Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə5/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   2   3   4   5   6   7   8   9   ...   134

Azərbaycan Tarixi 
 
 
17 
E.ə. VIII minilliyin sonunda Azərbaycanda Mezolit 
dövrünü əvəz edən Neolit dövrü e.ə. VI minilliyin ortalarınadək 
davam etmişdi. Neolit dövründə  əkinçi – maldar qəbilələr 
təşəkkül tapır və saxsı  məmulatı icad olunur. Bu dövrdə 
yaranan ilk əkinçi məskənlərinin qalıqları Gəncə yaxınlığındakı 
Gillidağ, Qobustandakı Anazağa, Ovçularzağası  və  Kənizə 
düşərgələrindən, Cənubi Azərbaycanda isə 
Təbriz 
yaxınlığındakı Yanıqtəpə, Zaqros bölgəsindəki Həsənli və 
Urmu bölgəsindəki Firuz təpə düşərgələrindən məlumdur.  
1.2. Azərbaycanda Eneolit dövrü, Erkən və Orta Tunc 
dövrü mədəniyyətləri.  Azərbaycan  ərazisində Eneolit yaxud 
Mis – Daş dövrü e.ə. VI – IV minillikləri  əhatə edir. Eneolit 
abidələrinə  Gəncə - Qazax bölgəsində  Şomutəpə - Babadərviş 
və Qarğalar təpəsi, Mil – Qarabağ bölgəsində  İlanlıtəpə, 
Çalağantəpə  və Leylatəpə, Muğan bölgəsində  Əliköməktəpə, 
Naxçıvan bölgəsində Kültəpə arxeoloji düşərgələrində, Kür və 
Araz çayları hövzəsində, Qobustanda, Quba – Xaçmaz və Şəki 
– Zaqatala bölgələrində, habelə  Cənubi Azərbaycanda Urmu 
gölü hövzəsində  və  Təbriz yaxınlığındakı Yanıqtəpə, 
Dolmatəpə  və Göytəpə arxeoloji düşərgələrində  təsadüf 
edilmişdir. Azərbaycanda bu dövr abidələri Kültəpə  və 
Şomutəpə arxeoloji mədəniyyəti adı ilə tanınır. Eneolit yaşayış 
məskənləri oturaq həyat tərzi sürən  əkinçi – maldar tayfalara 
məxsus olmuşdur. Bu dövrdən başlayaraq ovçuluq və balıqçılıq 
oturaq əkinçi – maldar əhali üçün köməkçi təsərrüfat sahəsinə 
çevrilir.  
Eneolit dövründə daş alətlərin hazırlanması texnologiyası 
daha da təkmilləşdirilir, duluzçuluq kütləvi istehsal formasına 
çevrilir. Eneolit dövründə təkmilləşmiş daş alətlərlə yanaşı mis 
alətlər də meydana çıxır. Misdən istifadə metal işləmə sənətinin 
inkişafına səbəb olur. Ilk vaxtlar mis külçələrindən soyuq 
döymə üsulu ilə iynə, biz və  bıçaq tiyəsi kimi kiçik əmək 
alətləri və müxtəlif bəzək  əşyaları, o cümlədən muncuqlar 
hazırlanırdı. 
Qəzənfər Rəcəbli 
 
 
18
 Azərbaycanın Eneolit dövrü abidələri, o cümlədən 
yaşayış evləri və təsərrüfat tikililəri, təsərrüfatda istifadə edilən 
avadanlıqlar ilə Ön Asiyanın və Qafqazın qonşu ölkələrinin 
Eneolit abidələri arasında müəyyən oxşarlıqlar da vardır. Bu da 
Eneolit dövründə Azərbaycan  əhalisinin qonşu ölkələrlə 
əlaqələrinin olduğunu göstərir.  
Azərbaycan ərazisində Tunc dövrü e.ə. IV minilliyin sonu 
– e.ə. II minilliyi əhatə edir. Bu dövrdə Misin möhkəmliyini 
artırmaq üçün ona sürmə, qalay, nikel və  mərgümüş qatmaqla 
tunc (bürünc) adlı yeni xəlitə  əldə edilir. Əmək alətlərinin 
tuncdan hazırlanması  məhsuldar qüvvələrin inkişafına səbəb 
olmuşdur. 
 Tunc dövrü özü də üç dövrə bölünür: Erkən Tunc dövrü, 
Orta Tunc dövrü və Son Tunc dövrü. Erkən Tunc dövrü e.ə. IV 
minilliyin sonu – III minilliyi əhatə edir. Bu dövrün abidələri 
tarixdə Kür – Araz mədəniyyəti adı ilə  bəllidir. Kür – Araz 
mədəniyyəti dövründə Azərbaycanda birinci böyük ictimai 
əmək bölgüsü baş verir. Maldarlıq inkişaf edir, insanlar böyük 
heyvan sürüləri saxlayırlar. Qış aylarında mal – qara sürülərini 
düzənlikdə - qışlaqda saxlayır, yay aylarında isə dağlarda – 
yaylaqda bəsləyirdilər. Maldarlıq daha çox qayğı  tələb etdiyi 
üçün  əhalinin bir qismi yalnız maldarlıqla məşğul olurlar. Bu 
da bəşər tarixində birinci böyük ictimai əmək bölgüsünə, 
maldarlığın  əkinçilikdən ayrılıb müstəqil  əmək məşquliyyəti 
növünə çevrilməsinə  səbəb olur. Təsərrüfatın iki müstəqil 
sahələri olan əkinçilik və maldarlığın sərbəst inkişafı ilə 
əlaqədar ayrıca əkinci və maldar soylar təşəkkül tapır.  
Orta Tunc dövrü isə Azərbaycanda e.ə. III minilliyin son 
rübündən başlayır və e.ə. II minilliyin ortalarınadək davam 
edir. Orta Tunc dövrü Azərbaycanda Qarabağdakı Üzərliktəpə, 
Göytəpə, Çinartəpə, Qaraköpəktəpə, Ağtəpə, Toxmaqtəpə 
yaşayış yerləri və Borsunlu kurqanları, Muğandakı Mişarçay və 
Cəfərxanlı yaşayış yerləri, Naxçıvandakı Kültəpə,  Şortəpə  və 


Azərbaycan Tarixi 
 
 
19 
Nəhərcir yaşayış yerləri, Vayxır və  Oğlanqala qalaları  və b. 
arxeoloji abidələri əsasında öyrənilmişdir.  
Orta Tunc dövründə yaşayış  məntəqələri daha böyük 
sahəni  əhatə etmələri ilə  fərqlənirlər. Məsələn, Çinartəpə 
yaşayış  məskəni 7 hektar sahəyə, Üzərliktəpə  və Göytəpə 
yaşayış məskənləri isə 3 hektar sahəyə malikdirlər. Naxçıvanda 
öyrənilmiş yaşayış  məskənləri möhtəşəmliyi ilə  fərqlənir və 
Qədim  Şərqin  şəhər – dövlətlərini xatırladırladırlar. Deməli, 
Orta Tunc dövründə Azərbaycanda  şəhərlər yaranmışdır. 
Şəhərlərin yaranması ilə  əlaqədar olaraq sənətkarlıq peşəkar 
sahəyə çevrilir. Yaşayış  məskənlərində  aşkar edilmiş xüsusi 
sənətkarlar məhəllələri cəmiyyətdə  sənətkarlar təbəqəsinin 
formalaşması ilə bağlı olmuşdur. Beləliklə, Orta Tunc 
dövründə ikinci böyük ictimai əmək bölgüsü baş verir
sənətkarlıq  əkinçilik və maldarlıqdan ayrılaraq müstəqil  əmək 
məşğuliyyəti sahəsinə çevrilir. Əhalinin təsərrüfat həyatında 
dulusçuluq, metalişləmə, ağacişləmə, sümükişləmə  və s. sənət 
sahələri müstəqil inkişaf yoluna qədəm qoyurlar. 
1.3. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü  
mədəniyyətləri.  İbtidai icma quruluşunun dağılması.  Son 
Tunc və Erkən Dəmir dövrü Azərbaycanda e.ə. XIV-VIII 
əsrləri  əhatə edir. Bu dövr Şimali Azərbaycanda üç böyük 
arxeoloji mədəniyyət əsasında öyrənilmişdir: Xocalı – Gədəbəy 
mədəniyyəti, Talış – Muğan mədəniyyəti və Naxçıvan 
mədəniyyəti.  
Xocalı – Gədəbəy mədəniyyəti e.ə. XIV-VIII əsrlərdə 
Kiçik Qafqaz dağları  və Kür çayının sağ sahili bölgələrində 
mövcud olmuşdur. Bu mədəniyyətin ilk arxeoloji abidələri XIX 
əsrdə Xocalı  və  Gədəbəy yaşayış  məskənləri yaxınlığında 
tədqiq edilmişdir. Xocalı – Gədəbəy mədəniyyəti üçün 
xarakterik olan abidələr müxtəlif tip qəbirlərdən (daş qutu, 
torpaq qəbri, kurqan, dairəvi qəbir) və yaşayış yerlərindən 
ibarətdir. Saysız-hesabsız maddi-mədəniyyət nümunələri 
içərisində tuncdan baltalar, dəstəyi  şəbəkə  bəzəkli xəncər və 
Qəzənfər Rəcəbli 
 
 
20
qılınclar, oxlar, nizə ucları, kəmərlər, quş fiqurları  və  bəzək 
əşyaları (tuncdan qolbaq, üzük və sırğalar, əqiq, sümük, şüşə və 
metaldan muncuq və s.) üstünlük təşkil edirlər. Xocalı – 
Gədəbəy mədəniyyətinin son mərhələsində formaca tunc 
əşyalara oxşar qədim əşyalara da rast gəlinir. Xocalı – Gədəbəy 
mədəniyyəti soyları  əkinçilik və maldarlıqla məşğul olmuş, at 
və dəvə saxlamış, sənətkarlıq məhsulları hazırlamışlar. 
Talış – Muğan mədəniyyəti e.ə. XIV – e.ə. VII əsrləri 
əhatə edir. Bu mədəniyyətin abidələri Talış dağları, Lənkəran 
düzənliyi və Muğan yaylasının cənubunda yayılmışdı. Bu 
ərazidə arxeoloji qazıntılar XIX əsrin sonu və XX əsrin 
başlanğıcında dağlıq hissədə, XX əsrin ikinci yarısında isə 
bütün ərazidə aparılmışdı. Bu mədəniyyət əsasən qəbr abidələri 
(kurqan, daş qutu, yerüstü daşdan hörmə “dolmen” qəbrlər və 
sərdabələr) vasitəsilə öyrənilmişdir. Talış – Muğan 
mədəniyyətinin fərqləndirici  əlamətləri yəhərvari dəstəkli və 
aypara bəzəkli tunc qılınc və  xəncərlər, yastı baltalar, ox və 
nizə ucları, qiymətli daşlardan və  qızıldan bəzək  əşyaları, 
silindrik möhürlər, qara cilalı saxsı qablar və s. ibarətdir. Aşkar 
edilmiş  dəmir alətlər e.ə. II minilliyin sonu – e.ə. I minilliyin 
əvvəlinə aiddir. Əhali düzənlik hissədə əkinçilik və balıqçılıqla, 
dağlıq və dağətəyi hissədə maldarlıqla eyni zamanda 
sənətkarlıq və ovçuluqla məşğul olmuşdur. Metalişləmə 
sənətkarlığı  və dulusçuluq inkişaf etmişdir. Talış – Muğan 
mədəniyyəti soyları Xocalı – Gədəbəy mədəniyyəti soyları ilə, 
Abşeron və Quba bölgəsi  əhalisilə, Ön Asiyanın mədəniyyət 
ocaqları ilə sıx əlaqə saxlamışlar. 
Naxçıvan mədəniyyəti e.ə. II minillik və I minilliyin 
əvvəlini əhatə edir. Bu mədəniyyətə aid abidələr ilk dəfə 1865-
ci ildə aşkar edilmişdir. XX əsrin 20-30-cu illərində və xüsusilə 
ikinci yarısında Naxçıvan mədəniyyəti abidələri geniş 
öyrənilmişdi. Naxçıvan mədəniyyətində monoxron və palixrom 
boyalı saxsı qablar (küpə, bərni, çaydan və cam) çoxluq təşkil 
edir. Qəbir abidələrinin tipləri, dəfn mərasimləri və metal 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə