Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə4/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   2   3   4   5   6   7   8   9   ...   134

Azərbaycan Tarixi 
 
 
13 
əsas kitabların, o cümlədən 7 cildlik "Azərbaycan tarixi" kitabı-
nın latın qrafikli Azərbaycan  əlifbası ilə  təkrar nəşr olunması 
haqqında sərəncam vermişdir. Yaxşı olardı ki, 7 cildlik "Azər-
baycan tarixi" kitabı latın qrafikli əlifba ilə yenidən nəşr olunan 
zaman elmi baxımdan təzədən işlənsin, nöqsanlar düzəldilsin 
və ulu öndərimiz Heydər Əliyevi  arzu etdiyi kimi 10 cildliyə 
çevrilsin. 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda tarix elmi 
inkişaf edir. Yüksək səviyyəli araşdırmalar aparılır, yeni-yeni 
nailiyyətlər  əldə edilir. Hazırda Azərbaycan tarixinin elə bir 
dövrü yoxdur ki, elmi-tədqiqat obyektinə çevrilməsin. Lakin 
Azərbaycan tarixinin yeni-yeni səhifələri açıldıqca, yeni-yeni 
problemlər, öyrənilməmiş məsələlər, yeni baxımdan açıqlanma-
ya ehtiyacı olan hadisələr də meydana çıxır. Bu problemlərin 
həlli Azərbaycan tarixşünaslığının qarşısında olduqca məsul və-
zifələr qoyur. 
 
Ədəbiyyat
 
1. H.Əliyev. Müstəqilliyimiz əbədidir. Əsərləri 45 cilddə,  
1-43-cü cildlər,  Bakı, 1997-2013.  
2. Azərbaycan tarixi. 7-cilddə, 1-ci cild, Bakı, 1998. 
3. Azərbaycan tarixi. Dərslik, 1-ci cild, Bakı, 1994. 
4. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. 
5. A.Bakıxanov. Gülüstani – İrəm. Bakı, 1951. 
6. Qarabağnamələr. 2 cilddə, Bakı, 1989-1990. 
7. M. Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993. 
8. Kitabi – Dədə Qorqud. Bakı, 1962.  
                     
 
Qəzənfər Rəcəbli 
 
 
14
 
 
 
 
I FßSÈL 
 
AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ CƏMIYYƏT 
 
1.1. Azərbaycan  ərazisində Daş dövrü. Azərbaycan 
ərazisində ibtidai icma quruluşu Daş dövründən başlanır. 
Arxeoloji baxımdan Daş dövrü özü də üç dövrə bölünür: 
Paleolit – Qədim Daş dövrü, Mezolit – Orta Daş dövrü və 
Neolit – Yeni Daş dövrü. Paleolit dövrü də arxeoloqlar 
tərəfindən üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və 
Üst Paleolit. 
Azərbaycan  ərazisində  hələ 12 milyon il əvvəl 
meymunabənzər insanlar yaşamışlar. Buna sübut 1939-cu ildə 
Şimali Azərbaycanın qərb bölgəsində Ceyrançöl düzənliyinin 
mərkəzində Udabno adlanan yerdə meymunabənzər insanın 
dişlərinin tapılmasıdır. Ölkəmizin  ərazisində yaxşı öyrənilmiş 
Alt Paleolit dövrünə aid ən qədim insan mədəniyyəti izlərindən 
biri Quruçay mədəniyyəti adlanır. Bu mədəniyyətin isə 1,5 
milyon ildən artıq yaşı var. 
Quruçay mədəniyyəti insanları əvvəllər açıq düşərgələrdə 
yaşamışlar. Sonralar iqlim şəraitinin dəyişməsilə bağlı olaraq, 
onlar Quruçayın yaxınlığındakı Azıx mağarasına köçmüşlər. 
İnsanların Azıx mağarasına köçmələri təxminən 1,2-1,0 milyon 
il bundan əvvələ aid edilir. 
Quruçay mədəniyyətinin ilkin mərhələsi Afrikada 
öyrənilmiş Oldubey Paleolit dövrü mədəniyyəti ilə eyni tarixə 
malikdir.  İlkin mərhələnin  əmək alətləri adi çay daşından çox 
kobud hazırlanmışdır. Bu mərhələnin insanları çay daşlarından 
qəlpələr qoparmağı  və onlardan kəsici alətlər kimi istifadə 


Azərbaycan Tarixi 
 
 
15 
etməyi bacarmışlar. Bu mərhələdə ibtidai insan sürü icması 
yaranır.  İnsanların sürü icması kiçik qruplarda birləşmiş 
kollektivlərdən ibarət olmuşdur.  İbtidai insan sürü icması 
Qədim Daş dövrünün böyük bir hissəsini, təxminən 750 
minillik dövrü əhatə edir.  
Quruçay mədəniyyətinin ikinci inkişaf mərhələsi 700-150 
min il bundan əvvəlki dövrü əhatə edir. Bu mərhələdə insanlar 
süni yolla od əldə etməyi öyrənmişlər. 1960-cı ildə görkəmli 
arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf edilmiş Azıx 
mağarasında tapılmış  ən qədim ocaq qalığı bu mərhələyə 
aiddir. Həmin ocağın 700 min ilə yaxın yaşı vardır. 
Azıx mağarasında 1968-cı ildə prof. M.Hüseynov 
tərəfindən ibtidai insana məxsus alt çənə sümüyünün tapılması 
Azərbaycan tarixində yeni səhifə açdı. Qadına məxsus bu çənə 
sümüyü  əsasında Quruçay mədəniyyətinin ikinci mərhələsi 
insanlarının fiziki tipini bərpa etmək mümkün oldu. Antropoloq 
alim, prof. Dəmir Hacıyev tərəfindən öyrənilmiş bu insan tipi 
tapıldığı yerin adı ilə azıxantrop adlandırıldı. Alimlər 
azıxantrop insan tipini təxminən 400 min il əvvələ aid edirlər. 
Müasir antripologiya elmində azıxantrop insan tipi qədim insan 
tipləri sırasında pitekantrop insan tipindən sonra yerləşdirilir
neandertal, sinantrop və heydelberq insan tipləri ondan sonra 
gəlirlər. 
Azıx mağarasında azıxantropa məxsus çənə sümüyü ilə 
yanaşı kobud əl çapacaqları, sadə quruluşlu daş bıçaq və qaşov 
kimi qədim  əmək alətləri və  nəsli kəsilmiş heyvanların 
sümükləri də tapılmışdır. Mağarada yaşı 350 min ilə yaxın olan 
tikinti qalığı da aşkar edilmişdir. Azıx mağarasında aşkar 
edilmiş ocaqdan istifadə etməklə birlikdə, bu yaşayış tikintisi 
də bəşər tarixinin ən qədim naliyyətlərindən hesab edilirlər.  
Orta Paleolit dövründə insanlar Azərbaycan  ərazisində 
Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamaclarından tutmuş 
Ceyrançöl düzənliyinə qədər geniş bir əraziyə yayılmışlar. Orta 
Paleolit dövründə neandertal insan tipi əsasında homo sapiens 
Qəzənfər Rəcəbli 
 
 
16
(ağıllı adam) insan tipi yaranır. Orta Paleolit Azərbaycanda 
100-35 min il əvvəli əhatə edir. Orta Paleolit abidələri ilk dəfə 
aşkar edilmiş yerin Fransada Le Mustye adı ilə Mustye 
mədəniyyəti də adlanır. Orta Paleolit abidələri Azərbaycanda 
Tağlar (Qarabağda, Quruçayın sol sahilində), Daşsalahlı 
(Qazax rayonunda), Qazma (Şərur rayonunda) və  Bızeyir 
(Lerik rayonunda) mağaralarında aşkar edilmişdi.  
Müasir insan tipi isə Üst Paleolitdə meydana gəlmişdi. 
Üst Paleolit Azərbaycan  ərazisində  təxminən 35 min il 
əvvəldən başlamış  və e.ə. 12 minilliyə  qədər davam etmişdir. 
Üst Paleolit dövrünə aid maddi mədəniyyət nümunələri 
Damçılı mağarasında, Yataq və Zar adlı yaşayış yerlərində 
aşkar edilmişdir. Üst Paleolit dövründə ibtidai insan sürü 
icması nəsli – qəbilə icması ilə əvəz olunur. Qəbilə icmasında 
insanlar qan qohumluğu  əsasında birləşirlər. Qohumluq 
əlaqələri ana xətti ilə müəyyən edilirdi. Qəbilə icmasının  şərti 
olaraq “matriarxat” adlandırılması da nəslin ana xətti ilə 
hesablanmasıyla bağlıdır. 
Azərbaycan  ərazinsində e.ə. 12-10-cu minilliklərdə 
Paleolit dövrü Mezolit dövrü ilə əvəz olunur. Mezolit dövründə 
qədim insanların  ən mühüm ixtiralarından biri ox və kamanın 
(yayın) kəşfidir. Mezolit dövründə insanlar təbiətin hazır 
məhsullarını  mənimsəməkdən, yəni yığıcılıqdan məhsulların 
bilavasitə istehsalına keçidin əsasını qoyurlar. Mezolit 
dövründə Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi 
Qobustan qayaüstü rəsm abidələri  əsasında öyrənilmişdir. 
Arxeoloji tədqiqatlar müəyyən etmişdir ki, burada həyat 12 min 
il  əvvəl başlamışdır. Qobustanda Mezolit dövrü insanlarının 
məşğuliyyəti ovçuluq, balıqçılıq, yığım və ibtidai maldarlıq 
olmuşdur. Burada “Firuz”, “Anazağa”, “Öküzlər” və b. 
düşərgələrdə çaxmaq daşı və çay daşlarından, habelə sümükdən 
hazırlanmış müxtəlif  əmək alətləri tapılmışdır. “Firuz” 
düşərgəsində Mezolit dövrünün son mərhələsinə aid edilən 11 
insan skeleti də aşkar edilmişdir. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə