Microsoft Word Nevai Yeddi seyyare doc


BEŞİNCİ SƏYYAHIN HEKAYƏTİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

46 


BEŞİNCİ SƏYYAHIN HEKAYƏTİ 

 

Duaya başladı qonaq bu yerdə

Dedi: «Yeddi qatlı o mavi pərdə 

Həmişə qəsrinə pərdədar olsun, 

Bu şad sarayına göy hasar olsun. 

Günəş tacın üstə bir gövhər olsun, 

Bağında həmişə nilufər olsun.»    

Qonaq duasını çatdırıb sona, 

Bir nağıl danışdı şahlar şahına: 

«Ədən torpağında vardı bir zalim, 

Zülm etməkdə ona çatmazdı heç kim. 

Həm çox qəzəbliydi, həm qəhrəmandı, 

Qızmış bir aslandan daha yamandı. 

Haram maldı onun arzusu, kamı, 

Qudurub olmuşdu quldur, harami. 

Nə bir aşinası, nə dostu vardı, 

Tək-tənha yol kəsər, halay pozardı. 

Olsa karvan əhli saysız-hesabsız, 

Basardı, kəsərdi onları yalqız. 

Sanmayın kənd, şəhər ondan bezardı, 

Əlindən dəniz da qan ağlayardı, 

Keçirmişdi ələ bir xeyli gəmi, 

Hər biri sür'ətdə ildırım kimi, 

Onları sahildə həmii hiyləgər 

Elə gizlətmişdi, ən iti gözlər 

Nə qədər baxsa da, heç vaxt, heç zaman 

Seçə bilməz idi bir az uzaqdan. 

O hər bir gəmiyə sahildə gizlin 

Zirək gözətçilər etmişdi tə'yin. 

Sahil kənarında vardı bir meşə, 

 

47

Dəniz gözətçisi orda həmişə 



Ağaçlar başında çəkərdi növbət, 

Uzaq dalğalara edərdi diqqət

Bir gəmi, bir qayıq görünsə nagah, 

Quldur eləyərdi tez onu agah. 

O minib gəmiyə yelkən açardı, 

Dəniz quşlarıtək göylə uçardı. 

Göz açıb-yumunca, yırtıcı quzğun 

Gəmi karvanını salardı pozğun. 

Qırıb yolçuları qarət edərdi, 

Yayınıb nəzərdən, üzüb gedərdi. 

Adı Cabir idi, ellər məşhuru, 

Əlindən bezardı həm su, həm quru. 

Dənizdə dönərdi qorxunc nəhənkə, 

Meşədə yırtıçı, quduz pələnkə. 

Onun murdar adı çəkilən zaman, 

Yolçular titrərdi can qorxusundan. 

Olmuşdu məskəni bir böyük ada, 

Qarət etdiyini kizlərdi orda. 

Onun məskənindən bir qədər kənar 

Cənnətə bənzəyən bir məmləkət var. 

Suyu göz yaşından daha şəffafdı, 

Torpağı münbitdi, havası safdı. 

Hər yanı ağacdı bəhrəli, barlı, 

Dərəsi, yamacı axar-baxarlı. 

Sorin bulaq ları ürəkaçandır, 

Zəhər içənə də suyu dərmandır. 

Çeşmələr sulayır orda hər yeri

Bağlar içindədir imarəqləri. 

Sarmaşıq bürümüş evi-eyvanı, 

Suyu ölməz edir hər bir insanı. 




 

48 


həmin bu ölkədə varmış, deyirlər: 

Behiştsəra adlı gözəl bir şzhər. 

Orda ədalətli bir şah yaşarmış, 

Bütün məmləkətdə, o hökmdarmış. 

Adı Nodər imiş, özüysə nadir, 

Parlaq düşüncəsi hər şeyə qadir, 

Varmış tək bir qızı-bir ayüzlüsü, 

Mislini görməmiş dünyanık gözü. 

Gözəldi qaməti, uca görkəmi 

Gozəllik bağında sərvinaz kimi. 

Qıvrım saçlarına qısqanar-sünbül. 

Çəkərmiş ləbinə həsəd qızılgül. 

Üzü yer üzünə işıq saçarmış, 

Parlaq şö'ləsindən canlar naçarmış. 

Zülfü kəmənd atıb günəş boynuna, 

Hüsnünün sirrini açarmış ona. 

Adı Mehr idi, özü bir mələk

Başına dönürdü bu göy, bu fələk. 

Aləmə nur saçan günəş üzlü qız, 

Günəş yox, aləmi bəzəyən ulduz 

Bir gün göy suların seyrinə daldı, 

Dəniz gəzintisi qəlbini çaldı. 

Minib bir gəmiyə sürdürdü onu, 

Süzdü dalğaların bitməz oynunu. 

Dəniz səma kimi çox geniş, sonsuz, 

Gəmi ayparaydı, qız isə ulduz. 

Gəmiçi olmamış hələ xəbərdar, 

Qalxdı birdən-birə dəli bir ruzgar. 

Artdı göy suların qəzəbi, kini, 

Sahildən çox uzaq saldı gəmini. 

Qüvvətlə, şiddətlə bağırdı tufan, 

 

49



Gəmiçi ağlayıb qopardı fəqan. 

Dedi: «Rəhm etməsə bizə kəç fələk, 

Hamı öz canından əl çəksin gərək.» 

O qəzəbli külək qovub onları, 

Apardı gəmini yad elə sarı. 

Külək susan kimi, dayanan kimi 

Namə'lum bir yerə çatmışdı gəmi. 

O yerdə Cabirin adamı vardı, 

Gözü göy sularda bir ov arardı. 

O qaraltı görüb dənizdə nagah, 

Bir anda eylədi Cabiri agah, 

Minib bir gəmiyə Cabir o dəmdə 

Yel kimi üz qoydu həmin o səmtə. 

Yetişib gəmiyə başladı cənkə, 

Onlar da cənk açdı bu tək pələngə. 

Çabirin hər oxu çıxanda yaydan, 

Səpilirdi suya yüz günahsız qan. 

Gəmidə çoxları əl üzdü candan, 

Çoxları dilədi Cabirdən aman. 

Cabir qabağına qatıb onları 

Sürürdü gəmini sahilə sarı. 

Gözündən qoymayıb onları bir an 

Bütün var-dövlzti eylədi talan. 

Hələ olmamışdı agah Mehrdən, 

Sataşdı nəzəri o səmtə birdən. 

Döşəndi tir kimi qəşş eyləyərək, 

Qaldı xeyli zaman bir cənazətək. 

Ayılınca bir də baxdı o, Mehrə, 

Yenə qəşş eləyib yıxıldı yerə. 

Bildi ki, yox ona baxmaq imkanı, 

Dəfələrlə gedib-qayıtdı canı. 



 

50 


Axır əmr etdi ki, həmin ayqabaq 

Saxlansın hər zamai sarayda dustaq. 

O gülüzlü sərvə olmaqçın həmdəm 

Tezcə tə'yin etdi iki şux sənəm. 

Qalan adamlara verdi azadlıq, 

Onların canına qıymadı artıq. 

Ordan uzaqlaşıb getsinlər deyə

Mindirdi hamını boş bir gəmiyə. 

Dedi: «gərəkdirsə əgər can sizə, 

Durmayın, qayıdın xərabənizə!» 

Hamı vahiməyə gəlib bu sözdən, 

Yarıb göy suları yayındı gözdən. 

Bəxtinin günəşi geyindi qara, 

Tək qaldı Ədəndə həmin aypara. 

Onun xəyalıyla yaşardı Cabir, 

Vüsal ümidini etməzdi zahir. 

Mehrin gözlərində qaraldı əyyam, 

Yandı günəş könlü hər səhər-axşam. 

Ordan uzaqlarda vardı bir şəhər, 

Özü cənnət bağı, suyu da kövsər. 

Təmiz asimanlı, təmiz havalı, 

Hər yanı göy çəmən-səma misallı, 

Orda bir hökmüdar olmuşdu vali, 

Ölkəsi abaddı, hümməti ali. 

Adı Ne'man şahdı, mülküysə Yəmən, 

Ədlilə olmuşdu hər tərəf çəmən. 

Təkçə bir övladı vardı Ne'manın, 

Gözü onda idi bütün dünyanın. 

Sərvi qısqandırar qəddi-qaməti, 

Üzündən çəkərdi gün xacələti. 

Bilikdə, hünərdə yoxdu ona tay

 

51



Küzgüdə gördüyü əksindən savay. 

Elmə, maarifə çoxdu onda meyl, 

Özü bir günəşdi, adı da Süheyl. 

Qəlbi kezəl Mehrin zülfünə bağlı, 

Çoxdan olmuşdular onlar adaxlı. 

Sevda yandırmamış təkcə Süheyli, 

Mehrin də Süheylə düşmüşdü meyli. 

Meyl yox, eşqindən sonsuzdu dərdi, 

Vəslinə çatmağa canlar verərdi. 

İndi hiçran çəkib sinəsinə dağ, 

Bir quldur əlində olmuşdu dustaq. 

Çox idi o bağda gözəl meyvələr, 

Hər yan bənövşəli, hər yan nilufər. 

Qəlbi nilufərə olmuşdu vurğun

Günəşlə nilufər olmuşdu uyğun. 

Gəzərdi nilufər içrə o dildar, 

Həmin rəngdə idi geydiyi paltar. 

Sürməyi don geyib o gözəl sənəm 

Yarın fərağında tuturdu matəm. 

Könül matəmini etməyə aşkar, 

Nilufər rənginin ləyaqəti var. 

Əsir edər-etməz Mehri fələklər, 

Atdı Süheyli də ora küləklər. 

Sanki toylarını etməyə onlar 

Burda görüşməyi vermişlər qərar 

Toya lazım olan nə varsa bütün, 

Süheyl yukləyərək atlara bir gün

Mindi kəçavəyə tərpəndi karvan, 

Mehrin ölkəsinə oldular rəvan. 

Su yolu qurudan qısadır bir az, 

Vaxtı hədər yerə itirmək olmaz. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə