Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə79/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
250 
şişəleyhinə preparatlardan vindezini və paklitakseli qeyd etmək olar. Paklitak-
selin monoterapiya şəklində ən çox istfiadə olunduğu sxem (250 mq/m
2
 24 sa-
atlıq infuziya,  3 həftədən bir) yüksək effektivliyi ilə fərqlənir. Eyni zamanda 
müəyyən edilmişdir ki, eynivaxtlı kimyəvi-şüa müalicəsinin effektivliy daha 
yüksəkdir. 
Ağız-udlaq xərçənginin kimyəvi və şüa müalicəsinə həssaslığı, xəstələrin 
əksəriyyətində  şiş prosesinin gecikmiş  mərhələlərdə  aşkar edilməsi və onunla 
əlaqədar olaraq cərrahi  əməliyyatın texniki çətinliyi səbəbindən konservativ 
müalicə (kimyəvi-şüa) üsullarına üstünlük verilir. Lakin bu müalicə me-
todlarının daim təkmilləşdirilməsinə baxmayaraq aparılan konservativ mü-
alicədən sonra tam kliniki effekt 60-80% hallarda müşahidə olunur və 20-40% 
təsadüfdə qalıq  şiş müəyyən edilir. Bu halda yalnız cərrahi  əməliyyat (əgər 
mümkündürsə) nəticəsində  xəstənin sağalma  şansı  əmələ  gəlir. Lakin texniki 
çətinliyi və yerli ağırlaşmaları  yaranın irinləməsi və nekrozu, arroziv qanaxma 
və s. səbəbindən cərrəhi əməliyyata ciddi göstərişlər olmalıdır. 
Əksər müəlliflərin fikrincə, ağız-udlaq xərçəngi zamanı  cərrahi müalicə 
kiçik ölçülü qalıq şişlərdə və birtərəfli rezektabel boyun metastazlarında daha 
məqsədəuyğun hesab olunur. Ağız-udlaq xərçənginin cərrahiyyəsində müxtəlif 
cərrahi müdaxilə yolları mövcuddur ki, onların da arasında dünyanın ən qabaq-
cıl klinikalarında son illər  ərzində  ən çox istfiadə olunanı orta mandibuloto-
miyadır. 
 
10.2.6. Proqnoz 
 
Ağız-udlaq xərçənginin müalicəsinin uzaq onkoloji nəticələri qənaətbəxş 
olmayıb orta 5 illik yaşama göstəricisi 25%-dən yuxarı olmur. Kombinə-
olunmuş və kompleks müalicə metodlarından istifadə müalicənin effektivliyni 
40-50%-ə  qədər artırır. Ağız-udlaq xərçənginin 5 illik yaşama göstəricisi re-
gionar metastazlar olmadığı  təqdirdə 40-45%, limfa düyünlərində metastazlar 
olduqda 20-25%, regionar metastazlarda ekstrakapsulyar yayılım olduqda isə 
5-10% təşkil edir. 
 
10.3. Qırtlaq-udlağın xərçəngi 
 
Qırtlaq-udlağın xərçəngi bütün bədxassəli  şişlərin 0.1-0,5%-ni, yuxarı 
tənəffüs yollarının  şişlərinin isə 8%-ni təşkil edir. Xəstəlik  ən çox 45-65 
yaşlarda təsadüf edib, kişilərdə qadınlara nisbətən daha çox (6:1 nisbətində) 
rast gəlinir. Ağız-udlaq xərçənginin  əsas risk amillərinə siqaretçəkmə, spirtli 
içkilərdən istifadə aiddir. Xəstəliyin digər əmələgəlmə səbəblərinə qida (A, B 
qrup vitaminlərin və retinoidlərin çatışmazlığı), peşə (ağıc, boyaq, daş kömür 
sənayesi) amillərini, insan papilloma virusunu qeyd etmək olar.  


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
251 
10.3.1. Beynəlxalq histoloji təsnifat 
(№19, WHO – 2005) 
 
I. Epitelial şişlər 
Xoş xassəli şişlər Bəd xassəli şişlər 
•  Papilloma 
•  Papillomatoz 
•  Ağız suyu vəziləri tip adenomalar 
– pleomorf adenoma 
– onkosit papillyar sistadenoma 
• Yastıhüceyrəli karsinoma 
– verrukoz karsinoma 
– bazal yastıhücerəli karsinoma  
– papillyar yastıhüceyrəli karsinoma 
– adenoid yastıhüceyrəli karsinoma 
– iyəbənzərhüceyrəli karsinoma 
– akantolitik yastıhüceyrəli karsi-
noma 
• Limfoepitelial karsinoma 
• Nəhənghüceyrəli karsinoma 
• Ağız suyu vəziləri tip karsinomalar 
–  mukoepidermoid karsinoma 
– adenosistoz karsinoma 
II. Yumşaq toxuma şişləri 
Xoş xassəli şişlər 
•  Şvannoma 
•  Neyrofibroma 
•  Lipoma 
•  Leyomioma 
•  Rabdomioma 
•  Hemangioma 
•  Limfangioma 
•  Dənəvərhüceyrəli şiş 
Sərhədi şişlər 
•  Miofibroblastik 
şiş 
 
Bəd xassəli şişlər 
• Fibrosarkoma 
• Bədxassəli fibroz 
histoisitoma 
• Liposarkoma 
• Leyomiosarkoma 
• Rabdomiosarkoma 
• Angiosarkoma 
• Kapoşi sarkoması 
• Sinovial sarkoma 
 
III. Limfoid və qanyaradıcı toxumaların şişləri 
 
IV. Sümük və qığırdaq toxumalarının şişləri 
•  Xondrosarkoma 
•  Osteosarkoma 
•  Xondroma  
•  Nəhənghüceyrəli şiş 
V. Melanogen sistemin şişləri 
 
VI. İkincili şişlər 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
252 
 Qırtlaq-udlağın bədxassəli  şişlərinin 90%-ni yastıhüceyrəli xərçəng 
təşkil edir. Qeyd etmək lazımdır ki, qırtlaq-udlağın yastıhüceyrəli xərçəngi 
qırtlaqda olduğuna nisbətən daha az diferensiasiyalıdır.  
Qırtlaq-udlağın xərçəngi orqanın istənilən  şöbəsində rast gəlinə bilər, 
lakin  şiş  əksərən armudabənzər cibdə (60-65 % hallarda), üzüyəbənzər qığır-
daqarxası nahiyədə (15-18%) və  qırtlaq-udlağın arxa divarında (10-15%) 
lokalizasiya olunur. 
 
10.3.2. TNM kliniki  təsnifatı 
(AJCC – 2002) 
 
T – birincili şiş 
T
x
 – birincili şişin müəyyən edilməsi mümkün deyildir 
T
o
 – birincili şiş müəyyən edilmir 
T
is
 – preinvaziv karsinoma (carcinoma in situ) 
T
1
 – qırtlaq-udlağın bir anatomik nahiyəsi ilə  məhdudlaşan və ölçüsü 2 
sm-dən böyük olmayan şiş 
T
2
 – qırtlaq-udlağın ətraf anatomik nahiyələrinə yayılan, ölçüsü 2,1-4 sm 
olan şiş, qırtlağın müvafiq nahiyəsinin fiksasiyası yoxdur 
T
3
 – qırtlağın müvafiq nahiyəsini fiksasiya edən və ölçüsü 4 sm-dən 
böyük olan şiş 
T
4a
 – şiş  aşağıdakı nahiyələrdən birinə: qalxan-üzüyəbənzər qığırdağa, 
dilaltı sümüyə, qalxanabənzər vəziyə, qida borusuna, prelaringeal nahiyənin 
yumşaq toxumalarına sirayət edir 
T
4b
 – şiş prevertebral fassiyani, mediastinal strukturları invaziya edir, 
daxili yuxu arteriyasını sıxır 
N – regionar limfa düyünləri 
N
x
 – regionar limfa düyünlərinin vəziyyətini qiymətləndirmək mümkün 
deyildir. 
N
0
 – regionar limfa düyünlərində metastazlar yoxdur. 
N
1
 – bir ipsilateral limfa düyünündə diametri 3 sm-dən böyük olmayan 
metastaz 
N
2
 – bir ipsilateral limfa düyünündə diametri 3,1-6 sm olan metastaz və 
ya bir neçə ipsilateral limfa düyünlərində və ya ikitərəfli və ya kontrlateral lim-
fa düyünlərində diametri 6 sm-ə qədər olan metastazlar 
N
2a
 – bir ipsilateral limfa düyünündə diametri 3,1-6 sm olan metastaz 
N
2b
 – bir neçə ipsilateral limfa düyünündə diametri 6 sm-ə  qədər olan 
metastazlar 
N
2c
 – bir neçə bilateral və ya kontrlateral limfa düyünlərində diametri 6 
sm-ə qədər olan metastazlar 
N
3
 – limfa düyünlərində diametri 6 sm-dən böyük olan metastazlar 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
253 
M – uzaq metastazlar  
M
x
 – uzaq metastazların olmasını təyin etmək mümkün deyildir 
M
0
 – uzaq metastazlar yoxdur 
M
1
 – uzaq metastazlar var 
 
Mərhələlərə görə qruplaşdırma 
 
Mərhələ T 


0 mərhələ 
T
is 
N

M

I mərhələ 
T

N
0
 
M
0
 
II mərhələ 
T
2
 
N
0
 
M
0
 
III mərhələ 
T
3
 
T
1
 
T
2
 
T
3
 
N
0
 
N
1
 
N
1
 
N
1
 
M
0
 
M
0
 
M
0
 
M
0
 
IV

mərhələ 
T
4a 
T
4a 
T
1
 
T
2
 
T
3
 
T
4a 
N

N
1
 
N

N
2
 
N
2
 
N

M

M
0
 
M

M
0
 
M
0
 
M

IV

mərhələ 
T
4b
 
 
istənilən T
 
istənilən N 
N
3
 
M
0
 
M
0
 
IV

mərhələ 
istənilən T
 
istənilən N
 
M

 
 
10.3.3. Klinika 
 
Qırtlaq-udlaq xərçənginin klinika gedişinin erkən, inkişaf və gecikmiş 
mərhələləri ayırd edilir. 
Xəstəliyin erkən mərhələsi özünü boğazda yad cisim hissiyyatı, göynəmə 
və keçici ağrılarla göstərir.  Əksər hallarda bu şikayətlər iltihabi prosesin əla-
mətləri kimi qəbul edilir. Hətta yüngül disfagiya və boğazda olan daimi ağrılar 
belə  xəstəni və  həkimi ehtiyatlandırmır ki, bu da şişin inkişaf mərhələsinə 
keçməsinə səbəb olur. 
Xəstəliyin inkişaf mərhələsində şiş böyük ölçülərə çataraq ətraf toxuma-
ları infiltrasiya edir. Nəticədə disfagiya, udma aktı zamanı qulağa irradasiya 
edən ağrılar ağızdan pis qoxu əmələ gəlir, səsin karlaşması və tənəffüsün çətin-
ləşməsi müşahidə olunur. Şiş prosesinin bu mərhələsində  xəstələrin  əksəriy-
yətində boyun limfa düyünlərində metastazlar, müəyyən qismində isə uzaq 
metastazlar inkişaf edir. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
254 
Xəstəliyin  gecikmiş  mərhələsinin  əsas kliniki əlamətləri tam disfagiya, 
kəskin ümumi zəiflik, arıqlama və kaxeksiyadır. 
Müəyyən hallarda qrıtlaq-udlaq xərçəngi «gizli» keçə bilər. Bu zaman 
birinicili  şiş özünü kliniki olaraq göstərmir və udlağa baxış zamanı  şiş onun 
çox kiçik olması  səbəbindən müəyyən edilmir. Belə hallarda xəstəliyin ilk 
əlaməti boynun bir və ya hər iki tərəfində müəyyən edilən böyümüş limfa 
düyünləri olur. Qırtlaq-udlaq xərçənginin «gizli» forması 10-15% hallarda 
müşahidə olunur.  
Qırtlaq-udlaq xərçəngi olan xəstələrin həkimə ilk müraciətində 40-70% 
hallarda boyun limfa düyünlərində metastazlar aşkar olunur. Regionar metas-
tazlar daha çox (55-60%) armudabənzər cibin xərçəngində müşahidə edilir. 
Qırtlaq-udlağın uzaq metastazları 10-15% hallarda rast gəlinir, əsasən, ağciyər, 
qaraciyər və sümüklərdə lokalizasiya olunur. 
 
10.3.4. Diaqnostika 
 
Qırtlaq-udlaq xərçənginin diaqnostikasında istfiadə olunan əsas müayinə 
metodları aşağıdakılardır: 
•  Endoskopiya 
•  KT 
•  MRT 
•  USM 
•  Morfoloji müayinə 
Vizual lokalizasiyalı  şiş olmasına baxmayaraq adi güzgü baxışı zamanı 
hətta təcrübəli həkim üçün belə 
qırtlaq-udlaqda olan kiçik ölçülü 
şişi aşkar etmək o qədər də asan 
olmur.  Endoskopik müayinədən 
(farinqoskopiya, larinqoskopiya) 
istfiadə yaxşı  işıqlanma  şəraitində 
qırtlaq-udlağı  təftiş etməyə,  şişin 
lokalizasiyası, ölçüləri və xarakteri 
haqqında yetərli məlumat almağa 
imkan verir [şəkil 10.11]. Fibro-
skopun köməyi ilə  şişdən biopsiya 
götürülür. Qırtlaq-udlaq xərçəngi-
nin diaqnostikasında  KT  və  MRT 
geniş istfiadə olunur. Hal-hazırda 
spiral və multispiral KT qırtlaq-ud-
laq xərçənginin həm birincili diaq-
nostikasında, həm də aparılan müa-
Şəkil 10.11. Qırtlaq-udlağın xərçəngi. 
Endoskopiya 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
255 
licədən sonra qalıq və residiv şişin aşkar olunmasında mühüm rol oynayır 
[şəkil 10.12-10.13]. KT-nin MRT qarşısındakı üstünlüklərinə yüksək 
informativliyi, daha ucuz olması, müayinənin qısa müddət davam etməsidir. 
Spiral KT aparılması mümkün olmadığı  təqdirdə (məsələn, allergik analiz) 
MRT-dən istifadə olunur.  
USM boyun limfa düyünlərinin vəziyyətini müəyyən etməyə, metastatik 
limfa düyünlərinin yerli statusu haqqında məlumat almağa imkan verir. 
Qırtlaq-udlaq xərçənginin  morfoloji diaqnostikası üçün birincili şişdən 
götürülmüş bioptatdan, sitoloji müayinə üçün isə böyümüş limfa düyünlərindən 
götürülmüş punktatdan istifadə olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 10.12. Qırtlag-udlağın xərçəngi.  
Kompüter tomografiya 
Şəkil 10.13. Qırtlag-udlağın xərçəngi.  
Kompüter tomografiya 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
256 
 
10.3.5. Müalicə 
 
Qırtlaq-udlaq xərçəngi olan xəstələrin müalicəsində, əsasən, cərrahi, şüa, 
kimyəvi-şüa, kombinəolunmuş  və kompleks müalicə metodlarından istifadə 
olunur. 
Məhdud (I-II mərhələ) qırtlaq-udlaq xərçənginin ənənəvi müalicə metod-
ları şüa və cərrahidir. Şüa müalicəsində, adətən. distansion qammaterapiyanın 
standart fraksiyalaşdırma metodikasından istifadə olunur. Bu zaman şüalanma-
nın BOD 2 Qr olmaqla SOD birincili şiş ocağına 70 Qr, regionar metastaz-
vermə zonalarına 50-60 Qr təşkil edir. Son illər qırtlaq-udlaq xərçənginin şüa 
müalicəsinin hiperfraksion metodikasından (gündəlik dozanın bir neçə fraksiya 
ilə verilməsi) geniş istfiadə olunur. Bu şiş  və normal toxumaların  şüa zədə-
lənməsinə alternativ təsir etməyə imkan verir və ətraf toxumaların minimal zə-
dələnməsi fonunda şüa müalicəsinin effektivliyini artırır.  
Məhdud qırtlaq-udlaq xərçənginin cərrahi müalicəsi zamanı onun rezek-
siyası və ya hemifarinqolarinqektomiya icra edilir. Son illər qırtlaq-udlaq xər-
çənginin erkən mərhələlərində endoskopik lazer cərrahiyyəsindən də istfiadə 
olunur.  
Yerli yayılmış (III-IV mərhələ) qırtlaq-udlaq xərçənginin müalicə me-
todları kombinəolunmuş və kompleks xarakter daşıyır. Kombinəolunmuş mü-
alicədə  şüa müalicəsi cərrahi  əməliyyatdan əvvəl və ya sonra icra edilə bilər. 
Hal-hazırda  əməliyyatdan sonrakı  şüa müalicəsi daha məqsədəuyğun hesab 
olunur. Belə ki, əməliyyatönü şüa müalicəsi zamanı toxumalarda baş verən şüa 
dəyişiklikləri cərrahi  əməliyyat zamanı  şişin sərhədlərinin və  kəsiləcək 
toxumaların həcminin düzgün qiymətləndirilməsini çətinləşdirir ki, bu da şişin 
residivlərinin və davam edən böyüməsinin tezliyini artırır. Digər tərəfdən 
əməliyyatönü  şüa müalicəsi cərrahi müdaxilədən sonrakı yerli ağırlaşmaların 
artmasına səbəb olur. Ədəbiyyat məlumatlarının tədqiqi göstərir ki, cərrahi 
əməliyyatın kombinəolunmuş müalicənin birincili etapında aparılması 5 illik 
yaşama göstəricilərini artırır. 
Yerli yayılmış  qırtlaq-udlaq xərçənginin cərrahi müalicəsi zamanı  bəzi 
hallarda larinqektomiya və  qırtlaq-udlağın subtotal rezeksiyası,  əksər hallarda 
isə larinqofarinqektomiya (larinqektomiya, udlağın və qida borusunun boyun 
hissəsminin sirkulyar rezeksiyası) aparılır. Birincili şiş ocağında aparılan 
əməliyyatla birgə boyun diseksiyası icra edilir və əməliyyatdan sonrakı dövrdə 
şüa müalicəsi planlaşdırılır. 
Qırtlaq-udlağın və qida borusununm sirkulyar defektinin rekonstruktiv 
plastikası üçün aşağıdakı parça və transplantatlardan istifadə olunur: 
•  Dəri-piy parçaları (boyun, deltopektoral) 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
257 
•  Qidalanan ayaqcıqlı dəri-əzələ parçaları (böyük döş əzələsi, kürəyin 
enli əzələsi üzərində) 
•  Ezofaqektomiya və qida borusu defektinin mədə və ya yoğun bağır-
saqla plastikası 
•  Mikrocərrahi anastomozlar qoymaqla sərbəst nazik bağırsaq sahəsi 
ilə transplantasiya 
Qırtlaq-udlaq xərçəngi zamanı  kimyəvi müalicə,  əsasən,  şüa müalicəsi 
ilə birgə istifadə olunur. Bu zaman poliximioterapiya şüa müalicəsindən əvvəl 
(induksion) və şüa müalicəsi ilə eyni vaxtda aparıla bilər. Hal-hazırda kimyəvi 
müalicə sxemlərindən ən çox istfiadə olunanları PF (sisplatin 100 mq/m
2
 vena 
daxilinə – I gün, 5-ftorurasil 1000 mq/m
2
, 6 saatlıq infuziya ilə I-V gün). PFB 
(PF + blelomisetin 7,5 mq/m
2
 vena daxilinə – I-III gün) və paklitakseldir. Qeyd 
etmək lazımdır ki, yerli yayılmış qırtlaq-udlaq xərçənginin kimyəvi-şüa müali-
cəsinin nəticələri hələ  də  qənaətbəxş olmayıb xəstələrin böyük bir qismində 
şişin residiv və davam edən böyüməsinə görə xilasedici cərrahi  əməliyyata 
ehtiyac olur. 
 
10.3.6. Proqnoz 
 
Qırtlaq-udlaq xərçənginin aqressiv, bəzən gizli gedişi, erkən limfogen 
metastazverməsi səbəbindən xəstəliyin proqnozu pisdir. Qırtlaq-udlaq xərçən-
ginin kombinəolunmuş müalicəsinin 5 illik yaşama göstəriciləri regionar me-
tastazlar olmadıqda 55-60%, regionar metastazlar müəyyən edildikdə isə 25-
30% təşkil edir. Kimyəvi-şüa müalicəsinin 5 illik yaşama göstəricisi 30-35%-
dən yuxarı olmur. 
 
 
 
 

Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə