Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   2   3   4   5   6   7   8   9   ...   20

 

34 


Nahaq zülm etməyin daşını atın, 

Varsa bir günahım, mənə anladın. 

Yəqin bu məsəli bilirsiniz siz: 

Qul xatasız olmaz, ağa kərəmsiz. 

Ancaq suçum nədir, qoy çıxsın üzə, 

Malım da, canım da qurbandır sizə.» 

Nə qədər yalvardı, yaxardı əsir, 

Daşqəlbli vəzirə etmədi tə'sir. 

Dedi ki: «Qoymayın onu danışsın, 

Bu sirri özkələr yanında açsın.» 

Yenə zəncirləyib zindana saldı, 

" Quyu bu Yusifi qoynuna aldı. 

Bu cəza neçə gün edildi təkrar, 

Əsla tapılmadı ona

 

havadar. 



Oldu gündən-günə əhvalı yaman, 

Qanlı yaşlar töküb, əl üzdü candan. 

Deyirdi: «Daşdandır yoxsa qəlbiniz, 

Mənə rəhm eyləyib, tez öldürün siz.» 

Zülmkar zülmdən axır ki, doydu, 

Onu öldürməyi sabaha qoydu. 

Saldırıb quyuya həbs etdi yenə, 

Tapşırıqlar verdi gözətçisinə. 

Ceysurun yanına getdi könlü şad, 

Dedi: «Viran qəlbin qoy olsun abad, 

Rəqibinin halı yamandır, yaman, 

Gəldim səndən alam qətlinə fərman » 

Məllöv Ceysurdan da razılıq aldı, 

Gəlib öz evində işrətə daldı. 

Məllövün bir qızı vardı-gül üzlü, 

Dodağı şəkərli, kəlamı duzlu. 

Hüsnü, gözəlliyi çahanda təkdi

 

35



Vəsfini deməyə dillər gərəkdi. 

Yanırdı qəlbində məhəbbət odu, 

Sevirdi gizliçə bu qız Məs'udu. 

Sevgi edən gündən ürəyini qan, 

Zənçirbənd görəndə edərdi fəğan. 

Hər möhnət çəkəndə yanar, yanardı, 

Qəlbində qövr edən qəmi anardı. 

Çoxdan o dilbərə olmuşdu mə'lum, 

Var dərin quyuda bir yeni məzlum. 

Lakin qorxusundan həmin aycamal, 

Onun kimliyini etmirdi sual. 

Bu axşam bildi ki, atası məstdir, 

Dedi öz-özünə: «Durmaq əbəsdir.» 

Gördü gözətçi də qalmayıb ondan, 

Qərq olub yuxuya sərxoşluğundan. 

Quyunun ağzını açıb gizliçə, 

Çağırdı dustağı o incə-incə. 

Dedi: «Dustaq qardaş, de, nədir adın? 

Cavab ver qalıbsa ömrün, həyatın.» 

Dustaq eşidincə həmin sədanı, 

Elə bil yenidən qayıtdı canı. 

İnləyib dedi ki: «Məs'uddur adım, 

Ərşə dirək olub ahım, fəryadım. 

Sən söylə insanmı, ya pərimisən? 

Haqqın, ədalətin rəhbərimisən? 

Xoş səsin qəlbimə şəfa gətirdi, 

Həyat müjdəsini mənə yetirdi. 

Əlindən gəlirsə mənə yardım et, 

Yoxsa ki, ölmüş bil, yalqız burax, get» 

Məs'ud olduğunu bilincə dildar, 

Eşq odu qəlbini etdi tarimar. 



 

36 


O ki, ayrılıqdan qan ağlamışdı, 

Neçə gün Məs'uda yas saxlamışdı. 

Xəbərdardı onun yox olmasından, 

Lakin ölməsinə az idi küman. 

Yaxşı tanıyırdı atasını qız, 

Deyirdi, ilandır, bax, bu imansız! 

Haçandır ürəyi düşüb qorxuya, 

Deyirdi: «Bu dustaq Məs'ud olmaya?» 

Elə ki, soruşub bu gecə gizlin, 

Məs'ud olduğunu eylədi yəqin. 

Dedi: «Ey boyunun fədası canım, 

Bircə öz canıma gəlir kümanım. 

Səni bu zindanda görməzdən əvvəl, 

Kaş mənim canımı alaydı əcəl.» 

Duydu ki, bu sözün vaxtı deyildir, 

Onu qurtarmağa düşündü tədbir. 

Can bir qəlbdə iki kənizi vardı, 

Onları canından əziz tutardı. 

Onlara eşqini açmışdı dilbər, 

İndi yanındaydı həmin kənizlər. 

Birlikdə sə

!

y edib o üç nazənin, 



Quyudan Məs'udu çəkdilər yeyin. 

Gördülər cismində qalmamış canı, 

Yoxdur vüçudunda həyat nişanı. 

Görüb bu səhnəni o nazlı canan, 

Qanlı yaşlar töküb, qopardı əfğan. 

Gəldi xəyalına yenə də birdən

«Nə üçun yas tutub yubanıram mən?» 

Qız kənizlərinə tez verdi fərman, 

Məs'udu evinə gətirdi pünhan. 

Öpüb üz-gözündən yetişdi kama, 

 

37

Onu qonaq etdi dadlı təama. 



Mərhəmət göstərib o gözəl mələk, 

Dolandı başına pərvanələrtək. 

Məs'ud rahatlanıb yatdı bu gecə, 

Vəzir sübh tezdən durdu gizliçə, 

Məs'udun qətlinə çox atırdı can, 

Quyunun başına çumdu saraydan. 

Gördü ki, zindanın qapağı yoxdur, 

Gözətçi sərxoşdur, dustağı yoxdur. 

Sərxoş gözətçini tez edib həlak

Qaldı can qeydinə, çox oldu qəmnak. 

Valinin yanına qaçıb söylədi. 

Bütün gördüyünü nağıl eylədi. 

Onlar hər biri batdılar qəmə, 

Döndü nəşələri qəmə, matəmə. 

Nəhayət o iki rəzil çəfakar, 

Bu işə belə bir çarə tapdılar: 

Yollanıb Məs'udu gəzsin atlılar, 

Tapınca başını ozsin atlılar. 

Şəhərdə tapmayıb o biqərarı, 

Çapdılar dağlara, çöllərə sarı. 

Axtarıldı o gün hər tərəf, hər yan, 

Lakin görünmədi ondan bir nişan. 

O qızın tükənməz mehribanlığı 

Üzdü Məs'uddakı natəvanlığı. 

İkisi bir yerdə etməkçün fərar 

Məsləhət eyləyib verdilər qərar. 

İki at gətirdi o nazlı dilbər, 

Çatmazdı onlara iti küləklər, 

Qayıtdı saraya xanın ləşkəri, 

Qalmadı yollarda qorxu əsəri.  




 

38 


Düzəldi səfərə o iki sirdaş, 

Yol getmək xoş olur olanda yoldaş. 

Onlar qaranlıqda gözdən itdilər

Sabahsa saraya çatdı bu xəbər. 

Getdi dallarınca bir dəstə atlı. 

At deyil, hər biri şimşək qanadlı. 

Bu dəstə çaparaq çatdı onlara, 

Ta ki, bir ağacdan az qaldı ara. 

Düşmüşdü qüvvəqdən iki biçarə, 

Səbəblər səbəbi sylədi çarə. 

Dəniz kənarına gəlib yetdilər, 

Sahildə bir gəmi salmışdı lövbər. 

Çatıb gəmiçiyə qiymət sordular, 

Onu razı salıb cəld oturdular. 

Gəmi üzüb keçdi göy dalğalardan, 

Atlılar bu hala qaldılar heyran. 

Bürüdü valini qüssə, kədər, yas, 

Bildi ki, onları qaytarmaq olmaz. 

Məs'udla qız suda on gün, on gecə 

Üzdülər quruya gəlib yetincə. 

Bir gün yanaşdılar sahilə xoşhal, 

Yenə də mindilər atları dərhal. 

Bir şəhər yolunu tutub getdilər, 

Demə, paytaxt imiş bu gözəl şəhər. 

Onlar at sürdülər bir xeyli müddot, 

Sarmışdı ətrafı bir qara zülmət. 

Yolda xərabazar bir qala vardı, 

Neçə quldurbaşı orda yaşardı. 

Çatınça o yerə Məs'udla dildar, 

Onları dövrəyə aldı qaçaqlar. 

İpək libasları, köhlən atları 

 

39



Alıb yollandılar qalaya sarı. 

Libassız qaldılar onlar büsbütün, 

Lakin xoşbəxtlikdən doğmamışdı gün, 

Bu zaman köç edən bir dəstə yetdi

Məs'ud o dəstəyə xahişə getdi. 

Başına gəlzii açdı, danışdı, 

Yolçular bu hala yandı, alışdı. 

Bir azdan şəhərə gəlib yetdilər. 

Köhnə libaslarla döndü bir nəfər. 

Örtüb vücudunu o iki qəmxar, 

Bir xərabə yerdə tutdular qərar... 

Parladı zülmətdə göylər inçisi, 

Qaçdı quldur kimi gecə zəncisi. 

Ta günəş bataraq, düşünçə zülmət, 

Qaldı viranədə o iki həmdərd. 

hər ikisi yorğun, hər ikisi aç, 

Bir az suya möhtac, yeməyə möhtac. 

Əldən düşmüş görüb o şux nigarı, 

Məs'ud yollandı ki, şəhərə sarı 

Axtarıb bir parça çörək gətirsin, 

Onunla xəstəyə şəfa yetirsin. 

Yetişib bazarı dolandı xeyli, 

Gördü ki, meydanda bir saray əhli 

Yığmışdır tabağa gözəl meyvələr, 

Şahın hüzuruna aparmaq dilər. 

Əlində tutaraq altı dinar pul, 

Deyirdi: «Qazanc var, gəl-gəl, a yoxsul!» 

Məs'ud eşidərək onun sözünü, 

Yetirdi xadimə dərhal özünü. 

Tez alıb tabağı o böyük insan 

Sovuşdu sür'ətlə xalq arasından. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə