Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə2/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   2   3   4   5   6   7   8   9   ...   134

Azərbaycan Tarixi 
 
 

bir anda onun başını  bədənindən ayırır. Filmdə isə Qazan xan 
Aruzunun öldürülməsini oğlu Turala həvalə edir. Tural isə 
Aruza aman verib onu buraxır. Bu fürsətdən istifadə edən Aruz 
ox ilə Turalı vurub öldürür. Filmin yaradıcıları dastanın bu 
epizodunu belə dəyişməklə demək istəmişlər ki, düşmənə aman 
vermək olmaz, əgər sən onu öldürməsən, o səni öldürər. 
 Tarixi öyrənməklə  əcdadlarının təcrübəsindən nümunə 
götürən müasir gənc onu təhlil etmək və qiymətləndirmək 
nəticəsində ayrı-ayrı kollektivlərin və bütövlükdə  cəmiyyətin 
idarə olunmasında  şüurlu surətdə  iştirak etmək vərdişləri 
qazanır.  
 Tarixin öyrənilməsinin əhəmiyyəti haqqında məşhur rus 
mütəfəkkiri N.Çernışevski çox gözəl deyib: “Minlərlə elmlərin 
hamısını  dərindən bilməmək, lakin ziyalı olmaq mümkündür. 
Tarix elmini isə yalnız  əqli cəhətdən zəif inkişaf etmiş adam 
sevməyə bilər.” Tarix hər bir şəxsdə ümumi bəşəri, humanis 
keyfiyyətləri və  vətənpərvərlik hissləri tərbiyə edir. Bu 
baxımdan “Azərbaycan tarixi” kursunun əhəmiyyəti daha 
böyükdür.  
 Azərbaycan dünyanın  ən qədim insan məskənlərindən 
biri olmaqla, dünya sivilizasiyasının qədim ocaqlarından da 
biridir. Azərbaycan xalqı özünün beşminillik tarixi ərzində 
dünya dövlət quruculuğu tarixinə 40-dan çox dövlət vermişdir.  
 Azərbaycanın tarixi ərazisinin  şimal sərhədləri Baş 
Qafqaz sıra dağlarının cənub yamacları boyu, qərb sərhədləri 
Baş Qafqaz sıra dağlarının Suram dağ silsiləsi, Kiçik Qafqaz 
dağlarının qərb yamacları  və Qotur dağ silsiləsi boyu cənuba 
doğru uzanır. Onun cənub hüdudlarını Zaqros dağları  təşkil 
edir. Azərbaycan  şərqdə  Xəzər dənizi ilə  və  İranın Qəzvin, 
Zəncan və  Həmədan bölgələri ilə hüdudlanır. Azərbaycanın 
tarixi torpaqlarının ümumi sahəsi 250 min kv.km-dən artıq 
olmuşdur. 
 Azərbaycan xalqı  qədim zamanlardan özünün yüksək 
mədəniyyətini yarada bilmişdir. Bu mədəniyyəti həm öz kökü 
Qəzənfər Rəcəbli 
 
 
6
üzərində yaratmış, inkişaf etdirmiş, həm də digər xalqlardan 
mütərəqqi cəhətləri mənimsəməklə öz mədəniyyətini 
zənginləşdirmişdir. Bu mənimsəmə  və  zənginləşmə qarşılıqlı 
olmuşdur. Digər xalqlar da öz növbəsində Azərbaycan 
xalqından onun mütərəqqi cəhətlərini götürməklə öz 
mədəniyyətlərini inkişaf etdirmişlər. Beləliklə, bu qarşılıqlı 
təsir nəticəsində bir-birini tamamlayan iki proses getmişdir. Bir 
tərəfdən milli mədəniyyətlər zənginləşmiş  və inkişaf etmişdir. 
Digər tərəfdən milli mədəniyyətlərdə universal ünsürlər 
yaranmaqla ümumbəşər mədəniyyəti də inkişaf etmişdir.  
Azərbaycan tarixini öyrənməklə bu prosesi dərk etməyin özü 
hər bir şəxsdə humanizm və beynəlmiləlçilik tərbiyə etməklə 
yanaşı, yüksək vətənpərvərlik duyğuları da tərbiyə edir. Ulu 
öndərimiz Heydər Əliyev demişdir: “İnsanlar bütün bunları nə 
qədər çox bilsələr, millətini, xalqını, Vətənini və müstəqil 
Azərbaycanı da bir o qədər çox sevəcəklər”.      
Azərbaycan tarixinin qaynaqları.  Minillikləri  əhatə 
edən Azərbaycan tarixinin ən mötəbər qaynaqlarından biri 
arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardır. Paleolitdən 
tutmuş orta əsrlərə  qədər bütün dövrləri  əhatə edən zəngin 
arxeoloji materiallar Azərbaycanın qədim və orta əsrlər tarixini 
öyrənməyə, bərpa etməyə və dəqiqləşdirməyə imkan verir. 
Azərbaycan tarixini öyrənmək üçün epiqrafik abidələrin 
də qaynaq kimi əhəmiyyəti vardır. Azərbaycan tarixinin 
qaynaqları sırasında etnoqrafik materiallar da önəmli yer tutur. 
Azərbaycan  ərazisində baş verən tarixi proseslər qədim 
və orta əsrlərə aid antik, ərəb – Suriya, fars, erməni, gürcü, rus 
və  qərbi Avropa yazılı qaynaqlarında, habelə yeni və müasir 
dövrə aid arxiv sənədlərində öz əksini tapmışlar.  Əlbəttə bu 
yazılı qaynaqlara tənqidi, yaradıcı surətdə yanaşmaq tələb 
olunur. Çünki həmin qaynaqlar məxsus olduqları ölkələrin, 
dövlətlərin və xalqların maraqlarına xidmət etmişlər. Bu 
baxımdan erməni qaynaqları tarixi həqiqətləri saxtalaşdırmaları 
ilə xüsusilə  fərqlənirlər. Bunu V əsr erməni mənşəli Bizans 


Azərbaycan Tarixi 
 
 

tarixçisi Moisey Xorenatsidən başlayaraq XX əsrə  qədər bir 
çox erməni müəllifləri özləri də etiraf edirlər. XX əsr erməni 
tarixçisi prof. Qarsoyan erməni müəlliflərinin tarixi 
saxtalaşdırmalarını qeyd edərək yazırdı ki, biz ermənilər tarixi 
necə var deyil, necə görmək istəyiriksə, elə də yazırıq.  
Eramızın VII əsrinə  qədər mövcud olmuş Azərbaycanın 
bütün yazılı qaynaqları yadellilər tərəfindən – ilk dəfə 
xristianlığın yayıldığı dövrdə xristian kilsəsi tərəfindən, sonra 
isə erməni xristian din xadimlərinin çuğulluğu ilə  ərəblər 
tərəfindən məhv edilmişdir. Azərbaycanın yeganə qədim yazılı 
abidəsi “Kitabi – Dədə Qorqud” isə dastan olduğu üçün tarixi 
qaynaq kimi Azərbaycanın qədim və erkən orta əsrlər tarixini 
tam bərpa etməyə imkan vermir. 
Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış fikrə 
görə M.Kalankatuklunun “Albaniya tarixi” kitabı Azərbaycanın 
ən qədim yazılı abidəsi – tarixi qaynağı hesab edilir. Əvvələn 
“Albaniya tarixi” tarixilik baxımından “Kitabi – Dədə 
Qorqud”dan sonrakı dövrə aiddir. İkincisi, “Albaniya tarixi” 
orijinalda bizə  gəlib çatmamışdır, ermənicəyə  tərcümə 
variantında XIX əsrdə aşkar edilmişdir. Həm də mətndən aydın 
olur ki, tərcümə zamanı erməni kilsə xadimləri tərəfindən 
saxtalaşdırmaya məruz qalmışdır. Odur ki, M.Kalankatuklunun 
"Alban tarixi" kitabını xalqımızın  ən qədim yazılı qaynağı 
hesab etmək olmaz. 
Əslində xalqımızın ən qədim yazılı abidəsi "Kitabi - Dədə 
Qorqud"dur. "Kitabi - Dədə Qorqud"un VII əsrdə yazıldığı 
qəbul edilmişdir. Bu tarix dastanın giriş hissəsində  Dədə 
Qorqudun Məhəmməd (s) peyğəmbərin zəmanəsində yaşaması 
haqqında məlumata  əsaslanır. Lakin dastanda bəhs olunan iç 
oğuzlar və daş  oğuzların Assur qaynaqlarında bəhs olunan 
işquzlar və  aşquzlar ilə eyni soylar olmasını  nəzərə alsaq, 
"Kitabi - Dədə Qorqud"un tarixinin daha qədim olması fikrini 
irəli sürmək olar. Məlumdur ki, qədim yunan qaynaqlarında çar 
skitləri adı ilə tanınan soyları, rus tarixşünaslığı vasitəsilə bizə 
Qəzənfər Rəcəbli 
 
 
8
skiflər adı ilə gəlib çıxmışlar. E.ə. VII əsrdə Azərbaycanda öz 
Oğuz dövlətlərini yaratmış  həmin skiflər assur qaynaqlarında 
işquzlar və aşquzlar adı ilə təqdim edilirlər. Bunlar da "Kitabi - 
Dədə Qorqud"dakı iç oğuzlar və daş  oğuzlara tamamilə 
uyğundurlar. Deməli, "Kitabi - Dədə Qorqud"da e.ə. VII əsrdə 
Azərbaycanda yaşamış və Ön Asiyanın ən qüdrətli dövlətlərini 
belə xərac verməyə  məcbur edən oğuzlardan (skiflərdən) bəhs 
edilir. Bu da təbiidir. Çünki başqa tarixi dövrlərdə, nə Haxa-
manişilərin hakimiyyəti dövründə, nə Makedoniyalı Aleksand-
rın imperiyasında, nə Atropaten və Alban dövlətlərində 
oğuzların xanlar xanının belə qüdrətə  və nüfuza malik olması 
haqqında tarixdə heç bir məlumat yoxdur. Bu dövrlərdə  və 
sonralar Azərbaycanda və Albaniyada xristianlığın yayıldığı 
əsrlərdə  oğuzların belə  sərbəst yaşamalarından və  şan-şöhrətə 
malik olmalarından bəhs edən dastan yarana bilməzdi. Ona 
görə  də "Kitabi - Dədə Qorqud"un e.ə. VII-VI əsrlərdə 
yaradılması qənaətinə gəlmək olar. 
Onu da qeyd etmək lazımdır ki, 1841-ci ildə yazılmış 
A.Bakıxanovun “Gülüstani-İrəm” və Firidun bəy Köçərlinin 
“Azərbaycan  ədəbiyyatı tarixi” əsərləri də XIX əsrdə  əl 
yazması  şəklində tarixi qaynaq hesab edilirdilər və ilk dəfə 
1926-cı ildə çap olundular. 
Azərbaycan tarixinin qaynaqlarına XIX əsrin sonu – XX 
əsrin  əvvəllərində Azərbaycan ziyalıları  tərəfindən tərtib 
edilmiş Azərbaycan xanlıqlarının tarixindən bəhs edən 
səlnamələri də aid etmək olar. Bu qaynaqlar arasında Mirzə 
Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşir  
Qarabağlının “Qarabağ tarixi”, Əhmədbəy Cavanşirin 
“Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi tarixinə dair” 
səlnamələrini xüsusi qeyd etmək lazımdır. Bu dövrdə yazılmış 
Yesayi Həsən Cəlalyanın rus dilində olan “Alban ölkəsinin qısa 
tarixi (1702-1722)” əsəri də Azərbaycan tarixinin qiymətli 
qaynaqlarındandır. Bu qaynaqlarda XX əsrin  əvvəllərinədək 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə