Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə8/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
15 
Onkoloji biliklərin yayılması proqramına onkologiya üzrə beynəlxalq qrant-
ların verilməsi, bədxassəli şişlərin proqnostik amillərinin öyrənilməsi və TNM 
sisteminin təkmilləşdirilməsi aiddir. 
Keçmiş Sovetlər birliyində baş-boyun nahiyəsinin şişi olan xəstələrə xü-
susiləşdirilmiş tibbi yardım göstərən ilk şöbə N.N.Bloxinin təşəbbüsü ilə [şəkil 
1.8] 1965-ci ildə Moskva eksperimental və kliniki onkologiya institutunda 
(hazırkı N.N.Bloxin adına Rusiya onkoloji elmi mərkəzi) yaradılmışdır. Müx-
təlif ixtisaslı mütəxəssislərin (cərrah-onkoloq, stomatoloq, otorinolarinqoloq, 
endokrinoloq) birgə fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində o za-
man Avroasiya məkanında analoqu olmayan bu şöbə ittifaqa daxil olan digər 
ölkələrdə, o cümlədən Azərbaycanda baş-boyun onkologiyasının inkişafına 
böyük təkan verdi. Azərbaycanda baş-boyun onkologiyasının formalaşmasında 
və inkişafında A.T.Abbasovun böyük xidmətləri olmuşdur [şəkil 1.9]. 
 
1.2. Şişlərin təsnifatının əsas prinsipləri 
 
Şişlərin təsnifatı müxtəlif prinsiplərə  əsaslanır. Bu prinsiplərə  şişin lo-
kalizasiyası, kliniki gedişi və bioloji əlamətləri, kliniki-anatomik böyümə for-
ması, histoloji quruluşu, diferensiasiya dərəcəsi və s. aiddir. Bütün bu əlamətlər 
xəstəliyin proqnozuna təsir edir. 
Lokalizasiyasına görə baş-boyun  şişlərinə  dərinin, dodaqların, ağız və 
burun boşluğunun, udlağın, ağız suyu vəzilərinin, çənə  və  əng sümüklərinin, 
qırtlaq və qalxanabənzər vəzin şişləri və boynun orqandankənar şişləri aid edi-
lir. 
Klinik gedişinə görə bütün şişlər 3 qrupa bölünür: 
•  Xoşxassəli şişlər 
•  Aralıq (keçid) şişlər 
•  Bədxassəli şişlər 
Xoşxassəli şişlərə aid olan müxtəlif histoloji quruluşlu yenitörəmələr aşa-
ğıdakı bir sıra ümumi əlamətlərə malikdirlər: 
−  ləng böyümə 
−  metastazların olmaması 
−  ekspansiv böyümə (xoş xassəli şişlər böyüyərək ətraf orqan və toxu-
maları itələyir, sıxırlar, lakin onlara sirayət edib dağıtmırlar) 
−  şişin onu ətraf toxumalardan ayıran kapsul və ya qişasının olması 
−  hamar səthə malik olması 
−  dəqiq konturların (sərhədlərin) olması 
−  hərəkətli olması 
−  şişi örtən dəri və selikli qışalarda dəyişikliyin olmaması 
−  əksər hallarda ağrıların olmaması 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
16 
Bir sıra müxtəlif, heç də həmişə məlum olmayan amillərin təsiri nəticə-
sində şişlərin diferensiasiyası dəyişə bilər. Bu halda söhbət xoşxassəli şişlərin 
maliqnizasiyası haqqında gedir. Xoşxassəli və  bədxassəli  şişlər arasında sər-
hədin heç də  həmişə  dəqiq müəyyən edilə bilinməməsi nəzərə alınaraq aralıq 
(keçid)  şişlər anlayışından istifadə edilir. Keçid şişlər yerli olaraq bədxassəli 
(destruksiyaedici) xarakterə malik olur, lakin regionar və uzaq metastazlar ver-
mirlər. Buna misal olaraq dərinin bazaliomasını, qulaqətrafı ağız suyu vəzisinin 
asinozhüceyrəli şişini, yumşaq toxuma desmoidini göstərmək olar. 
Bədxassəli  şişlər xoşxassəli  şişlərdən aşağıdakı xarakterik əlamətlərinə 
görə fərqlənirlər: 
−  proqressiv böyümə 
−  böyümənin infiltrativ xarakteri (bədxassəli  şişlər böyüyərək  ətraf 
orqan və toxumaları infiltrasiyalaşdırır, onları dağıdır) 
−  hərəkət məhdudluğu (inkişaf prosesində  şişin  ətraf orqan və to-
xumalara sirayət etməsi) 
−  sinir ucluqlarının dağılması ilə əlaqədar daimi və intensivliyi artma-
ğa meyilli ağrılar 
−  şişin  əsasında və ondan periferiyaya doğru bərk infiltratın  əmələ 
gəlməsi; iltihabı infiltratdan fərqli olaraq şiş infiltratı ağrısız olur 
−  qan damarlarının divarlarının zədələnməsi ilə  əlaqədar təkrari qa-
naxmalar 
−  örtük toxumalarının (dəri, selikli qişa) xoralaşması 
−  şiş toxuması ilə ətraf sağlam toxumalar arasında dəqiq sərhədlərin 
olmaması, şişin konturlarının qeyri dəqiq olması 
−  metastaz verməsi (limfogen, hematogen, implantasion, perinevral, 
gedişi boyu) 
−  orqanizmin şişin həyat fəaliyyəti məhsulları, şiş prosesinin gecikmiş 
mərhələsində isə onun dağılması məhsulları ilə intoksikasiyası nəti-
cəsində xəstənin ümumi vəziyyətinin pisləşməsi, bədxassəli şişlərin 
inkişafının terminal mərhələlərində kaxeksiya. 
Şişlərin böyümə tipindən asılı olaraq təsnifatı üç prinsipə əsasən aparılır: 
•  Böyüyən şişin ətraf toxumalara münasibətinə görə: 
−  ekspansiv böyümə – şiş böyüyərək  ətraf orqan və toxumaları 
itələyir, sıxır, şiş ilə sərhəddə olan toxumalar atrofiyaya uğrayır və 
şişin kapsulu əmələ gəlir 
−  infiltrasiyaedici (invaziv, destruksiyaedici) böyümə – şiş  ətraf 
toxumalara sirayət edərək onları dağıdır 
•  Borulu orqanın mənfəzinə münasibətinə görə: 
−  ekzofit böyümə – orqanın mənfəzinə ekspansiv böyüyən şiş 
−  endofit böyümə – orqanın bütün divarlarını sirkulyar daraldan şiş 
•  Şişin əmələ gəlməsi ocaqlarının sayına görə: 


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
17 
−  unisentrik böyümə – şiş bir ocaqdan inkişaf edir 
−  multisentrik böyümə – şiş iki və ya daha çox ocaqdan inkişaf edir 
Toxuma növünə mənsubiyyətinə (histogenezinə) görə şişlər aşağıdakı 
əsas qruplara bölünür: 
•  Epitelial şişlər  
−  qeyri orqanospesifik şişlər 
−  orqanospesifik şişlər 
•  Mezenximal şişlər 
•  Sinir toxuması və beyin qişalarının şişləri 
•  Melanin əmələgətirici toxumaların şişləri  
•  Qanyaradıcı toxumaların şişləri  
•  Teratomalar 
Şişlərin müxtəlif toxuma mənsubiyyəti onların nomenklaturasında öz 
əksini tapır.  Şişin inkişaf etdiyini bildirən bu və ya digər toxumanın adının 
kökünə xoş xassəli şişlərdə «-oma» suffiksi (qədim yunan dilindən onkoma – 
şiş), bədxassəli  şişlərdə isə «karsinoma», «blastoma» və ya «sarkoma» əlavə 
edilir. 
Epitelial qeyri-orqanospesifik xoşxassəli  şişlər papilloma və adenoma, 
bədxassəli şişlər xərçəng və ya karsinoma (yastıhüceyrəli, vəzili, diferensiasiya 
olunmayan, skirroz və s.) adlanır. Epitelial orqanospesifik xoşxassəli  şişlərə 
sistadenomanı, tekomanı, insulomanı, bədxassəli  şişlərə isə hemodektomanı, 
bədxassəli feoxromasitomanı və karsinoidləri misal çəkmək olar. 
Mezenximal mənşəli xoşxassəli şişlərə fibroma, lipoma, xondroma, oste-
oma və s., bədxassəli şişlərə fibrosarkoma, liposarkoma, xondrosarkoma, oste-
ogen sarkoma və s. aiddir. 
Sinir toxuması və beyin qişalarının xoşxassəli şişlərinə qlioma və menin-
giomaları, bədxassəli şişlərinə isə bədxassəli qliomaları, meningeal sarkomaları 
və s. misal göstərmək olar. 
Melanin  əmələgətirici toxumanın xoşxassəli prosesi nevus, bədxassəli 
prosesi melanoma adlanır. 
Qanyaradıcı toxumanın bədxassəli  şişlərinə leykemiya (leykoz) və lim-
fomalar aiddir. 
Teratomaların xoşxassəli variantı yetkin teratomalar, bədxassəli variantı 
isə onun qeyri-yetkin formalarıdır (bədxassəli teratoma, teratoblastoma, tera-
tokarsinoma). 
Diferensiasiya dərəcəsinə görə bütün bədxassəli  şişlər aşağıdakı qrup-
lara bölünür: 
•  Yüksək diferensiasiyalı 
•  Orta diferensiasiyalı 
•  Aşağı diferensiasiyalı 
•  Diferensiasiya olunmayan 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə