Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə14/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

Azərbaycan Tarixi 
 
 
53 
yır və hökmdar Artabazd Parfiyaya əsir düşür. Ancaq tezliklə o 
əsirlikdən qaçır Atropatendə hakimiyyətini bərpa edir. Artabazd 
e.ə. 31-ci ildə Aksiya döyüşündə Antoniyə kömək üçün süvari 
qoşun da göndərir. Aksiya döyüşündə Oktavianın Antoni üzə-
rində tam qələbəsindən sonra Kleopatra Artabazdın köməyinə 
ümid bəsləyərək, vaxtilə  əsir kimi Misirə aparılmış erməni 
hökmdarı Artavazın başını kəsdirib Atropatenə göndərir.  
Romada Oktavian – Antoni mübarizəsi Oktavianın 
qələbəsi ilə başa çatdıqdan sonra, Roma dəstəyindən məhrum 
olmuş Atropaten yenidən Parfiya hökmranlığı altına düşür. 
E.ə. 20-ci ildə Roma ilə Parfiya arasında sülh müqaviləsi 
imzalanır. Bu müqaviləyə görə Parfiya Romanın Ermənistan 
üzərində hakimiyyətini tanıyır,  əvəzində Roma Parfiyanın 
Atropaten üzərində hakimiyyətinə razılıq verir. Lakin e.ə. I 
əsrin sonunda Atropaten yenidən Romanın “dostu” və müttəfiqi 
olur. Roma hökmdarı Qay Yuli Sezar Ermənistana gəlib 
Artabazdın oğlu, Atropaten hökmdarı Ariobazdı  həm də 
Ermənistanın hökmdarı  təyin edir. Lakin Parfiya tərəfindən 
qızışdırılan ermənilər eramızın 2-ci ilində üsyan qaldırırlar. 
Qay Yuli Sezar ikinci dəfə Ermənistana yürüş edir. Artakir qa-
lası yaxınlığındakı döyüşdə Yuli Sezar Parfiya sərkərdəsi Ado 
tərəfindən ölümcül yaralanır və bir neçə ay sonra həmin yara-
dan ölür. Yuli Sezarın ölümünə baxmayaraq birləşmiş Roma - 
Atropaten qoşunları ermənilərin üsyanını yatirda bilirlər. 
Ariobazd yenidən Ermənistanda hakimiyyətini bərpa edir.  
Eramızın 20-ci ilinə yaxın Atropatendə hakimiyyət 
Parfiyanın Arşakilər sülaləsinin bir qolunun nümayəndəsinin 
əlinə keçdi. Beləliklə, Atropaten dövləti tarixində Romaya 
meyl dövrü başa çatdı. Atropaten yenidən Parfiya təsiri altına 
düşdü və iki əsr onunla bir cəbhədə oldu. 
4.3.  Atropatenin təsərrüfatı  və  mədəniyyəti.  Qədim 
qaynaqlarda Atropatenin münbit torpaqlarından bəhs olunur və 
qeyd edilir ki, dağ yamaclarında torpaq bərəkətli, münbit və 
çox məhsuldardır, çaylar və bulaqlar ilə çox zəngindir. Strabon 
Qəzənfər Rəcəbli 
 
 
54
xəbər verir ki, Atropatendə üzüm və əncir bitir. Qaynaqlarda bu 
ölkədə buğda, alma, badam və zeytun yetişdirilməsindən, 
qurudulmuş  və döyülmüş alma unundan kökə, qovurulmuş 
badam unundan çörək bişirilməsindən, bəzi bitkilərin kökündən 
şərab çəkilməsindən xəbər verilir. Strabon Atropatendə atlar 
üçün ən yaxşı yem olan yoncadan bəhs edir və onu “Mada otu” 
adlandırır. Antik müəlliflərin məlumatına görə Atropaten 
Madasında silfi, yaxud gecə otu adlanan yabanı yerkökü də 
yetişirdi. Ondan “Mada şirəsi” deyilən şirə çəkirdilər. Bu şirəni 
uzun müddət saxlamaq mümkündür. Həmin şirədən ədviyyat və 
dərman kimi istifadə olunurdu. 
Qaynaqlar Atropatendə arıçılıqdan da bəhs edir və arı 
balından geniş istifadə olunmasından xəbər verirlər. Antik 
müəlliflərdən Polibi və Ellian Atropatendə maldarlıq 
təsərrüfatından xəbər verirlər və qeyd edirlər ki, atropatenlilər 
dəvəçiliklə  məşğul olurlar. Onlar atçılıq sahəsində tanınmış 
xalqdırlar. 
Atropatendə balıqçılıqla da məşğul olurdular. Ellian yazır 
ki, Kaspi ölkəsində çox böyük bir göl vardır və o göldə 
uzunburun balıqlar yetişir. Onların uzunluğu hətta yeddi qulaca 
çatır. Kaspilər onları tutur, duzlayır, qurudur və  dəvələrə 
yükləyib satmaq üçün Ekbatana şəhərinə aparırlar. Balıqlara 
vurmaq üçün çoxlu duz Atropatenin duzxanalarından gətirilirdi. 
Duzxanalar  şor göllərdə düzəldilirdi. Kaspilər uzunburun 
balığın piyindən məlhəm hazırlayırlar. Çox qatı və tünd iyi olan 
ballıq yağını  dərman kimi içir və  dərilərinə sürtürlər. Onlar 
balıqların içalatını bişirməklə ondan çox keyfiyyətli yapışqan 
hazırlayırlar. Həmin yapışqan hər  şeyi elə  bərk yapışdırır ki, 
hətta on gün suda saxladıqda belə nə boşalır, nə də qopur. Fil 
sümüyündən  əşyalar düzəldən ustalar da bu yapışqandan 
istifadə edir və çox gözəl keyfiyyətli əşyalar düzəldirlər.  
Qədim Roma tarixçisi Appian Atropatendə “Mada yağı” 
hazırlanmasından xəbər verir. Həmin yağdan həm hərbi işdə, 
həm də təsərrüfatda istifadə edilirdi. “Mada yağı” gil və metal 


Azərbaycan Tarixi 
 
 
55 
çıraqlar üçün yanacaq idi. O, “Mada yağı”nın hazırlanması 
üsullarından bəhs edərək yazır ki, yağın içərisinə xüsusi bir ot 
atır və qatlaşmağa qoyurlar. Yağ qatılaşdıqda ona təbii yağa 
bənzər qatı    məhlul qatmaqla daha da qatılaşdırırlar. Bu 
məhsula yerli dildə “naft” deyilirdi. 
Naxçıvan, Mil, Muğan, Talış  və b. bölgələrdən tapılmış 
küp qəbrlərdə  aşkar edilmiş keramika məmulatı Atropatendə 
saxsı qablar istehsalının da yüksək səviyyəsindən xəbər verir. 
Atropatendə  əkinçilik, maldarlıq və  sənətkarlıqla yanaşı 
ticarət də  tərəqqi etmişdi. Atropaten şəhərləri sənətkarlıq 
mərkəzləri olduqları kimi həm də, ticarət mərkəzləri idilər. 
Babilistandan və Hindistandan Atropatenə və Kaspianaya gələn 
ticarət karvanları Atropaten şəhərlərindən keçərək Xəzər dənizi 
sahili boyunca uzanan yollarla şimala doğru gedirdilər.  
Atropatenin mədəniyyəti də yüksək dərəcədə inkişaf 
etmişdi. Cənubi Azərbaycan  ərazisindən tapılmış antik dövrə 
aid arxeoloji materiallar Atropaten əhalisinin maddi və mənəvi  
mədəniyyəti haqqında aydın təsəvvür yaradır.  
Atropatendə inşaat işləri və memarlıq,  şəhərsalma 
mədəniyyəti yüksək səviyyədə olmuşdur. Antik müəlliflərdən 
Strabon, Plutarx, Ptolomey, Dion Kassi və b. Atropatendə 
Fraaspa, Qazaka, Fanaspa, Vera və b. mühüm şəhərlərin 
olduğundan xəbər verirlər. Tədqiqatçılar Faraspanın müasir 
Marağa  şəhəri yaxınlığında yerləşməsini ehtimal edirlər. 
Strabonun verdiyi məlumata görə Vera şəhəri ya Qazakanın, 
yaxud da Faraspanın iç qalası olması təsəvvürü yaranır. Lakin 
son illərdə aparılmış arxeoloji qazıntılar Vera şəhərinin 
Marağadan 16 km şimalda Səhəng dağının ətəklərində Zöhhak 
qala adlı yaşayış  məskəni olmasını müəyyənləşdirmişlər. 
Tədqiqatçılar Vera şəhərinin Atropaten hökmdarlarının yay 
iqamətgahı olmasını da ehtimal edirlər. 
Atropatendə inşaat işlərində gil, əhəng daşı, çay daşı  və 
gips kimi tikinti materiallarından istifadə etmişlər. Divarların 
hörgüsündə daş ilə yanaşı bişmiş  kərpicdən də geniş istifadə 
Qəzənfər Rəcəbli 
 
 
56
edilmişdir. Məsələn, Zöhhak qalasındakı bir pavilyonun 
divarları çay daşı ilə birlikdə bişmiş  kərpicdən hörülmüşdür. 
Tikintidə  ağac materiallardan çox məhdud istifadə edilmişdir
yalnız dam örtüyünün tirləri və qapı  çərçivələri üçün ağacdan 
istifadə olunmuşdur. Həmin dövrdə daşdan tağlı dam örtüyü 
geniş yayılmışdı. Cənubi Azərbaycan və  İran Kürdüstanı 
şəhərlərində Kerefti dağlarında nadir memarlıq abidəsi 
mövcuddur. Kerefti memarlıq kompleksinin qayalığının 
dibindəki 9 m hündürlükdə olan giriş qapısı vardır. Qapı bir 
neçə tağlı otaqdan ibarət aşağı  mərtəbəyə aparan yola açılır. 
Otaqların qapılarının yuxarı hissəsində olan oyuqlardan məlum 
olur ki, ağır asma – sürütmə daş qapılardan istifadə 
olunmuşdur. Memarlıq üslubuna görə Kerefti yaşayış – 
memarlıq kompleksini Atropaten tarixinin başlanğıcına, yəni 
e.ə. IV əsrin sonu – e.ə. III əsrin başlanğıcına aid edirlər.  
Atropaten dövlətinin  əhatə etdiyi ərazidə arxeoloji 
axtarışlar zamanı bardaq, kuzə, nimçə, güldan və s. saxsı qablar 
tapılmışdır. Saxsı qablar qırmızı, qırmızımtıl, açıq qəhvəyi, 
oxra (sarı - qızılı), boz və qara rəngli boya ilə  həndəsi fiqur, 
zəncir, çiçək və s. şəkillər ilə  bəzədilmişdi. Saxsı qablar 
arasında minalanmış qablar xüsusi yer tutur.  
Atropaten ərazisindən ellinizm dövrünə aid Parfiya drax-
maları və Roma denarilərindən ibarət sikkələr tapılmışdır. 
Atropaten əhalisinin mənəvi mədəniyyətinin əsasını atəş-
pərəstlik və zərdüştilik dini təşkil edirdi. Atropaten əhalisi oda 
sitayiş edirdi. Demək olar ki, atəşpərəstliyin mərkəzi Atropaten 
idi. Təsadüfi deyil ki, atəşpərəstliyin 6 böyük məbədindən 4-ü, 
o cümlədən baş məbəd – Qazaka məbədi Atropatendə idi. Zər-
düştilik qədim dövrdə Ön Asiyanın  şərq hissəsinin xalqlarının 
ideologiyası idi. Zərdüştilik hələ e.ə. VI əsrdə şərqi İranda mey-
dana gəlmiş və sonralar atəşpərəstliyin vətəni sayılan Atropate-
nə də yayılmışdı. Zərdüştiliyin dini fəlsəfi sistemi üçün dualizm 
daha çox səciyyəvidir. Zərdüştilikdə iki başlanğıcın Xeyir ilə 
Şərin, Həqiqət ilə Yalanın, İşıq ilə Zülmətin bir-birinə qarşı qo-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə