Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə9/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   5   6   7   8   9   10   11   12   ...   134

Azərbaycan Tarixi 
 
 
33 
və  qəbilə başçılarının ümumi yığıncağında Madanın hökmdarı 
seçilir. 
  Deyok yunan qaynaqlarında Ekbatana, İran qaynaqların-
da isə Həmədan adlanan şəhəri salır, şəhərdə hökmdar sarayı və 
xəzinə tikdirir, onu dövlətin paytaxtına çevirir və şəhərin ətra-
fında qala divarları hördürür. 
 Deyokun oğlu Fraorta (e.ə. 646-625) qonşu ölkələri 
tutub dövlətin sərhədlərini genişləndirməyə başlayır. Heradotun 
yazdığına görə Fraortanın tutub Madaya tabe etdiyi ilk ölkə 
farsların Parsua ölkəsi idi. Bu ölkəni yunanlar Persida ad-
landırdılar. Persida o vaxt indiki İranın cənubunda okean sahi-
lində yerləşirdi. Onun paytaxtı Pasarqad şəhəri idi. Parsuada 
Haxamanişilər sülaləsi hakimiyyətə  gəldikdən sonra Pasar-
qaddan cənub-qərbdə yeni paytaxt şəhəri salırlar. Yunan 
qaynaqlarında bu şəhər Persepol adlanır. Heradotun yazdığına 
görə bu şəhər yalnız hökmdarın və  əyanların saraylarından 
ibarət olan o vaxtki dünyanın ən gözəl şəhəri imiş. 
 Fraortanın oğlu Kiaksarın hakimiyyəti dövründə (e.ə. 
625-585) Mada geniş  işğallara başlayır.  İşğallar nəticəsində 
böyük dövlətə çevrilən Mada ilk dəfə skiflərə (oğuzlara) 
məğlub olur və  Oğuz dövlətinə  xərac verməli olur. O dövrdə 
Oğuz ordusu Ön Asiyada ən güclü ordu idi. Çar skifləri 
(oğuzlar) Ön Asiyaya ənənəvi qoşun növlərindən  əlavə süvari 
atıcı (süvari ox atanlar) qoşun növü gətirmişdi. Qoşun tipinə, 
hərbi texnikaya və döyüş taktikasına görə üstünlüyə malik olan 
oğuzlar Ön Asiyanın bütün qüdrətli dövlətlərini xərac verməyə 
məcbur etmişdilər. 
 Kiaksar hərbi islahat keçirir və Mada ordusunu Oğuz 
ordusu tipində yenidən qurur. 616-cı ildə Assur və Mana 
dövlətlərinin Babil dövləti tərəfindən məğlubiyyətə  uğradıl-
masından istifadə edən Kiaksar Mananı özünə tabe edir. Sonra 
isə Kiaksar oğuzların üzərinə yeni yürüş edir. Heratonun 
yazdığına görə Kiaksar hiylə, aldatma yolu ilə Oğuz ordusunun 
bir hissəsini qılıncdan keçirir və  Oğuz dövlətini məğlubiyyətə 
Qəzənfər Rəcəbli 
 
 
34
uğradır. Bu qələbə ilə Kiaksar Oğuz dövlətinin Ön Asiyada 
hökmdarlığına son qoyur.  
 Madalılara məğlub olduqdan sonra çar skiflər (oğuzlar) 
şimala doğru hərəkət edərək, Qafqaz dağlarını  aşıb  Şərqi 
Avropa düzənliklərində  məskunlaşırlar.  Şərqi Avropada 
məskunlaşmış çar skifləri müasir slavyan xalqlarından rusların 
və ukraynların etnogenezi prosesində fəal iştirak etmişlər.  
  Təxminən 100 il Ön Asiyada, əsasən Azərbaycanda 
yaşamış çar skifləri və  əsasən Anadoluda yaşamış, onlarla 
qohum olan kimmerlər yerli əhali ilə qaynayıb- qarışmışdılar. 
Çar skiflərinin ordusu Ön Asiyanı  tərk edib şimala getdikdən 
sonra da onların müəyyən hissəsi bu ölkələrdə qalır. 
Azərbaycanda və Anadoluda yerli əhali ilə qaynayıb qarışan 
skiflər və kimmerlər bu ərazidə yaşayan yeni oğuz türk soyları 
və sonralar buraya gəlmiş  səlcuq oğuzları ilə birlikdə müasir 
Azərbaycan və türk xalqlarının etnogenezi prosesində  fəal 
iştirak etmişlər.  
 Kiaksar Oğuz dövlətini məğlub etdikdən sonra Urartunu 
özünə tabe edir. E.ə. 604-cü ildə isə Assur imperiyasına son 
qoyulur. Mada və Babil dövlətləri Asssur imperiyasını öz 
aralarında bölürlər. 
 E.ə. 590-cı ildə Kiaksar Kiçik Asiyanın qərbində 
yerləşən Lidiya üzərinə yürüş edir. Lidiya ilə müharibə çox 
uzun sürür və 5 il davam edir. Müharibə e.ə. 585-ci ilin mayın 
28-də sülh ilə başa çatır. Həmin gün Günəşin, tarixdə qeydə 
alınmış, ilk tam tutulması baş verir. Beş illik müharibə ərzində 
yorulmuş  hər iki tərəf Günəşin tam tutulmasını allahların 
qəzəbi hesab edərək sülh müqaviləsi bağlayırlar. Sülh 
müqaviləsi diplomatik nikahla möhkəmləndirlir. Lidiya 
hökmdarı Aliatta qızını Kiaksarın oğlu Astiqa ərə verir. 
Müqaviləyə görə Mada ilə Lidiya arasında sərhəd Qalis (Qızıl 
İrmaq) çayı ilə müəyyənləşdirilir. 
 Kiaksarın hakimiyyəti dövründə Mada Ön Asiyanın  ən 
qüdrətli fövqəldövlətinə çevrilir. Bütün Cənubi Azərbaycan da 


Azərbaycan Tarixi 
 
 
35 
Mada fövqəldövlətinin tərkibində idi. Şimali Azərbaycan 
torpaqlarından Naxçıvan və  İrəvan bölgələri də Mada 
imperiyasına daxil idilər. 
 Kiaksarın oğlu Astiaqın hakimiyyəti dövrü (e.ə. 585-
550) Mada fövqəldövlətinin çiçəklənməsi və süqutu dövrüdür. 
Astiaq öz sələflərindən fərqli olaraq işğallar siyasətindən imtina 
edir. O, iqtisadiyyat, ticarət, sənətkarlıq, elm, təhsil və  mədə-
niyyətin inkişafına fikir verirdi, Astiaq dövlət quruculuğuna 
xüsusi qayğı göstərir,  əyanların və yerli hakimlərin hüquq və 
səlahiyyətlərini müəyyənləşdirir, onların özbaşınalığına son 
qoyur,  əhalidən toplanan vergiləri nizama salırdı. Hüquqları 
məhdudlaşdırmış  əyanlar və yerli hakimlər Astiaqdan narazı 
olurlar. Müxalifət qüvvələrinə ordunun sərkərdəsi, Astiaqın 
özünün qohumu Qarpaq başçılıq edir. O, Madaya tabe olan 
Parsua hökmdarı Haxamanişilər sülaləsinin nümayəndəsi II Kir 
ilə gizli əlaqəyə girib, farsları üsyana qaldırır. E.ə. 553-cü ildə 
başlanan üsyan 550-ci ildə farsların qələbəsi ilə başa çatır. 
Mada fövqəldövlətində Haxamanişilər sülaləsi hakimiyyət 
başına gəlir. Azərbaycanlıların əcdadlarının dövləti olan Mada 
farsların əcdadlarının dövlətinə çevrilir. 
 Mada quldar fövqəldövlət olmuşdur. Onun sərhədləri 
şərqdə indiki Əfqanıstandan başlayaraq, qərbdə  Qızıl  İrmaq 
çayına və Mesopatamiyayadək,  şimalda Ön Qafqazın 
cənubundan və Orta Asiyanın Amu Dərya və  Sır Dərya 
çaylarından başlayaraq, cənubda Hind okeanına və  İran 
körfəzinə qədər böyük bir ərazini əhatə edirdi.  
 Madalıların dini inamları atəşpərəstlik idi. Madada 
zərdüştilik dini də geniş yayılmışdı. Zərdüştilik dininin 
ehkamları müqəddəs “Avesta” kitabında öz əksini tapmışdı. 
Zərdlüştiliyin əsas ehkamı dünyada iki qüvvənin – xeyir və şər 
qüvvələrinin mübarizəsinə  əsaslanırdı. “Avesta”da xeyir 
qüvvələrini allah Hörmüz, şər qüvvələrini isə divlərin allahı 
Əhriman təmsil edirdi. Zərdlüştilik inamına görə bu 
mübarizənin sonunda xeyir qüvvələri qalib gəlməli idi. 
Qəzənfər Rəcəbli 
 
 
36
3.2.  Azərbaycan Haxamanişilər Madası 
fövqəldövlətinin tərkibində. 
Haxamanişilər Madada 
hakimiyyəti  ələ aldıqdan sonra Babili, Misiri, Suriyanı, 
Lidiyanı, Frakiyanı, Parfiyanı, Soqdianiyanı, Baktriyanı  və bir 
çox kiçik dövlətləri özlərinə tabe edib, o dövrdə dünyanın  ən 
böyük fövqəldövlətini yaratdılar. Haxamanişilər imperiyasının 
3 paytaxtı var idi: Ekbatana, Babil və Persepol. 
 E.ə. V əsrin birinci yarısında bütün Azərbaycan torpaq-
ları Haxamanişilərin imperiyasına qatılmışdı. Imperiya inzibati 
ərazi bölgələri olan satraplıqlara bölünürdü. Azərbaycan 
torpaqları X, XI və XIV satraplıqlara daxil idi. Heradotun 
yazdığına görə Kiçik Mada adlanan X satraplığa keçmiş ilk 
Mada dövlətinin  ərazisindən  əlavə bütün Cənubi Azərbaycan 
və  Şimali Azərbaycan torpaqlarının bir hissəsi daxil idi. XI 
satraplığa kaspi (kaslar), kadusilər, paresiklər, pantimatlar, 
dareytlərin və alban soylarının yaşadığı  Şimali Azərbaycan 
bölgələri daxil idi. XIV satraplığa, Heradotun məlumatına görə 
uti, mük və saqartilərin yaşadığı torpaqlar daxil idi. Onun 
təsvirindən aydın olur ki, XIV satraplıq Kür və Araz çayları 
ətrafı bölgələrini, o cümlədən indiki Ermənistan  ərazisini və 
Cənubi Azərbaycandan qərbdə olan torpaqları  əhatə edirdi. 
Satraplıqların başında satraplar (yerli hakimlər olan canişinlər) 
dururdular. Kiçik Mada satrapları atropat (yunanca – “odu 
qoruyan”) adlanırdılar. Çünki onlar eyni zamanda atəşpərəst-
lərin “atropatı” (baş kahimləri) idilər. 
 Haxamanişi hökmdarı II Kirin ölümündən sonra onun 
oğlanları arasında hakimiyyət uğrunda mübarizənin nəticəsində 
imperiyaya tabe edilmiş xalqların çıxışları baş verir. Bisutun 
qayalarında Haxamanişi hökmdarı I Daraya aid edilən kitabənin 
verdiyi məlumata görə hökmdar Kambizin dövründə hakimiy-
yətə qarşı xalq çıxışlarının genişlənməsindən istifadə edən 
Qaumat adlı bir Madalı maq (kahin) üsyan edib, hökümdarın 
Misirdə  hərbi səfərdə olduğu müddətdə hakimiyyəti  ələ alır. 
Qaumatın dövlət çevrilişi fars Haxamanişilərin hakimiyyətinə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə