Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə71/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
223 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həkim və müalicə müəssisəsi ilə əlaqədar olan amillərə xəstənin mü-
alicəsində iştirak edən həkimin təcrübəsi və müalicə aparılan müəssisədə olan 
şəraitdir. 
Ağız boşluğu xərçənginin erkən mərhələlərində (T
1
–T
2
) aşağıdakı müa-
licə metodlarından istifadə olunur: 
•  Cərrahi 
•  Şüa 
•  Kombinəolunmuş 
•  Kriodestruksiya 
•  Fotodinamik terapiya 
Cərrahi metod müalicə müddətinin qısalığı və kafi funksional nəticələri 
ilə xarakterizə olunur. Ağız boşluğunun ön yarısının  şişlərinin cərrahi müa-
licəsi üçün ağızdaxili yoldan [şəkil 9.19], arxa nahiyəsinin şişlərində isə daha 
geniş kəsiklərdən istifadə edilir. Cərrahi əməliyyat zamanı birincili şişin kəsilib 
götürülməsi ilə birgə selektiv boyun diseksiyası aparılır.  Əgər  şişi transoral 
Şəkil 9.17. Sərt damağın kiçik 
ağız suyu vəzisinin adenisistoz 
karsinoması(silindroma)
Şəkil 9.18. Dilin kökünün uru 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
224 
yolla çıxarmaq mümkündürsə, «gözətçi» limfa düyününün biopsiyası  məslə-
hətdir. Gözətçi limfa düyününün metastatik zədələnməsi aşkar olunmadıqda 
boyun diseksiyasından imtina etmək və  xəstəni dinamik nəzarətdə saxlamaq 
olar. Əməliyyatdan sonraki histoloji müayinənin aşağıdaki nəticələri adyuvant 
şüa müalicəsinə göstərişləri müəyyən edir; şişin invaziya dərinliyin 4 mm dən 
çox olması, perinevral artım, limfa düyünlərində mikrometastazlar, rezeksiya 
kənarlarında şiş hüceyrələrinin tapılması. 
Eyni zamanda bir sıra müəlliflər ağız boşluğunun erkən xərçəngində (T
1

T
2
) sərbəst cərrahi müalicə metodunun lazimi effektivliyinin olmamasını qeyd 
edirlər. ABŞ-nin Mejo klinikasında aparılan tədqiqatlar göstərmişdir ki, T
1
–T
2
 
ağız boşluğu xərçənginə görə aparılan cərrahi əməliyyatdan sonraki 5 il müd-
dətində  xəstələrin 80%-də  şişin residivi və metastazları müşahidə edilir. Ona 
görə də əksər müəliflər erkən ağız boşluğu xərçəngində belə kombinəolunmuş 
müalicəyə üstünlük verirlər. 
Ağız boşluğunun I–II mərhələli xərçənginin şüa müalicəsində distansion 
şüa müalicəsindən, braxiterapiyadan və onların kombinasiyasından (müştərək 
şüa müalicəsi) istifadə olunur. Distansion şüa müalicəsi Co
60 
mənbəli qamma 
terapevtik qurğular və  xətti elektron gücləndiricilər vasitəsi ilə aparılır. Bu 
zaman şüa terapiyası standart (birdəfəlik ocaq dozası 1,8-2,0 Qr olmaqla gündə 
bir dəfə) və ya hiperfraksion (birdəfəlik ocaq dozası 1,0-1,2 Qr,fraksiyalar 
arasındaki vaxt 4-6 saat olmaqla gündə 2 dəfə) metodikalarla aparıla bilər. 
RTOG (Radiation Therapy Onkology Group) çərçivəsində aparılan 
tədqiqatların nəticələri hiperfraksion rejimli şüa terapiyasının daha effektiv 
olmasını göstərmişdir. 
Braxiterapiya kontakt şüa müalicəsi növü olub, əsasən, Co
60
, İr
92
, Cf
252

Sz
137 
mənbəli radioaktiv iynələrin  şiş toxuması daxilinə yeridilməsi yolu ilə 
aparılır. Distansion şüa müalicəsi sərbəst müalicə metodu kimi ağız boşluğu 
xərçənginin erkən mərhələrində (T
1
–T
2
), müştərək şüa müalicəsi isə daha geniş 
Şəkil 9.19. Dilin kiçik ölçülü xərçənginin transoral rezeksiyası 
(Lemans R., 2010) 


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
225 
yayılmış (T
2
–T
3
) proseslərdə istifadə olunur. Müştərək  şüa müalicəsi zamanı 
braxiterapiya adətən distansion şüa müalicəsinə yardımcı metod kimi istifadə 
olunur. Belə ki, distansion və ya toxumadaxili şüa müalicələrinin sərbəst is-
tifadə edildiyi hallarda birincili şiş ocağının  şüalanmasının SOD 70 Qr təşkil 
edirsə, müştərək şüa müalicəsi zamanı distansion şüa müalicəsinin SOD 40-50 
Qr, toxumadaxili terapiyanın SOD isə 20-30 Qr olur. Regionar (boyun) 
metastazvermə zonalarının şüalanmasının SOD 40-50 Qr təşkil edir. Aparılan 
şüa müalicəsindən sonra qalıq  şiş müəyyən edilərsə  cərrahi  əməliyyat və ya 
kriodestruksiya icra edilə bilər.  
Kriodestruksiya metoduna göstəriş  ağız boşluğu xərçənginin I-II 
mərhələləri, kiçik ölçülü qalıq və residiv şişlərdir. Bu müalicə metodundan, 
əsasən, yaşlı və ciddi yanaşı somatik patologiyası olan xəstələrdə istfiadə olu-
nur. Kriodestruksiyanın həm də şüa və ya kimyəvi-şüa müalicəsi ilə kombina-
siyası haqqında da məlumatlar vardır. 
Fotodinamik müalicə. Ağız boşluğu xərçənginin erkən və səthi formala-
rında son illər FDT geniş istifadə olunur. Bu müalicə metodu yüksək effek-
tivliyi, ciddi yerli və ümumi ağırlaşmalarının olmaması, müalicə seansının tək-
rarlanmasının mümkünlüyü ilə xarakterizə olunur. Fotodinamik terapiya eyni 
zamanda yüksək funksional və kosmetik nəticələrin alınmasını  təmin edir. 
Digər tərəfdən fotodinamik müalicədən sonra yaranın sağalması üçün həftələr, 
hətta aylar tələb olunur. Bu müddət  ərzində  xəstələrə analgetiklərin təyini 
vacibdir [şəkil 9.20]. 
Ağız boşluğunun yerli yayılmış xərçəngi zamanı (T
3
–T
4
) istifadə olunan 
müalicə metodlarına aşağıdakılar aid edilir: 
•  Kombinəolunmuş 
•  Kompleks 
Kombinəolunmuş müalicə ağız boşluğu orqanlarının xərçəngi zamanı ən 
geniş istifadə olunan müalicə metodu olub şüa və cərrahi müalicə metodlarının 
kombinasiyasından ibarətdir. Kombinəolunmuş müalicənin  əsas variantları, 
əməliyyatönü (neoadyuvant) və  əməliyyatdan sonrakı (adyuvant) şüa müali-
cəsidir. Əməliyyatönü şüa müalicəsinin SOD 40-45 Qr, əməliyyatdan sonrakı 
şüa müalicəsinin SOD 45-50 Qr təşkil edir. Kombinəolunmuş müalicənin hər 
iki metodikasının üstün və çatışmayan cəhətləri vardır. Hal-hazırda dünyanın 
əksər iri klinikalarında müalicənin I etapında cərrahi  əməliyyata və  əməliy-
yatdan sonrakı (adyuvant) şüa müalicəsinə üstünlük verirlər. 
Bu müalicə metodikasının üstünlüyünün əsas arqumentləri aşağıdakı-
lardır: 
•  Məlumdur ki, şüa müalicəsi  şiş toxuması ilə  bərabər  ətraf sağlam 
toxumalara da zədələyici təsir edərək regenerativ prosesləri ləngidir. 
Zədələnmənin dərəcəsi şüa terapiyasının dozasından asılı olur. Belə 
ki, neoadyuvant şüa müalicəsinin SOD 45-50 Qr-ə  qədər olması 
əməliyyatdan sonrakı dövrdə yalnız yaranın sağalmasını gecikdi-


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə