəziri vardı, 

Ceysurdan da yaman bir zülmkardı. 



 

30 


Vali o əmri ki, bildi, eşitdi, 

Çağırıb Məllövü məsləhət etdi. 

Dedi: «Söylə, nədir bu işə tədbir?» 

Belə cavab verdi əzazil vəzir: 

«Bütün bu işlərin baisi, ey xan, 

Şan-şöhrət sahibi Məs'uddur, inan. 

Onun səxavəti ölçüyə gəlməz, 

Şahın qulağına çatmışdır bu səs. 

Hər zaman yaxşılıq çıxır əlindən, 

Bir kəs inçiməmiş əsla dilindən. 

Bunları çatdırmış şaha xəlayiq, 

Şah onu bilmişdir xanlığa layiq. 

Əkər yox edilsə o tezcə burdan, 

Səni mövqeyindən ayırmaz zaman. 

Məs'ud məhv edilsə, şah mə'yus qalar, 

Olarsan yerində yenə bərqərar.» 

Ceysur soruşdu ki: «Budursa tədbir, 

Məsləhətin nədir, açıq söylə bir?» 

Dedi: «Sən onunla əvvəlcə yar ol, 

Məhəbbət göstərib yaxın qəmxar ol. 

Çağırıb hüzura tez-tez söhbət et, 

Hərdən sən də onun məçlisinə get. 

Belə ki, dost oldu o sənə qəlbdən

Hər nə lazım isə düzəldərəm mən.» 

Açıldı Ceysurun könül aynası, 

Qoydu Məs'ud ilə dostluq binası. 

Gündə bir hiyləylə məkrə əl atdı, 

Onunla ən möhkəm dostluq yaratdı. 

Hər gün düzəldərək məclis, ziyafət, 

Edərdi onunla çox şirin söhbət. 

Dost qələmə verib özünü xain, 

 

31



Salmışdı Məs'udu tamam arxayın. 

Məs'udun evində bir gün bərabər 

Mey töküb, sağlıqlar söyləyirdilər. 

Axşam düşənədək meydən edib nuş, 

Oldu hər ikisi o geçə sərxoş. 

Onların huşunu mey başdan aldı, 

Düşüb hər ikisi çəməndə qaldı. 

Şərab əsər etdi həm nökərlərə, 

Zefləiib yıxıldı hərə bir yerə. 

Pusquda kizlənən bir dəstə cqllad 

Görüb bu səhnəni oldular çox şad. 

Hərə bir div kimi çıxdı pusqudan, 

Tutub əllərində kəmənd, ox, kaman, 

Başının üstündə gəlib durdular, 

Tez əl-ayağına gündə vurdular. 

Birisi çiyninə kötürüb onu, 

Tezcə tutub getdi saray yolunu. 

Gətirdi bir yerə onu gizliçə, 

Örtdü çinayəti qaranlıq gecə. 

Bir dərin quyuda yerbəyer etdi, 

Gecə-gündüzünü onun bir etdi. 

Məs'udun çoxaldı, artdı çəfası, 

Hələ xəbərsizdi dostu, aşnası. 

Gecənin quzğunu kirib yuvaya, 

Verdi dan quşları səda-sədaya. 

Oyanıb yuxudan nökərlər bir-bir 

Məs'udun əmrinə durdu müntəzir. 

Onlar cəm olanda hamı bir yerə, 

Onun yox olması çıxdı zahirə. 

Döyüb başlarına batdılar qəmə, 

Ceysur haray saldı bütün aləmə. 



 

32 


«Ah» deyib, «uf» deyib boğuq səsiylə

Çox fəğan eylədi öz dəstəsiylə. 

Göz belə yummayıb üç gün, üç gecə 

Gəzdilər, vermədi heç bir nətiçə. 

Nəhayət əl çəkib bu gəzintidən, 

Hamı yas saxlayıb qopardı şivən. 

Xalq bu maçəranı eşidən zaman,, 

Bir tufan saldı ki, görməmiş cahan. 

Vali yahu çəkib saysız-hesabsız, 

Neçə gün əzaya oturdu yalqız. 

Qohum-qardaş ona təsəlli verdi, 

Axır ayrılığa davam katirdi. 

Yeddi gün aş verib tutdu tə'ziyə, 

Qayıtdı qəsrinə... «təəssüf» deyə. 

Məllöv haman geçə gəzib şəhəri, 

Yaydı el içində bu bəd xəbəri. 

Günəş çıxar-çıxmaz şərq quyusundan, 

Qalxdı yer kürəsi öz yuxusundan. 

Məs'ud vahiməylə açdı gözünü, 

Bir əçaib yerdə gördü özünü. 

Bağlanmış əlləri, qolları möhkəm, 

Qara bir pərdəyə bürünmüş aləm. 

Batmış yarıyadək suya, palçığa, 

Yol yoxdur qaranlıq quyudan çıxa. 

Dedi: «Ey yaradan, bu necə haldır, 

Qorxunc bir yuxumu, yoxsa xəyaldır?» 

Hər nəyə gəldisə onun kümanı, 

Anlaya bilmədi bu maçəranı. 

Quyunun ağzını açarkən biri, 

Səpildi içəri işıq telləri. 

Əzab-əziyyətlə onu axırı 

 

33



Çəkib çıxartdılar ordan yuxarı. 

Saldılar bir evə bağlı əsiri, 

Gəldi hirslə ora Ceysur vəziri, 

Onu təhqir edib söydü ən əvvəl, 

Çubuq hazırlandı, o çalınca əl. 

Vəzir hökm etdi ki: «Açın qolunu, 

Əzablar verərək sızladın onu!» 

Biri başdan tutdu, biri ayaqdan, 

Biri soldan vurdu, biri də sağdan. 

Çubuqlar altında inləyən əsir 

Dedi: «Söylə nədir günahım, vəzir? 

Qəsdiniz maldırsa, əsirgəyən 

Çandırsa, öldürün məni biryolluq.» 

Bu sözlər vəzirə əsər etmədi, 

Çubuq vuranlara «Bərk vurun» dedi. 

Qızardıb gül kimi ağ vüçudunu, 

İki cəlladbaşı döyürdü onu. 

Məs'ud qopardısa nə qədər fəryad, 

Lakin bir kimsədən görmədi imdad. 

İki möhkəm ağaç sındı, qırıldı, 

Ağaç vuranlar da tamam yoruldu. 

Vəzİr «Bəsdir!» deyə verdi fərmanı: 

«Bir az da vursanız çıxaçaq canı. 

hələlik yaşasın bu iztirabla, 

Sonra öldürərik ağır əzabla.» 

Əl çəkdi nəhayət o iki nəfər, 

Utandı bu haldan hətta fələklər. 

Dikəlib oturdu Məs'ud cəfakeş, 

Dilində min fəğan, qəlbində atəş. 

Soruşdu: «Söyləyin, nədir təqsirim? 

Dünyada bu zülmü eyləməz heç kim. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə