Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə8/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   4   5   6   7   8   9   10   11   ...   134

Azərbaycan Tarixi 
 
 
29 
aid olan Assur hökdarı III Salmanasarın mixi yazılı kitabəsində 
ilk dəfə adı çəkilən Mana dövləti oldu. 
  Qeyd edildiyi kimi manalar e.ə. II minillikdə Ərəbistan 
yarımadasında yaşayırmışlar. Sami dilli soylar tərəfindən 
sıxışdırılan manalar şimala doğru köç zamanı Urmu – Zaqros 
bölgələrində qohum soyların dayağına arxalanaraq onları öz 
ətraflarında birləşdirib Assur və Urartu təcavüzündən yerli 
soyların torpaqlarını mühafizə etməyə cəhd göstərirlər. 
 Mananın ilk hökmdarlarından Udakinin (bəzi qaynaq-
larda – Valki) adı tarixdə  məlumdur. Assur səlnaməsində 
hökmdar III Salmanasar e.ə. 829-cu ildə Manaya növbəti qarət-
çi yürüş etməsi və Udakinin dağlara çəkilməsi xəbər verilir. 
Assur və Urartu Mana uğrunda rəqabətlərini davam etdirirdilər. 
E.ə. 807-806-cı illərdə Assur və Urartu Mana torpaqlarında 2 
dəfə müharibə etmişlər.  
 E.ə. VIII əsrin birinci yarısı Assur dövlətinin zəifləməsi
Urartunun isə güclənməsi ilə xarakterizə edilir. Bu dövrdə 
Urartu Manaya tez-tez basqınlar edir, əhalini qarət edib, mal-
qara sürülərini aparırlar. Mana Urartuya qarşı inamlı 
müqavimət göstərir və bu mübarizədə  mətnləşir, qüvvətlənir, 
nəhayət VIII əsrin ikinci yarısında güclü dövlətə çevrilir. 
 Mananın paytaxtı  İzirtu  şəhəri idi. Mana Urartuya mü-
qavimət göstərmək üçün Assur ilə ittifaqdan istifadə edir. E.ə. 
743-cü ildə Assur hökmdarı III Tiqlatpalasar məhz müttəfiqi 
Mananın köməkliyi ilə Urartu hökmdarı II Sardur üzərində 
qələbə çalır. Bundan sonra Mana qüdrətli Assur dövlətinin 
kiçik müttəfiqi – vassalı kimi Urartuya qarşı müharibələrdə 
iştirak edir və öz torpaqlarını qoruyur.  
Mananın tanınmış hökmdarlarından biri İranzu (e.ə. 740-
719) olmuşdur. Iranzunun hakimiyyəti dövründə Manada güclü 
mərkəzi hakimiyyət yaranır. Mərkəzi hakimiyyətin  
möhkəmləndirilməsi ölkə  ərazisindəki kiçik hökmdarların 
çoxunun xoşuna gəlmirdi. Belə narazı kiçik hökmdarları Urartu 
dəstəkləyirdi.  İranzunun vəfatından sonra onun oğlu Azanın 
Qəzənfər Rəcəbli 
 
 
30
hakimiyyəti dövründə (e.ə. 718-716) Urartu meyilli qüvvələr 
Azaya suiqəst təşkil edirlər. Aza öldürülür, yerinə qardaşı 
Ulusunu qoyulur. Urartupərəst müxalifətə Mananın Zikirtu 
ölkəsinin hökmdarı Baqdatti başçılıq edirdi. Bu vaqiə ilə 
əlaqədar Assur hökmdarı  II  Sarqon  e.ə 716-cı ildə Manaya 
qoşun göndərir. Ulusunu dağlara qaçır. II Sarqon Baqdattini 
tutdurub dərisini soydurmaqla cəzalandırır. II Sarqon 
Ulusununu çağırtdırıb bağışlayır və taxtına oturdur. Bundan 
sonra Ulusunu Assurpərəst siyasət yeridir. 
 E.ə. VII əsrin  əvvəllərində Mana xeyli qüvvətlənir və 
qonşuluqda yeni yaranmış Oğuz (Skif) dövləti ilə ittifaqa girib 
Assur dövlətinin asılılığından çıxır. 
 E.ə. VIII əsrdə skiflər (oğuzlar), kimmer və sak sayları 
ilə birlikdə Qara dənizin  şimal-şərq sahillərində yaşayırdılar. 
E.ə. VIII əsrin ikinci yarısında öncə sarmalar tərəfindən sıxış-
dırılan kimmerlər Qafqazdan keçərək Kiçik Asiyaya gedirlər. 
Onlar Anadoluda məskunlayıb, yerli soylar ilə qaynayıb-qarışır 
və sonralar buraya köç etmiş Səlcuq – oğuz türkləri ilə birlikdə 
müasir türk millətinin etnogenezi prosesində iştirak etmişlər. 
 Onların ardınca sarmatlar tərəfindən sıxışdırılan skif  
(oğuz) və sak soyları köç edib Ön Asiyaya gəlirlər. Yunan qay-
naqlarında çar skifləri adlanan oğuzların bir hissəsi Partatuanın 
rəhbərliyi altında Urartunun cənubunda Hubuşkiya ölkəsinə ya-
xın ərazidə, digər hissəsi isə İşpakayanın rəhbərliyi altında Ma-
nanın  şimal-qərb və  qərb torpaqlarında, qismən də Kür-Araz 
çayları arasında  Şimali Azərbaycanın qərb bölgələrində  məs-
kunlaşır və e.ə. VII əsrin ortalarında burada Oğuz (Skif) dövlə-
tini yaradırlar. 
 Mana dövləti Oğuz (Skif) dövləti, kimmer soyları və əv-
vəllər Mananın tərkibində olub, sonralar Assur dövləti 
tərəfindən işğal olunmuş Maday ölkəsinin qohum soyları ilə 
birlikdə Assura qarşı müharibəyə başlayır və Assur hökmdarı 
Asarxaddonu məğlub edərək Assurun bir sıra şəhərlərini alırlar. 
E.ə. 655-ci ildə Assur hökmdarı  Aşşurbanapal Manadan qisas 


Azərbaycan Tarixi 
 
 
31 
alır, onu məğlub edərək Assur şəhərlərini geri alır. Bu məğlu-
biyyət Manada narazı qüvvələrin hakimiyyətə qarşı çıxışına şə-
rait yaradır. Müxalifət xalqı üsyana qaldırır. Üsyançılar hökm-
dar Ağşərini öldürür və qəbiləsini qırırlar. Salamat qala bilmiş 
Ağşərinin oğlu Vəli (Uali) Assur hökmdarına pənah aparır. 
Assur hökmdarı Aşşurbanapal Manaya qoşun göndərir, üsyanı 
yatırır və Vəlini Mana taxtına oturdur. 
  Sonralar Mana – Assur ittifaqı daha da möhkəmlənir. 
Mana və Assur dövlətləri yeni yaranmış qonşu qüdrətli dövlət-
lər olan Mada və Babilə qarşı birlikdə müqavimət göstərirlər. 
Lakin e.ə. 616-cı ildə Mana – Assur ittifaqı Babil tərəfindən  
məğlubiyyətə  uğradılır. Bundan sonra qaynaqlarda Mana 
dövlətinin adı  çəkilmir. Sonuncu dəfə Mananın adı Bibliya 
kitabı olan İyeremiyada e.ə. 593-cü ilə aid məlumatda Mada 
fövqəldövlətinə tabe olan Urartu və  Oğuz (Skif) dövlətləri ilə 
yanaşı çəkilir. Deməli, Mana və Oğuz (Skif) dövlətləri e.ə. VI 
əsrin başlanğıcında öz müstəqilliyini itirirlər.  
Mana quldar dövlət olmuşdur. Oğuz (Skif) isə  hərbi-
demokratiya sistemli dövlət olmuşdur. Oğuz (Skif) dövlətində 
quldarlıq ictimai-iqdisadi formasiya kimi inkişaf etməmişdir, 
hələ icma ənənələri davam edir, icma üzvləri arasında sosial 
bərabərlik hökm sürürdü.                  
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 1-ci cild, s. 174-225. 
2. Azərbaycan tarixi. Dərslik, s. 58-119. 
3. S.Qaşqay. Mana dövləti. Bakı, 1993. 
 4. А.Сумбатзаде. Азербайджанцы – этногенез  
и происхождение народа.  Баку, 1990. 
 
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
32
 
 
 
III FßSÈL 
 
AZƏRBAYCAN ÖN ASIYANIN 
FÖVQƏLDÖVLƏTLƏRININ TƏRKIBINDƏ 
 
3.1. Azərbaycan Mada imperiyasının tərkibində. Mada 
soyları manalardan şərqdə  və  cənub-şərqdə yaşayırdılar. 
Onların yaşadıqları Maday ölkəsi  əvvəllər Manaya tabe olan 
vilayət idi. Sonralar isə Assur dövləti Madanı tutub özünə tabe 
etmişdi. Assur hökmdarları Maday ölkəsini qarət edib, əhalini 
çapıb talayırdılar. 
 E.ə. 671-ci ildə madalılar Assura qarşı üsyan qaldırdılar. 
Mada üsyançılarını Mana və Oğuz (Skif) dövlətləri və onların 
müttəfiqləri kimmerlər dəstəkləyirlər. Üsyançılar və onların 
müttəfiqləri ilə döyüşdə Assur məğlubiyyətə  uğrayır. Assur 
dövlətinin paytaxtı Ninəviyənin tutulması  təhlükəsi qarşısında 
qalır. Assur tam məğlubiyyətdən qorxub madalılar və oğuzların 
rəhbəri Partutua ilə danışığa başlayır və böyük məbləğdə pul 
təklif edir ki, müharibəni dayandırsınlar. Partatua Madaya 
müstəqillik verilməsi  şərtilə  hərbi  əməliyyatı dayandırmağa 
razılıq verir. Assur öz paytaxtını  işğal təhlükəsindən qorumaq 
üçün Madanın müstəqilliyini tanımağa məcbur olur. Beləliklə, 
e.ə. 669-cu ildə Mada müstəqil dövlət olur.  
  Qədim yunan tarixçisi Heradotun yazdığına görə 
istiqlaliyyət uğrunda mübarizə ərəfəsində Madada vahid dövlət 
hakimiyyəti yox idi. Ölkə kiçik hökmdarlıqlardan ibarət idi. 
Üsyanın gedişində Madanın kiçik hökmdarları ittifaq bağlayıb, 
düşmənə qarşı birləşirlər. Hərbi ittifaqa Maday hakimi Deyok 
başçılıq edir. Deyok kiçik ölkələrin hakimlərini öz ətrafında 
birləşdirib qəbilələrin hərbi-siyasi ittifaqının rəhbərinə çevrilir 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə