11
Biznesin idarə edilməsinin əsasını onun strategiyasının işlənib hazırlanması, onun
şirkətin spesifikasına adaptasiyası və onun reallaşdırılması təşkil edir.Şirkətin
strategiyası bazarda şirkətin mövqeyini möhkəmləndirməli və qüvvəərin
koordinasiyasını, istehlakçıların cəlb edilməsini və tələblərinin ödənilməsini, uğurlu
rəqabət və qlobal məqsədlərə nail olunmasını təmin edəcək idarəetmənin kompleks
planıdır.Başqa sözlə, strategiya şirkətin inkişaf yollarının, bazarların, rəqabət
metodlarının və biznesin aparılmasını seçməsini bildirir. Strategiya məhsuldarlığın
oriyentirlərini, rəqabət üstünlükləri haqda təsəvvür, alıcıların tələbatının ödənilməsi
və yüksək məhsuldarlığa nail olma üçün hərəkət planı yaradır. Ciddi dürüstləşdirilmiş
strategiya olmadan təşkilatın fəaliyyəti öz mahiyyətini, rəqabət qabiliyyətini itirir,
daxili durğunluğa və nəticələrin pisləşməsinə doğru gedir.
Beləlikə Strategiya – təşkilatın vəzifəsini həyata keçirməyə və onun məqsədə nail
olunmasını təmin etməyə yönələn dəqiqləşdirilmiş,hərtərəfli,kompleks plan nəzərdə
tutulur.Müəssisənin menecerləri strategiyanı müəssisənin inkişaf istiqamətlərini
müəyyən etmək və fəaliyyət üsullarının seçilməsində əsaslandırılmış qərarların qəbul
edilməsini təmin etmək üçün hazırlayırlar.Hər hansı bir strategiyanın qəbul edilməsi
o deməkdir ki,müəssisə inkişaf istiqamətləri və fəaliyyət üsulları üzrə mövcud olan
alternativ variantlardan birinə üstünlük vermişdir.Qəbul edilmiş strategiya menecer
üçün biznes aləmində xəritə və yol göstərən (orientirlər) rolunu oynayaraq ,qarşıya
qoyulmuş vəzifə və məqsədlərə çatmaq üçünvahid fəaliyyət proqramı kimi qəbul
olunur. Strategiya – çoxcəhətli anlayışdır. Onun ən mühüm xüsusiyyətləri kimi
aşağıdakı tərifləri vermək olar ki, bunlar bu anlayışın mahiyyətinə tamamilə cavab
verirlər:
• son nəticənin əldə edilməsi vasitəsi;
• təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;
• firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi;
• firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi;
• hərəkət planı;
12
• mühafizə, yəni rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər kimi
nəzərdən keçirilir;
• hərəkətlərin ardıcıllığı, yəni plan reallaşmaya bilər, lakin hərəkətlərin
ardıcıllığı hər halda təmin edilməlidir;
• ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir;
• perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;
• firmada işin təşkilinin güclü və zəif tərəflərinin analizinin nəticəsi və onun
inkişafının imkan və əngəllərinin müəyyən edilməsi;
• ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqcadan hazırladığı reaksiya.
Firmanın inkişaf strategiyasının hazırlayarkən, onun bir sıra tələblərə cavab
verməsinə nail olmaq vaciblir (3,65):
• nail olunması ümumi iş üçün həlledici olan əsas məqsədlərdən ibarət olmalı;
• koordinasiya edilmiş rəhbərlik bildirilməli;
• mütərəqqi təşəbbüsə kömək olmalı;
• başlıca qüvvələr lazımi yerdə və lazımi vaxtda cəmləşməli;
• zəmanətli resursları təmin etməli;
• maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün taktiki
hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır.
Təşkilatın strategiyasının məyyənləşdirilməsi zamanı “bunu nə üçün etmək
lazımdır”,”mövcud
qüvvə
və
vasitələrdən
istifadə
edilməsini
necə
yaxşılaşdırmalı”,”məqsədə nail olma mərhələləri hansılardır” suallarına cavab
axtarılması nəzərdə tutulur.Başqa tərəfdən yanaşıldıqda isə, Strategiya – təlimatların
planlaşdırılmasıdır – təkcə işdə deyil, həm də işçilərin və müştərilərin qəlblərində və
şüurlarında. Strategiya strukturu müəyyənləşdirir; özünüzdən razılığı aradan qaldırır
və bütün səyləri maliyyə və strateji hədəfləri qət etməyə yönəldir. “Strateji
idarəetmə” menecerlərə istənilən şirkətdə strateji planları tətbiq etməyi öyrətmək
13
üçün hazırlanmışdır.Strategiya haqqda müxtəlif iqtisadçıların fikirləri var, bunlardan
P.Druker idarəetmə strategiyasını məqsədinə görə 4 qrupa bölür:
lk daxil olmaq və kütləvi zərbə endirmək
Cəld və gözlənilmədən hücum etmək
Ekoloji boşluqları tapmaq və zəbt etmək
Əmtəənin,bazarın yaxud sahənin iqtisadi xarakteristikasını dəyişmək
Təşkilatların idarəedilməsində strategiyalar müxtəlifliyi ilə seçilir,yəni istifadə
etmə məqsədi və xüsusiyyətlərinə görə strateji strategiyalar,çoxməqsədli
strategiyalar,satış
və
mənafelərin
dinamikası
üzrə
strategiyalar,düzüm
strategiyaları,artım strategiyaları,bazara daxil olma strategiyaları,təşkilatın inkişaf
strategiyaları və s. bölünür.Bu məqsədlə təşkilatın strategiyalarını əlamətlərinə görə
aşağıdakı kimi qruplaşdırmaq olar:
• Hücum yaxud Sıçrayış Strategiyası
• Müdafiə yaxud Sağlamlaşdırma Strategiyası
• Təşkilatın Fəaliyyətinin Azalması və Dəyişməsi Strategiyası
Təşkilatın strategiyası – perspektiv üçün hesablanmış və təşkilatın qarşısında
duran
konkret
məqsədlərin
əldə
edilməsini
təmin
edən
tədbirlər
sistemidir.Strategiyanın hazırlanması və həyata keçirilməsinin mahiyyəti çoxsaylı
alternativlər içərisindən lazımi inkişaf istiqamətlərinin seçilməsindən və istehsal-
təsərrüfat fəaliyyətinin seçilmiş yola istiqamətləndirilməsindən ibarətdir.Müasir
mərhələdə inkişaf etməkdə olan strateji idarəetmə sistemi aşağıdakıları əhatə edir:
Strateji məqsədlər üçün resursların ayrılması ;
Hər bir strateji məqsədə rəhbərlik mərkəzlərinin yaradılması ;
stehsal bölmələrinin və onları rəhbərlərinin strateji məqsədlərin əldə
edilməsi dərəcəsinə görə qiymətləndirilməsi və stimullaşdırılması ;
Müasir
şəraitdə
təşkilatın
strategiyasının
hazırlanmasına
münasibət
dəyişilmişdir.Əgər əvvəllər strategiyaya rəqabət mübarizəsində təşkilata üstünlük
verən vasitə kimi baxılırdısa və o təşkilatın məhdud rəhbərlər dairəsinə məlum
Dostları ilə paylaş: |