Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
  1   2   3   4   5   6   7   8   9   ...   63


_______________ Milli Kitabxana _______________ 

 
  


_______________ Milli Kitabxana _______________ 

 
NİZAMİ GƏNCƏVİ 
 
 
 
 
 
 
SİRLƏR  
XƏZİNƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
'LİDER"NƏŞRİYYAT"  
BAKI-2004 
  
 
  


_______________ Milli Kitabxana _______________ 

 
Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə " 
(Bakı, Yazıçı, 1988) kitabı əsasında 
təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Farscadan tərcümə edəni  
 
Xəlil Rza Ulutürk 
və izahların müəllifi: 
 
Ön sözün müəllifi     Xəlil Yusifli 
və elmi redaktor:  
 
filologiya elmləri doktoru, 
professor 
 
 
 
 
 
 
894.361'1 - dc 21 
AZE 
Nizami Gəncəvi. Sirlər xəzinəsi. "Lider nəşriyyat", Bakı, 2004, 
264 səh. 
 
 
 
"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan 
şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, 
ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini 
bildirmişdir. 
 
 
ISBN 9952-417-06-1 
© "LİDER NƏŞRİYYAT", 2004 
 
  
 


_______________ Milli Kitabxana _______________ 

 
 


_______________ Milli Kitabxana _______________ 

 
NİZAMİ GƏNCƏVİ VƏ ONUN 
"SİRLƏR XƏZİNƏSİ" POEMASI 
 
    Dahi  Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər 
mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Söz dünyasının günəşi, 
hələ sağlığında ikən  əsərləri möcüzə sayılan Nizami özü də yaradıcılığının 
dəyərini yaxşı bilmişdir.  Şair "Sirlər xəzinəsi" poemasında belə bir fikir 
yürüdür ki, elmin, mədəniyyətin,  ədəbiyyatın inkişafında dəmir bir 
qanunauyğunluq var. Nizami özündən  əvvəlkilərlə müqayisədə  şeri elə bir 
əlçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn sənətkarlar artıq ondan 
yüksəyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə getməyi, ona 
bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət saymışlar. Nizami 
mövzularında əsərlər yazmaq, ondan mənalar iqtibas etmək artıq bir ənənəyə 
çevrilmişdi. 
Nizami Gəncəvi 1141-ci ildə  Gəncə  şəhərində anadan olmuşdur.  Şairin 
əsərlərindən anlaşılan budur ki, o, təhsilini də öz doğma şəhərində almışdır. 
Bu dövrdə Gəncə  şəhərində təhsil almaq üçün kifayət qədər geniş imkanlar 
var idi. Şair "Xəmsə"də adının İlyas, atasının adının Yusif, babasının adının 
Zəki Müəyyəd olduğunu göstərmişdir. Alimlər onun babasının adındakı iki 
sözdən birinin ləqəb olduğunu düşünürlər ki, bu da şairin mövqe, hörmət 
sahibi olduğunu düşünməyə  əsas verir. Şair  əsərlərində ancaq Nizami 
təxəllüsünü işlətmişdir. Bu söz nizamlı, ölçülü sözə, nəzmə, başqa ifadə ilə 
desək, şerə mənsub olan adam deməkdir. Nizaminin ləqəbini bəzi qaynaqlar 
Nizaməddin, yaxud Cəmaləddin kimi yazırlar, ancaq şairin  əsərlərində bu 
ləqəbi təsdiqləyəcək əlamətlər yoxdur. 
Nizami dayısının adını Xacə Ömər kimi xatırlayır, onun ölümünü özü 
üçün böyük itki sayır, "Leyli və Məcnun" poemasındakı Səlim Amiri surəti 
ilə dayısına olan məhəbbətini əks etdirir. Xacə Ömər adının əvvəlindəki Xacə 
sözünü isə müxtəlif  şəkillərdə izah edirlər. Ağa mənasında işlənən bu söz 
daha çox vəzirlərin, tacirbaşı  və başqa yüksək rütbə, mövqe sahiblərinin 
adının əvvəlinə artırılırdı. Bizə görə bu adam yüksək rütbəli bir ziyalı, bəlkə 
Gəncədə mədrəsə müdiri və ya buna bənzər vəzifə sahibi olmuşdur. 
  


_______________ Milli Kitabxana _______________ 

 
Nizaminin doğulduğu, ömrü boyu yaşadığı  və  vəfat etdiyi yer Gəncə 
şəhəridir. Bütün qədim və etibarlı  mənbələr də onun Gəncədən olduğunu 
yazır. Nizami əsərlərinin XIV-XV əsrlərə aid əlyazmalarında şairin Gəncəyə 
gəlmə olduğu barədə heç bir qeyd yoxdur. Ancaq Nizami əsərlərinin XVI 
əsrdə  və sonralar köçürülmüş nüsxələrində  "İqbalnamə"nin bir yerində  şair 
Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək aşağıdakı dörd misra 
artırılmışdır: 
 
Gəncə dənizində olsam da pünhan,  
Yerim Qum şəhridir, yurdum Qohestan.  
Təfrişdə Ta adlı bir kənd dayanıb,  
Nizami ad-sanı ordan qazanıb! 
 
Burada söhbət İranın Qum vilayətindən, oradakı Təfriş adlı elmin Ta adlı 
kəndindən gedir. Qohestan Qum vilayətinin şərqində böyük bir ərazinin tarixi 
- coğrafi adıdır. Nizami irsinin ən gözəl bilicilərindən biri kimi tanınan və 
şairin  əsərlərini yeddi cilddə  şərhlərlə birlikdə  nəşr edən Vəhid Dəstgerdi 
yuxarıdakı misraları yersiz bir artırma sayır. V.Dəstgerdi Nizaminin Əcəm 
İraqından olduğunu iddia etsə  də, yuxarıdakı misralarda irəli sürülən fikri 
qəbul etmir. Dəstgerdinin Nizamini iraqlı hesab etməsi  şairin tez-tez İraqı 
tərifləməsi, ora getməyi arzu etməsinə  əsaslanır. Halbuki, Xaqani də dönə-
dönə İraqı vəsf etmiş, ora getmək arzusunu bildirmişdir, ancaq onun şirvanlı 
olduğu məlumdur.  
Nizami İraqa getmək arzusunu bildirərkən müxtəlif şəkillərdə Gəncəni öz 
vətəni, öz ölkəsi kimi qeyd etməyi unutmur. "Ləl öz mədənindən çıxmayınca 
ona qiymət verilməz" deyən şair köklü, əsilli bir gəncəli olduğunu bir daha 
nəzərə çarpdırır. Təəssüflər olsun ki, XVI əsrdən sonra yazılan bir çox 
təzkirələrdə Nizaminin babasının, yaxud atasının  İranın Qum vilayətinin 
Təfriş elinin Ta kəndindən olduğu barədə və bu kimi fikirlər yürüdülmüşdür. 
Nizami yaradıcılığa çox erkən başlamış, ilk çağlardan sarayların diqqətini 
cəlb etmişdir. Dərbənd hakimi Bəybars ibn Müzəffərə göndərdiyi hər  şeirə 
görə qiymətli hədiyyələrə layiq görülmüş,  ərməğanı olan Afaq adlı qadınla 
evlənmiş  və ondan da 1174-cü ildə  Məhəmməd adlı bir oğlu olmuşdur. 
"Xosrov və  Şirin" poeması yazılarkən bu qadın artıq həyatda yox idi. 
Sonralar  şair daha iki dəfə evlənsə  də, Afaqı ömrü boyu böyük sevgi ilə 
xatırlamış, taleyinin uğursuzluğundan gileylənmişdir. 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə