Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə1/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
  1   2   3   4   5   6   7   8   9   ...   134


 
QƏZƏNFƏR RƏCƏBLİ 
 
 
 
 
 
 
 
 
AZßRBAYCAN 
TARÈXÈ 
OÇERKLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2013 
Qəzənfər Rəcəbli 
 
 
2
 
Bakı Slavyan Universiteti Elmi Şurasının qərarı ilə nəşrə 
məsləhət görülmüşdür. 
 
 
 
Elmi redaktor:  
Teymur Bünyadov 
 
akademik 
 
Rəyçilər:  
 
 Qüdrət İsmayılzadə 
 Azərbaycan Respublikasının Əməkdar   müəllimi,  
BDU Arxeologiya və Etnoqrafiyasının kafedrasının 
müdiri, tarix elmləri doktoru, professor  
 
Anar İskəndərov  
BDU Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika 
kafedrasının müdiri, tarix elmləri doktoru
professor 
 
Qəzənfər Əjdər oğlu Rəcəbli.  
Azərbaycan tarixi. Bakı, «Elm və təhsil», 2013, 544 səh. 
 
“Azərbaycan tarixi”nin oçerkləri Bakı Dövlət Universiteti, Bakı 
Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı  Qızlar 
Universitetində 1974-2012-ci illərdə oxunmuş mühazirələrin icmalları 
əsasında yazılmışdır. Kitabda Azərbaycan tarixinin ən qədim zamanlardan 
müasir dövrədək zəngin tarixinin qızıl səhifələri öz əksini tapmışdır. 
Metodoloji  əsasını azərbaycançılıq ideologiyası  təşkil edən kitab geniş 
oxucu kütlələri üçün nəzərdə tutulur. Kitab həmçinin müstəqil Azərbaycan 
Respublikası ali məktəblərinin tələbələri üçün əlavə dərs vəsaiti kimi tövsiyə 
oluna bilər.  
 
2013
098
4603000000
N
 
грифли няшр
 
                       © «Åëì âÿ òÿùñèë», 2013 
 


Azərbaycan Tarixi 
 
 

 
 
 
 
 
 
G İ R İ Ş 
 
zərbaycan tarixinin öyrənilməsinin 
əhəmiyyəti.  Müasir ali məktəb cəmiyyət 
üçün yüksək ixtisaslı kadrlar hazırlamaq 
kimi mühüm və  şərəfli bir vəzifəni həyata 
keçirir. Onun hazırladığı ali təhsilli mütəxəssislər təhsil 
illərində  nəzəri biliklərə  və  təcrübi vərdişlərə yiyələnirlər. Bu 
kompleks vəzifənin öhdəsindən gəlmək üçün Azərbaycan 
Respublikasının universitet, akademiya və digər ali 
məktəblərində ixtisas fənləri ilə yanaşı ictimai-siyasi fənlərin 
öyrənilməsinə də xüsusi əhəmiyyət verilir. Ali məktəblərimizdə 
tədris edilən ictimai-siyasi fənlərdən birincisi Vətən tarixi – 
“Azərbaycan tarixi”dir. Universitetlərin tarix fakültələrində  və 
regionşünaslıq istiqamətli bir çox ixtisaslar üzrə bakalavr 
hazırlığında isə “Azərbaycan tarixi” əsas ixtisas fənlərindən biri 
sayılır. 
 “Azərbaycan tarixi”ni öyrənməyin gənclərimiz üçün 
önəmli borc olduğunu qeyd edən ulu öndərimiz Heydər Əliyev 
respublika gənclərinin birinci forumunda demişdir ki, 
gənclərimiz minlərlə elmlərdən birinə mükəmməl yiyələnməklə 
yanaşı, iki elmi mütləq öyrənməlidirlər. Bu elmlərdən biri ana 
dili – Azərbaycan dilidir, digəri isə  vətən tarixi – Azərbaycan 
tarixidir.  
 Azərbaycan tarixini öyrənməyin  əhəmiyyətindən bəhs 
etmədən öncə bilmək lazımdır ki, tarix nədir? “Tarix” ərəb 
sözüdür, “tədqiqat”, yaxud “hadisələr haqqında hekayət" 
deməkdir. Tarix insanın 
həyat və  fəaliyyəti ilə
 bağlı olan 
A
Qəzənfər Rəcəbli 
 
 
4
keçmişi və müasir durumu öyrədən elmdir. Tarixi öyrənməklə 
insan ondan nümunə götürür, tarixi keçmişdə  nə  səmərəli və 
mütərəqqi şey varsa onu mənimsəyir ki, yenidən onu yaratmağa 
əmək sərf etməsin, yalnız onu təkmilləşdirib daha da inkişaf  
etdirsin. Tarixi öyrənməklə insan eyni zamanda ondan dərs alır, 
ibrət dərsi götürür ki, əcdadlarının keçmişdə buraxdıqları 
səhvləri bir daha təkrar etməsin. 
 Tarixi  öyrənməklə insan öz dünya görüşünü 
genişləndirir, biliyini artırır. Bu mənada tarixin öyrənilməsi 
elmi-idraki əhəmiyyətə malikdir. 
 Tarixin öyrənilməsinin həm də ideya-siyasi və tərbiyəvi 
əhəmiyyəti vardır. Tarixin öyrənilməsinin ideya-siyasi 
əhəmiyyəti ondan ibarətdir ki, gələcək mütəxəssis, ziyalı  şəxs 
öz hüquqlarını bilməklə yanaşı, cəmiyyət qarşısında öz borcunu 
və  vəzifələrini də  dərk edir və  həmçinin ölkənin daxili 
vəziyyətindən, yaxud beynəlxalq hadisələrdən baş  çıxarıb 
onlara düzgün siyasi qiymət verməyi və ən optimal, doğru yolu 
seçməyi bacarır. Tarix insanlara qüvvələr nisbətini düzgün 
müəyyənləşdirmək və konkret şəraitdə doğru-düzgün qərar 
qəbul etmək təcrübəsi verir. 
 Tarix gənclərə  mətin və sayıq olmağı öyrədir. Tarix 
gənclərdə siyasi sayıqlıq, düşmən hansı cildə girirsə girsin, onu 
tanımaq bacarığı  və ona qarşı barışmazlıq ruhu tərbiyə edir. 
Tarix öyrədir ki, qəddar düşmənlə münasibətdə humanizm 
prinsiplərini unutmaq gərəkdir. Çünki  düşmən, artıq insan 
deyil, düşməndir, onu yırtıcı  vəhşi heyvanla müqayisə etmək 
olar. Tarix düşmənə qarşı amansız olmağı öyrədir. Tarix 
öyrədir ki, əgər düşmən təslim olmazsa, onu məhv etmək 
lazımdır,  əgər sən onu məhv etməsən, o səni məhv edər. Bu 
tarixi həqiqətin bədii təcəssümü özünü “Kitabi – Dədə Qorqud” 
dakı bir epizodun “Dədə Qorqud”  filmində  dəyişdirilmiş 
variantında tapmışdır. Dastanda Qazan xan düşmən olmuş 
dayısı Aruzu məğlub edib, öldürməyi qardaşı Qaragünəyə 
tapşırır. Məşhur sərkərdə Qaragünə dayısı Aruza aman vermir, 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə