Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
  1   2   3   4   5   6   7   8   9   ...   39


 

1

Niyazi Mehdi  



 

 

 



 

 

 



 

 

 



ORTAÇAĞ AZƏRBAYCAN ESTETİK 

MƏDƏNİYYƏTİ 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı – 1986 




 

2

1986-cı ildə «İşıq» nəşriyyatının çap etdiyi bu kitab indiki variantda müəllif tərəfindən redaktə 



orlub 

 

Kitabın içindəkilər 



 

Ön söz 


 

I Fəsl. Bildiricilərə düzülmüş estetik mədəniyyət

 

 

Bildirici həssaslığı ilə duyulan üz (sifət) 



Mənalar bildirən bədən 

Davranış bildiricisindən görünən insan 

Olacaqları bildirən işarələr 

Ortaçağ incəsənətində bildirici ziddiyyətləri 

 

İİ Fəsl. Dillər və tekstlərdə açılan estetik mədəniyyət 



 

Semiotika, dil, tekst 

Orta əsrlərdə davranış dilləri, davranış tekstləri 

Miniatür Dili, miniatür teksti 

Klassik poeziada dil və tekst 

Orta əsrlərdə bədii dillərin mərtəbələnməsi 

 

Açıqlamalar və qaynaqlar 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

3

Ön söz  

 

Ortaçağ Azərbaycan estetik mədəniyyəti ən dürlü və bir-birindən uzaqda bulunan hadisələri 



özünə qatır. Ova çıxan əyanların həvəsində, sarayda keçirilən məclislərdə, kiminsə fərasətli, qəribə 

hoqqalar çıxarmasında, hökmdara xoş gəlmək üçün yapılan davranışlarda estetik özəlliklər çox 

güclü idi. Adamların məclisə, süfrəyə, oyunlara ilişgisində gözəllik duyğusu özünü qabarıq şəkildə 

göstərirdi. Həmin olayların doğurduğu ovqatlar dad, qoxu duyğuları ilə zənginləşdikcə daha güclü 

etgisi, təsiri, daha güclü çəkimi, cazibəsi olan faktlara çevrilirdilər. Ortaçağ adamının gördüyü 

gözəllik onun bilincində (şüurunda) şirin dadla, xoş ətirlə şiddətlənirdi.  

O çağın Azərbaycan türkü yaman surətsevər idi, görklü, baxımlı nəsnələrə güclü meyl 

göstərirdi. Bu surətsevərlik bəzən kəskin özünütənqid duyğuları oyadırdı. Surətə vurğunluq geniş 

yayılanda onun tənqidi də vurğulu məna qazanır. Özü də bəzi təsəvvüf cərəyanlarında olduğu kimi, 

surətsevərlik çox vaxt üzdə çirkin olsa da, «içdə gözəl olan» varlıq adından pislənir. Bununla belə, o 

çağların heç bir sufisi, heç bir «adi» adamı gül-çiçəyə, bağ-bağata, naxışlara, gözoxşaən formalara, 

heyrət doğuran bəzəklərə biganə deyildi. İnsanla bağlı surətsevərlikdən qaçanlar təbiətlə ilgili 

surətsevərlikdən qaça bilmirdilər və istər-istəməz bu sual qarşısındı durmalı olurdular: hansı nəsnə 

və olay estetikdir – gözəldir? Yaxud: gözəllik – estetiklik nədir?  

Bu sualların qısa cavabını belə vermək olar: elə ki, hadisənin mahiyyəti zahirindən ifadəli 

bilinir, hadisədə estetikləşmə gedir. Məzmunu formasından, batini zahirindən ifadəli, yəni təsirli, 

duyğulandırıcı «görünənlər», saçılanlar estetik hadisələrdir. Gözəllik ona görə estetik olaydır ki, 

onun məzmunu formasından gur şəkildə, qabarıq, ifadəli biçimdə bilinir. Gözəllikdə məzmun 

əxlaqi, siyasi və s. baxımdan müsbət olur, bu məzmunu ifadəli göstərən ötürücülər (işıq, naxış, 

oynaq cizgilər və s.) isə gözəlliyin forması kimi duyulur. Çirkinikdə isə durum tərsinələşir: mənfi 

məzmun əyri-üyrü, qarmaqarışıq, bulanıq foromalardan özünü göstərir. 

Ortaçağ azərbaycanlısı dinin, əxlaqın, fəlsəfənin sayəsində dünya olaylarını ya müsbət, ya da 

mənfi məzmunda görürdü. Çağdaş Azərbaycan filosoflarının, estetiklərinin araşdırmaları Nizami, 

Xəqani, Nəsimi, Füzuli kimi parlaq sənətçilərin yaradıcılığını bu yöndən hərtərəfli işıqlandırmışdır 

və ona görə də bizim hazırkı araşdırmamız məhz həmin tədqiqatların sayəsində mümkün olmuşdur. 

«Gözəllikdə, çirkinlikdə, ülvilikdə, rəzillikdə, faciəvilikdə, komiklikdə Ortaçağ azərbaycanlı 

sənətkarının və «adi» adamının gözünə hansı mənalar ifadəli biçimdə görünürdü?» sualı ciddi və 

önəmlidir. İndiki Azərbaycan alimlərinin araşdırmaları bu məzmun, məna kompleksləri haqqında 

bizə geniş bilgi verir. Ancaq diqqət edilsə, həmin sualın ikinci tərəfi də var. Biz «ifadəli görünmək» 

tərəfini deyirik. Orta əsrlər azərbaycanlısı öz davranışında, incəsənətində hansısa məzmunu gur 

bildirmək üçün hansısa formalar, bildiricilər, əlamətlər, nişanlar seçirdi, onları gözəllik üçun 

xarakterik sayırdı. Bu kitabda bizi sualın ikinci tərəfi, yəni Ortaçağın hadisələrində, incəsənətində 



göstərməkbildirmək, bildirici etmək, ifadələndirmək kimi özəlliklər ilgiləndirəcək. Bizə elə 

gəlir ki, bu problem elmdə özünü istənilən səviyyədə tapmamışdır və onu işıqlandırmaq üçün 

hazırda semiotika – işarələri, yəni bildiriciləri öyrənən elm böyük imkanlar yaradır. Biz burada 

eləcə də çalışmışıq ki, həm semiotikanın bir elm kimi başlıca anlayış və müddəalarını anlaşıqlı 

biçimdə açıqlaəq, həm də Ortaçağ Azərbaycan estetik mədəniyyətində onların hansı özəllikləri üzə 

çıxardığını göstərək.  

Eyni nəsnəni adi göz, böyüdücü şüşə, mikroskop fərqli görünüşdə, quruluşda, biçimdə 

görür, göstərir. Bu durum fərq ayrı-ayrı metodlarda da yer alır. Hər elmin problemləri anlatmaq, 

açmaq üçün özəl göstərmək, modelləşdirmək araçları, vasitələri (anlayışları, müddəaları), 

kateqorial aparatı var. Estetikanın anlayışlarından görünən incəsənət – sənətşünaslıqdan görünən 

incəsənətdən xeyli ayrılır. Həmin ayrıntılara görə də bir elmin öyrəndiklərini başqası öyrənə bilmir. 

Semiotika adlanan elmi aparatın Ortaçağ Azərbaycan estetik mədəniyyətinə tətbiqi bu səbəbdən 

gərəklidir.  

Ölkəmizdə 60-cı illərdə formalaşan semiotika elmi mədəniyyətin bir çox bölgələrini 

öyrənməyə yönəlmişdir. Bu sahədə aparılmış araşdırmalar bir ümumiləşdirməyə əsas vermişdir: 

«Ortaçağ mədəniyyəti çox semiotikdir». Həmin deyimə əsasən nəticə çıxarmaq olar ki, Orta əsrlər 

Azərbaycan mədəniyyəti güclü semiotik əsaslarda qurulduğundan semiotika bu mədəniyyətin 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə