47
öyrənmək vacibdir. Bundan başqa müəssisə öz kapitalının strukturunu biznesin
perspektiv növünə uyğunlaşdıra bilməsi imkanın da aydınlaşdırmaq lazımdır.
Biznes-ideyasının formalaşdırılmasında müəssisənin biznes potensialının təhlili
və sahibkarlıq risklərinin nəzərə alınması müstəsna əhəmiyyət kəsb edir.
Müəssisənin biznes potensialı dedikdə maddi və qeyri maddi, maliyyə, əmək,
intellektual və mənəvi aktivlərin məcmusu başa düşülür, hansıki təhlil aparılan zaman
müəssisə malikdir və biznes fəaliyyətində tam istifadə edə bilər. Biznes potensialının
təhlilində məqsəd seçilən biznes fəaliyyətini həyata keçirmək üçün müəssisənin
imkanlarını müəyyənləşdirmək və onları səfərbərliyə almaqdan ibarətdir. Bu təhlilin
nəticəsindən müəssisənin biznes məkanına inteqrasiyası üsulu, vasitəsi və həddinin
müəyyənləşdirilməsi barədə qərarın qəbulu asılıdır.
Sahibkarlıq riskləri müxtəlif səbəblərdən, xüsusilə istehlakçının müəssisənin
istehsal etdiyi məhsulun, yaxud xidmətin alınmasından imtina etməsi nəticəsində baş
verir ki, bu da müəssisəyə həmin səbəbdən dəyən maddi və mənəvi zərərin miqdarını
müəyyən edir.
Öz biznesin inkişaf etdirmək məqsədilə müəssisənin fəaliyyətinin istiqaməti və
xarakteri biznes məkanında onun strateji mövqeyindən bilavasitə asılıdır. Bu
mövqeyin qiymətləndirilməsi müəssisə üçün işgüzar mühitdə davranış xəttini və
məqsədinin müəyyənləşdirmək imkan yaradır. Strateji mövqe daxili imkanlar və
xarici qüvvələr və mühit arasında nisbətdir, hansıki təsiri altında müəssisə konkret
istehsal-təsərrüfat fəaliyyəti prosesinə düşür. Müəssisənin strateji mövqeyi biznes
fəaliyyətini və dərəcədə effektiv aparması barədə qəti fikir sürməyə əsas vermir,
ancaq o biznesin inkişafı üsulları və istiqaməti barədə nəticə çıxarmağa imkan verir.
Tutduğu strateji mövqeyindən asılı olaraq bu aqressiv, konservativ, müdafiə üsulu ola
bilər.
48
Tutduğu strateji mövqeyindən asılı olaraq müəssisə öz biznesini inkişaf etdirmək
üçün müəyyən məqsədli istiqamət seçir. Araşdırmalar göstərir ki, bu cür davranış
istiqamətləri doqquz ola bilər:
- biznesin aparılması ilə əlaqədar risklərin minimumlaşdırılmasına göstəriş:
- həmin biznesin növündə müəssisənin üstünlüyünü təsdiqinə göstəriş;
- həmin biznesin növündə müəssisənin lider mövqeyinin saxlanmasına
göstəriş;
- istehsal-kommersiya əməliyyatlarının nəticələrinin artırılmasına göstəriş;
- bazarda müəssisənin seçki ekspansiyasına göstəriş;
- biznesin artımına göstəriş;
- itkilərin və qeyri məhsuldar xərclərin minimumlaşdırılmasına göstəriş;
- biznesin ehtiyatlı ekspansiyasına, yaxud onun mümkün məhdudlaşdırılmasına
göstəriş;
- bazarın inkişafına göstəriş;
Biznesin aparılması ilə əlaqədar riskin minimumlaşdırılmasına göstəriş özünün
bazar seqmentini ağıllı azaltmaq və öz daxili potensialını bazarın tələbatına
uyğunlaşdırmaq yolu ilə həmin biznes növündə mənfəət normasının artırılmasına
istiqamətləndirilmiş tədbirlərin görülməsini müəssisədən tələb edir.
Çox ideal bir hal kimi rəhbərliyin idarəetmə fəaliyyətinin səmərəli təşkil etmək
niyyəti qarşıya qısa müddətli və uzun müddətli məqsədlər qoyulur.Qısa müddətli
məqsədlərdə rəhbərlik daha yaxın müddət ərzində görüləcək iş və vəzifələri
qoyur,təşkilatın fəaliyyəi ilə bağlı təkmilləşdirmələr aparır.Uzun müddətli
məqsədlərdə isə rəhbərlik mövcud fəaliyyətdə və idarəetmədə elə işlərin aparılmasını
məqsədə gətirir ki,bunun nəticəsində təşkilat uzun müddət fəaliyyətdə
olsun,rəqabətdə uduzmasın ,maliyyə vəziyyətini yüksəltsin. Bu məqsədlərin
müqayisə edilməsində həmişə uzun müddətli məqsədlərə üstünlük verilir, çünki,
rəhbərlik müəssisənin bu gününü yox,daha çox gələcəyini düşünməlidir.Uzun
49
müddətli məqsədlərin qisa müddətli məqsədlər qurban verilməsə çox az təsadüf
olunur.
Bir qayda olaraq bütün şirkətlərin fəaliyyətinin iki əsas kriteryanı gözləyərək
təşkil olunması əsas vəzifədir.Bunlardan biri maliyə məqsədi ,digəri strateji
məqsəddir.Birincidə maliyyə ona görə durmalıdır ki,risq dərəcəsi müəyyənləşsin və
gəlir xərclərdən aşağı düşməsin ,çünki əks halda təşkilat iflasa ugrayar. kinci halda
isə strateji məqsəd bazarı itirməyi,rəqabətdə uduzmamağı,fəaliyyətin davamlı
olmasını təmin edir.
Təbii ki,bu iki faktorun diqqət mərkəzində durmasını bir çox digər səbəblərlə
də əsaslandira bilərik.Məsələn ,maliyyə məqsədi qazancın artması,investisiya
qoyulma şəraitinin yaranması,kreditlərin vaxtında qaytarılması,səhmdarların
gəlirlərinin çoxalması və bu kimi bir çox əlamətlərlə xarakterizə edilə bilər.
50
FƏS L III. STRATEJ DARƏETMƏN N NK ŞAF POTENS ALININ
Q YMƏ TLƏ ND R LMƏ S (BANK SEKTORU T MSALINDA)
3.1. Bankın strateji hədəfləri və əsas məramnaməsinin təhlili
Azərbaycanda maliyyə bölməsi struktur etibarı ilə zəifdir. Əhalinin ticarətə daha
çox meyilli olduğu görülməkdədir. Lakin bunun üçün lazımi qədər maliyyə vəsaiti
yoxdur. Ölkədə daha əvvəl yaşanan böhranlardan sonra xalqın banklara olan etibarı
xeyli azalmışdır. Bu səbəblə də maddi vəziyyəti yaxşı olanlar bu imkanı bank xarici
vasitələrə istiqamətləndirirlər. Bir qisim insanlar bankların kredit vermə
funksiyasınıda həyata keçirirlər. Bank bölməsinin problemlərinin başında likidite
(nağd pul) məsələsi gəlməkdədir. Bu sahədə lazımından artıq olan kommersiya
bankları, tək şöbəli vəya geniş şöbə şəbəkəsinə sahib olmayan bu banklar eyni
zamanda məhdud kapital imkanlarına sahibdirlər. Bundan əlavadə bank bölməsində
dövlət banklarının ağrılığı mövcuddur. Problemlərin həlledilməsi ilə əlaqədar
fəaliyyətlər isə xeyli yavaş irəliləməkdədir. Azərbaycan öz bank sistemini meydana
gətirməyə çalışırkən, dövlət bankları ilə əlaqədar yenidənqurma fəaliyyətləridə
davam etməkdədir. Sovet dövründən qalan əsas dörd bankdan üçünün birləşməsi
ancaq 2000-ci ildə mümkün olmuşdur. Xüsusilə iqtisadiyyatda böyük əhəmiyyətə
sahib olan banklarda özəlləşdirmənin tərkibinə daxil edilmişdir. Lakin Beynəlxalq
Bankın tam özəlləşdirilməsi 2013 ilindədə nəzərdə tutulmamışdır. Bank
Bölməsindəki slahatlar dövlət banklarında həyata keçirilən islahatlar; idarəetməinin
inkişafı, yeni xidmətlər və bazarların inkişafı, bankların təşkilatlanmasının inkişafı
məqsədi ilə Dünya Bankının SAC proqramına görə həyata keçirilməkdədir. 16 Fevral
2001-ci ildə Mərkəzi Bank, banklar tərəfində ölkə daxilində daha sürətli istifadə
etmək və on-line sistemdə tətbiqi üçün AZIPS sistemini qurmuşdur. Bu sistem
beynalxalq standartlara uyğun olaraq SWIFT əsasında qurulmuşdur. Bank
bölməsindəki nöqsanların həll edilməsi məqsədi ilə, hökümət 1999-cu ildə Dünya
Bankı və Beynalxalq Valyuta Fondunun iştirakı ilə program hazırlamışdır. Bu
Dostları ilə paylaş: |