Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə3/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   2   3   4   5   6   7   8   9   ...   134

Azərbaycan Tarixi 
 
 

əlyazmaları  şəklində qalmışdılar və yalnız Sovet Azərbaycanı 
dövründə çap edildilər.  
Azərbaycan tarixşünaslığı.  Azərbaycan tarixşünaslı-
ğının ilk əsərləri A.Bakıxanovun Azərbaycan tarixinə  və 
etnoqrafiyasına həsr edilmiş  tədqiqatları hesab edilir. Bu 
tədqiqatları XX əsrin ikinci yarısında A.Bakıxanovun rus 
dilində “Seçilmiş əsərlər”ində çap edilmişdir. 
1923-cü ildə Y.Paxomov tərəfindən rus dilində yazılmış 
“Azərbaycan tarixinin qısa kursu” kitabı  nəşr edilir. Yalnız 
Şimali Azərbaycanın tarixini əhatə edən bu kitab Azərbaycan 
tarixşünaslığına qiymətli töhfə olsa da, ümumiləşdirici 
Azərbaycan tarixi əsəri tələblərinə cavab vermirdi. Həmin ildə 
nəşr edilmiş R.İsmayılovun “Azərbaycan tarixi” kitabı isə elmi 
faktların dəqiqliyi və  mənbələrə  əsaslanmaq səviyyəsi 
baxımından çox nöqsanlıdır.  
1925-ci ildə V.Sısoyevin rus dilində “Azərbaycan tarixi” 
kitabı  nəşr edilmişdir. 140 səhifədən ibarət olan bu kitabda 
Cənubi Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edən 
mövzular tarixə  tənəzzöh səciyyəsi daşıyır. V.Sısoyevin kitabı 
nöqsanlarına baxmayaraq, o Azərbaycan tarixinə aid ilk ümu-
miləşdirici əsər kimi tarixşünaslıq baxımından əhəmiyyətlidir. 
Azərbaycan tarixşünaslığı baxımından 1941-ci ildə 
Azərbaycan dilində  nəşr edilmiş “Azərbaycan tarixinin qısa 
oçerkləri” kitabının  əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. 
Azərbaycan tarixinə dair Azərbaycan dilində ilk ümumiləşdirici 
əsər olan bu kitabda həm Şimali, həm də Cənubi Azərbaycanın 
çoxəsrlik tarixinin əsas səhifələri öz əksini qısaca  şəkildə 
tapmışdır. Bu kitabın nəşrindən sonra Azərbaycan tarixinə dair 
bir sıra monoqrafiyalar yazılmışdır. Onların arasında professor 
Z.İbrahimovun 1942-ci ildə  nəşr edilmiş  “Ərəb işğalçılarına 
qarşı Azərbaycan xalqının mübarizəsi”, İ.Petruşevskinin 1949-
cu ildə Leninqradda rus dilində  nəşr edilmiş “XV əsrdə 
Azərbaycan dövlətləri” və “Azərbaycanda və Ermənistanda 
XVI-XIX  əsrin  əvvəllərində feodal münasibətlərinin tarixinə 
Qəzənfər Rəcəbli 
 
 
10
dair oçerklər”, akademik Ə.Əlizadənin 1956-cı ildə Bakıda rus 
dilində  nəşr edilmiş “XIII-XIV əsrlərdə Azərbaycanın sosial-
iqtisadi və siyasi tarixi” adlı monoqrafiyalarının xüsusi elmi 
əhəmiyyəti vardır. 
1956-cı ildə Azərbaycan SSR hökuməti respublikanın 
tarixçi alimləri qarşısında üç cildlik “Azərbaycan tarixi” 
əsərinin yaradılması kimi mühüm bir vəzifə qoydu. Bu vəzifə 
Azərbaycan EA Tarix İnstitutu tərəfindən 1956-1962-ci illərdə 
həyata keçirildi. Üç cildlik “Azərbaycan tarixi”nin akademik 
nəşrinin 1-ci cildi rus dilində 1958-ci ildə, Azərbaycan dilində 
1959-cu ildə, 2-cild müvafiq olaraq 1960 və 1961-ci illərdə, 3-
cü cild isə 1961 və 1962-ci illərdə çapdan çıxmışdır. 
Üç cildlik “Azərbaycan tarixi”nin akademik nəşrindən 
sonra Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən yüzlərlə 
monoqrafiyalar yazılmışdır. Onların sırasında  İ.Əliyevin 
“Midiya tarixi”, S.Qaşqayın “Mana tarixi”, Z.Yampolskinin 
“Qədim Albaniya e.ə. III-I əslərdə”, Z.Bünyadovun “Azərbay-
can VII-IX əsrlərdə” və “Azərbaycan Atabəylər dövləti”, 
S.Aşurbəylinin “Şirvanşahlar dövləti” və “Bakı tarixi”, 
Y.Mahmudovun “Ağqoyunlu və  Səfəvi dövlətlərinin Qərbi 
Avropa dövlətləri ilə qarşılıqlı münasibətləri”, O.Əfəndiyevin 
“Səfəvilər dövləti”, H.Abdullayevin “Azərbaycan XVIII əsrdə 
və Rusiya ilə qarşılıqlı münasibətlər”, F.Əliyevin “Azər-
baycanda  İran  əleyhinə  çıxışlar və Türkiyə  işğalına qarşı 
mübarizə”, T.Mustafazədənin “Azərbaycan və XVIII əsrin 
birinci rübündə rus – türk münasibətləri”, C.Mustafayevin 
“Şimali Azərbaycan xanlıqları  və Rusiya (XVIII əsrin sonu - 
XIX  əsrin  əvvəlləri)”, N.Mustafayevanın “Cənubi Azərbaycan 
xanlıqları”, 
Ə.Sumbatzadənin “Azərbaycanın Rusiyaya 
birləşdirilməsi və onun mütərəqqi iqtisadi və  mədəni 
nəticələri”, “Azərbaycan kənd təsərrüfatı XIX əsrin ikinci 
yarısında” və “Azərbaycan sənayesi XIX əsrin sonu - XX əsrin 
əvvəllərində”, M.İsmayılovun “Azərbaycan kənd təsərrüfatı 
XX  əsrin  əvvəllərində” və “Birinci Rusiya inqilabı illərində 


Azərbaycan Tarixi 
 
 
11 
Azərbaycanda kəndli hərəkatı”, T.Vəliyevin “İmperializm 
dövründə Azərbaycanın sənayesi və proletariatı”,  Ə.Quliyevin 
“Bakı proletariatının 
şanlı 
qələbəsi”, Z.İbrahimovun 
“Azərbaycan birinci Rusiya inqilabı illərində” və “Sosialist in-
qilabın qələbəsi uğrunda Azərbaycan zəhmətkeşlərinin mübari-
zəsi”, M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti”, V.Çı-
raqzadənin “İstiqlal yollarında”, N.Nəsibzadənin “Azərbaycan 
Demokratik Respublikası”,  Ş.Tağıyevanın “1920-ci il Təbriz 
üsyanı”, Q.Mədətovun “Azərbaycan Böyük Vətən müharibəsi 
illərində” və s. əsərlərin Azərbaycan tarixşünaslığının 
inkişafında xüsusi rolunu qeyd etmək lazımdır. 
 Azərbaycan tarixşünaslığında 1998-2003-cü illərdə nəşr 
olunmuş 7 cildlik “Azərbaycan tarixi” kitabı önəmli yer tutur. 
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə nəşr olunmuş bu 
kitab Azərbaycanın tarix elmində çox mühüm elmi əhəmiyyətli 
hadisədir. Lakin bu nəşrin çox böyük nöqsanları da vardır. Hər 
şeydən öncə qeyd etmək lazımdır ki, 7 cildlikdə Azərbaycanın 
Rusiya və İran arasında bölünməsindən sonrakı dövrün Cənubi 
Azərbaycanla bağlı tarixi öz əksini tapmamışdır. Bu həm elmi 
səhvdir, həm də bağışlanılmaz siyasi səhvdir. 7 cildliyin  
nöqsanlarından biri də ondan ibarətdir ki, onun ayrı-ayrı 
fəsilləri onları yazan müəlliflərin elmi işləridir. Həmin elmi 
işlər ümumiləşdirici  əsər üçün yenidən işlənmədən, elə elmi-
tədqiqat işləri formasında kitaba daxil edilmişdir. Onlar bir 
tərəfdən kitabda disproporsiya yaradır, digər tərəfdən isə onu 
yazan konkret müəlliflərin  şəxsi mülahizələri xarakteri 
daşıyırlar. 7 cildlikdə vahid redaksiya üslubu yoxdur, bəzi tarixi 
anlayışlar, dövlət və sülalə adları müxtəlif fəsil və paraqraflarda 
müxtəlif  şəkildə  səslənir. Məsələn, gah “Mada”, gah da 
“Midiya”, bəzi yerlərdə “Haxamanizilər”, bəzi yerlərdə isə 
“Əhəmənilər”, bir yerdə “Azərbaycan Cümhuriyyəti”, başqa 
yerdə “Azərbaycan Xalq Cümhuriyyəti”, gah “N.Usubbəyli” 
gah da “N.Yusifbəyli”, yaxud N.Usubbəyov və i.a. 7 cildlikdə 
erməni qaynaqlarının təsiri alrında bəzi müəlliflər qədim 
Qəzənfər Rəcəbli 
 
 
12
erməni dili qrabarda olan bir sıra anlayışlar işlətmişlər. 
Məsələn, "hazaraped", "sparaped" və i.a. II cilddə yazılır ki,  
guya "hazaraped" III-VII əsrlərdə Albaniyanın ermənilər 
yaşayan vilayətlərində nümayəndəliklər təşkil etmişdir" (s.55) 
Halbuki Azərbaycan tarixşünaslığında artıq sübut edilmişdir ki, 
ermənilər yalnız XII əsrdə Qafqaza gəlmiş  və  əsasən Gümrü 
bölgəsində  məskunlaşmışlar. Kitabda hətta Alban sərkərdəsi 
Cavanşir “Alban sparapedi Cavanşir” adlandırılır. Erməni qay-
naqları  əsasında 7 cildlikdə öz əksini tapmış bütün bu kobud 
səhvlər, Albaniyanı ermənilərin torpağı adlandıran düşmən-
lərimizin dəyirmanına su tökməyə bərabərdir. Kitabda azərbay-
canlıların Mart (1918-ci il) soyqırımı da azərbaycançılıq elmi 
metodologiyasına uyğun olmayan şəkildə şərh edilmişdir. 
Nəhayət, 7 cildlikdə dəqiq olmayan faktlar vardır. Məsə-
lən, 4-cü cilddə Naxçıvan xanlığı "Cənubi Qafqaz xanlığı", 
Talış xanlığı "Lənkəran xanlığı", Lənkəran qəzası isə "Talış qə-
zası" adlandırılır. (s. 37, 49, 127) 5-ci cilddə Səttarxanın şəkli-
nin altında kobud səhvə yol verilərək "Cənubi Azərbaycanda 
1917-1922-ci illər milli-azadlıq hərəkatının lideri" yazılmışdır. 
7-ci cilddə isə hətta ulu öndərimiz Heydər Əliyev ilə bağlı ta-
rixlər səhv yazılmışdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik 
Komitəsinin sədrinin müavini təyin edilməsi tarixi 1964-cü il 
əvəzinə 1965-ci il, sədr təyin edilməsi tarixi isə 1967-ci il əvə-
zinə yenə  də 1965-ci il qeyd olunmuşdur. Kitabda ayrı-ayrı 
fəsillərdə  təkrarlar, üslub və orfoqrafiya xətaları vardır. Mə-
sələn, 7-ci cilddə topçu divizionu "diviziya", tabır "tabor" və s. 
kimi yazılmışdır və s.  
Milli Məclis hələ 1991-ci ilin dekabrında latın qrafikli 
Azərbaycan  əlifbasına keçilməsi haqqında Qanun qəbul etdiyi 
halda, 1998-2003-cü illərdə  nəşr olunmuş 7 cildliyin rus qra-
fikli əlifba ilə buraxılması, təkcə kobud səhv deyil, həm də xalq 
qarşısında cinayətdir. Çünki artıq yeni nəslin çoxu rus əlifbasını 
bilmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu 
səhvi düzəltmək məqsədilə rus qrafikli əlifba ilə nəşr olunmuş 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə