Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə7/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
12 
Şəkil 1.2. Theodor 
Kocher (1841-1917) 
Şəkil 1.3. Henri 
Butlin (1845-1912) 
Şəkil 1.1. Theodor 
Billrot (1829-1894) 
İren  və  Frederik Jolio-Küri  tərəfindən süni 
radioaktivliyin kəşfi heyvanlarda radioaktiv izotoplarla 
təsir etməklə  bədxassəli  şişlərin alınmasına və bunun 
əsasında fiziki kanserogenezin öyrənilməsinə imkan 
verdi.  P.Raus 1910-1911-ci illərdə toyuq sarkomaları-
nın virus etiogiyalı olmasını  kəşf etməklə kanseroge-
nezin virus nəzəriyyəsinin başlanğıcını qoydu. Xərçən-
gin  əmələ  gəlməsində çoxsaylı müxtəlif amillərin ol-
masını nəzərə alan N.Petrov xərçəngin polietioloji nə-
zəriyyəsini irəli sürdü ki, bu da digər nəzəriyyələr kimi 
kanserogenezin müasir mexanizmlərinin işlənib hazır-
lanmasına mühüm töhvə verdi. 
XX  əsrin  əvvəlində  bədxassəli  şişlərin  əsas mü-
alicə metodu cərrahi olub, əsasən,  şikəstedici  əməliy-
yatlardan istifadə olunurdu. Keçən  əsrin 30-40-ci illə-
rində kimyəvi və şüa müalicəsi metodlarının güclü inki-
şafi bədxassəli şişlərin müalicəsində yeni imkanlar açdı. 
Orqansaxlayıcı  əməliyyatlar, konservativ müalicə me-
todları istifadə olunmağa başladı. 
Sonraki illər  ərzində onkoimmunologiya və on-
kogenetika (xərçəngin bioterapiyası) sahəsindəki nailiy-
yətlər xərçəngin diaqnostika və müalicəsində yeni səhi-
fənin açilmasına səbəb oldu. Hal-hazırda bədxassəli şiş-
lərin vaksinoterapiya, sitokinoterapiya və target tera-
piyası kimi yeni müalicə üsulları işlənib hazırlanmışdır. 
Yaxın gələcəkdə gen terapiyasının kliniki praktikaya 
tətbiqi gözlənilir ki, bu da tək bədxassəli şişlərinin mü-
alicəsi üçün yox, həm də onun əmələgəlmə səbəblərinin 
aradan qaldırılması üçün geniş imkanlar açacaqdır. 
Baş-boyun nahiyəsinin bədxassəli  şişlərinə aid 
çox qədim məlumatların olmasına baxmayaraq bu gün-
kü modern baş-boyun onkologiyasının təməlinin qoyul-
ması  və formalaşması 150 illik bir tarixdir. Bu forma-
laşma və inkişaf tarixində bir çox ölkələrdən və ixtisas-
lardan (otorinolarinqoloq, stomatoloq, ümumi cərrah, 
endokrinoloq, plastik cərrah, radioloq) olan həkimlərin 
və təbabətdən kənar bir sıra elm adamlarının əməyi ol-
muşdur. Bu sıraya T.Billroth, T.Kocher, H.Butlin, 
C.Crile, H.Martin, J.Conley və s. adlarını aid etmək olar 
[şəki1 1.1-1.6] . 


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
13 
Şəkil 1.4. George W. 
Grile (1864-1943) 
Şəkil 1.5. Hayes 
Martin (1892-1977) 
Şəkil 1.6. John 
Conley (1912-1999) 
Baş-boyun onkologiyasının XIX əsrin ortaların-
dan başlayan inkişaf tarixinin ilk yarısında Avropa, 
ikinci yarısında isə ABŞ daha öncül olmuşlar. Bu in-
kişaf tarixinin ilk 50 illiyində  cərrahi müalicə, ikinci 
50 illiyində radioterapiya ön planda olmuş, üçüncü 50 
illikdə isə kombinəolunmuş və kompleks müalicə prin-
sipləri formalaşmışdır.  
Baş-boyun onkologiyasının inkişaf tarixinin əsas 
nailiyyətlərinə aşağıdakıları aid etmək olar: 
•  1847-ci ildə M.Kelius (M.Chelius) ağız 
boşluğu xərçəngi zamanı boynun regionar 
metastazlarının  əhəmiyyətini qiymətləndi-
rərək müalicənin nəticələrinin yaxşılaşdırıl-
ması üçün onların çıxarılmasının vacibli-
yini göstərdi. 
•  1872-ci ildə T.Billrot (T.Billroth) qırtlaq 
xərçənginə görə ilk larinqektomiya əməliy-
yatnı icra etdi. 
•  1888-ci ildə Leyn (Lane) tərəfindən baş-
boyun şişlərinə həsr olunmuş ilk kitab nəşr 
edildi. 
•  1898-ci ildə H.Batlin (H.Butlin) tərəfindən 
dilin xərçənginə həsr olunmuş tarixi elmi iş 
tibbi ictimaiyyətə təqdim edildi. 
•  1906-cı ildə C.Krayl (G.Crile) 132 xəstə 
üzərində regionar metastazların müalicəsi-
nə  əsaslanan ilk sistemləşdirilmiş boyun 
diseksiyaları haqqında fundamental işini 
təqdim etdi. 
•  1909-cu ildə qalxanabənzər vəzi cərrahiy-
yəsindəki mühüm xidmətlərinə görə T.Ko-
xer (T.Kocher) Nobel mükafatı laureatı 
adına layiq görüldü. 
•  1914-cü ildə C.Yuinqin (J.Ewoing) təşki-
latçılığı ilə dünyada ilk dəfə olaraq Nyu-
Yorkda Sloun və Ketterinq adına Memo-
rial Onkoloji Mərkəzi (Memorial Sloan-
Kettering Cancer Center) yaradıldı. 
•  1930-cu ildə H.Martin (H.Martin) tərəfin-
dən ABŞ-da onkoloji xəstəliklərin diaqnos-


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
14 
tikasında incə iynə aspirasion biopsiyası 
haqqında məqalələr çap olundu. 
•  1957-ci ildə C.Konli (G.Conli) və əmək-
daşları Amerika Baş-Boyun Cəmiyyətini 
təsis etdilər. 
•  1960-cı ildə şüa terapiyası cərrahi müali-
cəyə köməkçi vasitə kimi istifadə edilmə-
yə başladı. 
•  1987-ci ildə Jatin Şa (Jatin P. Shah) [şə-
kil 1.7] tərəfindən Londonda, özündə 16 
təşkilatçı və 43 üzv cəmiyyəti birləşdirən 
Baş və boyun şişlərinin öyrənilməsi üzrə 
Beynəlxalq Federasiya (International Fe-
deration of Head and Neck Oncologic 
Societies [IFNOS]) təsis edildi. 
•  1991-ci ildən baş-boyun xərçənginin 
konservativ orqansaxlayıcı (kimyəvi-şüa) 
müalicəsi prinsipləri kliniki praktikada 
tətbiq edilməyə başladı. 
•  1998-ci ildə IFNOS ilk beynəlxalq kon-
qresini keçirdi. 
Müasir dövrdə bədxassəli şişlərlə mübarizənin 
aparıcı təşkilatları Xərçəngin öyrənilməsi üzrə Bey-
nəlxalq agentlik və Beynəlxalq xərçəng əleyhinə itti-
faqdır. 
Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agent-
lik (International Agency for Researh on Canser 
[IARC]) 1965-ci ildə Ümumdünya Səhiyyə  Təşki-
latının nəzdində yaradılmışdır və özündə 21 dövləti 
birləşdirir. IARC beynəlxalq elmi-tədqiqat təşkilatı 
olub bədxassəli  şişlərin  əmələgəlmə  səbəbləri, kan-
serogenezin mexanizmləri sahəsində  tədqiqatların 
aparılması  və koordinasiyası, həmçinin xərçəng 
əleyhinə elmi strategiyanın işlənib hazırlanması ilə 
məşğul olur. 
Beynəlxalq Xərçəng Əleyhinə İttifaq (Interna-
tional Union Against Cancer [UICC]) 1933-cü ildə 
yaradılmışdır, özündə dünyanın 90 ölkəsindən 280 
təşkilatı birləşdirir. UICC bədxassəli  şişlərin profi-
laktikası, siqaretçəkmə əleyhinə mübarizə, həmçinin 
onkoloji biliklərin yayılması istiqamətində  işləyir. 
Şəkil 1.7. Jatin P.Shah 
Şəkil 1.8. N.N.Bloxin 
(1912-1993) 
Şəkil 1.9. A.T.Abbasov 
(1928-1974) 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə